Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-67/2026 04.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Alimentin ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(019)-697/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı illərin artımı nəzərə alınmaqla minimum əmək haqqının 0.70 misli miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-40/2025 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqların ikisi anaları Cavabdeh himayəsinə, biri xx.xx.2015-ci il təvəllüdlü X15 özünün himayəsində saxlanılmışdır. Hazırda iki uşağaxx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X11 üçün təyin edilmiş alimenti vaxtlı vaxtında ödəyir. Lakin Cavabdeh onun himayəsində saxlanılan xx.xx.2015ci il təvəllüdlü X4 olaraq maddi köməklik göstərmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən hazırki Cavabdeh ilə aralarında qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X3 Bəyim Aydın qızının, xx.xx.2015-ci il təvəllüdlü X9 isə onun himayəsində saxlanılması, Aysu və Yağmurun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində alimentin tutularaq hazırki Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin alimenti vaxtlı vaxtında ödəyir. Ondan iki uşağın saxlanılması üçün aliment tutulursa cavabdehdə onun himayəsində qalan uşağına aliment ödəməlidir. Düşünür ki, cavabdeh oğlu Ömərin saxlanılması üçün maddi köməklik etmirsə o da, cavabdehin himayəsində qalan iki uşağa görə deyil, bir uşağa görə aliment ödəməlidir. Hazırda oğlu xx.xx.2015-ci il təvəllüdlü X15 özünün yanında qalır. Cavabdeh Ömərə könüllü olaraq maddi köməklik etmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Zərdab Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(019)-697/2025 nömrəli qətnaməsi ilə (hakim İ. Həsənquliyev) İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından üç uşaqlarıxx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2019- cu il təvəllüdlü X11 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı xx.xx.2025-ciil tarixli qətnaməsinə əsasən tərəflərin arasında Zərdab rayonu Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 139 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2011ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X11 iddiaçı Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X9 cavabdeh İddiaçı himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir... Hazırda xx.xx.2015-ci il təvəllüdlü X15 iddiaçının (atanın) himayəsində qalır. İddiaçı qeyd edir ki, cavabdeh onun himayəsində qalan Ömərin saxlanılması üçün könüllü olaraq maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, himayəsində qalan xx.xx.2015- ci il təvəllüdlü X2 üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də cavabdehin mütamadi aylıq qazanca sahib olmasına, geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-40/2025 saylı xx.xx.2025-ciil tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı müəyyənləşdirilərkən həmin iş üzrə cavabdeh olan X8 mütamadi aylıq qazanca sahib olmasına, geniş maddi imkana, kapitala malik olmasına dair işdə hər hansı bir sübutun olmaması, hazırki Cavabdeh Aydin qızının isə heç bir yerdə işləməməsi, az təminatlı hesab olunması nəzərə alınaraq, Aysu və Yağmurun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
10. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı iddianı əsaslandıra bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 78.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 234.2.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında xususi olaraq göstərilib ki, əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşaq saxlamamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yəni valideynlər öz uşaqlarını saxlanılmasına borcludurlar. Uşaqlar onlardan ayrı yaşasalar valideynlər uşaqlarının saxlanılmasında mütənasib iştirak etməlidirlər. Əgər aliment ödəməli olan şəxsin qazancı sübut olunmursa, o zaman sabit pul məbləğində aliment təyin edilməlidir.Qanunvericiliyin bu tələbindən belə məlum olur ki, cavabdehin rəsmi gəlirinin olmaması onun aliment ödəməsini aradan qaldırmır. Göründüyü kimi birinci instansiya məhkəməsi qanunvericiliyin bu hüquqi mövqeyini düzgün tətbiq etməmiş və cavabdehin gəlirinin olmamasını alimentdən yayınma əsası kimi qiymətləndirmişdir.
14. Faktiki olaraq Cavabdeh əmək qabiliyyətlidir və işləyib qazanc əldə etməlidir. Çünki onun X1 maddi yardım göstərməlidir.
15. O, himayəsində olan oğlu X13 tək böyüdür. Onun bütün xərclərini–qida, geyim, təhsil, tibbi xidmət və gündəlik ehtiyaclarını özü qarşılayır. Oğlu Ömərə qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğıları onun üzərinə düşür. Cavabdeh maddi köməklik etməməsi oğlu X9 maraqlarına ziddir. Buda Azərbaycan Respublikasının mövcüd qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olur.
16. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75.1-ci maddəsini (Valideynlər uşaqlarını saxlamağı borcludurlar bu borc qüvvədə qalır), 78.1- ci maddəsini (Əgər valideynin sabit gəliri yoxdursa məhkəmə sabit pul məbləğində aliment təyin edə bilər) və Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə (əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşaq saxlamamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir) zidd qətnamə qəbul etmişdir.
17. Odur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-697/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-697/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-697/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
23. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. İddiaçı apellyasiya şikayətində Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-697/2025 nömrəli qətnaməsinin tam ləğv olunaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
32. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2019- cu il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Lakin sonradan münasibətləri pisləşdiyindən Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(035)-40/2025 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X11 iddiaçı Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X15 isə cavabdeh İddiaçı himayəsində saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh əmək qabiliyyətli olması, himayəsində olan oğlu X13 tək böyütməsi, Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik etməməsi, birinci instansiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 75.1, 78.1 və Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə zidd qətnamə qəbul edilməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
36. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
37. Qanunun normasından da göründüyü kimi qanunverici, tərəflərdən hər biri ilə uşaq qaldıqda, mütləq qaydada bir valideyndən digər valideynin xeyrinə deyil, daha çox təminatlı valideyndən daha az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir.
38. Göründüyü kimi qanunvericiliyin əsl məqsədi tərəflərin biri-birindən aliment almalarını deyil, daha az təminatlı valideynin xeyrinə aliment tutulmasını müəyyən etmişdir. Hansı ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan, cavabdehin himayəsində saxlanılmış xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli, cəmi 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından cavabdehin işləməsi və əmək haqqı alması halları müəyyən edilməmişdir.
40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(035)- 697/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(035)-697/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.