Məhkəmə qərarları › İş №2-3(3-6)-6/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-3(3-6)-6/2026

09.09.2026 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-3(3-6)-6/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan cavabdeh2 ASC-yə qarşı “son haqqhesabın hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1 məhəllə) binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi. MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək son haqq-hesabın hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ## ####### 2008-ci il tarixindən ## ###### 2015-ci il tarixinədək cavabdeh2 ASC-də çalışmışdır. ##.##.2016-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Işdən azad olunan zaman ona 2015-ci il dekabr ayının, 2016-cı il yanvar ayının əmək haqqları və son haqq-hesab ödənilməmişdir. Ona ödənilməmiş 2015-ci ilin dekabr ayının əmək haqqı 2019-cu ilin noyabr-dekabr aylarında onun cavabdeh2 ASC-yə olan kredit borcuna silinsə də, 2016-cı ilin yanvar ayının əmək haqqı və işdən azad olmağıyla bağlı son haqq-hesab bu günə qədər ona ödənilməmiş, nə də ki, cavabdeh2 ASC-yə olan kredit borcuna silinməmişdir. Bununla bağlı Ləğv prosesində olan cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, Ləğv prosesində olan cavabdeh2 ASC-nin məhkəmə tərəfindən təsdiqlənmiş tələbləri siyahısında ona məxsus hər-hansı kreditor tələbi aşkar edilməmişdir. O, işdən azad olunduqdan sonra əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli *(***)-****/**** saylı iddianın təmin olnmasına dair qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Ləğv prosesində olan cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2016-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2017-ci il tarixli *(***)-***/** nömrəli qərarı ilə təmin edilməmişdir. Ləğv prosesində olan cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2016-cı ildə verdiyi apellyasiya şikayətində onun əmək haqqı tələbinin qeydə alındığını bildirərək növbəlilik əsasında ödəniləcəyini qeyd etsə də, ona ödənilməli olan əmək haqqının və son haqq-hesabın ödənilməsindən imtina edir. Ləğv prosesində olan cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2016-cı ildə onun kreditor tələbinin qeydə alınmasını və Banklar haqqında qanunun tələblərinə uyğun olaraq növbəlik qaydasında ödəniləcəyini qeyd etsə də, müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyala keçirilməsinə başlanılmasına baxmayaraq, ona ödənilməli olan 2016-cı ilin yanvar ayının əmək haqqı və işdən azad olması ilə bağlı son haqq-hesab əsassız olaraq bu günə qədər ona ödənilməmiş, nə də ki, cavabdeh2 ASC-yə olan kredit borcuna silinməmişdir. Odur ki, ona ödənilməmiş 2016-cı il yanvar ayının 1245 (bir min iki yüz qırx beş) manat əmək haqqısının və işdən azad olunması ilə bağlı son haqq-hesabın hesablanaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan cavabdeh2 ASC-yə qarşı “son haqqhesabın hesablanaraq ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.9-cu maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd edilir ki, Inzibati Prosessual Məcəllənin 131 və 132-ci maddələrində xüsusi kateqoriya işlərə birinci instansiya qaydasında apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 131-ci maddəsinə əsasən, “Banklar haqqında” Qanuna müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Inzibati Prosessual Məcəllənin 132-ci maddəsində isə bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması məsələsi tənzimlənmişdir. Bundan əlavə o da diqqətə çatdırlır ki, bütün növ inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırkı işdən görünür ki, iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan cavabdeh2 ASCyə qarşı tələbi “son haqq-hesabın hesablanaraq ödənilməsi” barədədir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə diqqət yetirir: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh cavabdeh2ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan ödənilməmiş əmək haqqına görə 3000 (üç min) manat məbləğində pul və əmək haqqını gecikdirdiyinə görə 3900 (üç min doqquz yüz) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2016-cı il tarixli qərardadı ilə ləğvetmə prosesində olan cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## #### 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı “Əmanətlərin Sığortalanması Fondu”na qarşı “ödənilməmiş əmək haqqının, son haqq-hesabın və əmək haqqının gecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Iddiaçıya müvafiq tələbləri “Banklar haqqında” Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürə, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə iflas haqqında qərarı qəbul etmiş məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur. - Ali Məhkəmə Mülki Kollegiyasının *(***)-***/** nömrəli ## ###### 2017-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən sorğuya cavab olaraq verilmiş **-*/*- ****/**** nömrəli ## #### 2026-cı il tarixli məktubla bildirilmişdir ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(**)-****/**** nömrəli qərarı ilə cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Tələblərin qeydə alınması “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76- cı maddəsində göstərilən qaydada və müddətdə (60 təqvim günü ərzində) həyata keçirilir. Həmin müddət ərzində İddiaçı tərəfindən kreditor tələbinin qeydiyyata alınması ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Həmçinin bununla bağlı bildiririk ki, “Banklar haqqında” Qanunun 77 və 77.1-ci maddələrinə əsasən, sözügedən tələb mühasibat uçotunda əks olunmadığından qəbul və ya etiraz edilmiş kreditor tələblərinin reyestrində öz əksini tapmamışdır. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə hesabdan çıxarışlar təqdim olunmuşdur. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim olunan mülahizə ilə bildirilmişdir ki, təqdim edilmiş hesabdan çıxarışlardan müəyyən olunur ki, iddiaçının bankdakı cari hesabında qalmış və kreditor tələblərinin reyestrində tanınmış 1.271,28 manat məbləğində vəsait məhkəmə qərarının icrası çərçivəsində iddiaçının bank qarşısında mövcud öhdəliyi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada əvəzləşdirilmişdir. İddiaçı tərəfindən son haqq-hesab üzrə banka qarşı mövcud tələbi "Banklar haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlər ərzində kreditor tələbi kimi qeydə alınmamışdır. Bundan başqa Qanunun 77-ci maddəsinin tələblərinə əsasən ləğvedici tərəfindən tələbin qeydə alınmamasının səbəbi ondan ibarət olmuşdur ki, ilkin kreditorların reyestri qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilərkən ləğv prosesində olan bankın aralıq hesabları üzrə inventarizasiya işləri hələ yekunlaşmamış, nəticədə iddiaçıya məxsus son haqq-hesab məbləği ilkin reyestrdə əks etdirilməmişdir. Sonradan, ilkin kreditorların reyestri məhkəmə tərəfindən təsdiq edildikdən sonra bankın aralıq hesabları üzrə inventarizasiya işləri tamamlanmış və nəticədə ümumilikdə 18 keçmiş əməkdaşın son haqqhesab məbləğlərinin bankın aralıq hesablarında saxlanıldığı müəyyən edilmişdir. Həmin şəxslərin tələbləri ləğvedici tərəfindən tanınaraq öhdəliklər siyahısına daxil edilmişdir. Bu səbəbdən İddiaçı ləğvediciyə qarşı mülki işi üzrə keçirilmiş məhkəmə iclaslarında da onun tələbinin ləğvedici tərəfindən tanındığı və müvafiq qaydada uçota alındığı barədə məhkəməyə məlumat verilmişdir. Lakin ##.##.2024-cü il tarixə yenilənmiş kreditorların reyestri məhkəmənin təsdiqinə təqdim edilərkən Azərbaycan Respublikası Mərkəzi Bankının məqbul hesab etdiyi hüquqi mövqeyə əsasən qeyd olunan 18 şəxs üzrə tələblərin yenilənmiş kreditorların reyestrinə daxil edilməsinin məqsədəmüvafiq olmadığı hesab edilmişdir. Bununla əlaqədar olaraq, ləğvedici həmin şəxslərin, o cümlədən İddiaçı tələblərini yenilənmiş kreditorların reyestrindən çıxarmışdır. Beləliklə, yuxarıda qeyd olunan hallar göstərir ki, iddiaçının tələbinin ilkin mərhələdə reyestrdə əks olunmaması ləğvedicinin iradəsindən irəli gəlməmiş, bankın aralıq hesabları üzrə inventarizasiya işlərinin yekunlaşmaması ilə şərtlənmiş, sonrakı mərhələdə isə həmin tələbin yenilənmiş kreditorların reyestrində əks etdirilməməsi bilavasitə Azərbaycan Respublikası Mərkəzi Bankının bu məsələyə dair hüquqi mövqeyi əsasında həyata keçirilmişdir. Işin araşdırılmış hallarından aydın olur ki, tərəfindən son haqq-hesab üzrə banka qarşı mövcud tələbi "Banklar haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlər ərzində kreditor tələbi kimi qeydə alınmamışdır. Belə ki, ##.##.2024-cü il tarixə yenilənmiş kreditorların reyestri məhkəmənin təsdiqinə təqdim edilərkən Azərbaycan Respublikası Mərkəzi Bankının məqbul hesab etdiyi hüquqi mövqeyə əsasən aralarında hazırkı iddiaçının adı olmaqla 18 şəxs üzrə tələblərin yenilənmiş kreditorların reyestrinə daxil edilməsinin məqsədəmüvafiq olmadığı hesab edilmiş, bununla əlaqədar olaraq, ləğvedici həmin şəxslərin, o cümlədən İddiaçı tələblərini yenilənmiş kreditorların reyestrindən çıxarmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı adı hazırkı anda kreditorların reyestrində olmadığından, kreditor kimi tələbləri qeydə alınmadığından iddiaçının hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və IPM-in 2.2, 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan cavabdeh2 ASC-yə qarşı “son haqqhesabın hesablanaraq ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar