Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-108/2026 04.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2(063)- 1411/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh 24 mart 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 11 fevral 2011-ci il tarixdə Sadiq və 16 fevral 2012-ci il tarixdə Nuran adlı övladları doğulmuşdur. Tərəflərin nikahları Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 ataları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadına əsasən 29 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli olmaqla, ümumilikdə 0,30 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinə əsasən 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. X4 Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsi dəyişdirilərək 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadına əsasən 29 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda cavabdehin ailə və maddi vəziyyətintə pisə doğru heç bir dəyişiklik olmamışdır. Lakin onun vəziyyəti ötən müddət ərzində dəyişmişdir. Belə ki, o, yenidən evlənmiş və yeni evliliyindən 29 may 2025-ci il tarixdə Elmir adında bir övladı doğulmuşdur. Hazırda o, körpə övladını böyütdüyü üçün heç bir yerdə işləyə bilmir və bu səbəbdən də müstəqil qazanı yoxdur. Bu səbəbdən də, o, alimentin məbləğinin azaldılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli olmaqla, ümumilikdə 0,30 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbini qəbul etməməsi barədə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı ona qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli olmaqla, ümumilikdə 0,30 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, cavabdehin guya onun ailə və maddi vəziyyətində pisə doğru heç bir dəyişiklik olmamışdır. İddiaçı isə yenidən ailə həyatı qurmuş və 29 may 2025-ci il tarixdə Elmir adlı oğlu doğulmuşdur. İddiaçı körpə uşağını böyütdüyü üçün heç bir yerdə işləmədiyindən müstəqil qazancı yoxdur. Bu isə ötən müddət ərzində iddiaçının vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. İddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, onun maddi vəziyyətində də çətinlik olmuşdur. Belə ki, himayəsində olan iki uşaq böyüdükcə onların gündəlik maddi tələbatlarıda artır. Buna görə də sonuncu təyin olunmuş alimentin miqdarı belə uşaqların maddi çətinliyini aradan qaldırmağa kömək etmir. Həmçinin özü İİ qrup əlildir və himayəsində uşaqlarından əlavə xəstə anası vardır. Lakin İddiaçı maddi vəziyyətinin pisləşdiyini bildirsə də, əksinə, onun maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik vardır. Nuranənin xeyrinə ondan ev və cehiz əmlaklarına görə məhkəmə qətnamələrinə əsasən onun əmək haqqısından və pensiyasından hər birindən ayrıayrılıqda 50 faiz miqdarında pul tutulur ki, bu da Nuranənin maddi vəziyyətini yaxşılaşdırır, onun vəziyyətini isə pisləşdirir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, tərəflər 24 mart 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 11 fevral 2011-ci il tarixdə Sadiq və 16 fevral 2012-ci il tarixdə Nuran adlı övladları doğulmuşdur. Tərəflərin nikahları Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 ataları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Həmçinin Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)-17/2024 nömrəli qətnaməsinə əsasən 26 dekabr 2022-ci il tarixdən başlayaraq 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(107)-1286/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)- 17/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi və 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadına əsasən 29 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.
6. İşin faktiki hallarından görünür ki, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutulması əsasları dəyişmişdir. Belə ki, müəyyən edilmişdir ki, alimentin məbləği müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti əsas meyar kimi götürülməlidir. İş materiallarından görünür ki, aliment öhdəliyi müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, iddiaçı yenidən ailə həyatı qurmuş və həmin nikahdan 29 may 2025-ci il tarixdə Elmir adlı azyaşlı övladı dünyaya gəlmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçının azyaşlı övladının olması onun üzərinə əlavə maddi öhdəliklər qoyur və bu hal alimentin məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı hazırda azyaşlı körpə övladına qulluq etməsi səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmir və müstəqil gəlir mənbəyinə malik deyildir. Bununla yanaşı, məhkəmə aliment alan uşaqların mənafeyinin prioritetliyini də nəzərə alaraq, onların maddi təminatının əsaslı şəkildə azalmasına yol verilməməsinin zəruriliyini qeyd edir. Bu baxımdan, iddia tələbi tam həcmdə deyil, yalnız iddiaçının dəyişmiş ailə vəziyyətinə uyğun və ədalətlilik prinsipinə cavab verən həddə təmin edilməlidir.
7. Məhkəmə, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması üçün əsasların dəyişildiyini nəzərə alıb, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli və Ucar rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli olmaqla, ümumilikdə 0,40 misli həddində aliment tutulmalıdır.
8. Ucar Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2(063)-1411/2025 nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddia qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli olmaqla, ümumilikdə 0,40 misli həddində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 110 (bir yüz on) manat məhkəmə xərcinin İddiaçı aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112.1-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli, 2(102)-2698/2025 saylı qərarı; Ucar Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(063)- 17/2024 nömrəli qətnaməsi; Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(107)-1286/2024 nömrəli qətnaməsi; Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadı; Aktobe vilayəti üzrə “Vətəndaşlar üçün hökumət” “DX” QPSC filialı Aktobe şəhər VVAQ şöbəsi tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş ******* nömrəli nikah bağlanması haqqında şəhadətnamə; Qazaxıstan Respublikası Aktobe şəhəri üzrə Mülki Vəziyyət Aktlarının Qeydiyyatı Orqanı tərəfindən 11 iyul 2025-ci il tarixdə verilmiş 10084322 nömrəli doğum haqqında şəhadətnamə; Maliyyə sənədləri.
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin (yəni, onun) üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan (yəni, 246 manat və ya minimum əmək haqqının 0,615 misli) maddi təminatın aliment kimi digər valideyndən (yəni, İddiaçı) tutulmasına əsas verir. Beləliklə, 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli olmaqla, ümumilikdə 1,23 misli həddində sabit pul məbləğində aliment tutulmalı olmağına baxmayaraq, hazırki qətnamədən əvvəl də bunun yarısından da az-hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində aliment tutulurdu. Buna baxmayaraq məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etməklə həmin məbləği də azaltmış və iddiaçıdan hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli olmaqla, ümumilikdə 0,40 misli həddində, yəni tutulmalı olan məbləğin 1/3–dən də az miqdarda sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən də görünür ki, o iddia ərizəsinə qarşı verdiyi etirazda da göstərmişdir ki, onun maddi vəziyyəti pisdir. Belə ki, himayəsində olan iki uşaq böyüdükcə onların gündəlik maddi tələbatları da artır. Buna görə də sonuncu təyin olunmuş alimentin miqdarı belə uşaqların maddi çətinliyini aradan qaldırmağa kömək etmir. Həmçinin özü İİ qrup əlildir və himayəsində uşaqlarından əlavə xəstə anası vardır. İddiaçı maddi vəziyyətinin pisləşdiyini bildirsə də, əksinə, onun maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik vardır. Belə ki, İddiaçı xeyrinə ondan ev və cehiz əmlaklarına görə məhkəmə qətnamələrinə əsasən əmək haqqından və pensiyasından ayrı-ayrılıqda 50 faiz miqdarında pul tutulur ki, bu da iddiaçının maddi vəziyyətini yaxşılaşdırır, onun vəziyyətini isə pisləşdirir. Etirazda göstərilənləri daha da dəqiqləşdirmək istəyərək bildirir ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-2698/2025 nömrəli qərarından göründüyü kimi Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsinə əsasən ondan 6390 manat, Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(063)- 203/2021 nömrəli qətnaməsinə əsasən isə 19.107 manat məbləğdə pulun tutulub, iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamələrə görə isə onun əmək haqqından və pensiyasından hər ay 543 manat məbləğində pul tutulub iddiaçıya verilir. Ondan isə Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən alimentə görə tutulan məbləğ cəmi 232 manat (minimum əmək haqqının 0,58 misli məhz bu qədər edir) təşkil edir. Bu isə onu göstərir ki, iddiaçı uşaqlarına görə aliment ödəmədən faktiki olaraq hər ay ondan əlavə 311 manat (543-232=311) pul alır. Yəni, iddiaçının maddi vəziyyəti hal-hazırda onunkindən yaxşıdır. Bu şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan isə görünürki, o 2-ci qrup əlildir. Əlilliyinə görə isə əlavə işdə işləyə bilmir.
13. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(063)- 1411/2025 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
19. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh Ucar Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2(063)- 1411/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsinin hansı əsasla ləğv edilməli olduğunu göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə ilə qismən razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş təyin edilmiş aliment məbləğinin hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının azaldılmış 0,09 misli olmaqla, ümumilikdə 0,18 mislinə aid mübahisələndirilən hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, cavabdeh Ucar Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2(063)-1411/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin olunmamış hissəsinin hansı əsasla ləğv olunmalı olduğunu əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamışdır.
25. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 12-ci bəndində qeyd edilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli olmaqla, ümumilikdə 1,23 misli həddində sabit pul məbləğində aliment tutulmalı olmağına baxmayaraq, hazırki qətnamədən əvvəl də bunun yarısından da az-hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində aliment tutulurdu. Buna baxmayaraq məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etməklə həmin məbləği də azaltmış və iddiaçıdan hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli olmaqla, ümumilikdə 0,40 misli həddində, yəni tutulmalı olan məbləğin 1/3–dən də az miqdarda sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul etmişdir.
26. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, aliment öhdəliyi müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, iddiaçı yenidən ailə həyatı qurmuş və həmin nikahdan 29 may 2025-ci il tarixdə Elmir adlı azyaşlı övladı dünyaya gəlmişdir. Məhkəmə nəzərə almışdır ki, iddiaçının azyaşlı övladının olması onun üzərinə əlavə maddi öhdəliklər qoyur və bu hal alimentin məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı hazırda azyaşlı körpə övladına qulluq etməsi səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmir və müstəqil gəlir mənbəyinə malik deyildir. Bununla yanaşı, məhkəmə aliment alan uşaqların mənafeyinin prioritetliyini də nəzərə alaraq, onların maddi təminatının əsaslı şəkildə azalmasına yol verilməməsinin zəruriliyini qeyd edir. Bu baxımdan, iddia tələbi tam həcmdə deyil, yalnız iddiaçının dəyişmiş ailə vəziyyətinə uyğun və ədalətlilik prinsipinə cavab verən həddə təmin edilməlidir. Buna görə də iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması üçün əsasların dəyişildiyini nəzərə alıb hesab etmişdir ki, iddia qismən təmin edilməli və Ucar Rayon Məhkəməsinin 01 may 2025ci il tarixli, 8(063)-45/2025 nömrəli qərardadına əsasən 21 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli olmaqla, ümumilikdə 0,40 misli həddində aliment tutulmalıdır.
27. Birinci instansiya məhkəməsi öz qətnaməsində Ailə Məcəlləsinin 112.1–ci maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, nəzərə almaq lazımdır ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Uşaqların saxlanması üçün əvvəllər Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadına əsasən 29 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qərar İddiaçı ailə, maddi və əmlak vəziyyətinə uyğun hesab edilməlidir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva etmir.
29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, Sadiq və Nuran adlı uşaqların üstün mənafeləri və cavabdehin himayəsində yaşamaları, habelə digər diqqətəlayiq hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaqlar üçün müəyyən edilmiş alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Belə ki, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0.29 misli (400 x 0.29 = 116 manat) həddində sabit pul məbləği nəzərdə tutulur. Məhkəmə kollegiyası belə hesab edir, müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
30. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanununun 5-ci maddəsində qeyd edilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
31. Məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(063)-45/2025 saylı qərardadına əsasən 29 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 11 fevral 2011-ci il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulmasının qərara alınması ilə həm tərəflərin maddi vəziyyəti, həm də uşaqların mənafeyi nəzərə alınmışdır və Ucar Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e- 2(063)-1411/2025 nömrəli qətnaməsi ilə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli olmaqla, ümumilikdə 0,58 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarını azaltmaqla hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli olmaqla, ümumilikdə 0,40 misli həddində müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş təyin edilmiş aliment məbləğinin hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının azaldılmış 0,09 misli olmaqla, ümumilikdə 0,18 mislinə aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2(063)-1411/2025 nömrəli qətnaməsi iddianın təmin olunmuş təyin edilmiş aliment məbləğinin hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının azaldılmış 0,09 misli olmaqla, ümumilikdə 0,18 mislinə aid mübahisələndirilən hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddiası həmin hissədə təmin edilməməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, e-2(063)-1411/2025 nömrəli qətnaməsi iddianın təmin olunmuş təyin edilmiş aliment məbləğinin hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının azaldılmış 0,09 misli olmaqla, ümumilikdə 0,18 mislinə aid mübahisələndirilən hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddiası həmin hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.