Məhkəmə qərarları › İş №2(3-10)-381/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-381/2026

04.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-381/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması tələbi, dəyişdirildi) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, ##.##.2013-cü il tarixdə doğulmuş Əminə və ##.##.2015-ci il tarixdə doğulmuş Mədinə adlı uşaqların saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı azadılaraq hər uşaq üçün 0.40 misli müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2020-ci il tarixli qətnaməsi ilə ##.##.2013-cü il tarixdə doğulmuş Əminə və ##.##.2015-ci il tarixdə doğulmuş Mədinə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı X2 xeyrinə hər uşaq üçün sabit pul məbləğində tutulmuş 170 manat məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda ölkə üzrə minimum əmək haqqı 400 manat müəyyən olunduğundan həmin məbləğ 1 uşağa münasibətdə 272 manat müəyyən edilmişdir. 2 uşağa münasibətdə isə 544 manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia tələbi qismən təmin edilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ##.##.2013-cü il tarixdə doğulmuş Əminə və ##.##.2015-ci il tarixdə doğulmuş Mədinə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli, cəmi (iki uşaq üçün) 1.30 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və iddiaçı İddiaçı alınıb cavabdeh Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2, 112.1, 110.1 və 110.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarına, “Uşaq hüquqları haqqında” Konvensiyaya, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2020-ci il tarixli qətnaməsi ilə ##.##.2013-cü il tarixdə doğulmuş Əminə və ##.##.2015-ci il tarixdə doğulmuş Mədinə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı X2 xeyrinə hər uşaq üçün sabit pul məbləğində tutulmuş 170 manat məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qərara alınmışdır. Işdə olan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2023-cü il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı iddiaçı X3 xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.55 misli həddində sabit pul məbləğində alimentin alınıb iddiaçı X3 verilməsi qət edilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkəmə işə baxarkən “Yaşayış minimumu haqqında” Azərbaycan RespublikasınınQanuna istinad etmişdir. Bu zaman Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-1, 8.4-2 və 8.4-3-cü bəndlərinin tələblərini pozmuşdur. Belə ki, qərarda göstərilmişdir ki, Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd edir ki, indeksasiya edilənə qədər o cavabdehə hər uşaq ücün 170 manat aliment ödəyirdi, hansı ki, ##.##.2020-ci ildə uşaqlar ücün ondan hər ay 170 manat sabit pul məbləğində aliment qət olunanda uşaqlar ücün yaşayış minimumu 250 manat olmuşdur. Məhkəmələrdə 250 manat yaşayış minimumunun 0.68 misli olaraq məndən 170 manat alimentin tutulmasını qət etmişdilər. Hazırki qətnamə ilə isə məndən 1 uşaq ücün minimum əmək haqqının 0.65 misli qət olunmuşdur. Hesab edir ki, məhkəmə Plenum qərarının göstərişlərini nəzərə aldığını göstərsə də , həm həmin göstərişləri faktiki nəzərə almamış, həmcinini, Azərbaycan RespublikasıAilə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə uşaqlar ücün 2026-cı ildə yaşayış minimumu 260 manar müəyyən edərkən nəzərə almamışdır ki, ailə məcəlləsində uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulması müəyyən edilmişdir. Onun rəsmi aylıq məvacibi 1278 manatdır. Kartına 1100 manat pul vurulur. Ailə Məcəlləsini 76.1.2-ci maddəsinin tələbləri əsas götürülsə onun ödəməli olduğu vəsait 426 manat təşkil edir. Yəni hər uşaq ücün 213 manat. Məhkəmə isə onun başqa gəlirləri olmadığı halda ondan cavabdehin xeyrinə hər uşağa görə 0.65 misli, yəni 260 manat alimentin tutulmasını əsaslı hesab etmişdir. Hansı ki, əmək haqqı qalxmadığı təqdirdə ölkə üzrə minimum əmək haqqı qalxacağı təqdirdə alimentin məbləğidə artacaqdır. Hesab edir ki, məhkəmə səhvən alimentin məbləğini yaşayış minimumuna əsasən müəyyən edərkən səhv buraxmışdır. O, məhkəməyə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsini təqdim etmişdir. Həmin qətnaməyə əsasən ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2023-cü il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün məndən iddiaçıX3 xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.55 misli həddində sabit pul məbləğində alimentin alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmədə iddia tələbini əsaslandırarkən göstərirdi ki, o aylıq məvacibinin 544 manatını cavabdeh Cavabdeh, 220 manatını Səkinə Cəfərliyə ödəcəyi təqdirdə 764 manatını alimentə ödəməli olur. Onun başqa gəlir yeri yoxdur. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi qəbul olunarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbləri gözlənilməklə 1100 manat vəsaitin 1/4 hissəsi olaraq 220 manat aliment qət olunmuşdur. Hesab edirdi ki, məhkəmə ona münasibətdə ədalətli davranaraq alimentin məbləğini qanunverişiliyin tələblərinə uyğun olaraq onun ödəmə imkanlarına uyğun təyin edəcəkdir. Cünki alimentin indeksasiyası aparılarkən yaşayış minimumuna uyğun müəyyənləşdirilmiş aliment hazırda minimum əmək haqqına uyğunlaşdırıldığı halda əsassız olaraq böyük bir fərq yaranmışdır. Yəni 170 manat aliment məbləği indeksasiyadan sonra 272 manat, yəni 37.5 faiz artım deməkdir. 2026-cı ilə qədər 340 manat ödədiyi aliment birdən birə 544 manat müəyyən edilmişdir ki, bu da onun ödəmək imkanlarından məhrumdur.

8. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

13. “Uşaq hüquqları haqqında” Konvensiya: ## ###### 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli qərarı: Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Iddiaçı İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla, böyüdükcə təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli (400 x 0,55 = 220 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli (400 x 0,55 = 220 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır.

27. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olmalıdır.

28. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçı İddiaçı ##.##.2013-cü il tarixdə doğulmuş Əminə və ##.##.2015-ci il tarixdə doğulmuş Mədinənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutularaq cavabdeh Cavabdeh verilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,55 misli məbləğində müəyyən edilməli, qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2013-cü il tarixdə doğulmuş Əminə və ##.##.2015-ci il tarixdə doğulmuş Mədinənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutularaq cavabdeh Cavabdeh verilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,55 misli məbləğində müəyyən edilsin. Qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar