Məhkəmə qərarları › İş №2(3-10)-693/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-693/2026

21.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-693/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı aliment miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, qüvvə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(*-***)-***/**** nömrəli qərаrdаdındаn iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(*-***)-***/**** nömrəli qərаrdаdı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı İddiaçı şikаyət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(*-***)-***/**** nömrəli qərаrdаdı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsini araşdırarkən və “Elektron məhkəmə” informasiya sisteminə edilmiş sorğu əsasında müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı rəsmi qeydə alındığı ünvan ünvan 1 18, cavabdeh Cavabdeh isə rəsmi qeydə alındığı ünvan Şəki rayonu, Kiçik Dəhnə ərazi dairəsi, Kiçik Dəhnə kəndində qeydiyyatda olduğundan, iddiaçının cavabdehə qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiasına ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmalıdır. Iş materiallarından görünür ki, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı ərazi üzrə məhkəməyə verilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, iddia ərizəsi üçün dövlət rüsumu ödənilməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır ona görə də ləğv edilməlidir. Belə ki, qərardadda göstərilmişdir ki, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Həmdə dövlət rüsumu ödənilməmişdir. Onu qeyd edir ki, Mülki Prosessual Məcəllənin aidiyyət qaydalarına əsasən, iddia ərizəsinin cavabdehin yaşayış yeri üzrə verilməsi ümumi qaydadır. Lakin bu hal iddianın qəbul olunmasına maneə deyil, yalnız düzgün məhkəməyə yönləndirilmə ilə aradan qaldırıla bilən texniki məsələdir. Məhkəmə isə iddianı qəbul etmək əvəzinə, onu geri qaytarmaqla onun məhkəməyə müraciət hüququnun həyata keçirilməsini çətinləşdirmişdir. Eyni zamanda hesab edir ki, işin aidiyyəti məsələsi formal şəkildə qiymətləndirilmişdir. Onun sosial vəziyyəti, İ qrup əlilliyi və azyaşlı uşaqların himayəsində olması nəzərə alınaraq, işə onun yaşayış yeri üzrə məhkəmədə baxılması daha məqsədəmüvafiq və ədalətli olardı. Işin yalnız formal ərazi aidiyyəti əsasına istinad edilərək icraata qəbul edilməməsi onun məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Halbuki işin mahiyyəti üzrə baxılması və sosial vəziyyətinin nəzərə alınması ədalət və prosessual hüquq prinsiplərinə uyğundur. Himayəsində ##.##.2021-ci il təvəllüdlü X4 və ## ###### 2022-ci il təvəllüdlü X5 iki azyaşlı uşağı vardır. Həmin uşaqların saxlanılması, qidalanması, geyim və digər gündəlik ehtiyaclarının təmin edilməsi də onun üzərindədir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(051)–***/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə X3 arasında ##.##.2021-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış və 51 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra ##.##.2021-ci il tarixdə doğulmuş Rzaqulu və ##.##.2022-ci il tarixdə doğulmuş Ilqarə adlı uşaqların iddiaçı İddiaçı yanında qalmasının müəyyən edilməsi, ##.##.2021-ci il tarixdə doğulmuş Rzaqulu adlı uşağın cavabdeh X3 alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. O, İ qrup əlildir və himayəsində iki azyaşlı uşaq vardır, bu da onun sosial və maddi vəziyyətinin ağır olduğunu göstərir. Bu səbəbdən hesab edir ki, məhkəməyə müraciət hüququnun effektiv həyata keçirilməsi üçün dövlət rüsumunun ödənilməsindən azad olunmağı və ya rüsumun ödənilməsinə möhlət verilməsi təmin edilməlidir. Odur ki, Mingəçevir şəhər məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadını ləğv edib, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsini icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, məhkəmə kollegiyası şikayətin işin yalnız formal ərazi aidiyyəti əsasına istinad edilərək icraata qəbul edilməməsinin onun məhkəməyə müraciət hüququnu məhdudlaşdırmasına ndair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə kollegiyası şikayətin iddia ərizəsinin cavabdehin yaşayış yeri üzrə verilməsinin ümumi qayda olması, lakin bu halın iddianın qəbul olunmasına maneə olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron məhkəmə informasiya sistemindən əldə edilərək iş materiallarına əlavə edilmiş cavabdeh Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatdadır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində alimentin azaldılmasına dair iddia tələblərinin iddiaçının yaşadığı ünvana görə verilməsi imkanları nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şikayətin onun birinci qrup əlil olması, dövlət rüsumunun ödənilməsindən azad olunmağına dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyi tərəfindən İddiaçı verilmiş **** nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır, İ qrup müharibə əlilidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Kollegiya qeyd edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edilməsinə baxmayaraq, alimentin azaldılmasına dair iddia tələbini aidiyyəti məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi onun iddia ərizəsinin geri qaytarılması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar