Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-35/2026 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X13 qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X20 (sədrlik edən və məruzəçi), X29 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X34 oğlunun katibliyi ilə, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(033)-1359/2025 nömrəli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X27 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2025-ci il üçün aylıq əmək haqqının 1 mislinədək aliment tutularaq iddiaçı X3 xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və X22 2017-ci ilin mart ayının 17-də nikaha daxil olmuşdur. Birgə nikahlarından 24 dekabr 2017- ci il tarixdə X37 adlı qız övladı dünyaya gəlmişdir. Cavabdeh X14 onun övladının babasıdır. X15 2021-ci ilin dekabr ayının 14-də ürəyin kəskin işemik xəstəliyinin digər formaları nəticəsində ölmüşdür. xx.xx.2017-ci il tarixdə anadan olmuş X31 onun himayəsindədir, övladına özü baxır və övladı 2-ci sinifdə oxuyur. Bu gün ki gün uşağının saxlanılması, yəni, təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün çətinlik çəkməkdədir. Nəzərə alınmalıdır ki, bir ana kimi övladlarının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq dünyasını dəyişmiş əri X16 ailəsi (atası X14) ona heç bir yardım göstərmir. Halbuki ərinin atası X1 qədər imkanı var ki, ona uşağını böyütməyə yardım etsin. İddiaçı uşağını bir ana kimi təkbaşına böyüdür. İndiyədək ölmüş ərinin ailəsi ona heç bir yardım əlini uzatmaması onu olduqca məyus edir. Cavabdeh də bir baba kimi öz nəvəsinin qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarını maddi cəhətdən köməklik göstərməyə borcludur. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur.
3. İddiaçı məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək 24 dekabr 2017-ci il təvəlüdlü X27 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, əri vəfat etidyi vaxtdan cavabdeh nəvəsi ilə maraqlanmamış, ona maddi və mənəvi hər hansı dəstək göstərməmişdir. Uşağına indiyə qədər öz atası baxır. Lakin rəsmi olaraq adına qeydiyyatı olmasa da cavabdehə məcsus qeyri-yaşayış obyektləri mövcuddur və maddi vəziyyəti yaxşıdır. Ən azından maddi dəstək olaraq ona aliment ödəməsini və bunula bağlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz edərək bildirmişdir ki, oğlu X22 2021-ci il tarixdə vəfat etmişdir. Onun iddiaçı ilə birgə nikahından X31 adlı nəvəsi doğulmuşdur. Səhhəti ilə bağlı işləyə bilmədiyini, bu səbəbdən də aliment ödəyə bilməyəcəyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, qeyri-yaşayış obyekti olsa da, ondan gələn icarə haqqını digər oğlu götürür və onun hər hansı gəlir əldə edəcək yeri yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) 28 noyabr 2025-ci il tarixli, e-2(033)-1359/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X11 ilə X17 birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X27 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh X4 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iş üzrə ödənilmiş 60 (altmış) manat mediasiyaya dair xərcin iddiaçı X7 aid edilməsi, cavabdeh X4 44 (qırx dörd) manat miqdarında dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 24 dekabr 2017-ci il tarixdə X37 adlı qızı adlı övladı doğulmuşdur. X15 2021-ci ilin dekabr ayının 14-də ürəyin kəskin işemik xəstəliyinin digər formaları nəticəsində ölmüşdür. İddiaçı X18 ərinin atası X8 qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddia tələbinə etiraz etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən və qeyd edilən maddələrinin tələblərinə, eləcə də iddiaçının cavabdehdən tutulacaq sabit pul miqdarını qeyd etməsinə əsasən hesab edir ki, cavabdeh X4 yetkinlik yaşına çatmayan uşaq üçün tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 24 dekabr 2017-ci il təvəllüdlü X37 adlı qızının saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment cavabdeh X9ən tutularaq iddiaçı X12 ödənilməlidir. Həmin məbləğ uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir.
9. Məhkəmə qeyd etmişdir ki, alimentin tutulmasının əvvəlinin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhz həmin tarixdən tutulmalıdır.
10. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 400x0.50*12=2400 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab etmişdir ki, cavabdeh X4 44 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, 34-cü maddəsinin İİİ və İV hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89, 78.2, 100.2, 106.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarına, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1 maddəsinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.2, 9.1.2, 9.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 107, 112.1.3, 119.1, 217.4 və 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbi baxımından cavabdehdən alimentin tutulmasını tələb etmək hüququna malikdir. Lakin yuxarıda qeyd olunan normanın baba və nənənin zəruri vəsaitə malik olması, həmçinin uşaqların yardıma ehtiyacı olması xüsusi olaraq göstərilmişdir. İddiaçı cavabdehin kifayət qədər vəsaitə malik olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş, tələbini yalnız öz izahatı ilə əsaslandırmağa çalışmışdır.
15. Cavabdehin zəruri vəsaitə malik olmasının sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı iddia tələbini əsaslandıran halları sübut etməlidir. Lakin məhkəmə iddia tələbinə Ailə Məcəlləsinin 89-cu maddəsini tətbiq edərkən cavabdehin zəruri vəsaitə malik olub-olmamasını və eyni zamanda azyaşlının maddi yardıma ehtiyacının olub olmamasını araşdırmadan iddia tələbini təmin etməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir.
16. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən məhkəmə qərarını məhkəmə iclasında müzakirə etdiyi dəlillərlə, tərəflərin izahatları ilə əaslandırmamışdır. İddiaçı ilk növbədə cavabdehin zəruri vəsaitə malik olmasını və azyaşlı uşağın yardıma ehtiyacı olmasını sübut etməli, həmin hallar sübut olunduğu təqdirdə iddia təmin edilməli idi. Lakin iddiaçı istinad etdiyi halları sübut etməmiş, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış və əsassız qətnamə qəbul edilmişdir. Bununla da məhkəmə prosessual hüquq normasının tələblərini pozmuşdur. Hesab edir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır.
17. Məhkəmə qərarında sübut növü olaraq işin hallarını tam araşdırmamış, yalnız iddiaçının mövqeyinə uyğun olaraq qətnamə qəbul etmişdir. Qeyd edir ki, iddiaçı özü Bakı şəhərində yaşamaqla orada işləyir və rəsmi gəliri vardır. Azyaşlı övladı isə Zaqatala şəhər Şixali Qurbanov adına orta məktəbin 2-ci sinif şagirdidir. Azyaşlı övladı faktiki olaraq iddiaçının ata və anasının himayəsindədir. Belə olan təqdirdə iddiaçı tərəfindən cavabdehdən aliment tələb etməsi əsassızdır.
18. Məhkəmənin elektron kabinetində iddiaçının hansı qrumda və harada işləməsi və nə qədər əmək haqqı alması barəsində məlumatlar vardır. X26 apellyasiya şikayətini araşdırarkən həmin məlumatlara istinad olunmasını xahiş edir. Məhkəmə qeyd olunan halları nəzərə almaması və qətnamə qəbul etməsi prosessual hüquq normasının pozulması kimi qiymətləndirilməlidir.
19. Səhhəti ilə bağlı işləyə bilmir. Maddi ehtiyacları 2 övladı tərəfindən qarşılanır. Heç bir yerdən gəliri yoxdur. Pensiya yaşı çatmadığı üçün dövlət ona pensiya vermir.
20. Odur ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1359/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddiaçının iddiasının rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(033)-1359/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X24 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(033)-1359/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı “aliment tələbi” nə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında tikinti ustası kimi fəaliyyət göstərməklə aylıq qazancının 300-700 manat arasında dəyişdiyini, digər heç bir qazancının olmadığını göstərmiş, buna baxmayaraq, nəvəsinin saxlanılmasında iddiaçıya hər ay 150 manat aliment ödəməyə razı olduğunu bildirmişdir.
23. İddiaçı məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. 93.1-ci maddəsinə əsasən Bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. 93.2-ci maddəsinə əsasən tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
26. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
27. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
28. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
34. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
35. Cavabdeh apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 1359/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddiaçının iddiasının rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyasının iclasında nəvəsinin saxlanılması üçün hər ay iddiaçıya 150 manat aliment ödəməyə razı olduğunu göstərmişdir.
36. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin indeksasiya edilməmiş məbləği 246 manat, məhkəmə kollegiyasının iclasında cavabdehin ödəməyə razı olduğu məbləğin isə 150 manat təşkil etməsi nəzərə alınaraq, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qət edilmiş aylıq alimentin 96 manat hissəsində mübahisələndirilməsi müəyyən edilmişdir.
37. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına tam uyğun olmamaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə tam düzgün nəticəyə gəlməmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı 17 mart 2017-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə X22 ilə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X31 adlı uşaqları doğulmuşdur. X10 23 noyabr 2021-ci il tarixdə vəfat etmiş, xx.xx.2017-ci il təvəllüdlü X31 anası İddiaçı himayəsində qalmışdır. Himayəsində olan X2 üçün köməklik göstərilmədiyini əsas gətirən İddiaçı mərhum ərinin atası, uşağının isə babası olan Cavabdeh qızı X27 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün aliment tələb etmiş, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəfindən iddia tələbi qismən qəbul edilmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etməsələr də, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilərək, qət edilmiş aliment məbləğinin azaldılması üçün əsasdırlar.
42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin cavabdehin zəruri vəsaitə malik olub-olmamasını və eyni zamanda azyaşlının maddi yardıma ehtiyacının olub olmamasını araşdırmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, həqiqətən də birinci instansiya məhkəməsi cavabdehin hər hansı bir vəsaitə malik olub-olması istiqamətində dəyərləndirmə aparmamışdır. Lakin ailə başçısını itirməsi səbəbli yalnız anasının himayəsində qalması, zəruri ehtiyaclarının anası tərəfindən təkbaşına qarşılanması diqqətə alınaraq xx.xx.2017-ci il təvəllüdlü X27 maddi yardıma ehtiyacı olmayan şəxs kimi qəbul edilməsi mümkünsüzdür.
43. Hansı ki, məhkəmə kollegiyası tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X27 anası-İddiaçı nə kimi qazanca malik olması elektron məhkəmə informasiya sistemindən dəqiqləşdirilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatlarından isə iddiaçının gülçülük üzrə mütəxəssis vəzifəsində işləməklə aylıq əmək haqqının cəmi 400 manat təşkil etməsi müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin səhhəti ilə bağlı işləyə bilməməsinə, iddiaçının cavabdehdən aliment tələb etməsinin əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatlarından cavabdehin işləməsi və hər hansı bir qazanc əldə etməsi halı müəyyən edilməsə də, onun özünün məhkəmə kollegiyasının iclasında verdiyi izahatından tikinti ustası kimi fəaliyyət göstərməklə aylıq qazancının 300-700 manat civarında olması müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında iştirak etmək vəzifəsi daşımalarına baxmayaraq, bundan imtina edən şəxslərin uşaqların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbi baxımından yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin saxlanılmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik babadan məhkəmə qaydasında aliment almaq hüququna malik olmalarını, beləliklə babanın da nəvənin saxlanılmasında öz maliyyə imkanları daxilində məsuliyyət daşımasını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan şəxsin hüquq və mənafelərini zərbə altında qoymamalı, onun hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
46. Kollegiya qeyd edir ki, cavabdehin öz izahatından onun nəvəsini saxlamaq üçün zəruri vəsaitə malik olması, bu məqsədlə iddiaçıya hər ay 150 manat alimenti ödəməyə razı olması müəyyən edilsə də, cavabdehin hər ay nəvəsi X31 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 misli həddində sabit pul məbləğində alimenti ödəyə biləcək zəruri vəsaitə malik olması müəyyən edilməmişdir.
47. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir.
48. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e- 2(033)-1359/2025 nömrəli qətnaməsi alimentin və cavabdehdən dövlət nəfinə tutulması qət edilmiş dövlət rüsumunun məbləğlərinə münasibətdə dəyişdirilməli, Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(033)-1359/2025 nömrəli qətnaməsinə əsasən 24 dekabr 2017-ci il tarixdə doğulmuş X27 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli, cavabdehdən alimentə görə dövlət nəfinə tutulmalı olan dövlət rüsumunun məbləği də müəyyən edilmiş alimentin məbləğinə mütənasib olaraq müəyyən edilməli, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(033)-1359/2025 nömrəli qətnaməsi alimentin və cavabdehdən dövlət nəfinə tutulması qət edilmiş dövlət rüsumunun məbləğlərinə münasibətdə dəyişdirilsin. Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, e-2(033)-1359/2025 nömrəli qətnaməsinə əsasən 24 dekabr 2017-ci il tarixdə doğulmuş X27 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli, dövlət nəfinə tutulmalı olan dövlət rüsumunun məbləği isə 41,60 manat müəyyən edilsin. Qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.