Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-24/2026 28.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayətin geri qaytarılması, qüvvə) X8 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(037)-1217/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2(037)-1217/2025 nömrəli qətnaməsinə əsasən 09 oktyabr 2025-ci il tarixdən başlayaraq 02 iyun 2012–ci il tarixdə doğulmuş X3 və 21 iyun 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3125 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə 10 oktyabr 2025-ci il tarixdə İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan üzrə poçt vasitəsi ilə göndərilmiş, iddiaçının nümayəndəsi/vəkili Vəkil şəxsi elektron kabinetinə həmin tarixdə yerləşdirlmiş, Cavabdeh və nümayəndəsi Nümayəndə isə həmin tarixdə şəxsən təqdim edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2(037)-1712/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi/vəkili Vəkil xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edilmədiyinə görə Məhkəmənin 26 dekabr 2025-ci il tarixli e-2(037)-1217/2025 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi /vəkili Vəkil şikayət verərək ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 2(037)-1217/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X6 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(037)-1217/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçının rəsmi qeydə alındığı (yaşadığı) ünvana poçt vasitəsi ilə göndərilmiş, həmin tarixdə isə iddiaçının nümayəndəsinin/vəkilin şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Poçt göndərişlərinin izlənilməsinə dair çıxarışdan görünür ki, iddiaçının ünvanına göndərilmiş məhkəmə sənədi xx.xx.2025-ci il tarixdə ona çatdırılmışdır. Eyni zamanda iş materialında olan Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, e- 2(037)-1217/2025-027 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə aktı xx.xx.2025-ci il tarixdə saat 14:57-də, yəni 1 gün sonra iddiaçının nümayəndəsi/Vəkil şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə belə hesab etmişdir ki, verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə qeydiyyata alınsaydıda belə iddiaçı tərəf apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti 1 aydan artıq müddətə ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçıya rəsmi qaydada çatdırılmış və xx.xx.2025ci il tarixdə iddiaçının nümayəndəsi/Vəkil şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Qanunvericiliyin tələbinə əsasən qətnamədən şikayət vermənin son günü xx.xx.2025ci il tarixi olmasına baxmayaraq iddiaçının nümayəndəsi/Vəkil apellyasiya şikayəti müddət bitdikdən 01 ay 09 gün sonra, yəni xx.xx.2025-ci il tarixində elektron qaydada məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (MPM-in 128.1. və 129.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(037)-1217/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(037)-1217/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(037)-1217/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-24/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-24/2026
28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver