Məhkəmə qərarları › İş №2(3-10)-267/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-267/2026

22.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-267/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Məhəmməd oğlu və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-****/**** nömrəli Qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı Qərardadına əsasən indeksasiya olunmuş ##.##.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ## ####### 2025- ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.86 misli həddində alimentin dəyişdirilərək ( azaldılaraq) ##.##.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.35 misli həddində alimentin ondan tutularaq cavabdeh Cavabdeh ödənilməsi barədə qətnamə q qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən qızı -##.##.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Murtuzova (Şitiyeva) Arzu Nəbibullah qızına verilməsi qət edilmişdir. Cavabdeh Məhkəməyə müraciət edərək alimentin minimum əmək haqqına indeksasiya olunmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-***/**** nömrəli Qərardadı ilə Balakən Rayon Məhkəməsinin ## ###### 2017ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən ##.##.2014-cü il tarixdə doğulmuş X3 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının ## ####### 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunması qərara alınmışdır. O, hazırda bir uşaq üçün 348 manat aliment ödəməlidir. Məhkəməyə bildirir ki, Balakən rayonunun Xalatala kəndində yaşlı valideynlərilə birlikdə yaşayır. Valideynləri heç yerdə işləmir. O,fərdi işlərlə məşğul olsa da yüksək qazancı yoxdur. Onun özü ilə yanaşı maddi ehtiyaclarını təmin etməli olduğu ailə üzvləri var. Valideynləri müəyyən xəstəliklərdən əzab çəkir və onların müalicəsi ilə bağlı müntəzəm olaraq dərman preparatları alınır. Bu xərclərin təmin edilməsi də onun üzərinə düşür. Məhkəmənin Qərardadı ilə ona təyin edilmiş və öhdəsindən gəlinməsi qeyri mümkün həddə olan aliment miqdarı onun və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamağını mümkünsüz edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl alimentin miqdarının azaldılması ilə bağlı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh Cavabdeh orada alimentin miqdarının azaldılması ilə bağlı onunla razılaşmamışdır. Buna görə də Məhkəməyə müraciət etməli olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən təyin edilmiş və ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuş alimentin məbləğinin dəyişdirilməsi (azaldılması); qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq yetkinlik yaşına çatmamış, ##.##.2014-cü il tarixdə doğulmuş X3 üçün iddiaçı X2 cavabdeh Cavabdeh xeyrinə hər ay üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin tutulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi; ödənmiş məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə evlənmiş, tərəflərin birgə nikahlarından ##.##.2014-cü ildə X3 adında uşaqları doğulmuşdur. Tərəflər ayrıldıqları vaxtdan uşaq cavabdehin himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ##.##.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı 100 manat sabit pul məbləğində alimentin tutulub Murtuzova (Şitiyeva) Arzu Nəbibullah qızına verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ##.##.2014-cü ildə anadan olmuş X3 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı ## ####### 2025ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı İddiaçı Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının çox olmasını göstərməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə qeyd edir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanunun 5-ci, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddələrinə əsasən işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş “Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları”nda göstərilir ki, “üstün maraqlar” termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir”. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 №- li, ## #### 2016-cı il tarixli Qərarında izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarda həmçinin izah olunmuşdur ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

8. Qanunvericilikdə aliment məbləğinin azaldılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır.

9. Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı X2 Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən ##.##.2014-cü-ci ildə doğulmuş X3 üçün ondan tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının ## ###### 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmasını, himayəsində yaşlı valideylərinin olmasını, valideynlərini müəyyən xəstəliklərdən əzab çəkmələrini, onların maddi ehtiyaclarını təmin etməsini, fərdi işlərlə məşğul olsada yüksək qazancı olmamasını əsas gətirərək alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarını müvafiq qiymətləndirərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, 2026cı il üçün yaşayış minimumunun uşaqlar üçün 260 manat müəyyən olunmasını, iddiaçıdan tutulan alimentin məbləğinin hazırda 344 manat təşkil etməsini, iddiaçının bu məbləği ödəməkdə çətinlik çəkməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən təyin edilmiş və ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuş alimentin məbləği dəyişdirilməli(azaldılmalı); qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq yetkinlik yaşına çatmamış, ##.##.2014-cü il tarixdə doğulmuş X3 üçün iddiaçı X2 cavabdeh Cavabdeh xeyrinə hər ay üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmalı; iddia tələbi qalan hissədə təmin edilməməli; iddiaçı tələb etmədiyindən onun tərəfindən ödənmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II hissəsi, 34-cü maddəsinin IV hissəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112-ci maddələri, “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 №- li, ## #### 2016-cı il tarixli Qərarının 8.2, 8.3, 8.7, 8.13-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı X2 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının maddi vəziyyətinin aşağı olması, heç bir yerdə işləməməsi, himayəsində iki yaşlı valideynlərinin olması, əvvəlki icra sənədi ilə ödənilməmiş aliment borcunun olması, aliment məbləğinin artırılmasının onun üçün ağır maddi məhrumiyyətlərə səbəb olacağı nəzərə alınmamış və bu barədə sübutlar araşdırılmamışdır.

14. Balakən Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

15. Birinci instansiya məhkəməsi iddiaçıdan tutulan alimentin məbləğinin hazırda 344 manat təşkil etməsini, iddiaçının bu məbləği ödəməkdə çətinlik çəkməsini qəbul etmiş, lakin öz mülahizəsinə əsasən iddia tələbini qismən təmin etmişdir.

16. Belə ki, iddiaçının himayəsində iki nəfər yaşlı valideynlərinin olması, əvvəlki aliment tələbinə dair icra sənədi üzrə aliment borcunun mövcud olması, hazırda da aliment borcunu ödəyə bilməməsi, buna görə onun inzibati tənbeh alması, bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi və ya başqa formada ailə vəziyyətində dəyişiklik olması və gəlirləri azalmaqla maddi vəziyyətinin pisləşməsi və ya başqa formada maddi vəziyyətində dəyişiklik olması, həmçinin başqa diqqətəlayiq maraqlarının meydana çıxması və bu halların təyin olunmuş alimentin miqdarının azaldılması ilə bağlı iş üzrə faktiki və hüquqi əsas yaratmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə də, birinci instansiya məhkəməsi həmin sübutları nəzərə almamışdır.

17. Odur ki, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilərək Balakən Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən təyin edilmiş və ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılmaqla minimum əmək haqqının 0,35 misli həddində müəyyən olunması barədə qətnamə çıxarılması xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X2 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, Balakən Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən təyin edilmiş və ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılmaqla minimum əmək haqqının 0,35 misli həddində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı X2 və cavabdeh Cavabdeh qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

23. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

24. Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

25.“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı: Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Həmçinin 2026-cı il üçün minimum aylıq əməkhaqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir.

26. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

31. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

32. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. Apellyator Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə birgə nikahlarından ##.##.2014-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pozulmuş və ##.##.2014-cü il təvəllüdlü X3 anasının himayəsində qalmışdır. Balakən Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən qızı - ##.##.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Murtuzova (Şitiyeva) Arzu Nəbibullah qızına verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən ##.##.2014-cü il tarixdə doğulmuş X3 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının ## ####### 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuşdur. İddiaçı Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən ##.##.2014ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində müəyyən edilmiş alimenti ödəmək itidarında olmadığını əsas gətirərək həmin alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən isə iddia qəbul edilməmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının maddi vəziyyətinin aşağı olması, heç bir yerdə işləməməsi, himayəsində iki yaşlı valideynlərinin olması, əvvəlki icra sənədi ilə ödənilməmiş aliment borcunun olması, aliment məbləğinin artırılmasının onun üçün ağır maddi məhrumiyyətlərə səbəb olacağının nəzərə alınmaması və bu barədə sübutların araşdırılmamasına dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

39. Belə ki, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

40. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

41. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq onun saxlanılması üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Kollegiya qeyd edir ki, 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilməsinə baxmayaraq, Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbi baxımından valideynlərin öz uşaqları barəsində bərabər vəzifə daşımaları nəzərə alınaraq, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbi baxımından sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması ilə yanaşı tərəflərin maddi və ailə vəziyyətləri də nəzərə alınmalıdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməməsi, qətnaməni qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması, o cümlədən, düzgün tətbiq edilməməsi, sübutlarıın tam araşdırılmaması və nəticədə işin həqiqi hallarına uyğun olmayan, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair dəillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin mübahisələndirilən hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi və dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar