Məhkəmə qərarları › İş №2(3-10)-623/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-623/2026

20.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-623/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Məmmədova İnci Məmmədkərim qızına qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Məmmədova İnci Məmmədkərim qızının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Məmmədova İnci Məmmədkərim qızına qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Məmmədova İnci Məmmədkərim qızına qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarını dəyişdirərək, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli miqdarında iddiaçıdan tutulub cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ## #### 2012-ci il tarixində cavabdeh Məmmədova İnci ilə rəsmi nikaha daxil olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- ****/**** saylı, ## #### 2016-cı il tarixli qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, ##.##.2012-ci il təvəllüdlü övladı Özləmin saxlanması üçün hər ay 90 manat məbləğində alimentin onun tərəfindən cavabdehə ödənilməsi qət edilmişdir. Cavabdehin ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsi *(***)- ***/**** saylı ##.##.2025- ci il tarixli qərardadı ilə ödədiyi alimentin miqdarı ölkə üzrə minimum əmək haqqının 0,84 misli qədər artmışdır. Yeni təyin edilmiş və kəskin şəkildə artırılmış aliment miqdarını ödəməkdə çətinlik çəkdiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ali təhsilli, qanunlara riayət edən Azərbaycan vətəndaşıdır. Üzərinə düşən alimenti indiyə qədər hər ay vaxtı-vaxtında ödəyir. Ona qədər cavabdehin X4 ilə dörd il sürən uğursuz evliliyindən övladı olmamışdır. Birgə nikahlarından övlad sahibi olduqdan sonra, İnci Məmmədova şükranlıq edib yaşamaq əvəzinə, qarğışlar tökür, təhqir edirdi. Körpəsinə görə ailəni qoruyub saxlamaq üçün dəfələrlə İnci Məmmədova ilə etdiyi söhbətlər bir nəticə vermirdi. 2013-cü il ####ın ##-i axşamı yaşadıqları otaqda altı aylıq körpəni döşəməyə atdı. Əlacsız qalıb boşanma ərizəsini yazmalı olmuşdur. Ailənin dağılma səbəbkarı: “uşaq mənimdir: özüm bilərəm” - deyən həmin qadın “bu uşaq sənin deyil: niyə baxmırsan?”- deyə alimentin azlığından şikayət edir.

Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, həqiqətən “xxxx” MMCdə mühəndis, istehsalın təşkili, dəyirman müdiri vəzifəsində işləyir. Aylıq əmək haqqı 1700 manatdır. Övladı Özləm ikinci nikahından dünyaya gəlmişdir. Cavabdehlə nikahı pozulduqdan sonra nikaha girməmişdir. Əvvəlki nikahından doğulmuş uşağı yetkinlik yaşına çatmışdır. Əvvəlki nikahından doğulmuş uşağına münasibətdə aliment öhdəliyi qalmamışdır.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədova İnci Məmmədkərim qızının nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, dəyişdirilməsi tələb edilən aliment məbləği uşağın yaşayış səviyyəsini normal saxlamaq üçün təyin edilmişdir. Özləm Salmanova gözlərində olan xəstəliyə görə müalicə edilir və 18 yaşına çatana kimi müayinədən keçməlidir. Bu xərclərin hamısı cavabdeh tərəfindən ödənilmişdir. Aliment 0,4 misli həddində dəyişdirilməsi uşağın maddi tələbatlarını qarşılamayacaqdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir.

5. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı İddiaçı cavabdeh Məmmədova İnci Məmmədkərim qızına qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. 6.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdeh Salamova İnci Məmmədkərim qızı ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Rəsmi nikahdan ##.##.2012-ci il təvəllüdlü Özləm adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2016cı il tarixli qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü Özləm adlı uşaq yetkinlik yaşına çatanadək atadan 90 manat məbləğində aliment alınaraq anaya ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə aliment indeksasiya olunaraq iddiaçıdan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində aliment tutulması qərara alınmışdır. İddiaçı cavabdehə ödədiyi alimentin azaldılmasını xahiş edir. İddiaçı “xxxx” MMC-də mühəndis, istehsalın təşkili, dəyirman müdiri vəzifəsində işləyir. Aylıq əmək haqqı 1700 manatdır. İddiaçı ##.##.2016-cı il tarixli məhkəmə qətnaməsindən sonra ailə həyatı qurmamışdır və himayəsində başqa azyaşlı övladı yoxdur. Tərəflərin birgə nikahından olan ##.##.2012-ci il təvəllüdlü Özləm adlı uşaq göz xəstəliyinə görə müalicə edilir və 18 yaşına çatana kimi müayinədən keçməlidir. Cavabdeh Ağdaş rayon X18 Pirəzə kənd kitabxana filialında kitabxanaçı vəzifəsində işləyir və aylıq əmək haqqı 490 manat təşkil edir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi ilə ## ######## 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atadan (hazırki iddia üzrə iddiaçıdan) 90 manat aliment alınaraq anaya (hazırki iddia üzrə cavabdehə) ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiya tələbi ilə bağlı ərizə təmin edilərək ## ######## 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş 90 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya edilməsi və ##.##.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Məmmədova İnci Məmmədkərim qızına verilməsi qərara alınmışdır. İddiaçı ##.##.2016-cı il tarixli məhkəmə qətnaməsindən sonra ailə həyatı qurmamışdır və himayəsində başqa azyaşlı övladı yoxdur. İddiaçı İddiaçı “xxxx” MMC-də mühəndis, istehsalın təşkili, dəyirman müdiri vəzifəsində işləyir. Aylıq əmək haqqı 1700 manatdır. 8.Tərəflərin birgə nikahından olan ##.##.2012-ci il təvəllüdlü Özləm adlı uşaq göz xəstəliyinə görə müalicə edilir və 18 yaşına çatana kimi müayinədən keçməlidir. Cavabdeh Məmmədova İnci Məmmədkərim qızı Ağdaş rayon X18 Pirəzə kənd kitabxana filialında kitabxanaçı vəzifəsində işləyir və aylıq əmək haqqı 490 manat təşkil edir. 9.Uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşağın ananın himayəsində olmasını, onun qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, uşağın göz xəstəliyi ilə əlaqədar müalicə almasını, 2026-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 260 manat müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya edilən aliment məbləğinin azaldılması ədalətli sayılmır.

10. İşin hallarını və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Məmmədova İnci Məmmədkərim qızına qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 112.1,-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarı, “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, uşaqların qayğısına qalmaq öhdəliyini yalnız bir valideynin üzərinə qoymaq, yalnız bir valideyni bu öhdəliklə yükləmək valideynlərin subyektiv hüquqları arasında ədalətli balans prinsipinin pozulmasına səbəb olur. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək hər iki valdeynin həm hüququ, həm də borcudur. Məhkəməyə təqdim edilmiş mərkəzi aran regional mədəniyyət idarəsinin ##.##.2026-cı il tarixli arayışından aydın görünür ki, cavabdeh İ.Məmmədova Ağdaş rayon X18 Pirəzə kənd kitabxana filialında kitabxanaçı vəzifəsində işləyir və aylıq əmək haqqı 490 (dörd yüz doxsan) manat təşkil edir. Hesab edir ki, məhkəmə bu faktı nəzərə almamış və uşağın maddi ehtiyaclarını qarşılamaq öhdəliyini tam olaraq onun, yəni bir valideynin üzərinə qoymaqla məsələnin həllində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qəbildən olan mübahisələrə dair hüquqi mövqeyi ilə uzlaşmayan üsluba üstünlük vermişdir.

14. Qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Аzərbаycаn RespublikasıАilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016-cı il tarixli Plenum Qərarında formalaşmış hüquqi mövqeyə görə, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2025-ci il ## ###### tarixli ***-VIIQ nömrəli Qanunu ilə uşaqlar üçün yaşayış minimumu 260 (iki yüz altmış) manat müəyyən edilmişdir. Hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad etdiyi hüquqi mövqeyinə uyğun olaraq bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumunu təşkil edən 260 (iki yüz altmış) manata yaxın məbləğdə, yəni 260 (iki yüz altmış) manatın 0.85 mislini təşkil edən 221 (iki yüz iyiirmi bir) manat mabləğdə aliment müəyyən edilməsi hüquqlar arasında ədalətli balans prinsipinə uyğun olardı.

15. Əlavə edir ki, qətnamənin məzmunundan aydın görünür ki, birinci insansiya məhkəməsi ədalətli yekun nəticə əldə etmək üçün mübahisələndirilən məsələ ilə bağlı düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Həm milli qanunvericiliyimizdən, həm də ölkəmizin qoşulduğu mötəbər beynəlxalq hüquqi aktlardan yaxşı məlumdur ki, uşaqların saxlanılması yalnız bir valideynin deyil, valideynlərin vəzifəsi kimi müəyyən edilmişdir. Bununla bağlı şikayətinin maddi hüquq pozuntularına həsr olunmuş bölmələrində göstərilmiş bir sıra hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməməsi cavabdehin maraqları ilə onun subyektiv hüquqları arasında “ədalətli balans”ın pozulmasına səbəb olmuşdur.

16. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Məmmədova İnci Məmmədkərim qızının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Məmmədova İnci Məmmədkərim qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinin II hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin IV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

23. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016- cı il tarixli Qərarı: Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bənd 13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 28.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

29. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2(5-146)- 152/2026 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Salamova İnci Məmmədkərim qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahdan ##.##.2012-ci il təvəllüdlü Özləm adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü Özləm adlı uşaq yetkinlik yaşına çatanadək atadan 90 manat məbləğində aliment alınaraq anaya ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə aliment indeksasiya olunaraq iddiaçıdan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində aliment tutulması qərara alınmışdır. İddiaçı “xxxx” MMC-də mühəndis, istehsalın təşkili, dəyirman müdiri vəzifəsində işləyir. Aylıq əmək haqqı 1700 manatdır. Cavabdeh isə Ağdaş rayon X18 Pirəzə kənd kitabxana filialında kitabxanaçı işləyir və aylıq əmək haqqı 490 manat təşkil edir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin uşaqların qayğısına qalmaq öhdəliyinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli balans prinsipinin pozulmasına səbəb olması, uşaqların qayğısına qalmaq, onları tərbiyə etməyin hər iki valdeynin həm hüququ, həm də borcu olması, birinci instansiya məhkəməsinin məsələnin həllində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qəbildən olan mübahisələrə dair hüquqi mövqeyi ilə uzlaşmayan üsluba üstünlük verməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

35. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

36. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq aliment miqdarının azaldılması tələbini rədd edərkən gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbi baxımından valideynlərin öz uşaqları barəsində bərabər vəzifə daşımaları nəzərə alınaraq, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbi baxımından sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması ilə yanaşı tərəflərin maddi və ailə vəziyyətləri də nəzərə alınmalıdır.

39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, qətnamənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar