Məhkəmə qərarları › İş №2(3-10)-494/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-494/2026

19.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-494/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əlavə xərc tələbi ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə İbrahimxəlil oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(051)-1930/2025 nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh birgə nikahdan doğulmuş ## ###### 2020-ci il təvəllüdü Onur adlı uşağın əlavə xərclərinə görə 1908,73 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə nikahlarını ## ###### 2019-cu ildə X6 xidmət mərkəzində Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahdan ## ###### 2020-ci il təvəllüdü Onur adlı uşağı olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozuldu. Onlar məhkəmə qaydasında boşanmışlar. Uşaq yetkinlik yaşına çatana kimi cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimetin tutulub onaə verilməsi qət edilmişdir. Cavabdeh nəinki uşaqla maraqlanmır hətda uşağın saxlanması və maddi təminatını ödəməmək üçün təyin olunmuş alimetdən başqa heç bir köməklik etmir. Lakin qətnamə ilə müəyyən olunmuş aliment xəstə olan uşağın müalicə və müayinə xərci belə etmir. Onur adlı uşağı xəstədir “3-cü dərəcə adenoid hiperplaziyası” diaqnozu ilə xəstədir və ##.##.2025-ci il tarixdə ETN ilə xəstə “xxxx”da “Adenoidektomiya” əməliyyatı icra olunmuşdur. Cavabdeh uşağın xəstəliyinə bu vaxta kimi heç bir kömək etməmiş və uşaqla maraqlanmamışdır. Bütün müalicə, müayinə və əməliyyat xərcləri onun tərəfiindən ödənilmişdir. ## ###### 2020-ci il təvəllüdü Onur adlı uşağın əməliyyatına 1400 manat pul ödənilmişdir. Bundan əlavə digər müayinə və dərmanlarına 508,73 manat pul verilmişdir. Uşağın dəfələrlə Bakı şəhərinə aparılıb gətirilmə xərcləri və orda qalma xərcləri 1000 manatdan çox bir məbləği əhatə edir. Bundan əlavə cavabdeh Sərhəd Qoşunlarında işləyir və aylıq əmək haqqı 1000 manatdan daha çoxdur. Əlavə qazanclarıda olmaqla kənddə təsərrüfatı var. Lakin sözügedən təsərüfata aid sənədləri onun əldə etməyi qeyri mümkündür. Ona görə də cavabdeh Cavabdeh birgə nikahdan doğulmuş ## ###### 2020-ci il təvəllüdü Onur adlı uşağın əlavə xərclərinə görə 1908,73 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə İbrahimxəlil oğlu məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Oğlu 1000 manat əmək haqqı alır. 250 manat məbləğində aliment ödəyir. Hazırda yenidən ailə qurmuşdur və qız övladı var. Özü hərbçidir. Hərbçi ailələri və uşaqlarına tibbi yardım Hərbi Hospitalda ödənişsiz göstərilir. Uşağın xəstəliyi barədə atasına məlumat versəydi, atası aparıb ödənişsiz onu müalicə etdirərdi. Oğlu kredit götürərək onu əməliyyat etdirmişdir. Aylıq 450 manat kredit ödəyir. Əmək haqqından ona qalan 300 manat puldur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Cəbrayılzadə), iddianın qismən təmin edilməsi, İddiaçı cavabdeh Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddiası üzrə cavabdeh Cavabdeh birgə nikahdan doğulmuş ## ###### 2020-ci il təvəllüdü Onur adlı uşağın əlavə xərclərinə görə 706 (yeddi yüz altı) manat məbləğində pul alınıb iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından ##.##.2020-ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında ##.##.2019-cu il tarixdə X6 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 801 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından ##.##.2020-ci il tarixdə doğulmuş Onur adlı uşağın iddiaçı İddiaçı yanında qalması müəyyən edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ##.##.2020-ci il təvəllüdlü Onur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 miqdarında aliment hər ay tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, qətnamə ilə müəyyən olunmuş aliment xəstə olan uşağın müalicə və müayinə xərci belə etmir. Belə ki, Onur adlı uşağı “3-cü dərəcə adenoid hiperplaziyası” diaqnozu ilə xəstədir və ##.##.2025-ci il tarixdə ETN ilə xəstə “xxxx”da “Adenoidektomiya” əməliyyatı icra olunmuş üzərində cərrahi əməliyyat aparılmışdır. Cavabdeh uşağın xəstəliyinə bu vaxta kimi heç bir kömək etməmiş və uşaqla maraqlanmamışdır. Bütün müalicə, müayinə və əməliyyat xərcləri onun tərəfindən ödənilmişdir. ## ###### 2020-ci il təvəllüdü Onur adlı uşağın əməliyyatına 1400 manat pul ödənilmişdir. Bundan əlavə digər müayinə və dərmanlarına 508,73 manat pul verilmişdir. Uşağın dəfələrlə Bakı şəhərinə aparılıb gətirilmə xərcləri və orda qalma xərcləri 1000 manatdan çox bir məbləği əhatə edir. Hesab edir ki, uşağın xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 1908,73 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. O səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qarşı tərəfin iddiasına etiraz edərək bildirdi ki, oğlu 1000 manat əmək haqqı alır. 250 manat məbləğində aliment ödəyir. Hazırda yenidən ailə qurmuşdur və qız övladı var. Özü hərbçidir. Hərbçi ailələri və uşaqlarına tibbi yardım Hərbi Hospitalda ödənişsiz göstərilir. Uşağın xəstəliyi barədə atasına məlumat versəydi, atası aparıb ödənişsiz onu müalicə etdirərdi. Oğlu kredit götürərək onu əməliyyat etdirmişdir. Aylıq 450 manat kredit ödəyir. Əmək haqqından ona qalan 300 manat puldur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 7.Məhkəmə cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edərkən öz qənaətini onunla əsaslandırır ki, iddiaçının cavabdehlə birgə nikahlarından olan Onur adlı uşağı xəstədir. Ona “3-cü dərəcə adenoid hiperplaziyası” diaqnozu qoyulmuşdur. Bu müddətə qədər iddiaçı uşağını müxtəlif vaxtlarda həkim müayinələrinə aparmış, onun müayinələri üçün müəyyən məbləğlərdə ödəniş etmişdir. İddiaçının Onur adlı uşağı ##.##.2025-ci il tarixdə “3-cü dərəcə adenoid hiperplaziyası diaqnozu ilə “Adenoidektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat icra olunarkən bütün müayinə və əməliyyat xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Hazırda cavabdehin uşağın xəstəliyi və əməliyyatı zamanı çəkilmiş xərclərə cəlb edilməsi zərurət yaranmışdır. Lakin iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə cavabdehin əlavə xərclərə cəlb edilməsi üçün məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı oğlunun sırf əməliyyatına 1400 manat xərclədiyini iddia etsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir, məhz buna əsasən məhkəmə həmin tibb müəssisələrinə sorğu ünvanlamış və bu hallar məhkəmənin sorğusuna əsasən tibb müəssisələri tərəfindən təqdim edilmiş cavab məktubları ilə çəkilən müayinə, əməliyyat və digər xərcləri barədə rəsmi məlumatı əldə etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə tərəfindən verilmiş sorğulara cavab məktublarından görünür ki, ##.##.2020-ci il təvəllüdlü X5 ##.##.2025-ci il tarixdə “Unikal-A MMC” də əməliyyat öncəsi paketdən keçmiş, 70 AZN ödəniş etmişdir (əməliyyat paketinə). Xəstə ##.##.2025-ci il tarixdə “Unikal-A MMC-də “3-cü dərəcə adenoid hiperplaziyası" diaqnozu ilə “Adenoidektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatın icrasına görə pasient tərəfindən 280 AZN “Unikal-A MMC" yə ödəniş edilmişdir. Bundan əlavə “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X4 2025-ci il tarixdə “xxxx” MMC-də həkim qəbulunda olmuş ona ödənişli tibbi xidmət göstərilmiş, müəssisənin mövcud uçot və tibbi qeydiyyat sənədləri əsasında verilmiş tibbi xidmətlərə dair uçot məlumatına əsasən analizin dəyəri ümumilikdə 213 manat təşkil etmişdir. Həmin tibb müəssisəsi xəstənin həkim qəbulunda olması ilə bağlı texniki səbəblərdən qəbzlər təqdim edilmədiyindən, iddiaçı tərəfindən təqdim edilmiş və işə əlavə olunmuş ##.##.2025-ci il tarixli mobil tətbiq vasitəsi ilə ödənilmiş qəbzi sübut qismində qəbul edərək müəyyən edir ki, xxxx MMC-yə ##.##.2025-ci il tarixdə saat 10:31-də **6024 kart hesabından 143 AZN ödəniş edilmişdir. Ümumilikdə, Onur adlı uşaq üçün tibbi xidmətlər zamanı çəkilmiş xərcin ümumi dəyəri 706 (70+280+213+143) manat olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, məhkəməyə çoxsaylı qəbzlər təqdim edilsə də, həmin qəbzlər möhürlə təsdiq edilməmiş, qəbzlərin məzmunundan ödənişin kim tərəfindən edilməsi və ödənişin əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə həmin xərcləri hesablayarkən yalnız “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-cı il tarixli sorğuya cavab məktubu, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026cı il tarixli sorğuya cavab məktubunda qeyd edilmiş məbləğləri və ##.##.2025-ci il tarixli mobil tətbiq vasitəsi ilə “xxxx” MMC-yə 143 manatın ödənilməsinə dair qəbzi (##.##.2025-ci il tarixində verilmiş analizlə eyni gündə ödəniş olduğu üçün və sorğuya cavab məktubuna əsasən müəssisədə aparılmış proqram təminatının yenilənməsi səbəbindən ödəniş qəbzlərinin bərpası və təqdim edilməsi texniki baxımdan mümkün olmadığından sözügedən qəbzi sübut qismində qəbul edir) əsas götürərək çəkilmiş xərcin 706 manat məbləğdə müəyyən olunmasına dair qənaətə gəlir.

8. Lakin məhkəmə hesab edir ki, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olsa da, müəyyən edilmiş xərc bütövlükdə cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, uşağın xəstəliyi ilə əlaqədar müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri müəyyən vəsait tələb edir ki, bu sübuta ehtiyacı olmayan hal olmaqla yanaşı yalnız iddiaçı tərəfindən çəkilmişdir.

9. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

10. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı bu xərclərin miqdarı tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, həmçinin iş materiallarında olan sübutlar nəzərə alınmaqla 706 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və 34-cü maddəsinin IV bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 81.1, 81.3-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2015-ci tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 12.Qətnamədən narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında təqdim edilmiş sənədlərlə bərabər işdə olmayan və alınması mümkün olmayan hallara da qiymət verməli idi. Belə ki, xəstə uşağın Bakı şəhərinə taksi ilə aparılıb gətirilmə xərci, orada qalmaq və yemək xərci nəzərə alınmamışdır. Məhkəmə MPM-nin tələblərindən kənara çıxaraq məhkəmə iclasında araşdırılmayan sübutlara əsaslanmış və tələbdən kənara çıxaraq tam olaraq qanunsuz qətnamə qəbul etmişdir.

14. Tərəfindən qanunla müəyyən olunmuş və öz tələbini əsaslandıran bütün sübutlar təqdim olunsa da cavabdeh heç bir mötəbər sübut təqdim etməmişdir. Hakim isə iş materiallarında olmayan sübutlar əsasında və öz mülahizəsinə uyğun qətnamə çıxarmışdır.

15. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmənin kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə İbrahimxəlil oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı İddiaçı məhkəmə kolllegiyasına ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

20. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

21. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2015-ci tarixli Qərarında göstərilmişdir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər–digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. İddiaçı apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini qismən mübahisələndirərək, qətnamə ilə müəyyən olunmuş əlavə xərcin məbləğinin dəyişdirilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.

29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Kollegiyanın iclasında müəyyən olunmuşdur ki, tərəflər ##.##.2019-cu il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, onların birgə nikahlarından ## ###### 2020-ci il təvəllüdü X3 adlı övladları anadan olmuşdur. Mingəçevir şəhər Məhkəməsinin ##.##.2021ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında ##.##.2019-cu il tarixdə X6 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 801 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından ##.##.2020-ci il tarixdə doğulmuş Onur adlı uşağın iddiaçı İddiaçı yanında qalması müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)- ****/**** saylı qətnaməsinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ##.##.2020-ci il təvəllüdlü Onur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 miqdarında aliment hər ay tutulub İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş Onur adlı uşaq “3-cü dərəcə adenoid hiperplaziyası” diaqnozu ilə xəstədir və ##.##.2025-ci il tarixdə ETN ilə xəstə “xxxx”da “Adenoidektomiya” əməliyyatı icra olunmuş üzərində cərrahi əməliyyat aparılmışdır. İddiaçı cavabdehin uşağın müalicəsi ilə bağlı köməklik göstərməməsini, uşağın əməliyyatına, müalicə və müayinələrinə ümumilikdə 1908,73 manat məbləğində pul ödənilməsini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

34. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutlara qiymət verərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

36. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

38. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

39. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin mübahisələndirilən hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar