Məhkəmə qərarları › İş №2(3-10)-776/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-776/2026

03.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-776/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "aliment" tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbinə dair, rədd) Hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "aliment" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsilə məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq ## ###### 2013-cü il təvəllüdlü X2, ## ###### 2014-cü il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Cavabdeh hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 900 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia ərizəsi ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən onunla cavabdeh arasındakı nikahın pozulması, birgə nikahdan doğulmuş övladları ## ###### 2013-cü il təvəllüdlü X2, ## ###### 2014-cü il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda bir ata kimi övladların ın qayğısına qalmağa və onların bütün təlabatlarını ödəməyə çalışır. Bu səbəbdən də, cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsilə məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq ## ###### 2013-cü il təvəllüdlü X2, ## ###### 2014-cü il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Cavabdeh hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 900 manat sabit pul məbləğində alimentin tutulmasını istəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş ## ###### 2013-cü il təvəllüdlü X2, ## ###### 2014-cü il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ## ##### 2026-cı il tarixdən başlayaraq, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli olmaqla, ümumilikdə 0,90 misli həddində sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin təmin edilən hissəsində dərhal icraya yönəldilməsi, iddiaçı İddiaçı azad edildiyi 122,40 manat dövlət rüsumunun 51,6 %-i, yəni 63.20 manatı cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II bəndinə, 34-cü maddəsinin IV bəndinə, Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü, 13-cü maddələrinə, 27ci maddəsinin 2-ci bəndinə, "Uşaq hüquqları" haqqında Qanunun 4-cü, 19-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4 78.1, 78.2, 100.2 maddələrinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə, «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024- cü il tarixli, ** saylı Qərarının 8.4-1-ci bəndinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ucar RPŞ-i tərəfindən ## #### 2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli, AZE seriyalı, ******** nömrəli və AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X2 ## ###### 2013-cü il tarixdə, X3 ## ###### 2014-cü il tarixdə və X4 ## ###### 2014-cü il tarixdə Bakı şəhərində doğulmuşlar. Işdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cəbiyeva (Bədəlova) Leyla Ramiz qızı arasında olan nikaha ## ###### 2025-ci il tarixdə xitam verilmiş və bu barədə ## ###### 2025-ci il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 114 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi öz soyadında qalmış, arvada isə “Bədəlova” soyadı verilmişdir. Işdə olan ## #### 2026-cı il tarixli qəbzin surətindən görünür ki, iddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

6. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, uzun müddət Bakı şəhəri, Sabunçu rayonunda müvaqqəti qeydiyyatda olmaqla yaşayır və bununla bağlı rəsmi arayış Ucar rayon Icra şöbəsinə təqdim edərək uşaqla görüş barəsində icra sənədinin aidiyyat olaraq Sabunçu rayon Icra Şöbəsində göndərilmişdir. Həmçinin qeyd etmək istəyir ki,Ucar Rayon Məhkəməsinin -*(***)-***/**** saylı, ##.##.2025-cı il tarixli qətnaməsinə əsasən nikahın pozulması və uşaqların himayədə saxlanılmasına dair məhkəmə prosesi zamanı keçmiş həyat yoldaşı ilə razılaşmalarına əsasən övladlarının 3-nün atasının, 1–nin onun yanında qalmasına ərizə vermişdirlər. Həmçinin ərizədə alimentlə bağlı bir-birlərinə iddiaları olmayacaqları qeyd edilmişdir. Bundan başqa özünün də himayəsində azyaşlı övladı var, övladına görə heç yerdə işləyə bilmir. Valideynnlərinin himayəsində olduğundan onlar ona baxır. Lakin bu heç də o demək deyil ki o, övladlarına baxmaqdan boyun qaçırır. Övladları həyatının mənasıdır, qazancı artdıqca onların təminatını da artırmağa borcludur. Hazırkı vəziyyətdə 276.50 manat qazancının olmadığı halda aliment ödəməyi qeyri mümkündür. Bu isə onun gələcəkdə inzibati, cinayət məsuliyyətinə cəlb olunacağına gətirib çıxaracaq və nəticə etibarilə övladlarının gələcək həyatına, iş fəaliyyətinə mənfi təsir göstərəcəkdir. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq,ədalətli qərar qəbul edəcəkdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim Sərxan Səmədzadə onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hesab edir ki,öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv,qərəzsiz və hərtərəfli baxmamışdır.Sübutları araşdırmamışdır.O, öz faktlarını hesab edir ki,sübut etmişdir.

8. Odur ki, Azərbaycan Respublikası Ucar rayon Məhkəməsinin *(*-***)-***/** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməsi bardə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və teleqram ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinin II bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. “Uşaq hüquqları haqqında” Konvensiya: ## ###### 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.

15. "Uşaq hüquqları" haqqında Qanun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 49.3-ci maddəsinə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 №li, ## #### 2016-cı il tarixli Qərarı.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Cavabdeh Cavabdeh Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

27. Belə ki, iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra ## ###### 2013-cü ildə doğulmuş X2, ## ###### 2014-cü ildə doğulmuş X3 və ## ###### 2014-cü ildə doğulmuş X4 iddiaçı İddiaçı yanında, ## #### 2020-ci ildə doğulmuş X5 isə cavabdeh Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. Bundan əlavə tərəflər müvafiq olaraq himayələrində olan uşaqların saxlanılmaları üçün aliment tələb etməmişlər.

28. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

29. Göründüyü kimi cavabdeh Cavabdeh övladının azyaşlı olması səbəbindən işləyə bilmir və bu səbəbdən onun qazancı və ya digər gəlirləri yoxdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddianın təmin edilməsi cavabdeh Cavabdeh onsuzda ağır olan maddi vəziyyətinin daha da ağırlaşmasına, eyni zamanda himayəsində olan ## #### 2020-ci ildə doğulmuş X5 maddi təminatının pisləşməsinə səbəb olacaqdır.

31. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara aidiyyəti hüquq normalarının dispozisiya şərtləri əsasında qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

32. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X12 X17 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).

34. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e*(*-***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e*(*-***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar