Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-483/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3, ilkin iddia üzrə cavabdehlər cavabdeh2 və X1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh cavabdeh2 iştirakları ilə, Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3, ilkin iddia üzrə cavabdehlər cavabdeh2 və X1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 ilə ##.##.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh3 arasında Ağsu rayon VVAQ şöbəsində bağlanılmış ##.##.2007-ci il tarixli, *** saylı nikah qeydinin pozulması qət edilmişdir. ##.##.2025-ci il tarixində tərəflər arasında mübahisə yaranmışdır. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh3, cavabdeh2 və X1 tərəfindən ona dəymiş mənəvi zərərə görə 20.000 manat məbləğində kompensasiya ödənilməsini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərə görə 25.000 manat məbləğində kompensasiya ödənilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat:
2. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3, ilkin iddia üzrə cavabdehlər cavabdeh2 və X1 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdeh3, cavabdeh2 və X1 tərəfindən ona dəymiş mənəvi zərərə görə 20.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh3 ilə ##.##.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Evlilik dövründə yaşanan mübahisələr səbəbi ilə bu evliliyi davam etdirmək mümkün olmamışdır. Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- **/**** saylı qətnaməsi ilə onunla cavabdeh3 arasında Ağsu rayon VVAQ şöbəsində bağlanılmış ##.##.2007-ci il tarixli, *** saylı nikah qeydinin pozulması qət edilmişdir. Bununla belə, boşanmadan sonra cavabdeh3 (AA7282274) və onun ailə üzvləri cavabdeh2 (AZE 16772696) və X1 tərəfindən ona qarşı davamlı şəkildə təhqiredici və böhtan xarakterli ifadələr səsləndirmişdirlər. Belə ki, ##.##.2025-ci il tarixində baş vermiş mübahisə zamanı cavabdeh3, cavabdeh2 və Əsli Abbasova onun ünvanına nalayiq və təhqiramiz ifadələr işlətmişdirlər. Onlar ona yaxınlarının yanında “gözü ilə görən oğraş, şərəfsiz, biqeyret, cındır, qəhbə, pozğun, namussuz” deyərək onu təhqir etmişdirlər. Həmçinin, onlar onun qardaşının həyat yoldaşı ilə guya münasibətinin olduğunu və bacısı qızı guya abort etdirdiyini iddia edərək, böhtan xarakterli sözlərlə onun şərəf və ləyaqətini alçaltmağa cəhd etmişdirlər. cavabdeh3, cavabdeh2 və Əsli Abbasova bu təhqir və böhtanları kütləvi şəkildə başqalarının iştirakı ilə səsləndirmişdirlər. Hadisə zamanı X3 və X6 hadisə yerində olmuşlar və bu barədə ərizə yazaraq halı təsdiqləmişdirlər. Həmin ərizələr iddia ərizəsinə əlavə edilmişdir.
4. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək İddiaçı mənəvi zərərə görə 20.000 manat məbləğində kompensasiya tələbinin rədd edilməsinə və İddiaçı 25.000 manat kompensasiya tələbinin təmin edilərək, İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, qarşılıqlı iddia üzrə iddiaçı, X9, qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı Ağsu rayon məhkəməsinə ünvanladığı ilkin iddia üzrə tələbi ilə məhkəməyə müraciət edərək, boşanmadan sonra X9 və onun ailə üzvləri cavabdeh2 (AZE 16772696) və X1 tərəfindən ona qarşı guya, davamlı şəkildə təhqiredici və böhtan xarakterli sözlər səsləndirilmişdir. Belə ki, ##.##.2025-ci il tarixində baş vermiş mübahisə zamanı Ülviyyə Abdullayevə, cavabdeh2 və Əsli Abbasova onun ünvanına nalayiq və təhqiramiz ifadələr işlətmişdirlər. Guya onlar, qarşılıqlı iddia üzrə cavabdehin yaxınlarının yanında “Gözü ilə görən oğraş, şərəfsiz, biqeyrət, cındır, qəhbə, pozğun, namussuz”deyərək onu təhqir etmişdir. Həmçinin, guya onun qardaşının həyat yoldaşı ilə guya münasibətinin olduğunu və bacısı qızının guya abort etdirdiyini iddia edərək, böhtan xarakterli sözlərlə şərəf və ləyaqətini alçaltmağa cəhd etmişdir kimi yalan olan bir iddia ərizəsi yazdırmışdır ki, bunun əsasında onlardan kompensasiya tələb etmək arzusundadır. Bu səbəblə, X9, cavabdeh2 və X1 tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş mənəvi zərərə görə onlar 20.000 manat məbləğində kompensasiya ödəməlidirlər kimi tələblər irəli sürmüşdür. Qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə isə cavabdeh İddiaçı, həddindən artıq yalan danışan, özünə və qardaş bacısına qiymət verməyən biridir. Hələ onlar bir ailə kimi bir evdə yaşadıqları vaxtda o tez-tez öz qardaşı və onun uşaqları barəsində nalayiq, xoşagəlməz sözlər danışırmış. Bildirir ki, o, onun yuxarıda qeyd etdiyi nalayiq sözləri deməyə belə dil gəlməz. Yuxarıda qeyd olunan nalayiq sözlər onun sözləri deyil. Bu sözlər ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə isə cavabdeh İddiaçı özü tərəfində düşünülmüş sözlərdir ki, onun adına ləkə gətirmək üçün demişdir. Hesab edir ki, cavabdehin pulu çox olduğundan o, ona qarşı daha da çox pis fikirdə olacaqdır. Cavabdeh qeyd edirki, hadisə zamanı X3 və X6 hadisə yerində olmuş və bu barədə ərizə yazaraq halı təstiqləmişlər. Bildirir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh adlanan İddiaçı bütün iddia ərizəsində yazdırdığı şikayətlər şər və böhtandan ibarətdir. Onun adlarını hallandırdığı X3, onun bacısı oğlu, X6 isə, onun qardaşı Sərxanın oğludur. Düşünür ki bu uşaqları dolandıran Abdullayev Sərxan və onun qardaşı İddiaçı oğlanlarıdır. Buna görə də Şükran dayısının, Ədalət isə əmisinin xeyrinə danışmağı, onun isə ziyanına danışmağı qabaqcadan öyrədilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən hərəkətlər etmişdir və buna görə ona 25.000 min manat kompensasiya verməlidir. Hesab edir ki, ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəzi qanunsuz və əsassız olduğundan 20.000 min manat məbləğində kompensasiya tələbi ləğv edilməlidir. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 25.000 min manat kopensasiya tələbi təmin olunmalıdır.
6. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onu harda görsələr söyürlər, təhqir edirlər. Bu da onun işgüzar nüfuzuna xələl gətirir, onun pasientlərinin azalmasına səbəb olur. Ona maddi və mənəvi ziyan verdikləri üçün iddia ərizəsində qeyd etdiklərini müdafiə edir. Artıq 5 ildir ki, onun barəsində nalayiq sözlər danışırlar, bu səbəbdən də 5 ildir ki, onun pasientlərinin sayında çoxlu sayda azalmalar var.
7. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun dedikləri və qeyd etdikləri yalandır. Onlar onu heç vaxt təhqir etməmişdirlər. Rayonda, xalq içində öz etdiyi hərəkətləri ilə tanınır deyə xəstələr onun yanına getmək istəmir. Onun nə anası, nə bacısı İddiaçı təhqir etməyib. Əksinə İddiaçı onun atasını və qardaşlarını harda görsə onlara söz atır, onları videoya çəkir.
8. Ilkin iddia üzrə cavabdeh cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onların onunla hər hansı bir problemi yoxdur. Onu təhqir etməmişlər, işgüzar nüfuzunu alçatmamışdırlar. Barışıq sazişi imzalamağa hazırdırlar.
9. Ilkin iddia üzrə cavabdeh X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, onların ailə işlərinə heç vaxt qarışmamışdır. O, rayonda yaşamır. Məhkəməyə təqdim edilən videoda heç o yoxdur. Iddianı onunla bağlı hissədə sübut edə bilmir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir.
10. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3, ilkin iddia üzrə cavabdehlər cavabdeh2, X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflərin barışması üçün əlindən gələni etmiş və hətta barışıq sazişi hazırlatmışdır. Lakin tərəflər razılığa gəlməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi video görüntüdə ümumiyyətlə Əsli xanım yoxdur. Nalayiq ifadələrin Ülviyyə xanıma və ya Gültəkin xanıma aid olması sübut edilmir, görüntüdə çox adam var, həmin ifadələri qonşular və ya başqa adamlar işlətmiş olar bilər.
11. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh cavabdeh2 həyətdə arxa tərəfdə dayanmış və yüksək səslə danışaraq ilkin iddia ərizəsində qeyd edilənləri demişdir. Bundan başqa digər ilkin iddia üzrə cavabdeh X1 ümumiyyətlə orada olmasını müəyyən etmək mümkün olmamış, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 qapı kənarında dayanmış olsa da, hər hansı söz deməsi müəyyən edilməmiş, onların iddia tələbində qeyd olunanlara aidiyyətinin olub-olmamasına dair də sübutlar ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təqdim edilməmişdir.
12. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz tələbinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 və ilkin iddia üzrə cavabdeh X1 aid hissədə əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 və ilkin iddia üzrə cavabdeh X1 aid hissədə sübut edə bilməmişdir.
13. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə cavabdeh cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyən məlumat və ifadələri üçüncü şəxslərə, o cümlədən qeyrimüəyyən şəxslər dairəsinə onların eşidə və qavraya biləcəkləri şəkildə bəyan etmişdir. Bununla da ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sarsıntı və iztirablar keçirmişdir.
14. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh cavabdeh2 həqiqətə uyğun olmayan, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatları yayması nəticəsində İddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən ödənilməlidir. Lakin mənəvi zərərin həcmi 20000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 3000 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda cavabdeh3 da İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələb irəli sürsə də, həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia həmin hallara uyğun əsaslandırılmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
15. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər.
16. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Babək Qasımov) ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh cavabdeh2 mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 46 və 63-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir.
18. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X3 tərəfindən ##.##.2025-ci il tarixdə yazılmış ərizə; X6 tərəfindən ##.##.2025-ci il tarixdə yazılmış ərizə; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar; Iddia ərizəsinə əlavə edilmiş CD disk; Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş CD disk; İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər CD disklər; İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizə, ona əlavə edilmiş sənədlər və CD disk.
19. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri
20. Ilkin iddia üzrə cavabdeh cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdehlərdən cavabdeh2 ilkin iddia üzrə iddiaçı İddiaçı barəsində onun şəxsiyyətini gözdən salan ifadələrin işlədilməsi mötəbər sübutlar əsasında sübut olunduğu göstərilir. Lakin təəssüf ki, məhkəmə hadisəyə yalnız İddiaçı təqdim etdiyi sübutlar prizmasından yanaşaraq ədalətsiz və əsassız qətnamə çıxarmışdır. Belə ki, hadisə zamanı İddiaçı cavabdeh3 məxsus əşyaların qəsdən və əsassız olaraq yaşayış yerindən küçəyə atılmışdır. Bu hərəkət açıq-aşkar şəkildə hüquqa zidd olmaqla yanaşı, mübahisənin yaranmasına səbəb olmuşdur. Qeyd olunan hadisəni görən cavabdeh2 yaranmış vəziyyətə emosional reaksiya vermiş, hiddət və əsəb vəziyyətində müəyyən ifadələr işlətmişdir. Bu ifadələr əvvəlcədən düşünülmüş, məqsədli şəkildə iddiaçının şərəf və ləyaqətini alçaltmağa yönəlməmişdir. Hadisə ani və gərgin vəziyyətdə baş verdiyindən, həmin sözlər qeyri-ixtiyari və emosional halın təsiri altında səsləndirilmişdir. Burada hər hansı qəsd, yəni İddiaçı nüfuzuna xələl gətirmək niyyəti mövcud olmamışdır. AR Ali Məhkəməsinin Plenumunun ## ###### 2025-ci il tarixli ** nömrəli qərarına əsasən, şəxsin şərəf və ləyaqətinin pozulması üçün məlumatın qəsdən, alçaldıcı xarakter daşıması və yayılması əsas şərt kimi qiymətləndirilir. Mövcud vəziyyətdə isə bu hallar mövcud deyildir. Bundan əlavə İddiaçı öz davranışı, yəni əşyaların küçəyə atılması–münaqişəni yaradan əsas səbəb olmuş və cavabdeh cavabdeh2 reaksiyasını şərtləndirmişdir. Bu hal isə əməlin hüquqi cəhətdən qiymətləndirməsində mühüm əhəmiyyət kəsb edir. Göstərilən hallar məhkəmə tərəfindən hadisənin baş vermə şəraiti və iddiaçının təhrikedici hərəkətləri nəzərə alınmamışdır. Göstərilən hal Insan hüquqları üzrə Avropa Məhkəməsinin Skalka Polşaya qarşı iş üzrə 2003cü il ## ### tarixli Qərarında emosional və ani reaksiyalar vəziyyətində belə məhkəmə qeyd edir ki, təhqiredici ifadələr belə kontekstdə qiymətləndirilməlidir ki, əgər ifadə emosional vəziyyətdə və münaqişə zamanı deyilibsə, daha yumşaq yanaşma tətbiq olunmalıdır. X5rşı # ### 2006-cı il tarixli Qərarında isə sərt və narahatedici ifadələr belə xüsusilə əvvəlcədən planlaşdırılmayıbsa, ifadə azadlığı çərçivəsində qoruna bilər. Eon Fransaya qarşı ## #### 2013-cü il tarixli Qərarında isə məhkəmə qeyd edir ki, şəxsin reaksiyası qarşı tərəfin davranışına cavabdırsa, bu zaman məsuliyyət azaldıla bilər. Lingens Avstriyaya qarşı # #### 1986-cı il tarixli Qərarında məhkəmə vurğulayır ki, əsas məsələ niyyətdir, yəni məqsəd alçaltmaqdırsa pozuntu, emosional reaksiya isə daha yumşaq qiymətləndirilməlidir. Həm “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının və AIHM praktikasına görə cavabdeh cavabdeh2 vəziyyətində onun tərəfindən işlədilən ifadələr münaqişə kontekstində və emosional vəziyyətdə deyilib. Iddiaçı özü cavabdeh3 yəni, cavabdeh2 qızına məxsus əşyaları küçəyə atmaqla təhrikedici hərəkət edib. Burda cavabdeh2 məqsədi sistemli şəkildə nüfuzu zədələmək olmayıb və hadisə nəticəsində işlədilmiş ifadələr ictimai kompaniya olmadığından yayılma məhduddur. Buna görə də bu hal şəxsiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmir. Buna görə də yuxarıda göstərilən məqamlar Ağsu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin cavabdeh2 münasibətdə təmin edilməsinin əsassız olduğunu sübut edir.
21. Ona görə də, Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edərək ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Ilkin iddia üzrə cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək Ağsu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 və ilkin iddia üzrə cavabdeh X1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyası: 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
27. Qərarlar: “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun ## ###### 2025-ci il tarixli, ** №-li Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarı
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Ilkin iddia üzrə cavabdeh cavabdeh2 Ağsu Rayon Məhkəməsinin # #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, ilkin iddia qismən təmin edildiyindən və cavabdeh2 apellyasiya şikayətində qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini göstərsə də, o, qarşılıqlı iddianı vermiş cavabdeh3 tərəfindən apellyasiya şikayəti verməyə səlahiyyətli edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qətnamənin ilkin iddianın qismən təmin edilmiş mübahisələndirilən hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin ilkin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
32. Hazırki qətnamənin 20-ci bəndində sadalanan apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi qeyd edilmişdir ki, hadisə zamanı İddiaçı cavabdeh3 məxsus əşyaları qəsdən və əsassız olaraq yaşayış yerindən küçəyə atmış, bu hərəkət mübahisənin yaranmasına səbəb olmuşdur. Qeyd olunan hadisəni görən cavabdeh2 yaranmış vəziyyətə emosional reaksiya vermiş, hiddət və əsəb vəziyyətində müəyyən ifadələr işlətmişdir. Bu ifadələr əvvəlcədən düşünülmüş, məqsədli şəkildə iddiaçının şərəf və ləyaqətini alçaltmağa yönəlməmişdir. Hadisə ani və gərgin vəziyyətdə baş verdiyindən, həmin sözlər qeyri-ixtiyari və emosional halın təsiri altında səsləndirilmişdir. Burada hər hansı qəsd, yəni İddiaçı nüfuzuna xələl gətirmək niyyəti mövcud olmamışdır. Iddiaçı özü cavabdeh3 yəni, cavabdeh2 qızına məxsus əşyaları küçəyə atmaqla təhrikedici hərəkət edib. Burda cavabdeh2 məqsədi sistemli şəkildə nüfuzu zədələmək olmayıb və hadisə nəticəsində işlədilmiş ifadələr ictimai kompaniya olmadığından yayılma məhduddur. Bu hal şəxsiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmir və buna görə də yuxarıda göstərilən məqamlar ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin cavabdeh2 münasibətdə təmin edilməsinin əsassız olduğunu sübut edir.
33. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun ## ###### 2025-ci il tarixli, ** №-li Qərarının 2.2.6-cı bəndinə əsasən bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. Həmin Qərarın 2.2.7-ci bəndinə əsasən, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. Həmin Qərarın 2.2.8-ci bəndinə əsasən şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Həmin Qərarın 2.2.18-ci bəndinə əsasən yayılma dedikdə məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyrimüəyyən şəxslər dairəsinə onun (onların) eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsi başa düşülür. Həmin Qərarın 2.2.26-cü bəndinə əsasən şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı işlərə baxarkən, məhkəmələr xüsusilə yayılan məlumatların məzmununa və onların ictimai şüurda təsirinin ağırlığına, iddiaçının keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların dərəcəsinə, digər mənfi nəticələrin yaranıbyaranmamasına, məlumatların yayılma müddəti, üsulu, yeri və zərərçəkmiş şəxs haqqında mənfi ictimai fikrin formalaşdırılmasındakı roluna, iddiaçının işgüzar nüfuzuna, habelə şəxsiyyətinə, onun ictimai mövqeyinə, vəzifəsinə təsir edib-etməməsinə və digər əhəmiyyətli hallara diqqət yetirməlidirlər. Həmin Qərarın 2.3.5-ci bəndinə əsasən işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır.
34. Məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. Həmçinin şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti - yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə - ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
36. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun ## ###### 2025-ci il tarixli, ** №-li Qərarının 5.1-ci bəndinə əsasən mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2-ci bəndinə əsasən mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). 5.3-cü bəndinə əsasən mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxilisabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4-cü bəndinə əsasən mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5-ci bəndinə əsasən fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.
37. Iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş və ilkin iddiada qeyd edilən ifadələrin həqiqətən səslənməsi müəyyən edilmiş, həmin ifadələrin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 və ilkin iddia üzrə cavabdeh X1 tərəfindən deyil, ilkin iddia üzrə digər cavabdeh cavabdeh2 tərəfindən işlədilməsi qənaətinə gəlinmişdir. Belə ki, video görüntüdə X1 ümumiyyətlə orada olmasını müəyyən etmək mümkün olmamış, cavabdeh3 isə qapı kənarında dayandığını hər hansı söz deməsi müəyyən edilməmiş, cavabdeh2 isə arxa tərəfdə dayanması və yüksək səslə danışaraq ilkin iddia ərizəsində qeyd edilənləri dedikləri müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş X3 və X6 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, hər iki şəxs tərəflər arasında baş vermiş mübahisə zamanı hadisə yerində olmaqla İddiaçı cavabdeh3, cavabdeh2 və X1 tərəfindən “gözü ilə görən oğraş, şərəfsiz, biqeyret, cındır, qəhbə, pozğun, namussuz” kimi ifadələrlə təhqir edildiyinin şahidi olmalarını qeyd etmişlər. Lakin iddia ərizəsinə əlavə edilmiş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin şəxslər cavabdehlərin birbaşa yanlarında olmamış, ilkin iddia üzrə iddiaçının yaxın qohumları olmaqla onunla birgə cavabdehlərin olduqları həyətdən çöldə olmuşlar.
38. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə cavabdeh cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyən məlumat və ifadələri üçüncü şəxslərə, o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə onların eşidə və qavraya biləcəkləri şəkildə bəyan etmişdir. Bununla da ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sarsıntı və iztirablar keçirmişdir.
39. Məhkəmə qeyd etmişdir ki, yayılan məlumatların məzmunu və onların ictimai şüurda təsirinin ağırlığı, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin keçirdiyi mənəvi sarsıntı və iztirabların dərəcəsi, onun haqqında mənfi ictimai fikrin formalaşdırılması, onun işgüzar nüfuzuna, habelə şəxsiyyətinə, onun ictimai mövqeyinə, vəzifəsinə təsiri nəzərə alınmalı və bu hallara xüsusi diqqət yetirməlidir.
40. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh cavabdeh2 həqiqətə uyğun olmayan, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatları yayması nəticəsində İddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən ödənilməlidir. Lakin mənəvi zərərin həcmi 20000 manat məbləğində deyil, iddiaçının keçirdiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 3000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin ilkin iddia ilə bağlı dəlilləri əsassızdır.
41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilkin iddianın qismən təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
43. Apellyasiya şikayəti ilə mübahisələndirilən cavabdeh cavabdeh2 tutulmalı olan pulun məbləği 5000 manatdan az olduğundan qətnamədən ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilməz. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 və ilkin iddia üzrə cavabdeh X1 tərəfindən mübahisələndirmədiyindən onların da kassasiya şikayəti vermək hüququ yoxdur.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Ilkin iddia üzrə cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilkin iddianın qismən təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.