Məhkəmə qərarları › İş №2(3-10)-222/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-222/2026

07.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-222/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın və ya onların dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmlakın və ya onların dəyərinin qaytarılması” tələbi, qüvvə) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı Murtuz qızının iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın və ya onların dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çəkisi 12,5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd klondan ibarət - dəyəri 1625 manat olan qızıl dəstin; bir ədəd çəkisi 4 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, papaq formasında silikon qaşlı – dəyəri 520 manat olan qadın üzüyünün; bir cüt çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış yarpaq formasında – dəyəri 520 manat olan sırğanın; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, şəbəkə formasında, silikon qaşlı, ortasında yaşıl qaşı olan – dəyəri 520 manat olan qadın üzüyünün; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, silikon qaşlı – dəyəri 520 manat olan, fantaziya qadın üzüyünün; bir ədəd çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, üzəri 5 ədəd 60 sot briliant qaşlarla bəzədilmiş, dəyəri 950 manat olan kişi üzüyünün Cavabdeh alınaraq ona qaytarılması; həmin əşyalar cavabdehdə olmadıqda onların dəyərinin Cavabdeh tutularaq o – İddiaçı Murtuz qızına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödədiyi 68 manat dövlət rüsumunun Cavabdeh tutularaq o – İddiaçı Murtuz qızına ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X1 onun oğludur. Oğlu Cavabdeh ilə dini kəbin bağlayaraq, ailə qurmuş və Cavabdeh onun evinə gəlin gətirmişdir. 2024-cü ilin may ayında X1 və Cavabdeh ona dedilər ki, onlar “xxxx” ASC-dən kredit götürmək istəyirlər. Kredit götürə bilmələri üçün banka qızıl girov qoyulmalıdır. Ondan xahiş etmişdirlər ki, öz qızıllarını onlara versin, banka girov qoysunlar. Kredit borcunu banka ödəyib bitirdikdən sonra qızıllarını bankdan alıb ona geri qaytaracaqlar. O da razılıq vermişdir. O 2024-cü ilin may ayında çəkisi 12,5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd klondan ibarət - dəyəri 1625 manat olan qızıl dəsti; bir ədəd çəkisi 4 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, papaq formasında silikon qaşlı – dəyəri 520 manat olan qadın üzüyünü; bir cüt çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış yarpaq formasında – dəyəri 520 manat olan sırğanı; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, şəbəkə formasında, silikon qaşlı, ortasında yaşıl qaşı olan – dəyəri 520 manat olan qadın üzüyünü; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, silikon qaşlı – dəyəri 520 manat olan, fantaziya qadın üzüyünü; bir ədəd çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, üzəri 5 ədəd 60 sot briliant qaşlarla bəzədilmiş, dəyəri 950 manat olan kişi üzüyünü (ümumilikdə 4655 manat dəyərində olan qızıl-zinət əşyalarını) Cavabdeh vermişdir, o da özünə məxsus qızıl zinət əşyalarını onun qızıl-zınət əşlayarı ilə birikdə “xxxx” ASC-yə girov qoyaraq, bankdan kredit götürmüşdür. Həmin tarixdən oğlu və əri “xxxx” ASCyə olan kredit borcunu aylar ərzində ödəyirdilər. Oğlu 2025-ci ilin aprel ayında “xxxx” ASC-yə olan kredit borcu üzrə sonuncu ödənişi edib qızılları girovdan götürmək üçün banka gedəndə bank işçisi ona bildirmişdir ki, Cavabdeh banka olan 400 manat kredit borcunu ödəyərək, qızılları bankdan götürüb. Göründüyü kimi, Cavabdeh onlara heç bir məlumat vermədən, “xxxx” ASC-yə gedərək oradan həm özünə həm də ona məxsus qızılları götürmüşdür. O dəfələrlə Cavabdeh yuxarıda qeyd etdiyi qızıl-zinət əşyalarını ona qaytarmasını tələb etsə də, lakin o, həmin əşyaları ona qaytarmır. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina etdiyinə görə hesab edir ki, məhkəmə qərarı ilə çəkisi 12,5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd klondan ibarət - dəyəri 1625 manat olan qızıl dəst; bir ədəd çəkisi 4 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, papaq formasında silikon qaşlı – dəyəri 520 manat olan qadın üzüyü; bir cüt çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış yarpaq formasında – dəyəri 520 manat olan sırğa; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, şəbəkə formasında, silikon qaşlı, ortasında yaşıl qaşı olan – dəyəri 520 manat olan qadın üzüyü; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, silikon qaşlı – dəyəri 520 manat olan, fantaziya qadın üzüyü; bir ədəd çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, üzəri 5 ədəd 60 sot briliant qaşlarla bəzədilmiş, dəyəri 950 manat olan kişi üzüyü Cavabdeh alınıb ona qaytarılmalıdır. Həmin əşyalar cavabdehdə olmadıqda onların dəyəri məhkəmə qərarı ilə Cavabdeh tutularaq ona ödənilməlidir.

3. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zərifə Məmmədova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 166.1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ilhamə Mehdiyeva tərəfindən ##.##.2025-ci il tarixdə yazılmış məlumatlardan görünür ki, 1 ədəd çoxyarpaqlı sırğa, 1 ədəd ağ qaşlı dəst,1 ədəd şlyapa modelində üzük, 1 ədəd şəbəkə üzük, dəyəri 1000 manat olan 1 sep 1 klonu satmış və onların pullarını hər ay Nazilədən almışdır.

7. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, X1 onun oğludur. Oğlu Cavabdeh ilə dini kəbin bağlayaraq, ailə qurmuş və Cavabdeh onun evinə gəlin gətirmişdir. 2024-cü ilin may ayında X1 və Cavabdeh ona dedilər ki, onlar “xxxx” ASC-dən kredit götürmək istəyirlər. Kredit götürə bilmələri üçün banka qızıl girov qoyulmalıdır. Ondan xahiş etmişdirlər ki, öz qızıllarını onlara versin, banka girov qoysunlar. Kredit borcunu banka ödəyib bitirdikdən sonra qızıllarını bankdan alıb ona geri qaytaracaqlar. O da razılıq vermişdir. O 2024-cü ilin may ayında çəkisi 12,5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd klondan ibarət dəyəri 1625 manat olan qızıl dəsti; bir ədəd çəkisi 4 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, papaq formasında silikon qaşlı – dəyəri 520 manat olan qadın üzüyünü; bir cüt çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış yarpaq formasında – dəyəri 520 manat olan sırğanı; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, şəbəkə formasında, silikon qaşlı, ortasında yaşıl qaşı olan – dəyəri 520 manat olan qadın üzüyünü; bir ədəd çəkisi 5 qram olan, 583 əyarlıq qızıldan hazırlanmış, silikon qaşlı – dəyəri 520 manat olan, fantaziya qadın üzüyünü; bir ədəd çəkisi 5 qram olan, 585 əyarlıq qızıldan hazırlanmış, üzəri 5 ədəd 60 sot briliant qaşlarla bəzədilmiş, dəyəri 950 manat olan kişi üzüyünü (ümumilikdə 4655 manat dəyərində olan qızılzinət əşyalarını) Cavabdeh vermişdir, o da özünə məxsus qızıl zinət əşyalarını onun qızıl-zınət əşlayarı ilə birikdə “xxxx” ASC-yə girov qoyaraq, bankdan kredit götürmüşdür. Həmin tarixdən oğlu və əri “xxxx” ASCyə olan kredit borcunu aylar ərzində ödəyirdilər. Oğlu 2025-ci ilin aprel ayında “xxxx” ASC-yə olan kredit borcu üzrə sonuncu ödənişi edib qızılları girovdan götürmək üçün banka gedəndə bank işçisi ona bildirmişdir ki, Cavabdeh banka olan 400 manat kredit borcunu ödəyərək, qızılları bankdan götürüb. Bütün sadalanan bu hallara baxmayaraq, məhkəmə iddia tələbləriNi sübut edə bimədiyi nəticəsinə gələrək iddianı təmin etməmişdir.

9. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda çıxış edərək şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Iddiaçı Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı Murtuz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Göründüyü kimi iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı Murtuz qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar