Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-203/2026 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment məbləğinin azaldılması” tələbi, qüvvə) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə ##.##.2012-ci il təvəlüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün məndən Cavabdeh xeyrinə ödənilməli olan aylıq hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,98 misli həddində sabit pul məbləğində alimentin azaldılaraq hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,25 (sıfır tam yüzdə iyirmi beş) misli, iki uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin cəmi 0,50 (sıfır tam yüzdə əlli) misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2010-cu il tarixdə Oğuz rayon Xaçmaz kəndi Icra Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə cavabdeh Cavabdeh ilə evlənmişdir. Onunla rəsmi nikahdan ##.##.2010-cu il təvəllüdlü X2, ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X1 adlı üç uşağı olmuşdur. X2 hazırda onun, X3 və X1 isə cavabdehun himayəsindədir. Oğuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə aramızda olan nikahın pozulması, ##.##.2010-cu il təvəllüdlü X2 onun, ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X1 adlı iki uşağının Cavabdeh yaninda qalması, iddia tələbinin alimentin tutulmasına dair hissəsinin qismən təmin edilməklə ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X1 adlı iki uşağımızın yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ondan hər ay hər uşağa görə 170 manat, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Oğuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə, ##.##.2012-ci il tarixli X3 və ##.##.2022-ci il tarixdə X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün məndən Cavabdeh xeyrinə hər ay hər uşağa görə ödənilməli olan aylıq 170 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,49 misli həddində indeksasiya edilmiş, ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan ərizəçi Cavabdeh xeyrinə ## ### 2025-ci il tarixdən hesablanılmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,98 (sıfır tam yüzdə doxsan səkkiz) misli həddində indeksasiya edilmişdir. O, hazırda Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı əsasında hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,98 (sıfır tam yüzdə doxsan səkkiz) misli həddində sabit pul məbləğində aliment ödəməlidir. Qeyd edilən məbləğ həddindən artıq cox olmaqla həm onun aylıq qazancını və ölkə üzrə hazırda yeni boşananlar üçün müəyyən edilən aliment məbləğlərindən dəfələrlə çox olmaqla ödənilməsi onun imkanı xaricindədir. Iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi hazırda birgə nikahdan doğulmuş 3 uşaqdan biri onun, digər ikisi isə cavabdehin himayəsindədir. Hazırkı iddia ərizəsinə baxılarkən bu hal da nəzərə alınmalıdır. Hazırda onun aylıq gəliri təyin edilmiş hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,49 misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,98 misli həddində sabit pul məbləğində alimenti ödəməyə imkan vermir. Onun gəlirləri ilə həm öz himayəsində olan bir uşağın bütün ehtiyaclarını ödəmək, eyni zamanda iki uşağa görə ödəməli olduğu aliment məbləği arasında kəskin təzad mövcuddur. O, 60(altmış) manat mediasiya xərci və 40(qırx) manat dövlət rüsumu ödəmişdir. "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Iddiaçı İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, aliment məbləği indeksasiya olunduqdan sonra məbləğ hədsiz yüksəlmişdir. O, hazırda hər ay həmin məbləği ödəmək iqtidarında deyildir. Belə ki, o, ictimai nəqliyyat vasitəsinin sürücüsü işləməklə günlük 10-15 manat əldə edir. Eyni zamanda cavabdehlə birgə nikahdan anadan olmuş uşaqlardan biri də hazırda onun himayəsindədir və o, həmin uşağın da maddi ehtiyaclarını ödəməlidir. Qeyd etdiklərinə əsasən aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatına uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Oğuz Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində sabit pul məbləğində müəyyən edilməsi, alimentin bu qaydada tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaq əvvəl olduğu kimi hazırda da cavabdehin yanında yaşayır. Oğuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmuşdur.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində dəyişiklik olması halları aşkar olunmasa da, iddiaçı məhəkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq hər uşaq üçün minimum əmək haqqının 0,49 misli həddində, yəni 2025-ci il üçün 196 manat müəyyən edilmiş, bununla da, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ əvvəlki aliment məbləğinə münasibətdə əhəmiyyətli dərəcədə artmışdır ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşaqlarının, həm də digər ailə üzvlərinin maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Bundan əlavə, tərəflərin birgə nikahından anadan olmuş uşaqlardan biri hazırda iddiaçının himayəsindədir və o həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələb etməmişdir. Həmçinin, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaqları olsa da, onun əmək qabiliyyətsiz və ya məhdud əmək əmək qabiliyyətli olması halları müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə cavabdehin rəsmi iş yerinin olmaması, indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü, eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olması, bundan əlavə iddiaçının özünün də himayəsində bir azyaşlı övladının olması nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Məhkəmə qətnamə qəbul edərkən aşağıdakı sənədlərə istinad etmişdir: - Oğuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## #### 2010-cu il tarixdə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində 16 sayla qeydə alınmış nikah pozulması, ## #### 2010-cu il tarixdə anadan olmuş X2 iddiaçının, ## ######## 2012-ci il tarixdə anadan olmuş X3 və ## #### 2022-ci il tarixdə anadan olmuş X4 cavabdeh Cavabdeh himayəsində saxlanılması, iddiaçı İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, ## ######## 2012-ci il tarixdə anadan olmuş X3 və ## #### 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. - Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından görünür ki, ##.##.2012-ci il tarixdə anadan olmuş X3 və ##.##.2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Oğuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2 (054)- **/**** saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində indeksasiya olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarın 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli, * nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, yəni maddi hüquq normaları düzgün tətbiq etməmişdir. O səbəbdən gəldiyi nəticə səhvdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və yaaliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqlaaliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsi Plenumunun ## #### 2016-cı iltaixli Qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə AzərbaycanRespublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərardaformalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər ikitərəfinmaddi vəailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərəalmalıdır ki, “Uşaq hüquqları haqqında”AzərbaycanRespublikasıQanununun 13cümaddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasınınqanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan madditəminatalmaq hüququ vardır. Məhkəmə tərəfindən tərəflərinmaddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, əvvəlkiiş yeri və sair müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılmasızamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər hallarınaraşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını vəs. məsələləri nəzərə almalıdır. “Uşaq hüquqları haqqında”Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə g ö r ə uşa ğınAzərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “AzərbaycanRespublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məlumat üçün bildirir ki,Oğuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeharasında ## #### 2010-cu iltarixdə Oğuz rayonXaçmaz kənd icra nümayəndəliyində 16 sayla qeydəalınmış nikah pozulması, ## #### 2010-cu il tarixdə anadan olmuş Bilallı AliyəAqşin qızı iddiaçının, ## ######## 2012-ci il tarixdə anadan olmuş X3 və ## #### 2022-ci il tarixdə anadan olmuş X4 cavabdeh CavabdehArif qızının himayəsindəsaxlanılması, iddiaçı BilalovAqşin Xəqani oğlunun qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, ## ######## 2012-ci il tarixdə anadan olmuş X3 və ## #### 2022-ci il tarixdəanadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. ##.##.2024-cü iltarixli qətnamənin aliment tutulması hissəsini iddiaçı İddiaçı tərəfindən mübahisələndirilməmişdir. 2025-ci il tarixdə isə Oğuz Rayon Məhkəməsinin 8(054)- **/**** saylı ##.##.2025-ci il tarixli qərardadı aliment məbləği sonrakıartımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddindəindeksasiya olunmuşdur. Ən əsası da aliment məbləği indeksasiya olunandan sonra 2024-cu ildə müəyyən edilmiş aliment məbləğindən çox da fərqi olmamışdır. Böyüyən uşaqlarının tələbatlarınınartması, ölkə üzrə qida və ərzaq məhsullarının qiymətlərinin artması fonundaaliment məbləğinin azadılması yolverilməzdir. Birinci instansiya məhkəməsi yalnız formal olaraq cavabdehin rəsmi iş yerinin olmaması vəiddiaçının özünün də himayəsində bir azyaşlı övladının olması kimi hallara istinadən alimentin miqdarının azaldılması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan hallar 2024-cü ildə tərəflərininarasında ki nikahın pozulması və alimentin məbləği müəyyən olunan zaman mövcüd olmuşdur. Rəsmi iş yeri olmasa da iddiaçı məhkəməiclasında ictimai nəqliyyat vasitəsinin sürücüsü işləməklə günlük qazanc əldəetdiyini etiraf edir. Beləliklə, iddiaçı İddiaçı maddi və ailə vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Belə olan halda Oğuz Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ciil tarixli qətnaməsi tam ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
11. Odur ki, Oğuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbəri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli, * nömrəli Qərarı 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh Oğuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
21. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
23. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli *** nömrəli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
24. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşağın mənafeyi, 2025ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği, iddiaçının maddi vəziyyəti və işin faktiki halları nəzərə alınmaqla, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla, böyüdükcə təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti əsaslı deyildir.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, həmin hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.