Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-183/2026 29.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İntiqam qızına qarşı “alimentdən imtina razılaşmasının pozulması, alimentin xitamı və hüquqi məsuliyyətin bərpası” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tələbin qeyri müəyyənliyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İntiqam qızına qarşı alimentdən imtina razılaşmasının pozulması, alimentin xitamı və hüquqi məsuliyyətin bərpası tələbinə dair mülki iş üzrə Göyçay Rаyоn Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş ##.##.2025-ci il tarixli alimentdən imtina razılaşmasını hüquqi əsas kimi qəbul edərək, onun aliment ödəmə öhdəliyinə xitam verilməsinə və cavabdehin tərəflərarası razılaşmanı pozaraq yenidən aliment tələb etməsinin qanunsuz olduğuna və razılaşmanın etibarsız pozulması olduğuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2013-cü il tarixdə cavabdeh Abdullayevə Aysel İntiqam qızı ilə Göyçay rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahlarından ##.##.2014-cü il təvvəllüdlü X2 anadan olmuşdur. Bu nikah Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuşdur. Nikah dövründə aralarında övladla bağlı aliment öhdəliyinə dair mübahisə olmuş və Göyçay Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, 2(046)- ****/**** saylı qətnaməsi ilə onun xeyrinə aliment ödəməyi barədə qərar çıxarılmışdır. Lakin sonradan cavabdehlə aralarında razılaşma əldə olunaraq cavabdeh Abdullayevə Aysel İntiqam qızı tərəfindən ##.##.2025-ci il tarixində yazılı surətdə aliment tələbindən könüllü imtina ərizəsi tərtib edilmiş, bu ərizə Göyçay rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuş, həmin razılaşma əsasında icra işinə xitam verilmiş və aliment borcuna görə müavinətinə (pensiyasına) yönəlmiş olan məbləğ dayandırılmışdır. Qeyd olunan ərizədə cavabdeh öz imzası və iradəsi ilə “...gələcəkdə heç bir aliment tələbi irəli sürməyəcəyini və alimentə görə yaranmış borcun tam şəkildə ödənildiyini...” bəyan etmişdir. Bu sənəd hüquqi razılaşma xarakteri daşıyır və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci və 424- cü maddələrinə əsasən hüquqi nəticələr doğuran yazılı razılaşma kimi qəbul olunmalıdır. Hətta həmin gün cavabdehlə aralarında “Watsapp” danışıqları olub, cavabdeh alimentə olan borcunun ödənildiyini və gələcəkdə ona qarşı aliment tələb etməyəcəyini bildirmişdir. Həmin səs yazısını subut kimi disk şəklində iddia ərizəsinə də əlavə etmişdir. Razılaşma əldə edildikdən və onun əmlakı girov qoyulduqdan sonra cavabdeh onun etibarı və sadəlövhlüyündən istifadə edərək bankdan böyük məbləğdə (təxminən 30 min manat) kredit götürüb avtomobil əldə etmiş və sonra yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatında iştirak edə bilmədiyi üçün sübut təqdim edə bilməmişdir. Aliment işinə dair qarşı tərəflə razılıq əldə etmək üçün ilkin mediasiya sessiyasında iştirak etmişdir. Qarşı tərəf sessiyada iştirak etmədiyi üçün ##.##.2025-ci il tarixli mediator arayışı ilə təsdiqlənmişdir ki, proses davam etdirilə bilməyib. Mediasiya xərci olaraq 50 manat ödəmişdir. Aliment işi üzrə aparılan son məhkəmə proseslərində o Göyçay rayonunda olmaması və səhhəti ilə bağlı (II qrup əliləm, nevroloji və epileptik pozuntularla əziyyət çəkirəm) iştirak edə bilmədiyi üçün razılaşmanı və sübutları təqdim etmək imkanı olmamışdır. Nəticədə məhkəmə birtərəfli qaydada qərar çıxarıb və bu qərar qanuni qüvvəyə minmişdir. Aliment işinə dair qarşı tərəflə razılıq əldə etmək üçün ilkin mediasiya sessiyasında iştirak etmişdir. Qarşı tərəf sessiyada iştirak etmədiyi üçün ##.##.2025-ci il tarixli mediator arayışı ilə təsdiqlənmişdir ki, proses davam etdirilə bilməyib. Mediasiya xərci olaraq 50 manat ödəmişdir. Göyçay Rаyоn Məhkəməsinin (hakim Gülnaz Qurbanova) ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh İntiqam qızına qarşı Göyçay rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş ##.##.2025-ci il tarixli alimentdən imtina razılaşmasını hüquqi əsas kimi qəbul edərək, onun aliment ödəmə öhdəliyinə xitam verilməsinə və cavabdehin tərəflərarası razılaşmanı pozaraq yenidən aliment tələb etməsinin qanunsuz olduğuna dair iddia tələbinin təmin edilməməsi, dövlət rüsumu 50 manat iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi nümayəndə2 аpellyаsiyа şikаyətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı iddia ərizəsində cavabdeh Cavabdeh İntiqam qızı tərəfindən Göyçay rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş ##.##.2025-ci il tarixli alimentdən imtina razılaşmasını hüquqi əsas kimi qəbul edərək, onun aliment ödəmə öhdəliyinə xitam verilməsinə və cavabdehin tərəflərarası razılaşmanı pozaraq yenidən aliment tələb etməsinin qanunsuz olduğuna və razılaşmanın etibarsız pozulması olduğuna dair qətnamə çıxarılmasını xahiş etsə də o, iddia ərizəsində cavabdehdən konkret olaraq tələbinin nədən ibarət olması dəqiqləşdirilməmiş, qeyrimüəyyən tələblə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbini pozmuşdur. Kollegiya qeyd edir ki, cavabdehə qarşı yönələn tələb qeyri-müəyyən olduğundan, yəni iddiaçının cavabdehə qarşı alimentdən imtina razılşamasının pozulması, alimentin xitamı və hüquqi məsuliyyətin bərpası tələbinin nədən ibarət olması müəyyən olunmadığından, iddia tələbi təmin və ya rədd oluna bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin qeyri-müəyyən olması səbəbli iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rаyоn Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İntiqam qızına qarşı alimentdən imtina razılaşmasının pozulması, alimentin xitamı və hüquqi məsuliyyətin bərpası tələbinə dair iddiası baxılmamış saxlanılmalı, iddiaçıya iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rаyоn Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İntiqam qızına qarşı alimentdən imtina razılaşmasının pozulması, alimentin xitamı və hüquqi məsuliyyətin bərpası tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçıya izah olunur ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-183/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-183/2026
29.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver