Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-423/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı “vəkil ilə bağlanmış müqavilə üzrə ödənilmiş məbləğin və mənəvi təzminatın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Şəxsiyyət hüquqlarının müdafiəsi) Hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı “vəkil ilə bağlanmış müqavilə üzrə ödənilmiş məbləğin və mənəvi təzminatın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbinin direktoru cavabdeh2 qarşı “vəkil ilə bağlanmış müqavilə üzrə ödənilmiş məbləğin və mənəvi təzminatın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi yardıma görə vəkilə ödənilən 2000 (iki min) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, ümumilikdə isə 7000 (yeddi min) manatın cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2024-cü il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, onun Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən onun cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Bundan sonra sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2024-cü il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinin üzərinə qoyulmaqla Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Bundan sonra məhkəmənin qətnaməsinə uyğun olaraq ## #### 2025-ci il tarixdə Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilmişdir. Işdən azad olunan zaman iddia ərizəsinin tərtib edilməsi və apellyasiya instansiyası məhkəməsində ona hüquqi yardım göstərilməsi üçün vəkil X1 ilə müqavilə bağlamışdır ki, hazırda həmin müqavilələrdə qeyd edilən xidmət haqqının da cavabdehdən tələb edilməsi qanunauyğundur. Belə ki, ## ###### 2024-cü il tarixli, EM-****VK-****/** nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən iddia ərizəsinin tərtib edilməsi üçün vəkil X1 hüquqi yardıma görə tərəfindən 300 manat, ## ###### 2024-cü il tarixli, EM- ****VK-*****/** nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən apellyasiya məhkəməsində iddiaçının hüquqlarının müdafiəsi üçün vəkil X1 hüquqi yardıma görə 1700 manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə digər tərəfdən ağlabatan məbləğdə alınıb, xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda, cavabdeh tərəfindən qanunsuz olaraq işdən azad edildiyi zaman və işsiz qaldığı müddət ərzində mənəvi əzab çəkmişdir. Belə ki, bu dövrdə əmək haqqısı və hər hansı bir gəliri olmadığı üçün birinci qrup əlil olan oğlunun müalicə və digər xərclərini qarşılamaqda çətinlik çəkmişdir. Cavabdehin bu qanunsuz əməlləri nəticəsində 1 ildən artıq müddətdə yollarda qalaraq mənəvi zərərə məruz qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşamdur. Bununla yanaşı, qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş, onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2020-ci il tarixli qərarına əsasən, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevincinin və arzusunun təkrar qazanılması, pozulmuş mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə sərtləşsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, ona vurulan mənəvi zərərin həcmi 5000 manat təşkil edir. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçı İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbindən iddiaçı İddiaçı xeyrinə 2000 (iki min) manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı tərəfindən hüquqi yardım almaq məqsədilə Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosu ilə 19 avqust və ## ###### 2024-cü il tarixlərdə iki ayrı hüquqi yardım müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən, iddia ərizəsinin tərtib edilməsi və apellyasiya instansiyasında hüquqlarının müdafiəsi üçün vəkil X1 müvafiq olaraq 300 manat və 1700 manat məbləğində hüquqi yardım haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Iş materiallarına əlavə edilmiş ödəniş qəbzinin və müqavilələrin surətlərindən də aydın görünür ki, iddiaçı tərəfindən göstərilən hüquqi yardım müqavilələrinin şərtlərinə uyğun olaraq vəkil X1 hesabına ümumilikdə 2000 manat məbləğində pul vəsaiti faktiki olaraq köçürülmüşdür. Bu hal iddiaçının hüquqi yardım üçün real və faktiki xərc çəkdiyini təsdiq edir. Məhkəmə hesab edir ki, hüquqi yardım müqavilələri və təqdim olunmuş maliyyə sənədləri iddiaçının vəkilə ödəniş etməsi faktını sübuta yetirən etibarlı və mötəbər sübutlardır. Bu baxımdan, iddiaçının hüquqi yardıma görə çəkdiyi xərclərin cavabdehdən tutulması barədə tələbi əsaslı və qanunauyğun hesab olunmalıdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "Insan Hüquqlarının və X9 Haqqında Konvensiya"nın müddəaları və Avropa Insan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
8. Iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı iddiaçı İddiaçı cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş (bu hal məhkəmə iclasının audio-video yazısı zamanı iddiaçının mənəvi ziyanla bağlı hər hansı sübutunun olmamasını etiraf etməsi də təsdiq edir), habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbindən iddiaçı İddiaçı xeyrinə 2000 manat pul tutulmalıdır.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundun hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır.
12. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096 və 1097.1-ci maddələrinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 5.3, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi mənəvi zərər vətəndaşın hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Ortada hüquqpozma mövcuddur və bu hüquqpozma Şəki Apellyasiya məhkəməsinin qətnaməsi ilə də təsbit edilmişdir. Bu hüquqpozmanın müstəqil nəticəsi kimi mənəvi zərər meydana gəlmişdir. Bunun üçün məhkəmə tərəfindən ayrıca sübut tələb edilməsi məqsədəmüvafiq deyildir. Çünki iddiaçının çəkdiyi mənəvi iztirablar, daxili depressiya halını sübut edəcək hər hansı mexanizm mövcud deyildir. Eyni zamanda cavabdeh tərəfindən qanunsuz işdən azad edildiyi zamanı və işsiz qaldığı müddət ərzində mənəvi əzab çəkmişdir. Belə ki, bu dövrdə əməkhaqqısı və hər hansı bir gəliri olmadığı üçün birinci qrup əlil olan oğlunun müalicə və digər xərclərini qarşılamaqda çətinlik çəkmişdir. Cavabdehin bu qanunsuz əməlləri nəticəsində 1 ildən artıq müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmişdir və onlara qayğı göstərməkdən məhrum olunmuşdur.
16. Iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin 3-cü maddəsində Cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin direktoru məhkəməyə iddiaçının iddia ərizəsi üzrə mülahizəsi xatırlanır. Həmin mülahizədə göstərilmişdir ki, “göstərilmişdir ki, İddiaçı özünün də qeyd etdiyi kimi ## ######## 2004-cü il tarixdən məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır. Işlədiyi dövrdə iddiaçı zəif təsir bağışlamış, heç bir uğurlu nəticələri olmamışdır. ## ###### 2017-ci il tarixdə Ucar Rayon Təhsil Şöbəsinin ## ###### 2017-ci il tarixli, *** nömrəli əmri ilə İddiaçı Ucar rayon Yuxarı Şilyan kənd tam orta məktəbinə əvvəlki iş yerində tarifləşmə cədvəlində adı saxlanılmaqla direktor vəzifəsinə müvəqqəti təyin olunmuşdur. Həmin vəzifədə çalışdığı dövrdə dəfələrlə direktorların işə qəbulu müsabiqəsində iştirak etsə də keçid balını toplaya bilməmişdir. Bütün bunları nəzərə alaraq və vəzifəsində yol verdiyi ciddi nöqsanlara görə Ucar Rayon Təhsil Sektorunun müvafiq əmri ilə ## #### 2020-ci il tarixində əvvəlki iş yerində müəllim vəzifəsinə geri qaytarılmışdır. Işlədiyi dövrdə Bəhruz müəllim normal pedaqoji fəaliyyətlə məşğul olmaq əvəzinə pozuçuluq və təxribatla məşğul olmuş və tədris prosesindən yayınmışdır. Dəfələrlə ona həvalə olunmuş dərslərdən yayınmış və bununla bağlı ondan əmək haqqı tutulmuşdur. Vəzifəsində yol verdiyi nöqsanlara görə məktəb tərəfindən töhmət almışdır.” Sözügedən mülahizədən məhkəməyə təqdim edilən Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2025ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində söz açıldığı üçün yeni sübut kimi qiymətləndirilə bilməz. Mülahizədə qeyd edilənlərin hamısı şər və böhtan xarakterlidir və onun şərəf, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətiməkdədir. Mülahizədə qeyd edilənləri sübut etmək cavabdehə təklif edilsə də cavabdeh bunlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da anlaşılır ki, cavabdeh bu qanunsuz yollarla onun şərəf, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına əsasən zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
17. Odur ki, Ucar rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin mənəvi zərərin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbinin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasının; 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin 2-ci bəndinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. 300-cü maddəsinin Qeyd hissəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
24. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarı. 1.1. Şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. 1.2. Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət şamil olunmur. 3.2.1. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, tətil etmək, istirahət, sosial təminat almaq hüquqları vardır. Heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 3.2.2. Konstitusiyanın istinad edilən normalarından göründüyü kimi, əmək hüquqları şəxsin əmək münasibətlərinə daxil olduqdan sonra yaranan hüquqları ilə yanaşı, bu münasibətlərə daxil olanadək, habelə xitam verildikdən sonra mövcud olan hüquqlarını da əhatə edir. Bu baxımdan sözügedən hüquqlara hüquqazidd müdaxilə faktının mövcudluğu yoxlanılarkən, işin hallarından asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və (və ya) ümumi əsaslara uyğun qiymətləndirilmə aparılmalıdır. 3.2.3. Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir. 4.4. Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqları pozulmuş şəxslər məhkəmə qaydasında bu hüquqların müdafiəsi və (və ya) onların pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər irəli sürə bilərlər. 4.10. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
29. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Apellyator şikayətində Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsini qismən, yəni iddianın rədd edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini diqqətə almamışdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ## ######## 2004-cü il tarixdən ## #### 2024-cü il tarixədək Ucar rayon Bağman kənd orta məktəbində müəllim işləmiş, Ucar rayon Bağman kənd orta məktəbinin ## #### 2024-cü il tarixli, ** nömrəli əmri ilə İddiaçı ilə aralarında bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən ##.##.2024-cü il tarixindən ləğv edilmişdir. Ucar Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ucar Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə iddiaçı İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2024-cü il tarixli, ** nömrəli əmri ləğv edilmiş, iddiaçı İddiaçı ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinin üzərinə qoyulmaqla Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ## #### 2025-ci il tarixdə icraya yönəldilmiş, ## #### 2025-ci il tarixdə isə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi icra edilmişdir. Qanunsuz işdən azad edilməsi ilə bağlı mənəvi sarsıntı keçirtdiyini əsas gətirən iddiaçı cavabdeh məktəbdən xeyrinə 5000 manat mənəvi zərərin tutulmasını tələb etmiş, cavabdeh tərəf iddia tələbinə münasibət bildirməmişdir.
34. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, birinci instansiya məhkəməsinin mənəvi zərərin tutulması hissəsində iddianın bütünlükdə rədd edilməli olmasına dair gəlmiş olduğu nəticə və apardığı əsaslandırma ilə razılaşmayaraq hesab edir ki, iddianın rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin tələblərinə cavab verməmişdir.
35. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin ortada hüquqpozmanın mövcud olması və bu hüquqpozmanın Şəki Apellyasiya məhkəməsinin qətnaməsi ilə də təsbit edilməsi, bu hüquqpozmanın müstəqil nəticəsi kimi mənəvi zərərin meydana gəlməsi, cavabdehin bu qanunsuz əməlləri nəticəsində mənəvi zərərə məruz qalması, cavabdehin bu qanunsuz hərəkətlərinin onda mənəvi sarsıntı əlamətlərini meydana gətirməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ucar Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə iddiaçı İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2024-cü il tarixli, ** nömrəli əmri ləğv edilmiş, iddiaçı İddiaçı ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinin üzərinə qoyulmaqla Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ## #### 2025-ci il tarixdə icraya yönəldilmiş, ## #### 2025-ci il tarixdə isə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi icra edilərək iddiaçı İddiaçı əvvəlki işinə bərpa edilmişdir.
36. Kollegiya qeyd edir ki, “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının 6.2-ci bəndinə əsasən şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları-maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər.
37. Həmin Qərarın 5.1-ci bəndinə əsasən mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.
38. Həmin Qərarın 5.2-ci bəndinə əsasən mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.).
39. Həmin Qərarın 5.4-cü bəndinə əsasən mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
40. Həmin Qərarın 5.5-ci bəndinə əsasən fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.
41. Iddiaçı İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbinin ##.##.2024-cü il tarixli əmri ilə işdən azad edilməsi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ## #### 2025-ci il tarixdə əvvəlki işinə bərpa edilməklə, ##.##.2024-cü il tarixdən ## #### 2025-ci il tarixədək olan dövrdə işsiz qalması işin mübahisə edilməyən halları olmaqla, iddiaçının işdən kənarlaşdırılmasının cavabdehin təqsiri ilə bağlı olması isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır.
42. Hansı ki, himayəsində serebral iflic xəstəliyindən əziyyət çəkməklə müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş ## ####### 2009-cu il təvəllüdlü uşağı da olan iddiaçının ##.##.2024-cü il tarixdən ## #### 2025-ci il tarixədək, 01 ildən də bir qədər müddət ərzində işsiz və qazancsız qalması, beləliklə həm özünün, həm də himayəsində olan şəxsin maddi ehtiyaclarını əvvəlki iş yeri üzrə alacağı əmək haqqısı hesabına qarşılamaq imkanından məhrum olması, beləliklə iddiaçının əmək münasibətindən irəli gələn şəxsiyyət hüququnun pozulması onun həmin halla bağlı kifayət qədər sarsıntı keçirtməsi qənaətinə də gəlməyə əsas verir.
43. Beləliklə iddiaçının cavabdeh təşkilat tərəfindən qanunsuz olaraq işdən azad edilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyi halda, hər hansı mənəvi sarsıntı keçirməsi barədə sübut təqdim etməməsi səbəbli iddianın həmin hissədə rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
44. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
45. Kollegiya qeyd edir ki, iddianın rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından, mənəvi zərərin tutulmasına dair hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının, həmçinin ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessul hüquq normalarının tələbləri pozulduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilmiş hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
46. Kollegiya həmçinin qeyd edir ki, qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı mənəvi sarsıntı keçirtməsi diqqətə alınaraq, iddiaçı şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası qismində cavabdeh təşkilatdan mənəvi zərərin pulla kompensasiyasını tələb etməkdə haqlı olmuşdur.
47. Lakin məhkəmə kollegiyası hesab edir ki, işin halları da diqqətə alınmaqla iddiaçı tərəfindən tələb edilən mənəvi zərərin məbləği kifayət qədər yüksəkdir və işin halları nəzərə alınaraq həmin məbləğin ağlabatan, yəni 1000 manat həddində müəyyən edilməsi, qanuni, əsaslı və ədalətlidir.
48. Belə ki, “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının 5.9-cu bəndinə əsasən mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının mənəvi iztirab çəkməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması ilə iddiaçının mənəvi sarsıntı keçirtməsi müəyyən edildiyi halda işdən azad edilməsi nəticəsində mənəvi iztirab keçirtməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
50. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının 5.3-cü bəndinə əsasən mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.
51. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.
52. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
53. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş mənəvi zərərə görə 5000 (beş min) manatın cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbindən tutularaq ona ödənilməsinə dair hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbindən iddiaçı İddiaçı xeyrinə mənəvi zərərə görə 5000 (beş min) manatın tutulması hissəsində qismən təmin edilməli, cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbindən mənəvi zərərə görə 1000 (bir min) manat tutularaq iddiaçı İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş mənəvi zərərə görə 5000 (beş min) manatın cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbindən tutularaq ona ödənilməsinə dair hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbindən iddiaçı İddiaçı xeyrinə mənəvi zərərə görə 5000 (beş min) manatın tutulması hissəsində qismən təmin edilsin. Cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbindən mənəvi zərərə görə 1000 (bir min) manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.