Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-213/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X2 cavabdeh “Zərdab Su X10 Idarəsinə” qarşı əlavə iş saatlarına görə əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tələbin qeyri müəyyənliyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı X2, Cavabdeh Zərdab Su X10 Idarəsinin nümayəndələri X3 və Nümayəndə Arif oğlunun iştirakı ilə, Iddiaçı X2 cavabdeh Zərdab Su X10 Idarəsinə qarşı “əlavə iş saatlarına görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Zərdab Rаyоn Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı X2 cavabdeh Zərdab Su X10 Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlavə iş saatlarına görə əmək haqqının tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2007- ci il tarixli № * saylı əmrə əsasən o, Zərdab Suvarma Sistemləri Idarəsi Körpükənd nasos stansiyasına IV dərəcəli maşinist təyin olunmuşdur. 2018-ci ilə qədər nasosda 3 işçi çalışsada sonradan digər iki işçi işdən azad olunmuşdur. 2018-ci ildən işdən azad olan günə kimi iş yerində tək çalışaraq digər işçilərində görməli olduqları işləri görmüşdür. Əlavə iş saatları ilə bağlı dəfələrlə cavabdehə müraciət edərək əlavə iş saatlarına görə pulun ödənilməsini xahiş etsədə cavabdeh müxtəlif bəhanələrlə əlavə iş saatlarına görə əməkhaqqı ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. Zərdab Rаyоn Məhkəməsinin (hakim Ilqam Həsənquliyev) ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Zərdab Su X10 Idarəsinə qarşı “əlavə iş saatlarına görə əmək haqqı” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X2 аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X2 аpellyаsiyа şikаyətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Zərdab Su X10 Idarəsinin nümayəndələri X3 və Nümayəndə Arif oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Zərdab Rаyоn Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X2 iddia ərizəsində cavabdeh Zərdab Su X10 Idarəsindən 2018-ci ildən 2024-cü ilədək əmək müqaviləsinə və qanunvericiliyə əsasən ona ödənilməli olan, lakin ödənilməmiş əlavə iş saatlarının əmək haqqının hesablanaraq cavabdeh Zərdab Su X10 Idarəsindən tutulub ona ödənilməsini xahiş etsə də o, iddia ərizəsində cavabdeh təşkilat tərəfindən əlavə və artıq iş saatlarına görə, cəmi neçə saata görə hansı məbləğdə əmək haqqının, artıq işlədiyi və ödənilməmiş neçə saata görə hansı məbləğdə vəsaitin cavabdeh Zərdab Su X10 Idarəsindən onun xeyrinə tutulmalı olmasını göstərməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3cü maddəsinin tələbini pozmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya əlavə və artıq iş saatlarına görə cəmi neçə saata görə hansı məbləğdə əmək haqqının, artıq işlədiyi və ödənilməmiş neçə saata görə hansı məbləğdə vəsaitin tutulmalı olması müəyyən olunmadığından, iddia tələbi təmin və ya rədd oluna bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin qeyri-müəyyən olması səbəbli iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zərdab Rаyоn Məhkəməsinin ##.##.2025 -ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı X2 cavabdeh Zərdab Su X10 Idarəsinə qarşı “əlavə iş saatlarına görə əmək haqqı” tələbinə dair iddiası baxılmamış saxlanılmalı, iddiaçıya iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Zərdab Rаyоn Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı X2 cavabdeh Zərdab Su X10 Idarəsinə qarşı “əlavə iş saatlarına görə əmək haqqı” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Iddiaçıya izah olunur ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-213/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-213/2026
08.04.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver