Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-339/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin miqdarının azaldılması” tələbi, qüvvə) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ##.##.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 130 manat məbləğində alimentin indeksasiya edilməsi nəticəsində müəyyən edilən alimentin məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh Cavabdeh ilə birgə nikahdan ##.##.2014-cü il təvəllüdlü X7 adlı bir övladı var. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə X7 üçün 130 manat məbləğində aliment təyin edilmişdir. Sonradan cavabdeh alimentin indeksasiyası ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 8(051)- ***/**** saylı qərardadına əsasən ərizə təmin edilmiş, ##.##.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 130 manat məbləğində tutulan aliment, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının 1 misli həddində indeksasiya edilmiş və ##.##.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır. Qeyd edir ki. o, hazırda heç bir yerdə işləmir, heç bir gəlir yeri yoxdur. ##.##.2019-cu il tarixdə X1 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur və birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü X2 adlı bir övladı var. Hər ay 130 manat aliment ödəyir. Ailəsini saxlamaqda belə maddi çətinlik çəkir. Maddi vəziyyəti çox ağırdır. 2018-ci il tarixdə aliment təyin edildikdən sonra maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Maddi vəziyyətində dəyişiklik olmamasına baxmayaraq, 130 manat aliment indeksasiya edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbini dəqiqləşdirərək aliment məbləğinin azaldılaraq ölkə üzrə minimum əmək haqqının 0.50 misli məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Iddiaçı İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək bildirdi ki, aliment məbləği indeksasiya olunaraq 400 manat müəyyən edilmişdir. Lakin hazırda işsizdir. Evi də yoxdur, kirayədə yaşayır. Odur ki, iddia tələbinin azaldılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, iddiaçı 2018-ci ildən ona təyin olunmuş 130 manat məbləğində alimentdən başqa Məleykə adlı uşağı üçün əlavə ödəniş etməmişdir. Qarşı tərəfin işsiz olmasına baxmayaraq, yetərincə imkanı var. Odur ki, alimentin miqdarının azaldılmamasını məhkəmədən xahiş etmişdir
5. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ##.##.2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və iddiaçı İddiaçı alınıb cavabdeh Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahından ##.##.2014-cü il tarixdə X7 adlı uşaq doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ##.##.2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub X3 verilməsi qət olunmuşdur. Bundan sonra Cavabdeh həmin qətnamə ilə İddiaçı tutulan alimentin indeksasiya edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci qərardadı ilə ərizə təmin edilmiş, ##.##.2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- ***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 130 (bir yüz otuz) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli həddində indeksasiya edilməsi qərara alınmış və ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı sabit pul məbləğində alimentin alınıb ərizəçi Cavabdeh verilməsinə başlanılmışdır. Cavabdeh Cavabdeh himayəsində ##.##.2014-cü il tarixdə doğulmuş X7 adlı uşağı saxlanılmışdır. Iddiaçı işləmir. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Iş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minimumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alınsa ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, azyaşlı uşağın saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 130 (bir yüz otuz) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, ##.##.2014-cü il tarixdə doğulmuş X7 üstün mənafeyi və cavabdehin himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün müəyyən edilmiş alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə çoxdur. Belə ki, 2025-ci il üzrə minimum əməkhaqqı məbləğinin 1 misli (400 x 1 = 400 manat) həddində sabit pul məbləği nəzərdə tutulur. Iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı heç bir yerdə işləmir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əməkhaqqı məbləğinin 0.55 misli (400 x 0.55 = 220 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Məhkəmə hesab etmişdir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025ci il üzrə minimum əməkhaqqı məbləğinin 0.55 misli (400 x 0.55 = 220 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab etmişdir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır. Məhkəmə qətnamə qəbul edərkən aşağıdakı sənədlərə istinad etmişdir: Işdə olan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, ##.##.2014-cü il tarixdə doğulmuş Məleykə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 130 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli həddində indeksasiya edilməsi və ##.##.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı tutularaq ərizəçi Cavabdeh verilməsi qərara alınmışdır. Işdə olan Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X3 arasında olan, ## #### 2014-cü ildə Mingəçevir şəhər Nikah Evində bağlanmış, *** saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra ## ###### 2017-ci il təvəllüdlü X4 anası X3 yanında qalması və ünvan 1 ünvanında yaşayan İddiaçı ## ###### 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat aliment hər ay tutulub ünvan 3 ünvanında yaşayan X3 verilməsi qət edilmişdir. Işdə olan Mingəçevir regional ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X1 arasında olan nikah Mingəçevir Regional “ASAN” Xidmət mərkəzində Qeydiyyat şöbəsində ##.##.2019-cu il tarixdə bağlanmış və 313 № ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Nəsibova-Adıgözəlova” soyadı verilmişdir. Işdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhər Qeydiyyat şöbəsində İddiaçı ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ##.##.2018-ci il tarixdə, 191 № ilə qeyd edilmişdir. Işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ##.##.2020-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Nəsibova-X5r. Işdə olan Mingəçevir * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixli, MŞM/MT***/****-***** saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməməsi səbəbindən razılıq əldə etmək mümkün olmamışdır. Işdə olan ##.##.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhəri, X9 küçəsi, ev 9, mənzil 24 ünvanında qeydiyyatdadır. Işdə olan Mərkəzləşdirilmiş elektron informasiya sistemindən sorğu nəticəsində verilmiş məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı “işsiz” statusundadır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2, 110.1, 110.2 və 112.1-ci maddələrinə, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununa, «Uşaq hüquqları haqqında» Konvensiyaya “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, * nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Lakin məhkəmə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsasları mötəbər sübutla göstərmədən sadəcə söz olaraq Ailə Məcəlləsinin 112.1–ci maddəsini əsas tutub alimnetin miqdarını azaltmışdır. Məlum edir ki, *(***)-***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa müəyyən olunmuş aliment qətnaməsi Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadə tərəfindən *(***)-***/**** saylı, ## ######## 2025-ci qərardad qəbul edilərək ərizəsi təmin edilərək əməkhaqının 1 misli həddində indeksasiya edilmişdir. Qərardadın qəbul olunmasından bir az bir müddət sonra isə hakim Elza Cəbrayılzadə tərəfindən iddiaçının alimentin miqdarının azaldılması tələbinə dair ərizəsi təmin edilərək *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.55 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Hakimin işə baxmasına və qəbul etdiyi qərarlara diqqət yetirsək görərik ki, hakim alimentin miqdarını indeksasiya edib əmək haqqının 0.78 misli həddində müəyyən olunmasını xahiş etdiyi halda, hakim isə iddia tələbindən kənara çıxmaqla əməkhaqqı mislini 1 mislində yəni onun tələbindən çox miqdarda müəyyən etmişdir. MPM-in 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəmə iclasında araşdırmalardan görünür ki, sadəcə iddiaçının sözlərini əsas tutub iddia təmin edilmişdir. Himayəsində qalan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 130 manat alimnet pulu indeksasiya olunana qədər uşağın atası tərəfindən əlavə heç bir ödənişlər olunmaışdır. Lakin 2018-ci ildən 7 il ərzində hər il alimentin miqdarı artırılmışdır. Bu illər üzrə ödənilməyən alimentin hesablanıb ona ödənilməli olduğu hakimin nəzərinə çatdırılsa da, nəzərə alınmamışdır. Hesab edir ki, hakim işə baxarkən sübutlara düzgün qiymət verməyərək qanunun tələblərini pozmuşdur.
11. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini dəyişdirib Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi ilə qət edilmiş cəmi 130 manat alimentin məbləğini indeksasiya edib minimum əmək haqqının 0.78 misli həddində alimentin tutulmasını müəyyən edən qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
16. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
17. «Uşaq hüquqları haqqında» Konvensiya ## ###### 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli, * nömrəli Qərarı 8.14–cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
24. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin dəyişdirilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz.
26. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli *** nömrəli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir.
27. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşağın mənafeyi, 2025ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği, iddiaçının maddi vəziyyəti və işin faktiki halları nəzərə alınmaqla, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş ##.##.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas təşkil etmir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla, böyüdükcə təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti əsaslı deyildir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, həmin hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.