Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-566/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsayev Rafiq Rasid oğlunun cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi ilə, İddiaçı İsayev Rafiq Rasid oğlunun Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İsayev Rafiq Rasid oğlunın cavabdeh Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları Müəyyən etdi: İşin halları
1. İddiaçı İsayev Rafiq Rasid oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 250 manat cəmi 750 manat alimentin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İsayeva Nuranə Nadir qızı ilə ##.##.2011-ci tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan ##.##.2012-ci il tarixdə İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə İsayev Əkbər Rafiq oğlu anadan olmuşdur. Aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqları himayəsinə verilmişdir. Keçən müddət ərzində cavabdeh azyaşlı uşaqları saxlamaqda ona heç bir maddi köməklik göstərməmişdir. Buna görə də uşaqların saxlanması üçün aliment tələb edir.
3. Cavabdeh Cavabdeh iddia tələbinə etiraz göndərərək bildirmişdir ki, uzun illərdir ayrı yaşayırlar və iddiaçı bu müddət ərzində ondan aliment tələb etməmişdir. Ayrılma dövründə uşaqların iddiaçının himayəsində qalmasına razılıq verildikdə də tərəflər arasında “mənim mütləq qaydada sabit məbləğdə aliment ödəməyim” barədə razılaşma olmayıb. Üstəlik, uşaqların sağlamlıq vəziyyəti ilə əlaqədar dövlət müavinətləri mövcuddur və bu ödənişlər uşaqların təminatına yönəlmiş sabit sosial təminat rolunu oynayır. Bundan əlavə hazırkı iddia real ehtiyacdan deyil, ailədaxili mülki mübahisə fonunda uşaqlardan vasitə kimi istifadə olunmaqla qaldırılıb: Qardaşı ilə birgə mülkiyyətdə olan torpaq sahəsində payının müəyyən edilməsi ilə bağlı iddia qaldırmış və həmin iş üzrə məhkəmə qətnaməsi ilə paylar müəyyən edilmişdir. Bu qətnamədən sonra ona təzyiq və şərt qoymaq torpaq payından imtina etdirmək məqsədi ilə iddiaçının aliment iddiası qaldırmağa sövq edilməsi barədə əsaslı şübhələri vardır. İddiaçının tələb etdiyi sabit pul məbləğində aliment istisna xarakter daşıyır və yalnız qanunda nəzərdə tutulan hallarda (məsələn, öhdəlik daşıyan şəxsin gəliri qeyri-müntəzəmdir, gizlədilir, natura şəklindədir və ya sabit gəlir müəyyən edilmir və s.) tətbiq oluna bilər. İddiaçı isə ərizəsində sabit məbləğin zəruriliyini əsaslandıran faktları yetərli və inandırıcı sübutlarla ortaya qoymur; yalnız ümumi ifadələrlə “çətinlik”dən danışır və hər uşaq üçün 250 manat tələb edir. uşaqların xəstəlikləri ilə bağlı müavinət almaları faktı (bu müavinətlərin məbləği, növü, təyinatı, davamlılığı) məhkəmə tərəfindən hərtərəfli araşdırılmalıdır. Çünki alimentin məqsədi uşağın saxlanılmasıdır; artıq mövcud olan sosial ödənişlər uşağın təminatında müəyyən hissəni kompensasiya edirsə, tələb edilən sabit məbləğin “həddən artıq” və “əsassız” müəyyən edilməsi riski yaranır. Bundan başqa, iddiaçının davranışı uzun illər ərzində aliment tələb etməməsi, indi isə birdən-birə sabit və yüksək məbləğ tələb etməsi - mübahisənin mahiyyətinin “uşağın saxlanılması” deyil, başqa mülki mübahisəyə təsir vasitəsi kimi istifadə oluna bilməsi ehtimalını gücləndirir. Xüsusən də torpaq payının müəyyən edilməsi ilə bağlı iş üzrə qətnamədən (##.##.2026) sonra bu iddianın qaldırılması təsadüfi görünmür. Torpaq sahəsində payların müəyyən edilməsi ilə bağlı mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında həmin işin predmetinə və tərəflərinə heç bir hüquqi aidiyyəti olmadığı halda keçmiş ərinin və indiki iddiaçının hazırkı həyat yoldaşının iştirak etməsi, eləcə də iclasdan əvvəl və sonra ona “iddianı geri götür, əks halda biz də səndən aliment tələb edəcəyik” məzmununda açıq təzyiq göstərilməsi bu aliment tələbinin uşaqların real saxlanılması məqsədilə deyil, məhz başqa bir mülki mübahisədə məni geri çəkilməyə məcbur etmək vasitəsi kimi qaldırıldığını göstərir. Belə davranış valideynlik hüququnun həyata keçirilməsi ilə bağlı vicdanlı məqsədlə uzlaşmır və hüquqdan təzyiq aləti kimi istifadə edilməsini nümayiş etdirir. Buna görə də hazırkı aliment iddiası faktiki ehtiyacdan irəli gələn tələb deyil, formal xarakter daşıyan və başqa məhkəmə mübahisəsinə təsir göstərmək məqsədi güdən iddia kimi qiymətləndirilməlidir.
Birinci instansiya məhkəməsində icraat; 3.Məhkəmə iclasında iştirak edən iddiaçı İsayev Rafiq Rasid oğlu iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Srac oğlu iddianı qismən qəbul edərək göstərmişdir ki, cavabdeh heç bir yerdə işləmir, hazırda nikah bağlamış və ailəlidir. Azyaşlı uşaqların saxlanması üçün aliment təyin edilərkən cavabdehin heç bir yerdə işləmədiyini nəzərə alınmasını xahiş edir.
5. Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddianın qismən təmin edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində aliment tutularaq iddiaçı İsayev Rafiq Rasid oğlunın xeyrinə verilməsi, Cavabdeh 63.2 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, qətnamənin icrasının iddiaçı Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
6. İddiaçı İsayev Rafiq Rasid oğlu cavabdeh Cavabdeh himayəsində yaşayan azyaşlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 250 manat cəmi 750 manat alimentin tutulmasını xahiş edir.
7. Lakin məhkəmə baxışı zamanı iddiaçı azyaşlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hə uşağa görə 250 manat sabit pul məbləğində cavabdehdən alimentin tutulmasına dair heç bir mötəbər sübu təqdim edə bilməmişdir.
8. Bundan başqa cavabdehin nümayəndəsi cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, cavabdehin heç bir yerdə işləmədiyinin nəzərə alınmasını xahiş etmiş, iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında olmadığını bildirmişdir.
9. 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
10. Məhkəmə alimentin miqdarını müəyyən edərkən cavabdeh Cavabdeh uşağı saxlamaq vəzifəsinin olmasını, aliment ödəmək vəzifəsindən azad edilməməsini nəzərə alıb, hesab edir ki, iddiaçı İsayev Rafiq Rasid oğlunun xeyrinə cavabdeh Cavabdeh ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla tutulmalı olan aliment hər ay hər uşağa görə minimum aylıq əmək haqqının 0.30 mislində müəyyən edilməsi məqsədə müvafiqdir. Alimentin tutulmasının əvvəli iddia ərizəsi məhkəməyə daxil olduğu ##.##.2025-ci il tarixindən hesablanmalıdır.
11. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında Qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır.
12. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində aliment tutularaq iddiaçı İsayev Rafiq Rasid oğluna verilməlidir.
13. Cavabdeh tutulan aliment dərhal icra olunmalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 76, 78.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarına, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarına, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanununa, Azərbaycan Respublikası Mülki Prosessesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 112.1.3, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a)Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
17. Birinci instansiya məhkəməsi özü göstərmişdir ki, iddiaçı hər uşağa görə 250 manat sabit aliment tələbinin əsaslılığını mötəbər sübutlarla təsdiq edə bilməyib. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh işləmir və ödəmə imkanının məhdud olduğunu nümayəndə bildirib. Buna baxmayaraq, məhkəmə cavabdehin real maddi durumunu, dolanışıq imkanlarını, qulluqçu işləməklə güclə yaşamasını, uşaqlarla bağlı sosial müavinətlərin olub-olmamasını və həmin ödənişlərin məbləğini tam araşdırmadan, hər uşaq üçün minimum əmək haqqının 0,30 misli həddində aliment müəyyən etmişdir. Yəni məhkəmə normanın tələb etdiyi “maddi və ailə vəziyyətinin tam qiymətləndirilməsi” meyarını formal şəkildə qeyd edib, amma mahiyyətcə tətbiq etməmişdir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən uşaqların mənafeyini nəzərə alsa da, cavabdehin imkanlarını obyektiv və tam şəkildə qiymətləndirməmişdir. Halbuki Ailə Məcəlləsinin 78.2-ci maddəsi təkcə uşağın marağını deyil, valideynlərin maddi və ailə vəziyyətini də birgə nəzərə almağı tələb edir. Məhkəmənin gəldiyi nəticə iş materiallarında müəyyən edilmiş faktlarla uzlaşmır: bir tərəfdən cavabdehin işləmədiyi və iddia olunan məbləği ödəmək iqtidarında olmadığı qeyd edilir, digər tərəfdən isə həmin şəxsin real gəlir mənbəyi, gündəlik yaşayış şəraiti və ödəmə qabiliyyəti müəyyən edilmədən ona sabit və daimi icra olunmalı öhdəlik qoyulur. 18.Birinci instansiya məhkəməsi aliment müəyyən edərkən cavabdehin ağır sosial durumu, daimi iş və sabit gəlir yerinin olmaması, təsadüfi və çox aşağı gəlirli işlərlə dolanması, tələb olunan öhdəliyin onun yaşayış minimumuna birbaşa təsir etməsi lazımi səviyyədə araşdırılmamışdır. Məhkəmə aliment təyin edərkən cavabdehin sadəcə valideyn kimi ümumi vəzifəsini əsas götürmüş, lakin həmin vəzifənin hansı real maddi imkanlar çərçivəsində icra edilə bilməsini müəyyən etməmişdir. Bu isə normanın düzgün tətbiq edilməməsi deməkdir.
19. Digər tərəfdən, iş materiallarından görünür ki, cavabdeh tərəfindən etirazda uşaqların sağlamlıq vəziyyəti ilə bağlı sosial müavinətlərin mövcudluğu, həmin ödənişlərin uşaqların təminatına yönəlməsi, eləcə də iddia tələbinin real ehtiyacdan deyil, tərəflər arasında mövcud digər mülki mübahisənin təsiri ilə qaldırılması barədə hallar göstərilmişdir. Lakin məhkəmə həmin hallara da tam hüquqi qiymət verməmişdir. Halbuki bunlar alimentin növünün və məbləğinin müəyyən edilməsi zamanı diqqətə alınmalı olan mühüm hallardır. Məhkəmənin bu halları araşdırmadan aliment məbləğini müəyyən etməsi nəticəsində qətnamə cavabdehin maddi imkanları ilə uyğun olmayan, onun vəziyyətini daha da ağırlaşdıran və qanunun tələb etdiyi balansı pozan nəticəyə gətirib çıxarmışdır.
20. Odur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(046)-2813/2025nömrəli qətnaməsinin ləğv edilərək ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cüil tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.15 misli həddində aliment tutularaq iddiaçı İsayev Rafiq Rasid oğlunın xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(046)-2813/2025-nömrəli qətnaməsinin ləğv edilərək ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cüil tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.15 misli həddində aliment tutularaq iddiaçı İsayev Rafiq Rasid oğlunın xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsayev Rafiq Rasid oğlu apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(046)-2813/2025-nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
26.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
28. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli, 8-*/**** №-li qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən olunmuş alimentin miqdarının müəyyən olunması hissədə mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İsayev Rafiq Rasid oğlu ilə cavabdeh Cavabdeh arasında ## ###### 2011-ci il tarixdə rəsmi nikah qeydi bağlanmış və tərəflərin birgə nikahlarından ## ###### 2012-ci ildə Yusif, ## ###### 2013cü ildə Rasid, ## ######## 2014-cü ildə Əkbər adlı uşaqları anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin ##.##.2019-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən tərəflər arasında ##.##.2011-ci il tarixdə Göyçay rayon 1-ci Ərəbcəbirli kənd İnzibati nümayəndəliyində 18 nömrə qeydi ilə bağlanmış nikah pozulmuş, ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlu iddiaçı İsayev Rafiq Rasid oğlunun yanında saxlanılmışdır.
35. Yuxarıda qeyd olunduğu kimi cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin olunmuş hissəsində qismən ləğv olunaraq birgə nikahdan olan övladlarının saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək minimum əmək haqqının 0.15 misli həddində müəyyən olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ var. Valideyinlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır.
37. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin qərarın 8.2-ci bəndində qeyd olunur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının maddi durumu cavabdehə nisbətdə daha qənaətbəxşdir.
39. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında aylıq gəlirinin təxminən 1000-1200 manat civarında olmasını bildirmişdir. Cavabdeh isə günəmuzd işləməklə hər gün 10-15 manat qazancının olduğunu bildirmişdir.
40. Həmçinin iş materiallarına əlavə olunmuş X9 aparılmış ##.##.2026-cı il tarixli “Beyin MRT müayinəsindən” görünür ki, cavabdeh Cavabdeh “Beyin parenximasına aid pataloji siqnal dəyişikliyi” aşkar olunmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı vəziyyətdə cavabdehdən hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində sabit pul məbləğində aliment tutulması onu maddi cəhətdən əlverişsiz vəziyyətə salacaqdır. Uşaqlar atanın himayəsində olduğundan və onların qayğısının çəkilməsi atanın üzərinə düşdüyündən, ananın da, aliment öhdəliyi birmənalıdır. Lakin təyin olunan alimentin məbləği müəyyən olunarkən, aliment ödəyənin maliyyə imkanları nəzərə alınmalıdır ki, həmin alimentin vaxtlı-vaxtında və tam formada ödənilməsi təmin olunsun. Bu hal uşaqların və aliment alanın da mənafeyi üçün məqsədəmüvafiqdir. İşin yuxarıda qeyd edilən halları onu deməyə əsas verir ki, cavabdehin ailə vəziyyəti, xəstə olması və maddi durumunun yaxşı olmaması, gəlir və qazancının aşağı səviyyədə olması təyin edilmiş alimenti ödəmək iqtidarında olmamasını təsdiq edir. İddiaçı tərəfindən isə iddiaçının maddi imkanlarının və gəlirlərinin yüksək olması barədə hər hansı sübut növü məhkəmə kollegiyasına təqdim edilməmişdir. Kollegiya cavabdehin gəlirinin iddiaçıya nisbətdə aşağı olmasını, xəstə olmasını nəzərə alaraq hesab edir ki, ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun saxlanılması üçün hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməsi, cavabdehin maliyyə imkanları baxımından daha məqsədəmüvafiqdir və azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə tərəfləri əlverişsiz vəziyyətə salmır. 42.Kollegiya həmçinin qeyd edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərində hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində (400x0,15=60) ödəmək niyyətində olduğu bildirsədə, qeyd edilən alimentin miqdarını kollegiya azyaşlı uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi, eləcədə əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli saymır.
43. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi “##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində aliment tutularaq iddiaçı İsayev Rafiq Rasid oğlunın xeyrinə verilməsi” hissəsində dəyişdirilməli, tərəflərin birgə nikahından ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İsayev Rafiq Rasid oğlunun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,25 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Qətnamənin mübahisələndirilən hissəsində alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 373, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş İsayev Rafiq Rasid oğlu ilə Cavabdeh birgə nikahından ##.##.2012-ci il tarixdə anadan olmuş İsayev Yusif Rafiq oğlu, ##.##.2013-cü il tarixdə anadan olmuş İsayev Rasid Rafiq oğlu və ##.##.2014-cü il tarixdə anadan olmuş İsayev Əkbər Rafiq oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İsayev Rafiq Rasid oğlunun xeyrinə tutulmalı olan alimentin məbləği dəyişdirilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,25 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.