Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-11/2026 26.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment borcunun tutulması və cavabdehin məsuliyyətə cəlb edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılıb, qüvvə) X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun tutulması və cavabdehin məsuliyyətə cəlb edilməsi tələbinə dair iddia ərizəsi üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(037)-1666/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin aliment borcunun tam hesablanması və ona ödənilməsi üçün qərar çıxarılması, aliment üzrə yaranmış bütün borcun məcburi tutulmasının təmin edilməsi, cavabdehin alimenti davamlı şəkildə ödəməsi üçün icra məmuruna göstəriş verilməsi, cavabdehin aliment ödənişindən yayınmasına görə AR İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinin təmin edilməsi, cavabdehin ölkəyə daxil olarkən tutulması üçün "Daxil olma qadağası saxlanılma haqqında qərar” çıxarılması barədə icra orqanına təqdimat verilməsi və Rusiya Federasiyasına alimentlə bağlı beynəlxalq sorğu göndərilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(037)-1666/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment borcunun tutulması və cavabdehin məsuliyyətə cəlb edilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, 2(037)-1666/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(037)-1666/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin aliment borcunun tam hesablanması və ona ödənilməsi üçün qərar çıxarılması, aliment üzrə yaranmış bütün borcun məcburi tutulmasının təmin edilməsi, cavabdehin alimenti davamlı şəkildə ödəməsi üçün icra məmuruna göstəriş verilməsi, cavabdehin aliment ödənişindən yayınmasına görə AR İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinin təmin edilməsi, cavabdehin ölkəyə daxil olarkən tutulması üçün "Daxil olma qadağası saxlanılma haqqında qərar” çıxarılması barədə icra orqanına təqdimat verilməsi və Rusiya Federasiyasına alimentlə bağlı beynəlxalq sorğu göndərilməsi barədə qərar çıxarılmasına dair məhkəmə qaydasında baxıla bilməyən qeyri müəyyən tələblər irəli sürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(037)-1666/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(037)-1666/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(037)-1666/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-11/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-11/2026
26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver