Azərbaycan Respublikası adından Qətnamə İş № 2(3-10)-154/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş mənəvi ziyana görə təzminat” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi, sübutetmə yükü) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş mənəvi ziyana görə təzminat” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində vəsaitin (təzminatın) alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## ####### 1997-ci il tarixdə 29 ailənin nümayəndələrinin iştirakı ilə "Babək" kəndli fermer təsərrüfatını yaratmışlar. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının ## ##### 1998-ci il tarixli, *** saylı sərəncamı ilə ilkin olaraq təsərrüfatlarına 50.0 ha torpaq sahəsi ayrılmış və ## ###### 1997-ci il tarixdə qeydiyyata alınaraq */** saylı şəhadətnamə alınmışdır. Təsərrüfatı genişləndirmək məqsədilə Zərdab RİH-nin memarlıq və tikinti şöbəsinin hazırladığı smeta sənədləri ilə təsərrüfatda 100 başlıq iribuynuzlu mal-qara üçün tövlə, 1000 başlıq qoyun-keçi üçün tövlə tikmişlər. 8,5 km məsafədə yerləşən su mənbəyindən təsərrüfata su kanalı çəkərək su təminatı yaratmış, iki çoban evi, 500 başlıq quzu tövləsi, 500 başlıq qoyun-keçi üçün yay qaşarı tikmişlər. 2014-cü ildə təsərrüfatlarında 400 baş qoyun-keçi, 30 başdan yuxarı iribuynuzlu mal-qara olmuşdur. Çallı Bələdiyyəsinin ## ###### 2000-ci il tarixli qərarına əsasən ## ###### 2007-ci il tarixli icarə müqaviləsi ilə 50 (əlli) il müddətinə əkinçiliyin inkişafı üçün 50.0 ha torpaq sahəsi onun icarəsinə verilmişdir. 2014-cü ildən başlayaraq Çallı kənd sakini Cavabdeh müxtəlif bəhanələrlə (hətta rayon rəhbərliyinin adını çəkməklə) icarəsində olan torpaq sahəsinin istifadəsinə maneələr yaratmağa başlamışdır. İlkin olaraq icarəsində olan torpaq sahəsinin 20 hektarını Tovuz rayon sakini X4. ## ####### 2019-cu il tarixdə icarəsində olan torpağın 10 hektarını yenə də ona satmaq istəyərkən o Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ucar Ərazi İdarəsinin rəisi Nizami Qasımovun qəbulunda olub ona rəsmi məktubla müraciət edərək qarşısını almışdır. Cavabdeh Cavabdeh icarə sənədlərini guya Zərdab Rayon İcra Hakimiyyəti istəyir deyərək ondan alaraq bir müddət sonra çox çətinliklə geri aldıqda sənədlərin bir qisminin yox olduğunu görmüşdür. Rayon Torpaq Şöbəsinin rəyi və torpağın sərhədlərini göstərən cizgi yox olmuşdur və cavabdeh oğurluğu etiraf etməmiş və bildirmişdir ki, Rayon İcra Hakimiyyəti edib ona dəxli yoxdur. O, dəfələrlə mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata saldırıb çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ucar Ərazi İdarəsinə müraciət edib. X13 müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. (##.##.2020, ##.##.2020, ##.##.2020, ##.##.2023,##.##.2023, ##.##.2024 və s. Ərizələrin surətləri iddia ərizəsinə əlavə olunur). Cavabdeh öz düşmənçiliyini hər addımda öz əməlləri ilə büruzə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 2(102)- ****/**** nömrəli qərarının olmasına baxmayaraq cavabdeh bir qrup Çallı kənd sakinlərindən təşkil etdiyi qanunsuz dəstə ilə torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir (video görüntülərin olduğu disk əlavə edilir). Çox çətinliklə ##.##.2021ci il tarixdə icarəsində olan 50.0 hektar torpaq sahəsinə bələdiyyə tərəfindən təsdiq olunmuş elektron çıxarış almışdır. 2022-ci ildə əkdiyi 24 hektar arpa sahəsinə suvarma suyunun verilməsi əngəllənmişdir. Zərdab Rayon Məhkəməsi ##.##.2020-ci il tarixli *(***)- ***/**** nömrəli qərardadı ilə X14 torpaq sahələrinə girişi və maneəni qadağan etmişdir. Amma cavabdeh Cavabdeh dayanmamışdır. 2023-cü ildə əkin sahələrini suvarmaq üçün Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin qərarı ilə suvarma suyunun verilməsinə yaradılan maneə aradan qaldırılsa da, hələ də cavabdeh və onun dəstəsi icarəsində olan 27 ha torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Zərdab Rayon Məhkəməsi maneənin aradan qaldırılması barədə ##.##.2024-cü il tarixli, e- 2(035)- ***/**** nömrəli qərarını versə də, hələ də cavabdeh Cavabdeh öz qanunsuz dəstəsi ilə yaratdığı maneə aradan qaldırılmayıb. Cavabdeh və onun təşkil etdiyi qanunsuz dəstə ona böhtan atır və hal-hazırda da atmaqda davam edir. Onun tələbi əsasında gəlmiş ekspertiza cavabdehin və onun dəstəsinin, Zərdab Rayon Məhkəməsinin nümayəndəsinin iştirakı ilə keçirilərək akt tərtib edilmiş və ekspert rəyi hazırlanmışdır (cizgi, rəy və akt iddia ərizəsinə əlavə edilir). Onun Şəki İnzibati Məhkəməsinə icarəsində olan torpaq sahəsinə çıxarış almaq üçün müraciəti, ekspert rəyinin olması, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-*/**** nömrəli, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarları belə cavabdehi qane etməmişdir. Cavabdeh öz düşmən münasibətini hər an bildirir, yalandan məktublar yazaraq, müqavilə və bələdiyyə qərarlarını təhrif edir, müxtəlif yalanlarla insanları aldadır, onlara yalan məlumatlar yayaraq təsərrüfatın fəaliyyətinə maneələr yaratmağa çalışır. Hələ də Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının icrası təmin olunmayıb. X3 adına sənədləşdirilmiş təsərrüfatın 50 hektar torpaq sahəsi cavabdeh tərəfindən təşkil edilən qanunsuz dəstənin üzvləri hələ icarə müddətinin başa çatmasına bir il vaxt qaldığı halda insanları aldadaraq onlara yalan və saxta məlumatlar vasitəsilə qızışdırıb təsərrüfata ciddi ziyan vurmuşlar. Vurulmuş ziyanın müəyyənləşdirilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının mütəxəssisləri dəvət olunmuşdur. Onlar ərazini diqqətlə araşdıraraq 18750 (on səkkiz min yeddi yüz əlli) manat məbləğində ziyan vurulduğunu müəyyənləşdirmişlər və o, "Vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi" ilə Zərdab Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh Cavabdeh öz düşmənçilik mövqeyi ilə təsərrüfatın normal fəaliyyətinə 10 (on) ildir ki, çətinliklər yaradır. Cavabdeh onun vətəndaşlıq hüququnu, Konstitusiyanın ona verdiyi hüquq və vəzifələri 10 ildir ki, məhdudlaşdırmışdır. 10 il ərzində əsassız olaraq ondan istifadə etmədiyi torpağa görə icarə haqqı alınır. 2021-ci ilin iyul ayında ona verdiyi çıxarış 2019-cu ilə kimi başqa şəxsin icarəsində olub və ondan həmən torpağa görə icarə haqqı aldığı halda, sözügedən torpağın 27 hektarı üçün ikinci dəfə təkrarən ondan da icarə haqqı alıb. Ümumilikdə istifadə etmədiyi torpağa görə ondan 1088 (bir min səksən səkkiz) manat artıq pul alınıb. Bütün bunları nəzərə alaraq o Azərbaycan vətəndaşı olaraq və Azərbaycan Respublikası Konstitusiyasının ona verdiyi hüquqlardan istifadə edərək cavabdehdən ona vurmuş olduğu mənəvi zərərin əvəzini tələb edir. Həminmənəvi zərəri 20000 (iyirmi min) manat olaraq qiymətləndirir. Beləliklə, cavabdeh Zərdab rayonunun Çallı kənd sakini cavabdeh Cavabdeh onun vətəndaşlıq hüququnu, Konstitusiyanın ona verdiyi hüquq və vəzifələri 10 il müddətində məhdudlaşdırdığına görə cavabdehdən ona vurmuş olduğu mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində vəsaitin (təzminatın) alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Tərəfindən ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu da cavabdehdən alınaraq ona qaytarılmalıdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o Zərdab rayonu, Çallı kəndində doğulub və orada yaşayır. Hər kəs öz yaşadığı ərazidə öz müsbət əməlləri ilə bir-birinə kömək etməlidir. O da öz yaşadığı ərazidə əlindən gələni edib və hər kəsə kömək etməyə çalışıb. İndiyədək 20 ailəyə 33.000 manat yardım göstərib. Cavabdeh və onun dəstəsi mane olmasaydı bu məbləğ 50.000 manat da ola bilərdi. Cavabdeh və onun ətrafında olan şəxslərdən Respublika Prokurorluğuna qəbula yazılmaq üçün 45 teleqram vurmuşdur. Ona qarşı atılan böhtana görə ürək əməliyyatı keçirib və ürək əməliyyatına 11000 manat pul xərcləyib. Bələdiyyənin və digər şəxslərin şikayəti əsasında onu 5 dəfə mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə çağırıblar. Ora gedib-gəlmək üçün hər dəfə 300-400 manat pul xərcləyib. Bundan başqa bələdiyyə və digər kənd sakinləri ilə Şəki Apellyasiya Məhkəməsində olan işləri ilə bağlı Şəki şəhərinə gedibgəlmək məcburiyyətində qalıb və hər dəfə yollarda 200- 300 manat pul xərcləyib. Bunları mənəvi zərər hesab edir. Hazırda Şəki İnzibati məhkəməsində Cavabdeh sədlik etdiyi bələdiyyəyə qarşı 195380 manat məbləğində iddia qaldırıb. İcra hakimiyyəti və suvarma sistemləri idarəsi təsərrüfatı sulamağına imkan vermədikləri üçün onun 24 ha əkin sahəsinə ziyan dəymişdir. Buna görə hazırda icra hakimiyyəti və suvarma sistemləri idarəsinə qarşı da 15000 manat pul məbləğində pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bələdiyyə ilə aralarında bağlanmış müqaviləyə əsasən ona 50 ha torpaq sahəsi verilmişdir. Həmin müqavilə əsasında bələdiyyə ona məktub göndərib və icarə haqının ödənilməsini tələb edib. Bələdiyyəyə cavab yazıb bildirib ki, 50 ha torpaq sahəsinin yerini bilmir, həmin sahəsinin yerini göstərsinlər, o da ödənişləri etsin. Ona 2021-ci ildə torpaq üçün elektron çıxarış təqdim edilib. Torpaq sahəsində əkin işi aparmağa başlayarkən Cavabdeh yanında 4 nəfərlə əraziyə hücum edib əkin işlərinin aparılmasına maneə yaratmışlar. Torpaq sahəsi Ali Məhkəmənin qərarı ilə onun istifadəsinə verilsə də, bu şəxslər Ali Məhkəmənin qərarını tanımaq istəmirlər. Həmin sahəyə çıxarış aldıqdan sonra cəmi 1 il ərzində ərazidə əkin işləri apara bilib. Qalan vaxtlarda müxtəlif bəhanələrlə ona maenə yaradılıb və ona 100000 manatdan çox ziyan vurulub. Təsərrüfatına aid olan icarə torpaqlarının 81 ha hissəsi haqqında məhkəmə qərarları olmasına baxmayaraq həmin torpaqlardan istifadə edə bilmir, bələdiyyə buna şərait yaratmır. Zərdab Rayon Məhkəməsinin maneənin aradan qaldırılması barədə ##.##.2024-cu il tarixli *(***)-***/**** saylı qərarının olmasına baxmayaraq bələdiyyə və onun dəstəsi yenə də həmin torpaqlardan istifadəsinə imkan vermir. Həmin ərazilərdən istifadə edə bilmir. İddiasını Zərdab rayon Çallı Bələdiyyəsinə qarşı deyil, məhz Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh qarşı qaldırmışdır. Ona görə də iddianı müdafiə edir və iddianın təmin olunmasını məhkəmədən xahiş edir.
4. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, heç vaxt iddiaçıya qarşı mənfi münasibətdə olmamış, əksinə ona hər zaman köməklik göstərmişdir. İddiaçı pandemiya vaxtı “covid-19” karonavirusuna yoluxduğuna görə xəstəliyi ilə bağlı ürək əməliyyatı keçirib. Yüzlərlə insan ürək əməliyyatı keçirir, iddiaçının xəstəliyinin onunla heç bir əlaqəsi yoxdur. İddiaçı iddiada göstərdikləri hamsı yalan və böhtandan ibarətdir. Sənədlərin guya bələdiyyə tərəfindən itirilməsinə münasibətdə bildirir ki, bələdiyyənin sədri olaraq onun sənədlərinə baxış keçirib özünə qaytarılıb və iddiaçı həmin sənədləri özü ilə aparıb. İddia ərizəsində göstərilib ki, guya o bir dəstə yaradaraq iddiaçının əmlakına hücum edib ziyan vurmuşdur. Buna münasibətdə bildirir ki, iddaçının dediyi o dəstə üzvləri hazırda bələdiyyədən və bələdiyyə sədri kimi ondan müxtəlif orqanlara şikayətlər göndərirlər. Onun özünün də həmin şəxslərə münasibəti yaxşı deyildir. Bundan qabaq İddiaçı Zərdab rayonu, Çallı bələdiyyəsinə qarşı mənəvi ziyanla bağlı 3000 manat məbləğində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə onun iddiasından imtina etmişdir. Onun İddiaçıla heç bir düşmənçiliyi yoxdur. Sadəcə vəziyyət belə gətirib ki, İddiaçıla bəzi kənd sakinləri prinsip aparır, qarşılıqlı olaraq bir-birlərini məhkəməyə verirlər. Onun isə nə kənd sakini olaraq, nə də ki, bir bələdiyyə sədri olaraq iddiaçı ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir.
5. Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş mənəvi ziyana görə təzminat” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 6.Mənəvi zərər hüquq pozuntusunun birbaşa nəticəsi olduğu üçün onun ayrıca sübut olunmasına ehtiyac yoxdur. Odur ki, irəli sürülən iddianın hüquqi əsasları hüquq pozuntusunun mövcud olub-olmaması prizmasından araşdırılmalı və tələbin əsaslılığı buna münasibətdə müəyyən edilməlidir.
7. Hazırkı iş üzrə iddiaçı İddiaçı tələbini əsaslandırdığı faktlar bələdiyyə sədri Cavabdeh ona atdığı böhtanlara görə ürək əməliyyatı keçirməsindən, bələdiyyənin və digər şəxslərin şikayəti əsasında dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyə məcbur olması və hər dəfə getmək üçün 300-400 manat pul xərcləməsindən, həmçinin bələdiyyə və digər kənd sakinləri ilə Şəki Apellyasiya Məhkəməsində baxılan işlə bağlı Şəki rayonuna gedib-gəlməsi və hər dəfə yollarda 200-300 manat pul xərcləməsindən və cavabdeh - Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh onun vətəndaşlıq hüququnu, Konstitusiyanın ona verdiyi hüquq və vəzifələri 10 il müddətində məhdudlaşdırmasından ibarətdir.
8. Məhkəmə yuxarıda qeyd edilən faktları şəxsə mənəvi zərərin vurulmasının dispozisiya şərtləri baxımından şərh edərək bildirmişdir ki, iddiaçının tələbi göstərilən substansiyada o halda əsaslı hesab edilə bilər ki, baş vermiş faktlarla cavabdehin hərəkətləri arasında səbəbli əlaqə mövcud olsun və həmin hərəkətlərin qanunsuz olması sübuta yetirilsin. Lakin, iddiaçı tərəfindən istinad etdiyi faktları təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına əlavə olunmamış, mövcud iş materialları ilə isə, iddiaçıya mənəvi zərər vurulmasının obyektiv halları təsdiqlənməmişdir.
9. Məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə olunan 01 ədəd kompakt diskdə əks olunan videogörüntülərə münasibətdə qeyd etmişdir ki, həmin görüntülər iddiaçının mənəvi zərərə məruz qalmasına istinad etdiyi halları təsdiq etmir. Belə ki, görüntülərdə iddiaçının bir neçə şəxslə qarşılıqlı mübahisə etməsi müşahidə olunsa da, mübahisəyə iddiaçının xeyrinə hüquqi qiymət verilməsi, yəni onun məhz belə mübahisə nəticəsində hüquq pozuntusuna və mənəvi zərərə məruz qalması faktı iş materialları ilə müəyyən edilməmişdir.
10. Məhkəmə həmçinin iş materiallarında olan qiymətləndirici mütəxəssisin ##.##.2025- ci il tarixli, QCM/S **-***/** saylı rəyi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, həmin rəylə iddiaçının istifadəsində olan torpaq sahəsinə ziyan vurulması müəyyən edilsə də, belə ziyanın vurulmasında cavabdehin hərəkətlərinin rolu müəyyən edilməmişdir.
11. Göstərilənlərə əsasən məhkəmə qeyd edilən sübutları tələbin təsdiq edilməsi üçün yetərli hesab etmir.
12. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələbini yanlış cavabdehə qarşı irəli sürmüşdür. Belə ki, iş materiallarına iddianın əsaslarını təşkil edən xüsusatların təsdiqi məqsədilə əlavə edilən və hazırkı iş üzrə iddiaçının xeyrinə qəbul olunmuş məhkəmə qərarlarından göründüyü kimi, həmin qərarlar Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh barəsində deyil, Zərdab rayon Çallı bələdiyyəsinin barəsində qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh sözügedən proseslərdə öz adından yox, Zərdab rayon Çallı bələdiyyəsinin adından iştirak etdiyindən hazırkı tələbin əsaslarına cavab verməyə mükəlləf sayıla bilməz.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002- ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il qərarının 1-ci maddəsinə, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 2, 7, 8, 10, 41-ci maddələrinə, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. 16 Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsiz və əsassızdır.
17. Ona dəymiş maddi və mənəvi zərər məhz cavabdehin əməlləri nəticəsində yaranmışdır ki, məhkəmə bunu nəzərə almaq əvəzinə cavabdehin qanunsuz və hüquqazidd hərəkətlərinə rəvac verərək iddianı təmin etməmişdir. Rayonda böyükdən tutmuş kiçiyədək hamı bilir ki, cavabdeh və onun əlaltıları ona icarəsində olan torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Və hamı bilir ki, cavabdeh bunu qəsdən edir.
18. Mənəvi zərər vuranın təqsiri (davamlı olaraq qadağalara məhəl qoymaması) mənəvi zərərin miqdarının müəyyən edilməsində əsas götürülməli idi. Birinci instansiya məhkəməsi bu nüansı araşdırmamışdır.
19. Uzunmüddətli maneələr mülkiyyətdən dinc istifadə hüququnu pozur. Dəfələrlə birinci instansiya məhkəməsi tərəfindən törənən maneələrin aradan qaldırılması istiqamətində qadağa qərardadları çıxarılmışdır. Nədənsə indi məhkəmə iş üçün əhəmiyyətli olsa da bu məsələlərə diqqət yetirməmişdir. Uzunmüddətli torpaqdan istifadəsinə maneələr törədilən insan təbii ki, sarsıntı və iztirab keçirəcəkdir.
20. Birinci instansiya məhkəməsinin mənəvi zərərlə bağlı tələbini təmin etməməsi olduqca sarsıdıcı və ədalətsiz mövqedir. Xüsusilə də illərlə davam edən qərəzli maneələr və məhkəmə qərarlarına məhəl qoyulmaması fonunda bu, mülkiyyət hüquqlarına birbaşa təcavüzdür.
21. İllərlə davam edən maneələrlə mübarizə zəminində səhhətində baş vermiş pisləşmələrin fonunda açıq ürək əməliyyatı keçirməyini təsdiq edən, müayinə və digər tibbi sənədlər əlavə edilir.
22. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002- ci il tarixli Qərarı: “..Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyator Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2007-ci il tarixli icarə müqaviləsinə əsasən 50.0 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində icarəyə götürdüyü torpaq sahəsini istifadə edə bilməməsi, həmçinin cavabdehin ona atdığı böhtanlara görə ürək əməliyyatı keçirməsi, bələdiyyənin və digər şəxslərin şikayəti əsasında dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyə məcbur olması və hər dəfə getmək üçün 300-400 manat pul xərcləməsini, həmçinin bələdiyyə və digər kənd sakinləri ilə Şəki Apellyasiya Məhkəməsində baxılan işlə bağlı Şəki rayonuna gedib-gəlməsi və hər dəfə yollarda 200-300 manat pul xərcləməsini və cavabdeh - Zərdab rayonu, Çallı kənd sakini Cavabdeh onun vətəndaşlıq hüququnu, Konstitusiyanın ona verdiyi hüquq və vəzifələri məhdudlaşdırması nəticəsində mənəvi sarsıntıya məruz qalmasını əsas gətirərək ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20000 (iyirmi min) manat məbləğində vəsaitin alınıb ona ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən isə iddia qəbul edilməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
36. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyinə, həmçinin cavabdeh sözügedən proseslərdə öz adından yox, Zərdab rayon Çallı bələdiyyəsinin adından iştirak etdiyindən hazırkı tələbin əsaslarına cavab verməyə mükəlləf sayıla bilməməsi əsası ilə iddianın rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
37. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən təqdim etdikləri sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin uzunmüddətli maneələrin onun mülkiyyətdən dinc istifadə hüququnu pozması, dəfələrlə birinci instansiya məhkəməsi tərəfindən törənən maneələrin aradan qaldırılması istiqamətində qadağa qərardadları çıxarılması, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olsa da bu məsələlərə diqqət yetirməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş müxtəlif instnasiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçının kənd sakinləri, eləcədə Zərdab Rayon Çallı Bələdiyyəsi ilə aralarında olan torpaq mübahisələri üzrə məhkəmə araşdırmaları olmuş və müvafiq məhkəmə aktları qəbul edilmişdir. İddiaçının hazırkı iddia tələbi isə Zərdab Rayon Çallı Bələdiyyəsinin sədri Cavabdeh qarşı yönəlsədə, məhz sonuncunun qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
40. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
41. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.