Məhkəmə qərarları › İş №2(3-10)-421/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-421/2026

08.07.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-421/2026 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsinə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmək haqqının ödənilməsi ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsinə qarşı “əmək haqqının ödənilməsi ” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsinə və müstəqli tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təşkilat işləri üzre direktor müavini olduğuna göra ##.##.2022-ci il tarixdan ##.##.2025-ci il tarixədak ona ödəməli 7600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnaməmə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Ucar rayonu, Bərgüşad kənd A.Mustafayev adına * nömrəli tam orta məktəbdə təşkilat işləri üzrə direktor müavini təyin olunmuşdur. Onun 2014-cü ildən 2019-cu ildə bağlanmış müddətsiz elektron əmək müqaviləsi vardır. ##.##.2016-cı il tarixli *** nömrəli Nazirlər Kabinetinin qərarı ilə vəzifəsinin adı təşkilatı işləri üzrə direktor müavini kimi göstərilmişdir. Buna baxmayaraq, 2022-ci ildə Mərkəzi Aran Regional Təhsil Idarəsi vəzifəsinin adını dəyişərək uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyyə işi üzrə təşkilatçı yazaraq hər ay vəzifə maaşından 200 manat kəsmişdir. Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** saylı qərarına əsasən təhsilalanların sayı 500-dən 700dək olan ümumtəhsil orta məktəblərində direktor müavinin vəzifə maaşının aylıq əlavə 200 manat nəzərdə tutulmuşdur ki, onun vəzifəsinin adı cavabdeh tərəfindən özbaşına dəyişdirildiyi üçün ona həmin 200 manat məbləğində pulu ala bilməmişdir. Beləliklə, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək ötən 38 ay ərizində cavabdehin təqsiri üzündən ona ödəməli olan 7600 manat məbləğində pul ona ödənilməmişdir. Bu öz təsdiqini Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə də tapmışdır və Mərkəzi Aran Regional Təhsil Idarəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 manat məbləğində cərimə olunmuşdur. Yevlax Rayon Məhkəməsinin bu qərarıının üzərindən 5 aydan çox vaxt keçməsinə baxmayaraq onun əmək hüquqları bərpa edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmənin suallarına cavab olaraq, ona heç bir vaxt əmək müqaviləsinə dəyişiklik ediləcəyi barədə xəbərdarlıq olunmadığını və məlumat verilmədiyini, yalnız hazırki məhkəmə araşdırması zamanı xəbərdarlıq gəldiyini və məktəb rəhbərliyi tərəfindən müqaviləyə dəyişikliyin imzalanmasının tələb edildiyini, əks halda işdən çıxarılacağının bildirildiyi, onun tərəfindən isə imzalanmadığını bildirmişdir.

4. ##.##.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə2 izahat verərək, iddiaçı İddiaçı iddia tələbinin əsassız olduğunu, özü hal-hazırda təşkilatçı vəzifəsində işlədiyini, əmək müqaviləsinin dəyişdirilməsinə özünün razılığının olduğunu və hər il özünün razılığı ilə əmək müqaviləsini oxuyub tanış olduqdan sonra sima ilə təstiq etdiyini bildirmişdir (bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilə bilməmişdir). Əlavə olaraq bildirmişdir ki, orta ümumtəhsil məktəblərinin nümunəvi ştatları, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları «Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli ** nömrəli qərarı ilə müəyyən edilmişdir. Iddiaçının işlədiyi məktəbdə isə sinif sayı 10 və daha çox olduğu üçün onun əmək müqaviləsinə dəyişiklik edilərək, 1 ştat vahidi üzrə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə dəyişdirilmişdir. Məhkəmənin əmək müqaviləsin dəyişikliklə bağlı işçinin xəbərdar edilib-edilməməsi və işçinin özünün razılığı, həmin müqavilənin kim tərəfindən imzalanması barədə suallara cavab olaraq, iddiaçının razılığı ilə edildiyi və iddiaçı tərəfindən imzalandığı bildirilsə də, bu barədə heç bir sübut təqdim edilə bilməmişdir.

5. ##.##.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən mütəqil tələbi irəli sürməyən üçüncü şəxs Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına * nömrəli tam orta məktəbin direktoru X2 izahat verərək bildirmişdir ki, 2019- cu ilin fevral ayından həmin məktəbdə direktor kimi fəaliyyət göstərir. direktoru kimi təyinat verilmiş, 2022-ci ildən ona və Mərdan müəllimə xəbərdarlıq etmədən Təhsil Idarəsi tərəfindən onun vəzifəsinin adını dəyişərək uşaqlarla məktəbdən kənar və sinifindən xaric tərbiyyə işi üzrə təşkilatçı qeyd olunmuşdur. Həmin məsələ ilə bağlı Mərdan Əhmədzadınin şikayəti üzrə əmək müfəttişliyi tərəfindən də araşdırma aparılmış, araşdırmanın nəticəsində 750 manat cərimə olunmuşdur. Həmin cəriməni əmək haqqısından ödəmişdir. ƏMAS platformada əvvəllər o işləməmişdir, son iki ildir ki, həmin səlahiyyətlər məktəb direktorlarına verilib. Əgər əvvəldən onda olsa idi, müqavilədə dəyişiklik etməmişdən öncə iddiaçını xəbərdar edərdi və cərimələnməzdi. Əmək müqaviləsinə dəyişiklik edilərkən heç bir vaxt İddiaçı xəbərdarlıq edilməmişdir. Sonuncu bu il xəbərdarlıq göndərilmiş, iddiaçı isə hal hazırki tarixədək imzalamaqdan imtina etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aybəniz Babayeva) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsi tərəfindən “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə və həmin müəssisələrin (ümumi təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmiş aylıq əmək haqqına əlavə kimi hər ay 200 manat olmaqla, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün cəmi 7600 manat məbləğində vəsait iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. 7.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı15.09.2004-cü il tarixdən Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına * nömrəli tam orta məktəbin təşkilat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində İddiaçı Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına * nömrəli tam orta məktəbin təşkilat işləri üzrə direktor müavini vəzifəsi üzrə işləməsi barədə *******000100 və *******000102 nömrəli əmək müqavilələri qeydiyyata alınmışdır. Daha sonradan, işəgötürən tərəfindən birtərəfli qaydada -işçi rəsmi qaydada xəbərdar edilmədən, həmçinin razılaşdırılmış dəyişikliklər daxil edilmiş əmək müqaviləsinin və ya yenidən tərtib edilmiş dəyişdirilmiş ilkin əmək müqaviləsinin İddiaçı imzası ilə təsdiq edilməsi təmin edilmədən Əmək Məcəlləsinin 54 maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin # ###### 2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, işəgötürən tərəfindən birtərəfli qaydada İddiaçı uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə *******000103-104 və *******000200- 205 nömrəli əmək müqavilələri daxil edilmişdir.

9. Məhz bu səbəbdən də iddiaçı İddiaçı “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə və həmin müəssisələrin (ümumi təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə müəyyən olunmuş aylıq əlavələri ala bilməmişdir.

10. Həmin Qərarın özündən də görünür ki, həmin qərar ##.##.2025-ci il tarixdən qüvvəyə minmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12.1, 46.6, 54.2, 56.1-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli, Qərarının 2.4-cü bəndinə, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14,2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi Aran Regional Təhsil Idarəsinin Ucar rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Bərgüşad kənd Ağamusa Mustafayev adına * nömrəli tam orta ümumtəhsil məktəbində hazırda aktiv əmək müqaviləsində qeyd olunan vəzifə üzrə-“uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı”xxxx“Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (serftifikatlaşmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2022-ci il tarixli *** nömrəli Qərarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Elmvə Təhsil Nazirinin ## ###### 2023-cü il tarixli *-**/*-*-**F/**** nömrəli“Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələrin verilməsi barədə” əmrində yalnız direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq İddiaçı qeyd etdiyi əmək haqqı artımı mövcud qaydalarda nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1996-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli əlavəyə—“Azərbaycan Respublikası ibtidai, əsas və orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibatitəsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”na əsasən ümumtəhsil məktəblərində “uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı” müavin ştatı nəzərdə tutulmamışdır. Qeyd olunan vəzifə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X9”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ###### 2017-ci il tarixli **-* nömrəli Kollegiya Qərarında da “uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı” kimi göstərilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinintələblərinə zidd olaraq məhkəmə icraatında tərəf kimi Idarənin iştirakını təmin etməmişdir.

14. Odur ki, Apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(039)-3095\**** nömrəli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(039)- 3095\**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(039)-3095\**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 54.2-ci Maddə. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 156.2-ci maddəsinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. 288-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19. Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında Azərbaycan RespublikasıNazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı 2004-cü ildə Ucar rayonu, Bərgüşad kənd A.Mustafayev adına * nömrəli tam orta məktəbdə təşkilat işləri üzrə direktor müavini təyin olunmuşdur. 2022-ci ildə işəgötürən tərəfindən əmək müqaviləsinə dəyişiklik edilərək uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** saylı qərarına əsasən təhsilalanların sayı 500-dən 700-dək olan ümumtəhsil orta məktəblərində direktor müavinin vəzifə maaşının aylıq əlavə 200 manat nəzərdə tutulmuşdur. Iddiaçı onun vəzifəsinin adı cavabdeh tərəfindən özbaşına dəyişdirildiyi, həmin 200 manat məbləğində pulu ala bilmədiyi üçün ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək ötən 38 ay ərizində cavabdehin təqsiri üzündən ona ödəməli olan 7600 manat məbləğində pul ona ödənilməsini tələb etmiş, cavabdeh təşkilat tərəfindən iddia qəbul edilməmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. 28.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə və hüquqi əsaslandırma isə əsasssız olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı 2004-cü ildə Ucar rayonu, Bərgüşad kənd A.Mustafayev adına * nömrəli tam orta məktəbdə təşkilat işləri üzrə direktor müavini təyin olunmuş, daha sonra 2022-ci ildə işəgötürən tərəfindən əmək müqaviləsinə dəyişiklik edilərək uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsinə keçirilmiş və iddiaçı 2022-ci il tarixdən hal-hazıradək uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir.

30. Kollegiya hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının əmək müqaviləsinə dəyişiklik edilərkən əmək qanunvericiliyinin tələblərini pozulmuş olsa belə, iddiaçı tərəfindən işəgötürənin müvafiq əmri mübahisələndirilməmiş və 2022-ci il tarixdən hal-hazıradək Ucar rayonu, Bərgüşad kənd A.Mustafayev adına * nömrəli tam orta məktəbdə uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında ##.##.2022-ci il tarixli *** nömrəli qərarında isə yalnız direktor və direktor müavinin vəzifə maaşına aylıq əlavə 200 manat ödənilməsi nəzərdə tutulmuşdur.

31. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin yerinə yetirdiyi əmək funksiyası Ucar rayonu, Bərgüşad kənd A.Mustafayev adına * nömrəli tam orta məktəbdə uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyyə işi üzrə təşkilatçıdır. Həmin vəzifə maaşına aylıq əlavə nəzərdə tutulmadığı üçün iddiaçının hazırkı tələbi əsassızdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qanuni və əsaslı hesab edilə bilməz. Kollegiyаnın qənaətinə görə mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir.

33. Ona görə də məhkəmə kollegiyаsı cavabdeh təşkilat tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli,iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsinə qarşı “əmək haqqının ödənilməsi ” tələbinə iddiası rədd edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil Idarəsinə qarşı “əmək haqqının ödənilməsi ” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar