Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-270/2026 21.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin azaldılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Işin halları
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- ***/**** №-li ## ##### 2025 -ci il tarixli qərarına (məhkəmə əmrinə) əsasən cavabdehlə rəsmi nikahları pozulmuş və ## ####### 2024-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə ## #### 2009-cu ildə doğulmuş X3, ## #### 2010-cu ildə doğulmuş X5 və ## ####### 2014-cü ildə doğulmuş X6 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.50 misli həddində sabit pul məbləğində aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı onun sağlamlığı, fiziki əmək qabiliyyətimin qənaətbəxş deyildi, lakin bu halları hörmətli məhkəməyə təqdim etməyinə baxmayaraq ona bu gün üçün maksimim, gəlirindən qat-qat artıq aliment ödəməyi qət olunmuşdur. O, 2020-ci ildə Moskva şəhərində 2024-cü ilin ## #### tarixində Insult keçirmişdir, sol tərəfi işləmir, “spastik hemiplegiya, sol tərəfli hemiparez” diaqnozundan əziyyət çəkir, üçüncü qrup əlildir və 180 manat təqaüd alır. Aldığı təqaüd isə onun dolnamağına, mülaicələrinə, aliment ödəməyinə kifayət etmir. ## ####### 2024-cü il tarixindən rəsmi nikahları pozulub və hər uşaq üçün maksimim aliment ödəməlidir, bu məbləği ödəmək isə onun səhhətinə, ailə vəziyyətinə heç bir halda imkan vermir. O, bir ata kimi övladlarını yüksək səviyyədə dolanması üçün dəstək olmaq istəyir. Təəssüflər olsun ki, hazırki fiziki sağlamlığı və vəziyyəti buna imkan vermir. ## ####### 2024-cü il tarixindən yığılıb qalan alimenti ödəyə bilməməyi səbəbindən aliment yığılaraq ona külli miqdarda vəsait ödməyi tələb olundu. Lakin həmin məbləği ödəməyi mümkün olmadığından o birgə nigah dövründə aldığı 12 sot torpaq sahəsini satmışdır və sabiq həyat yoldaşı ilə bölərək ona düşən hissəsini ona vermişdir, ona düşən 5400 manatı isə aliment borcunu ödəmişdir. Lakin 1200 manat borcu qaldığından Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialından pensiya kartı ilə kredit götürərək, qalıq aliment borcunu ödəmişdir. Hörmətli hakim, hazırda pensiyası kreditə tutulur, birgə nigah dövründə inşa etdikləri fərdi yaşayış evini övladları ilə birlikdə sabiq həyat yoldaşına qoyaraq özü evdən çıxmış və ata evində qalır, dolanışığı üçün əlavə qzancı yoxdu,aliment ödəyə bilmir. Digər gəlir yeri və köməyi yoxdur. Onun səhhəti o qədər dəyişib ki, o, təyin olunmuş miqdarda aliment ödəmək gücünə malik deyil.
3. Cavabdeh Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək iddiaçı İddiaçı aliment miqdarının azaldılması haqqında” iddia ərizəsinin təmin edilməməsi barədi qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Zaqatala rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-2 (***)-***/**** saylı qəraından “Aliment miqdarının azaldılması” haqqında iddia ərizəsi vermişdir. Iddia ərizəsi bütövlüktə fakta,sübuta əsaslanmadan qərəzli şəkildə verildiyindən etiraz ərizəsi vermək məcburiyyətində qalmışdır. Belə ki,iddiaçı ərizəsində Zaqatala rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qəranna əsasən hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 600 manat aliment məbləğinin azaldılmasını əsassız olaraq tələb edir. Məhkəmə aliment məbləğini müəyyən edərkən hərtərəfli araşdırmış hər ay hər uşaq üçün minimum aliment dövlətimiz tərəfindən 245 manat müəyyən olunmasına baxmayaraq daha az məbləğdə,yəni hər uşaq üçün 200 manat təmin etmişdir. Övladları azyaşlıdır, Alsu ## #### 2009-cu il təvəllüdlü olmaqla 16 yaşında,Aylin ## #### 2010-cu ildə doğulmuş 15 yaşında,Mahmud ## ####### 2014-cü il təvəllüdlü olmaqla 11 yaşındadır. Üç övladı ilə daim qayğılarını çəkməklə,xidmət göstərməklə,təlim və tərbiyələri ilə məşğul olmaqla başqa heç bir işlə məşğul ola və gəlir əldə edə bilmir. Təyin olunmuş aliment məbləği isə onların normal böyüməsi,təhsil xərcləri və məişət xərclərinin 50 faizini təşkil etmir. Müəyyən olunmuş aliment məbləğinidə iddiaçı vaxtında və tam ödəmədiyi üçün bəzən borca düşür və ya xəstə ata-anamın təqaüdləri ümidinə qalır. Iddiaçı ərizədə qeyd etdikləri yalandır,onun aylıq pensiya məbləğindən başqa fərdi məşğul olduğu “avtomobillərin rənglənməsi” xidməti fəaliyyətindən gəliri vardır. Necə olur ki, boşanma vaxtı məsuliyyətli, işgüzar ata olduğunu, ailəyə, övladlarına lazımınca diqqət göstərdiyini bildirən Süleyman,aliment məbləğini azaltmağa çalışır. Uşaq ehtiyyacları üçün geyim və qida məhsullarının,təhsil ləvazimatlarının qiyməti günü-gündən artır.Əlavə hazırlıq xərcləridə durmadan artır.Mən alimentin artırılması barədə iddia ərizəsi vermək fikrində idim ki, Süleyman alimentin miqdannın azaldılması barədə əsassız iddia ərizəsi vermişdir. 2026cı il üçün yaşayış minimumu uşaqlar üçün aylıq hər aşaq üçün 260 manat müəyyən edilmişdir. Iddiaçınm müəyyən olunmuş 600 manat alimenti ödəmək üçün lazımi qədər gəlirləri və 2026cı il üçün yaşayış minimumu 260 manat müəyyən olunduğuna görə iddiaçının iddiası əsassız hesab edilməli və iddia rədd edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbini müdafiə etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək etiraz ərizələrinin dəlillərini müdafiə etmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.
7. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilmiş, iddiaçı İddiaçı dövlət rüsumunun çatışmayan hissəsi üzrə 50 (əlli) manatın tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının qazancının və başqa gəlirlərinin miqdarı alimentin müəyyən edildiyi vaxtda olandan keçən dövrdə azalmamışdır, bu isə alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində pisləşməyə doğru dəyişikliyin olmadığını təsdiq edir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, alimentin təyin edildiyi zaman İddiaçı ümumi xəstəliyə görə təqaüd alması müəyyən edilmişdir və belə olan halda iddiaçının tələbinin əsası kimi istinad etdiyi həmin hal, iddia tələbinin təmin edilməsinə əsas ola bilməz.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı alimentin onun pensiyasının 1/3 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş, 3 uşağın saxlanması üçün yetərli olması barədə sübut təqdim etməmişdir. Iş üzrə olan sübutlarla həmin hal təsdiq edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Odur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilməlidir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən 50 (əlli) manat dövlət rüsumu iddiaçı İddiaçı tərəfindən dövlət büddcəsinə ödənməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, “Uşаq hüquqlаn hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 5, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, BMT-nin “Uşaq hüquqları haqqında” ## ###### 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 112.1.6, 119.1, 217.2, 217.4, 218.3, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi cavabdeh İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları kobud şəkildə pozmuşdur.
16. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı bildirmişdir ki, 2020-ci ildə Moskva şəhərində 2024-cü ilin ## #### tarixində “Insult” keçirmişdir, hal-hazırda sol tərəfi işləmir, “spastik hemiplegiya, sol tərəfi hemiparez” dioqnozundan əziyyət çəkməkdədir. Iddiaçı İddiaçı 3-cü qrup əlildir. Hal-hazırda onun yeganə gəlir mənbəyi dövlətdən aldığı 180 (bir yüz səksən) manat pensiyasıdır. Aldığı təqaüd isə onun dolanmağına, müalicələrinə, aliment ödəməyinə kifayət etmir. Iddiaçı İddiaçı heç bir gəliri olmadığı üçün ona qardaşı baxır, onun bütün maddi və mənəvi ehtiyaclarını qardaşı ödəməkdədir. Hətta iddiaçı aidiyyatı bankdan aliment ödənişini ödəyə bilmədiyi üçün kredit götürmüşdür. Götürülmüş kreditin ödənişini qarşılaya bilmədiyi üçün onun pensiyası kredit borcu səbəbindən tutulmaqdadır.
17. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsinin iddiaçının qeyd etdiyi halların heç birini nəzərə almamışdır. Zaqatala Rayon Məhkəməsi heç bir qanuni əsas olmadan iş üzrə iddiaçının maddi vəziyyətinə münasibət bildirməmiş, onun yalnız 180 manat məbləğində pensiya almasını və başqa gəlirlərinin olmamasına baxmayaraq ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Faktiki olaraq iddiaçı məhdud fəaliyyət qabiliyyətli olduğu üçün halhazırda heç yerdə işləmir və onun yeganə gəliri pensiyasıdır.
18. Belə ki, iddiaçı İddiaçı Zaqatala Rayon Məhkəməsinə təqdim etdiyi sübutlarda onun xəstəliyinin olduğu, ailə və maddi vəziyyətinin aliment ödəməyə imkan vermədiyini müəyyən etmək olar. Lakin təəsüflə qeyd etmək istərdi ki, məhkəmə işə baxarkən bütün bunların heç birini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
19. Zaqatala Rayon Məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir: Belə ki, Zaqatala Rayon Məhkəməsi çox təəsüf ki, ümumiyətlə iddiaçı X9 gəlirlərini yoxlamamış, onun maddi vəziyyətini araşdırmamışdır. Bununlada məlum olur ki, məhkəmə işin araşdırılmasını lazımı qaydada həyata keçirməmiş, mötəbər sübutların olmasına baxmayaraq əsassız qətnamə qəbul etmişdir.
20. O heç yerdə işləmir, səhhətilə bağlı (məhdud fəaliyyət qabiliyyəti olduğu üçün) işləyə bilməməkdədir. Iddiaçı 3-cü qrup əlildir və məhdud fəaliyyət qabiliyyətlidir.
21. Zaqatala Rayon Məhkəməsi heç bir qanuni əsas olmadan iş üzrə iddiaçı İddiaçı maddi, sağlamlıq vəziyyətini nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununlada məlum olur ki, məhkəmə işin araşdırılmasını lazımı qaydada həyata keçirməmiş, mötəbər sübutların olmamasına baxmayaraq qətnamə qəbul etmişdir.
22. Odur ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin ## ###### 2026-cı il tarixli, e-2(033)-1592/2025 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam olaraq təmin edilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etirazında iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinin təmin olunmaması və Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin II hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin IV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
27. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
28. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
29. BMT-nin ## ###### 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
30. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; * saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. * saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
31. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Apellyasiya baxışının hədləri
35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyator Zaqatala Rayon Məhəkəməsin ## ###### 2026-cı il tarixli, e-2(033)- 1592/2025 iş nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikahlarından ## #### 2009-cu ildə X3, ## #### 2010-cu ildə X5 və ## ####### 2014-cü ildə X6 dоğulmuşlar. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e- *(***)-***/**** nömrəli qətnaməsi ilə tərəflər arasında ## ###### 2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından ## #### 2009-cu ildə doğulmuş X3, ## #### 2010-cu ildə doğulmuş X5 və ## ####### 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ## ####### 2024-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Iddiaçı hazırda maddi vəziyyətinin və səhhətinin qət edilmiş alimentin ödənilməsinə imkan vermədiyini əsas gətirərək, alimenti 3-cü qrup əlil kimi hər ay aldığı pensiyasının 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş etmiş, cavabdeh tərəfdən iddia tələbi qəbul edilməmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının alimentin azaldılması tələbinə dair iddiasını bütünlükdə rədd etməkdə doğru mövqedən çıxış etməmişdir.
42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
43. Hansı ki, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdeh səhhətinin vəziyyəti ilə əlaqədar işləyə, maddi qazanc əldə edə bilməməsi səbəbli iddiaçıya hazırda 4000 manat civarında aliment borcunun yığıldığını, yığılmış aliment borcunu da ödəyə bilmədiyini göstərmişdir. Cavabdeh Cavabdeh da məhkəmə kollegiyasının iclasında iddiaçının göstərdiyi həmin xüsusatı təsdiq etmiş və iddiaçı İddiaçı hazırda ona əvvəlki aylardan yığılmış və ödənilməmiş 4000 manat civarında aliment borcunun yarandığını bildirmişdir.
44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının qazancının və başqa gəlirlərinin miqdarının alimentin müəyyən edildiyi vaxtda olandan keçən dövrdə azalmaması, alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində pisləşməyə doğru dəyişikliyin olmaması, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsasların olmamasına dair apardığı əsaslandırma və gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
45. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi vəziyyəti alimenti ödəməyə cavab vermədiyi üçün, alimentin ödənilməsini təmin etmək məqsədilə aidiyyatı bankdan kredit götürməsi, hal-hazırdada aldığı pensiyasının kredit borcuna görə tutulmaqda olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, şikayətin həmin dəlili üzrə məhkəmə kollegiyası tərəfindən elektron məhkəmə informasiya sistemindən dəqiqləşdirilmə aparılmış və iddiaçı İddiaçı sonuncu dəfə Azərbaycan Beynəlxalq Bankından ##.##.2025-ci il tarixdə kredit götürməsi, hazırda isə həmin banka ödənilməmiş 1225.58 manat kredit borcunun olması müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hal-hazırda onun yeganə gəlir mənbəyinin dövlətdən aldığı 180 manat pensiyasından ibarət olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən elektron məhkəmə informasiya sistemindən dəqiqləşdirilmə aparılması zamanı iddiaçının 3-cü qrup əlil kimi aldığı pensiyasından əlavə digər bir qazanca malik olması halı müəyyən edilməmişdir.
47. Qeyd edilənlər diqqətə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ## #### 2009-cu ildə doğulmuş X3, ## #### 2010-cu ildə doğulmuş X5 və ## ####### 2014-cü ildə doğulmuş X6 üçün tutulan alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur.
48. Lakin kollegiya hesab edir ki, iddiaçının həmin uşaqların saxlanılmasında cavabdehlə bərabər vəzifə daşıması, əlavə qazanca və gəlirə malik olmamasının onu uşaqların saxlanılması üçün aliment ödəmək vəzifəsindən azad etməməsi, iddiasında qeyd etdiyi pensiyasın 1/3 hissəsinin cəmi 60 manat təşkil etməsi, həmin vəsaitlə isə 3 uşağın çox cüzi bir tələbatlarının təmin edilməsinin mümkünlüyü diqqətə alınaraq, alimentin məbləğinin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,40 misli həddində sabit pul məbləğində müəyyən edilməsi, qanuni əsaslı və ədalətli olmaqla qalan hissədə iddia tələbi əsaslı deyildir.
49. Kollegiya iddiaçının alimentin azaldılmasına dair iddia tələbini qismən əsaslı hesab etdiyindən iş üzrə məhkəmə xərclərinə dair məsələ də həll edilməlidir.
50. Kollegiya hesab edir ki, iddiaçının 60 manat mediasiya xərcini ödəməsi, tələbin təmin edilmədiyi, yəni iddiaçının cavabdehə ödəməli olduğu illik alimentin məbləğinin 5760 manat təşkil etməsi diqqətə alınaraq, 60 manat mediasiya xərcindən əlavə iddiaçının dövlət nəfinə ödəməli olduğu dövlət rüsumunun məbləği 17,6 manat təşkil edir.
51. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı azaldılaraq, tərəflərin birgə nikahından ## #### 2009-cu ildə doğulmuş X3, ## #### 2010-cu ildə doğulmuş X5 və ## ####### 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,40 misli həddində sabit pul məbləğində alimentin tutulmalı, iddianın qalan hissəsi təmin edilməməli, iddiaçı İddiaçı dövlət nəfinə 17,6 manat dövlət rüsumu tutulmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı azaldılaraq, tərəflərin birgə nikahından ## #### 2009-cu ildə doğulmuş X3, ## #### 2010-cu ildə doğulmuş X5 və ## ####### 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Iddianın qalan hissəsi təmin edilməsin. Iddiaçı İddiaçı dövlət nəfinə 17,6 manat dövlət rüsumu tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.