Məhkəmə qərarları › İş №2-3(3-6)-9/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(3-6)-9/2026

16.09.2026 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-3(3-6)-9/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil/nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb mütəxəssislərinin praktik fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrinin 16-cı bəndi iddiaçı İddiaçı subyektiv hüquqlarını pozduğundan həmin əmrin qəbul edildiyi gündən etibarsız sayılması və həmin əmr əsasında plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmə hüququnun tanınmasını xahiş edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb mütəxəssislərinin praktik fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmri elan edilmişdir. Nazirlik həmin əmri ilə tibb mütəxəssislərinin ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sahəsində nöqsanların aradan qaldırılmasına çalışmışdır. Sözügedən əmr bir sıra normativ hüquqi aktlara zidd olmaqla yanaşı, müəyyən qrup tibb mütəxəssislərinə, o cümlədən hüquqlarını müdafiə etdiyi həkim plastik-cərrah İddiaçı qarşı qərəzli yanaşmanı nümayiş etdirmişdir. Səhiyyə Nazirliyinin *-**/*-İ-*-****/**** nömrəli ## ##### 2025-ci il tarixli məktubu ilə həkim plastik-cərrah İddiaçı məlumat verilmişdir ki, Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanışı məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli *-**/*-*-**/**** nömrəli əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən ## ##### 2021-ci il tarixli AH seriyalı ****** nömrəli sertifikasiya şəhadətnaməsi əsaslılığı təsdiq olunmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ləğv edilmişdir. Səhiyyə Nazirliyi ## #### 2026-cı il tarixli *-**/*-*- ***/**** nömrəli əmri ilə Səhiyyə Nazirliyinin ## ##### 2025-ci il tarixli əmrindən əvvəlki vəziyyəti, yəni ixtisas dəyişmələrin mümkünlüyünü təmin etməyə məcbur qalsa da, burada da özünün qərəzli, ədalətsiz mövqeyini nümayiş etdirərək əmrin 16-cı bəndi ilə bu Əmrin 1ci hissəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2025-ci il ## ###### tarixli *-**/*- *-**/**** nömrəli, 2025-ci il ## ###### tarixli *-**/*-*-**/**** nömrəli və 2025-ci il ## ##### tarixli *-**/*-*-***/**** nömrəli əmrləri ilə müvafiq şəhadətnamələri ləğv edilmiş tibb mütəxəssislərinə şamil edilmədiyi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları, Səhiyyə Nazirliyinin əmrlərindən (mərkəzi icra hakimiyyəti orqanlarının aktlarından) üstün hüquqi qüvvəyə malikdir. Əgər Nazirliyin ## #### 2026-cı il tarixli əmri (xüsusilə onun 16-cı bəndi), NK-nın ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarı və digər yuxarı orqan tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla ziddiyyət təşkil edirsə, hüquqi baxımdan yuxarı instansiyaların aktları əsas götürülməlidir. Məlum olduğu kimi, NK-nın *** nömrəli Qərarı ilə təsdiqlənmiş X1 Peşəkar Inkişaf (DPI) sisteminə keçidi nəzərdə tutur. Burada əsas meyarın "rezidentura təhsili" deyil, "ali və ya orta ixtisas tibb təhsili əsasında əldə edilmiş ixtisas" kimi müəyyən edilməsi, illərdir həmin sahədə çalışan, lakin formal rezidentura keçməmiş mütəxəssislərin lehinə olan bir yanaşmadır. Qəbul etdiyi əmrin 16-cı bəndi ilə müəyyən bir qrup mütəxəssisi (məsələn, şəhadətnamələri əvvəlki əmrlərlə ləğv edilmiş plastik cərrahları) Səhiyyə Nazirliyinin bu hüquqdan məhrum etməsi qanunvericiliyin "hüquqi müəyyənlik" və "bərabərlik" prinsiplərinin birbaşa pozulmasıdır. Əgər qanunvericilik ixtisas dəyişməsinə icazə verirsə, bu icazə bütün tibb işçilərinə eyni dərəcədə şamil edilməlidir. Müəyyən tarixlər aralığında şəhadətnamələri ləğv edilənlərin istisna edilməsi, qanunun geriyə qüvvəsi prinsipinə zidd olmaqla subyektiv yanaşma məsələsini ortaya qoyur. Göstərilənləri, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrinin plastik cərrah İddiaçı peşə hazırlığı, ixtisaslaşma və əmək hüquqlarını pozduğunu nəzərə alaraq, əmrin 16-cı bəndinin ləğv edilməsi ## ### 2026-cı il tarixli EO-****VK-*****/**-**/II nömrəli məktubla Nazirlikdən xahiş olunmuşdur. Lakin Nazirlik qeyd edilən məktuba müvafiq qaydada cavab verilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin qərarları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarı və # #### 2010-cu il tarixli *** nömrəli Qərarı) mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli Əmri) əmrlərindən üstün hüquqi qüvvəyə malikdir. NK-nın *** nömrəli Qərarı ilə təsdiq edilmiş X1 Peşəkar Inkişaf (DPI) sisteminə keçidi tənzimləyir və tibb mütəxəssislərinin praktik fəaliyyətə buraxılması üçün əsas meyar kimi formal "rezidentura" təhsilini deyil, "ali və ya orta ixtisas tibb təhsili əsasında əldə edilmiş ixtisası" və DPI ballarının toplanmasını əsas götürür. Səhiyyə Nazirliyi öz əmrinin 16-cı bəndi ilə müəyyən bir qrup mütəxəssisi (sertifikatları əvvəlki əmrlərlə ləğv edilmiş şəxsləri) bu hüquqdan tamamilə məhrum edir. Aşağı normativ akt (SN Əmri) yuxarı normativ aktın (NK Qərarı) verdiyi hüquqları məhdudlaşdıra və ya istisnalar tətbiq edə bilməz. Bu, birbaşa iyerarxiya prinsipinin pozulmasıdır. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun fundamental prinsipləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mübahisələndirilən əmri ilə kobud şəkildə pozulmuşdur: 1 . Hüquqi müəyyənlik və bərabərlik prinsipi (Maddə 11): Inzibati orqan eyni xarakterli hallarda bütün şəxslərə qarşı eyni cür yanaşmalıdır. Əgər ## #### 2026-cı il tarixli əmr ixtisas dəyişmələrinin və əvvəlki vəziyyətin bərpasını qəbul edirsə, bunun yalnız müəyyən tarixlərdə sertifikatı ləğv edilən şəxslərə şamil edilməməsi ayrı-seçkilikdir və subyektiv yanaşmadır. 2. Fiziki və hüquqi şəxslərin etimadının müdafiəsi (Maddə 13): İddiaçı və digər həkimlər illərdir bu sahədə fəaliyyət göstərmiş, dövlət tərəfindən verilmiş sertifikasiya şəhadətnamələrinə (məsələn, ## ##### 2021-ci il tarixli AH №******) etimad edərək əmək fəaliyyəti qurmuş, klinikalar isə onlarla müqavilə bağlamışdır. Dövlət orqanının sonradan öz qərarını ləğv edib, yeni əmrlə həmin şəxsləri tamamilə sistemdən kənarlaşdırması qanuni etimad prinsipini sarsıdır. "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 46-cı maddəsinə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ ali və ya orta ixtisas təhsili olan, müvafiq qaydada sertifikasiyadan keçmiş mütəxəssislərə məxsusdur. Həkimlərin illərlə qazandıqları təcrübə və keçdikləri ixtisaslaşma kursları (hətta formal rezidentura olmasa belə) qanunvericiliklə tanınan praktik fəaliyyət əsasıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həmin əmrinin 16-cı bəndi vasitəsilə mütəxəssislərin yenidən sertifikasiyaya girmək və ya ixtisas dəyişikliyi etmək hüququnu bloklaması, qanunun ruhuna zidd olaraq vətəndaşların əmək və peşə fəaliyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu əmrinin 16-cı bəndinin iddiaçıya münasibətdə təmin olunmalı əsasları aşağıdakılardır: 1. Maddi hüquqi əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrinin 16cı bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarına, "Inzibati icraat haqqında" Qanunun 11 və 13-cü maddələrinə zidd olması;

2. Nəticəvi təsir: 16-cı bəndin ləğvi nəticəsində, sertifikatları əvvəlki əmrlərlə ləğv edilmiş tibb mütəxəssislərinin (o cümlədən İddiaçı) NK-nın *** nömrəli qərarı ilə müəyyən olunmuş ümumi qaydada (DPI sistemi və ixtisas dəyişikliyi çərçivəsində) praktik tibbi fəaliyyət hüququnun bərpa edilməsi imkanının təmin olunması. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (IPM) 122, 123 və 124-cü maddələri Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli Əmrinin 16-cı bəndinin qanunsuzluğunu müəyyən edir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.2.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 122-ci maddəsi normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddia qaldırma hüququnu təsbit edir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsində ehtiva edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Səhiyyə Nazirliyinin 16-cı bəndlə tətbiq etdiyi istisna İddiaçı və eyni vəziyyətdə olan digər həkimlərin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi (Əmək hüququ), Nazirlər Kabinetinin (NK) *** nömrəli Qərarı ilə yaradılmış X3 (DPI) sistemindən yararlanmaq hüququnu birbaşa və hazırda pozur. Bu akt fərdi deyil, normativ xarakterlidir (müəyyən bir qrup şəxsə yönəlib və davamlı tətbiq olunur) və subyektiv hüquqları məhdudlaşdırır. Məcəllənin 122.3-cü maddəsində təsbit edilmişdir ki, iddia birbaşa olaraq birinci instansiya məhkəməsinə (Bakı Inzibati Məhkəməsinə) deyil, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasına verilməlidir. Normativ xarakterli aktların mübahisələndirilməsi qanunla birbaşa apellyasiya instansiyasına aid edilmişdir. Məcəllənin 122.5-ci maddəsində ehtiva edilmişdir ki, Iddia birbaşa aktı qəbul edən orqana, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı yönəlməlidir. Məcəllənin 123.2-ci maddəsinə əsasən, ## #### 2026-cı il tarixli əmrin 16-cı bəndi qəbul edildiyi gündən etibarsız sayılmalıdır. Məcəllənin 123.3-cü maddəsinə görə Bu qərar təkcə İddiaçı şamil olunmalı və Qərar rəsmi qaydada dərc edilməlidir. Məcəllənin123.4-də qeyd olunur ki, normativ aktın ləğvi qanuni qüvvəyə minmiş digər məhkəmə qərarlarını avtomatik ləğv etmir. Lakin İddiaçı əmək müqaviləsinə xitam verilməsi SN-in rəsmi xəbərdarlığı və qanunsuz bəndinə əsaslandığı üçün, normativ xarakterli aktın bu bəndi məhkəmə tərəfindən ləğv edildiyi andan etibarən, İddiaçı fərdi qaydada klinikanın işdənçıxarma əmrinə qarşı mülki/inzibati qaydada iddia qaldırıb işə bərpa və buraxılmış əmək haqqını tələb edə bilər. Çünki işdən çıxarılmanın hüquqi əsası (SN-nin qanunsuz aktı) artıq olmur. Məcəllənin 124-cü maddəsinə əsasən Apellyasiya Məhkəməsi mübahisəyə baxarkən SN-nin bu əmri və ya istinad etdiyi digər daxili normativlər Konstitusiyanın 25-ci (Bərabərlik hüququ - eyni vəziyyətdə olan həkimlərə fərqli yanaşma) və 35-ci (Əmək hüququ) maddələrinə fundamental şəkildə zidd olduğunu müəyyən etdiyi təqdirdə, məhkəmə işi dayandırmalıdır. Səhiyyə Nazirliyi tərəfindən müəyyən tarixlər aralığında iddiaçı İddiaçı DPI sistemindən kənarda saxlanılması Konstitusiyanın bərabərlik prinsipini pozur. Bu ziddiyyətin aradan qaldırılması üçün IPM-in 124-cü maddəsinə əsasən Ali Məhkəmə vasitəsilə Konstitusiya Məhkəməsinə sorğu göndərilməlidir. Cavabdeh Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli əmrinin 16-cı bəndi yuxarı instansiya aktı olan NK-nın *** nömrəli Qərarına və "Inzibati icraat haqqında" Qanunun "Hüquqi müəyyənlik" prinsipinə zidd olduğundan, IPM-in 123.2-ci maddəsinə əsasən qəbul edildiyi gündən etibarsız sayılmalıdır. Bu barədə AR Konstitusiya Məhkəməsinin "Qanuni Etimad" və "Geriyə Qüvvə" barədə Qərarları mövcuddur. Səhiyyə Nazirliyinin əvvəllər verdiyi sertifikatları ləğv etməsi və 16-cı bəndlə geriyə şamil olunan məhdudiyyət qoyması Konstitusiya Məhkəməsinin fundamental qərarlarına ziddir. SN-nin ## #### 2026-cı il tarixli əmrinin 16-cı bəndi birbaşa geriyə şamil olunma xarakteri daşıyır. Çünki o, 2025-ci ildə sertifikatı ləğv edilmiş şəxslərə istinad edərək, onlara gələcəkdə (2026-cı ildə) yaranan yeni DPI hüquqlarından istifadəni qadağan edir. Keçmişdə baş vermiş bir hadisəyə görə şəxsi gələcək hüquqlardan məhrum etmək Konstitusiyanın 149-cu maddəsinə fundamental şəkildə ziddir. Bu məhdudiyyətlə yalnız həkimin hüquqları pozulmamış, eyni zamanda tibb müəssisəsi, yəni "X5" MMC də zərər çəkmişdir. Səhiyyə Nazirliyi özünün ## #### 2026-cı il tarixli əmrinin 16-cı bəndi ilə bu ümumi hüquqi prinsipi fərdi qaydada məhdudlaşdırmağa çalışır. Əvvəlki qanunvericilik praktik tibbi fəaliyyət üçün dar çərçivədə sırf formal "rezidentura" təhsilini tələb edirdisə, NKnın *** nömrəli Qərarı bu yanaşmanı kökündən dəyişmişdir. Yeni qaydalara əsasən, əsas meyar "rezidentura keçmək" deyil, "ali və ya orta ixtisas tibb təhsili əsasında əldə edilmiş fundamental ixtisas" və bunun üzərindən X3 (DPI) sisteminə daxil olmaqdır. Ümumi cərrahiyyə ali tibb təhsili bazasında qazanılmış fundamental cərrahi ixtisasdır. Qanunverici (Nazirlər Kabineti) ümumi cərraha imtahan vermək, DPI balları toplamaq və ya ixtisasdəyişmə (sub-ixtisaslaşma) kursları keçmək şərtilə plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi qapı açmışdır. SN daxili əmrlə bu qapını konkret şəxslərin üzünə bağlaya bilməz. Səhiyyə Nazirliyi ## #### 2026-cı il tarixli əmri ilə əvvəlki vəziyyəti (ixtisas dəyişmələrinin mümkünlüyünü) bərpa etdiyini rəsmən etiraf edir, lakin 16-cı bəndlə müəyyən tarixlərdə sertifikatı ləğv edilənləri bundan məhrum edir. Əgər dövlətin ümumi siyasəti (NKnın *** nömrəli Qərarı) ümumi cərrahların müvafiq hazırlıq və DPI sistemi ilə plastik əməliyyatlar icra etməsinə hüquqi icazə verirsə, bu icazə bütün tibb işçilərinə bərabər şamil edilməlidir (Konstitusiyanın 25-ci maddəsi - Bərabərlik hüququ). Keçmişdə (2025-ci ildə) formal rezidentura sənədinin olmaması səbəbindən sertifikatın ləğv edilməsi faktı, həmin şəxsin gələcəkdə (2026-cı ildə) yaranmış yeni qanunvericilik çərçivəsində (DPI və imtahan vasitəsilə) yenidən hüquq qazanmaq imkanını əlindən ala bilməz. Keçmişdəki çatışmazlığa görə şəxsi gələcəkdə qüvvəyə minən mütərəqqi qanunlardan məhrum etmək "hüququn geriyə şamil olunması" qadağasını vizual olaraq pozur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş yeni qaydalar tibb mütəxəssislərinin praktik fəaliyyətə buraxılması üçün 'rezidentura təhsili' imperativini (məcburiyyətini) aradan qaldırmış, ali tibb təhsili əsasında əldə edilmiş ixtisas və X3 (DPI) / imtahan sistemini əsas meyar kimi müəyyən etmişdir. Bu normativ akt ümumi cərrah ixtisasına malik mütəxəssislərin müvafiq imtahan və ya DPI balları toplamaq vasitəsilə plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsinə hüquqi zəmin yaradır. Lakin cavabdeh Səhiyyə Nazirliyi ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli Əmrinin 16-cı bəndi ilə subyektiv və qərəzli yanaşma nümayiş etdirərək, daha əvvəl sertifikatı ləğv edilmiş mütəxəssisləri (o cümlədən iddiaçı İddiaçı) bu ümumi konstitusion və hüquqi imkandan məhrum etmişdir. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun iyerarxiya prinsiplərinə əsasən, aşağı instansiyanın aktı (Nazirlik Əmri) yuxarı instansiyanın (Nazirlər Kabinetinin *** nömrəli Qərarı) vətəndaşlara tanıdığı hüquqları daralda, məhdudlaşdıra və ya müəyyən bir qrup şəxs üçün istisnalar tətbiq edə bilməz. Bu səbəbdən həmin 16-cı bənd qəbul edildiyi gündən etibarsız sayılmalıdır." Bu, illərlə fəaliyyət göstərmiş peşəkarın, iddiaçı İddiaçı sonradan qəbul edilən və ya dəyişdirilən formal təhsil/rezidentura kriteriyaları bəhanə edilərək sistemdən kənarlaşdırılması və yeni hüquqi mexanizmlərdən (DPI/imtahan) məhrum edilməsidir. Avropa Ittifaqı Məhkəməsinin "Colegio de Ingenieros de Caminos" Qərarı (C- 330/03) (Formal rezidentura/diplom tələbi vs. Real peşəkar təcrübə) Avropa məhkəmə təcrübəsində sub-ixtisaslaşma və ya ixtisasdəyişmə fəaliyyətlərində diplomların və formal təhsil müddətlərinin (rezidentura kimi) ekvivalentliyi mütəmadi mübahisə mövzusudur. Məhkəmə qeyd edir ki, əgər bir şəxs fundamental təhsilə malikdirsə (hazırkı halda: Ali tibb təhsili və Ümumi Cərrahiyyə) və praktik fəaliyyəti dövründə digər sahə üzrə (Plastik cərrahiyyə) bilik və bacarıqlar qazandığını sübut edirsə, dövlət orqanı sırf formal "rezidentura sənədinin" olmamasını əsas gətirərək şəxsin fəaliyyətini tamamilə qadağan edə bilməz. Dövlət onun faktiki kompetensiyasını yoxlamaq üçün alternativ mexanizm (məsələn, imtahan) təklif etməyə borcludur. "X4rşı" və "Lelievre Belçikaya qarşı" prinsipləri (Peşə fəaliyyəti və qazanılmış statusun mülkiyyət hüququ kimi qorunması) IHAM-ın formalaşdırdığı sabit təcrübəyə görə, bir şəxsin müəyyən bir peşə sahəsində (xüsusilə həkimlik, vəkillik, memarlıq kimi yüksək ixtisas tələb edən sahələrdə) fəaliyyət göstərmək hüququ, müştəri bazası və qazandığı iqtisadi status Avropa Konvensiyasının * nömrəli Protokolunun 1-ci maddəsi (Mülkiyyət hüququ) çərçivəsində "iqtisadi maraq" və "mülkiyyət" hesab olunur. İddiaçı plastik cərrahlıq fəaliyyəti onun mülkiyyət elementi statusundadır. Dövlət orqanı (Səhiyyə Nazirliyi) formal təhsil prosedurlarını bəhanə gətirərək, şəxsə alternativ çıxış yolu (məsələn, NK-nın *** nömrəli qərarı ilə gətirilən imtahan və ya DPI keçidini) tanımadan bu hüququ əlindən ala bilməz. Hüququn bu cür tamamilə məhv edilməsi mülkiyyətdən qanunsuz məhrumetmə sayılır. "Thlimmenos Yunanıstana qarşı" (Thlimmenos v. Greece, 2000) - Müstəsna Presedent (Eyni vəziyyətdə olanlara fərqli yanaşma və ayrı-seçkilik qadağası) IHAM müəyyən etmişdir ki, Konvensiyanın 14-cü maddəsi (Ayrı-seçkiliyin qadağan olunması) təkcə fərqli vəziyyətdə olan şəxslərə eyni cür yanaşmağı deyil, həm də "fərqli keçmişi və ya vəziyyəti olan şəxslərə obyektiv və ağlabatan əsaslandırma olmadan eyni neqativ məhdudiyyətləri tətbiq etməyi" qadağan edir. Nazirlər Kabineti *** nömrəli Qərarla ümumi cərrahlar üçün yeni sivil keçid qaydası müəyyən edib. Səhiyyə Nazirliyi isə 16-cı bəndlə "keçmişdə sertifikatı ləğv edilənlər" deyərək xüsusi bir qrupu ayırır və onları bu hüquqdan məhrum edir. IHAM-ın Thlimmenos prinsipinə görə, keçmişdə baş vermiş bir inzibati hadisəyə görə şəxslər arasında bu cür süni hüquqi xətt çəkmək və bir qrupu mütərəqqi qanunun faydalarından məhrum etmək obyektiv əsası olmayan ayrı-seçkilikdir. "Vekony Macarıstana qarşı" (Vekony v. Hungary, 2015) (Oyun qaydalarının qəfil dəyişdirilməsi və ağlabatan keçid dövrünün verilməməsi) Dövlət lisenziyalaşdırma sistemini kökündən dəyişmiş və yeni qaydalar qəbul etmişdir. Nəticədə illərdir fəaliyyət göstərən sahibkar lisenziyadan məhrum olmuşdur. IHAM qərara aldı ki, dövlət tənzimləmə rejimini dəyişdirərkən illərdir bu sahədə fəaliyyət göstərən, sərmayə qoyan və qanunlara riayət edən şəxslərə "ağlabatan keçid dövrü" (transition period) və ya yeni sistemə uyğunlaşmaq üçün ağlabatan imkan tanımalıdır. Qəfil və radikal qadağalar qanunsuzdur. NK-nın *** nömrəli qərarı əslində həmin mütərəqqi "keçid və uyğunlaşma" imkanıdır (imtahan və ya DPI vasitəsilə). Lakin SN daxili əmrlə bu imkanı bloklayır. Vekony presedentinə əsasən, həkimə yeni sistemə adaptasiya olmaq üçün imtahan şansı vermədən onu birbaşa fəaliyyətdən uzaqlaşdırmaq beynəlxalq hüquqa ziddir. "Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Thlimmenos Yunanıstana qarşı” (2000) və “Vekony Macarıstana qarşı” (2015) işləri üzrə formalaşmış sabit hüquqi mövqeyinə əsasən, dövlət orqanları peşəkar fəaliyyətlə bağlı tənzimləmə və lisenziyalaşdırma qaydalarını dəyişərkən və ya yeni hüquqi rejimlər (məsələn, X3 sistemi) tətbiq edərək fərdlərin hüquqi statusuna müdaxilə edərkən, şəxslərə yeni sistemə uyğunlaşmaq üçün obyektiv imkanlar (imtahan, sınaq və s.) tanımalıdır. Keçmiş inzibati hallara istinad edərək müəyyən bir mütəxəssis qrupunun (sertifikatı əvvəlki əmrlərlə ləğv edilənlərin) qanunvericiliyin gətirdiyi yeni mütərəqqi hüquqlardan yararlanmasını tamamilə əngəlləyən Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli əmrinin 16-cı bəndi beynəlxalq presedent hüququnda təsbit olunmuş “ayrı-seçkilik qadağası” və “mütənasiblik” prinsiplərini tamamilə heçə sayır." Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək bildirmişdir ki, iddia verildikdən sonra qeyd olunan əmrin digər normativhüquqi aktlarla müqayisəsi nəticəsində iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Ali ixtisas tibb təhsili haqqında sənəddə (rezidentura təhsili diplomu və ya internatura vəsiqəsi) qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına rıüvafiq peşə hazırlığı kursu keçdikdən sorıra buraxılmasına icazə verilən tibb mütəxəssislərindən bir qrupuna dair tələblər əmrin 1.3-cü bəndində göstərilir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rezidentura təhsili tətbiq edilənədək (2011-ci ilədək) ali ixtisas tibb təhsili haqqında sənəddə (rezidentura təhsili diplomu və ya internatura vəsiqəsi) qeyd edilmiş ixtisasdan fərqli ixtisasa uyğun vəzifə üzrə dövlət tibb müəssisəsinə işə qəbul olunmaqla fasiləsiz 5 (beş) il və daha artıq müddətdə həmin ixtisas üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri”. Həmin bənd də diskriminasion xarakter daşıyır, İddiaçı hüquqlarına toxunur və ölkə qanunvericiliyinə ziddir. Əmrdə dövlət tibb müəssisələrində fəaliyyət göstərmiş tibb mütəxəssislərinə xüsusi imtiyaz verilməsi və ya belə hüquqlardan özəl tibb müəssisələrində çalışmış mütəxəssislərin məhrum edilməsi anlaşılan deyil. Belə ki, Azərbaycan Respublikasına Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsində qeyd olunur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bundan başqa, dövlət özünün əhalinin sağlamlığının qorunması fəaliyyətində özəl tibb fəaliyyəti ilə məşğul olan mütəxəssisləri dövlət tibb müəssisələrinin mütəxəssisləri ilə bərabər hüquqlu subyektlər kimi qiymətləndirir və dövlətin özəl tibb fəaliyyəti sahəsində siyasəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilir ki, özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə tibb müəssisələri ilə yanaşı, səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının qorunmasına təminat yaradır. Qanunun 4-cü maddəsində qeyd olunur ki, özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir. Qanunun 5-ci maddəsinə əsasən, ali və ya orta tibb təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. Özəl tibbi praktika ilə məşğul olan şəxslər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir. Qanunun 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olar şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyn hüquqi qüvvəyə malikdir. Həmçinin Qanunun 16-cı maddəsi qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmağı və sertifikasiyadan keçməyi özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələrinə aid etmişdir. Bu səbəblərdən həmin bəndin şərtləri tək dövlət tibb müəssisələrinə deyil, o cümlədən özəl tibb müəssisələrinə də aid edilməlidir. Bundan başqa, 1.3-cü bənddə (beş) il və daha artıq müddətdə həmin ixtisas üzrə praktik tibb fəaliyyəti ilə məşğulluğun fasiləsiz olması tələbi də əmək qanunvericiliyinə ziddir. Belə ki, fasiləsiz əmək stajı yalnız əməyin stimullaşdırılması üçün müəyyən imtiyazlar əldə olunması, müavinətlərin verilməsi zamanı tələb oluna bilər və bu tələb fəaliyyətə başlayan zamandan işçiyə bildirilməlidir. Sertifikasiya imtahanına buraxılış üçün belə tələbin qoyulması qanunsuzdur. Bundan başqa, əmrin subyekti, forması və mahiyyəti üzrə də müəyyən uyğunsuzluqlar vardır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3 və 4.1-ci maddələr normativ xarakterli aktların dairəsini müəyyən edir və Səhiyyə Nazirliyinin əmri bu siyahıda yoxdur. Konstitusiya Məhkəməsinin əvvəlki yanaşmalarında da 4.1-ci maddədə göstərilən orqanın aktının normativ xarakterli akt olubolmaması ilə onun konkret şəxsə yönəlmiş fərdi akt olması fərqləndirilir. Nəzərə alaraq ki, qanunun analogiyasından istifadə olunmasına obyektiv olaraq normativ tənzimləmə zərurəti mövcuddur, qeyd olunan əmr normativ xarakterli aktların hüquqi rejimi çərçivəsində araşdırılmalıdır. Iddiaçı İddiaçı iddia tələbi dəqiqləşdirilərək aşağıdakı redaksiyada veriIməsinin nəzərə alınması xahiş olunmuşdur: “Iddiaçı İddiaçı subyektiv hüquqlarını pozduğundan cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb mütəxəssislərinin praktik fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” ## #### 2026-cı il tarixli 3-28/3-1- ***/**** nömrəli əmr ləğv edilsin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası üzərinə eyni məsələ üzrə yeni qərar qəbul edilməsi öhdəliyi qoyulsun, yeni qərarda ## #### 2026-cı il tarixli *- **/*-*-***/**** nömrəli əmrdəki 16-cı bəndin bütünlüklə götürülməsi və 1.3-cü bəndində göstərilmiş “dövlət tibb müəssisəsinə” ifadəsində “dövlət”, “fasiləsiz 5 (beş) il” ifadəsində “fasiləsiz" sözlərinin çıxarılması tələb olunsun." Ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb mütəxəssislərinin praktik fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrinin 16-cı bəndi iddiaçı İddiaçı subyektiv hüquqlarını pozduğundan həmin əmrin ləğv edilməsini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası üzərinə eyni məsələ üzrə yeni məzmunda qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Iddiaçı hesab etmişdir ki, sözügedən əmr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarına, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun hüquqi müəyyənlik, bərabərlik, qanuni etimad və mütənasiblik prinsiplərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasına ziddir və onun əmək və peşə hüquqlarını pozur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili vəkil/nümayəndə1 ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 122-ci maddəsi normativ xarakterli aktların mübahisələndirilməsi qaydasını müəyyən edir. Həmin maddənin mənasına görə yalnız dövlət və ya bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar barəsində onların etibarsız hesab edilməsinə dair iddia verilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən normativ xarakterli akt dedikdə qeyri-müəyyən sayda şəxslərə və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş ümumməcburi davranış qaydaları müəyyən edən akt başa düşülür. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi ## #### 2026-cı il tarixli *-**/*-*- ***/**** nömrəli əmrin hüquqi mahiyyətini qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia predmeti kimi göstərilən akt normativ xarakterli akt hesab edilə bilməz. Inzibati işdən göründüyü kimi iddiaçı sözügedən əmrin məhz 1.3-cü və 16-cı bəndlərinin birbaşa onun hüquqlarını pozduğunu iddia edir. Belə ki, mübahisələndirilən əmrin sözügedən bəndləri yeni hüquq normaları müəyyən etmir, ümumi davranış qaydaları yaratmır və qeyri-müəyyən dairədə şəxslər üçün müstəqil hüquqi tənzimləmə həyata keçirmir. Həmin bəndlər yalnız əvvəl qəbul edilmiş konkret inzibati qərarlar nəticəsində hüquqi vəziyyəti müəyyən edilmiş şəxslərə münasibətdə keçid xarakterli tətbiq qaydasını müəyyən edir. Başqa sözlə, əmrin 16-cı bəndi əvvəlki fərdi inzibati aktlarla sertifikasiya şəhadətnamələri ləğv edilmiş konkret müəyyən edilə bilən şəxslər dairəsinə münasibətdə hüquqi nəticə doğurur və həmin şəxslərin hüquqi statusuna təsir göstərir. Əmrin 1.3-cü bəndi isə fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılış şərtlərini tənzimləyir Belə olan halda, mübahisələndirilən müddəa normativ tənzimləmə deyil, müəyyən edilə bilən şəxslər qrupuna yönəlmiş inzibati tənzimləmə xarakteri daşıyır. Iddiaçının hüquqlarına müdaxilə də birbaşa həmin əmrdən deyil, onun barəsində qəbul edilmiş fərdi inzibati aktlardan və həmin aktların tətbiq edilməsinin nəticələrindən irəli gəlir. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; maliyyə bazarları tənzimləyicisinin qərarları; Məhkəmə-Hüquq Şurasının qərarları; Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; yerli özünüidarə orqanlarının qərarları; yerli icra hakimiyyəti orqanlarının qərarları Göründüyü kimi, mərkəzi icra hakimiyyəti orqanlarının (Səhiyyə Nazirliyinin) qərarları (əmrləri) yuxarıda sadalananların arasında yoxdur. Həmçinin qeyd edildiyi kimi, mübahisə predmeti olan aktın xüsusiyyətləri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyasında normativ xarakterli aktlara verilmiş anlayışa uyğun deyildir. Bu səbəbdən iddiaçının hüquqlarının müdafiəsi normativ xarakterli qanunauyğunluğunun yoxlanılmasına dair iddia vasitəsilə deyil, qanunvericilikdə müəyyən edilmiş müddətlərə riayət edilməklə fərdi inzibati aktın mübahisələndirilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilən iddia çərçivəsində həyata keçirilə bilər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Mübahisə predmeti olan inzibati aktın (əmr) məzmunundan və tənzimlədiyi məsələlərdən də göründüyü kimi, (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmışdır. Hansı ki, həmin hüquqi nəticələr iddiaçının hüquqi vəziyyətinə birbaşa təsir göstərmişdir. Əlavə olaraq Kollegiya qeyd edir ki, IPM-in 122-ci maddəsində nəzərdə tutulmuş icraat yalnız normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına şamil olunur. Mübahisələndirilən akt həmin hüquqi meyarlara cavab vermədiyindən, yəni inzibati akt olduğundan qeyd edilən icraat çərçivəsində apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi qismində işə baxılması mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, iddia tələbi də IPM-in 122-ci maddəsinin tələblərinə uyğun qoyulmamışdır. Belə ki, sözügedən maddəyə əsasən tələb konkret normativ xarakterli aktın qanunauyğunluğunun yoxlanılması və ya onun etibarsız (qüvvədən düşmüş) hesab edilməsi olmalı olduğu halda, iddia tələbi mübahisələndirmə iddia növünün hüquqi təbiətinə uyğun formalaşdırılaraq Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli əmrinin ləğv edilməsi (əmrin 1.3-cü bəndinin dəyişdirilməsi) kimi qoyulmuşdur ki, qeyd edilən əsas da iddia tələbinin mümkünsüz sayılmasının digər əsasıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IPM-nin 35.1, 35.3, 122, 123.6-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar