Məhkəmə qərarları › İş №2(3-10)-787/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-787/2026

27.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-787/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Zərdab şəhərinin “32 hektar adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz Ibrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evin satılması ilə bağlı ondan almış olduğu 15000 manat pulun, evin təmirinə çəkdiyi 3000 manat xərcin və dövlət rüsumu olaraq ödədiyi 144 manat olmaqla, cəmi 18144 manat pulun məcburi qaydada cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz Ibrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evi cavabdeh Cavabdeh ilə razılaşaraq 15000 manata almış və cavabdeh həmin ev üzərində bütün hüquqların onun tərəfindən həyata keçirilməsi ilə bağlı ona ##.##.2022-ci il tarixli notarial qaydada təstiq olunmuş AR-II ****** saylı Etibarnamə vermişdir. Həmin evi cavabdehdən aldıqdan sonra evdə müəyyən təmir işlərinin görülməsinə ehtiyac olduğu üçün 3000 manat dəyərində evdə müəyyən təmir işləri gördürmüşdür. O, evin dəyəri olan 15000 manat pulu cavabdehə cəm olaraq vermiş, onun cavabdehə evlə bağlı hər hansı bir məbləğdə borcu qalmamışdır. Lakin sonradan cavabdeh Zərdab Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz Ibrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması və mənzilin onun vəsaiti hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Göründüyü kimi cavabdeh ondan aldığı evi geri tələb etsə də, lakin, ondan almış olduğu 15000 manat pulu hələdə geri qaytarmamışdır. Ona görə cavabdehin ondan almış olduğu 15000 manat pulun ona qaytarılmasını və bundan başqa evin təmirinə çəkdiyi 3000 manat xərcin və dövlət rüsumu olaraq ödədiyi 144 manat pul olmaqla, cəmi 18144 manat pulun məcburi qaydada cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

3. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ilqam Həsənquliyev) iddianın qismən təmin olunması, cavabdeh Cavabdeh əsas borca görə 6000 manat, ödənilmiş dövlət rüsumuna görə 80 manat olmaqla, cəmi 6080 manat pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Zərdab rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 60.1, 71-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1, 567, 568.1, 573.1, 646.1, 739.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan Zərdab Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsinin faktiki hissəsindən müəyyən olunur ki, həmin iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “Evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evin cavabdehin vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddiasında cavabdehə sözü gedən mənzilə görə 6000 manat borclu olduğunu və pulu geri qaytarmağa hazır olduğunu bildirir. Işdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 144 manat pul ödəmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhərinin “32 hektar adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz Ibrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evin satılması ilə bağlı ondan almış olduğu 15000 manat pulun, evin təmirinə çəkdiyi 3000 manat xərcin və dövlət rüsumu olaraq ödədiyi 144 manat olmaqla, cəmi 18144 manat pulun məcburi qaydada ondan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsi ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə sözügedən iddianı qismən təmin edərək, ondan əsas borca görə 6000 manat, ödənilmiş dövlət rüsumuna görə 80 manat olmaqla, cəmi 6080 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsini qət etmişdir. Aşağıdakı dəlillərə və hüquqi aktlara görə məhkəmənin qərarı tamamilə əsassızdır. Ona görə də, qətnamə ləğv edilməli, iddia tələbi isə rədd edilməlidir. Belə ki, Məhkəmənin "etiraf etmisən" arqumentinə qarşı deyə bilər ki, əvvəlki işdə verilmiş məlumat həmin dövrün konkret şərtləri səbəbindən deyilmişdir. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə yalnız bir dəlilə (etirafa) əsaslanaraq qərar çıxara bilməz. Əgər 6000 manatın həqiqətən mövcudluğunu təsdiq edən başqa heç bir sənəd (müqavilə, qəbz, köçürmə çeki, təhvil-təslim aktı) yoxdursa, məhkəmə qərarı "sübutların kifayətsizliyi" əsasında ləğv olunmalıdır. Pul öhdəliyinin mövcudluğu üçün yalnız şifahi və ya yazılı etiraf kifayət deyil, onun hüquqi əsası olmalıdır. Əgər borcun yaranmasını təsdiq edən heç bir ilkin sənəd yoxdursa, iddia əsassızdır. Etiraf edilən məbləğ hüquqi əsası olmayan bir rəqəmdir və məhkəmə yalnız bir ehtimala əsaslanaraq şəxsi maddi öhdəlik altına qoya bilməz. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam şəkildə araşdırmayıb, yalnız bir dəlilə (əvvəlki iddiadakı ifadəyə) üstünlük verib, sübutetmə yükünü düzgün bölüşdürməyib. 6000 manatı tələb edən şəxs onun faktiki olaraq verildiyini və ya öhdəliyin yaranmasını sübut etməlidir. Məhkəmə iddiaçının sübutetmə yükünü yerinə yetirmədiyi halda, cavabdehin əvvəlki işdəki o dövr üçün deyilmiş fikirlərini qətnamənin əsası kimi götürüb. Həmin məbləğin mövcudluğunu təsdiq edən heç bir maliyyə sənədi (kassa məxaric orderi, bank köçürməsi və s.) yoxdur Iddiaçı iddia etdiyi 6000 manatlıq borcu sübut etmək üçün 'səs yazısının' olduğunu iddia etmişdir. Lakin, prosessual müddət ərzində bu səs yazısı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə təqdim edilməmiş, araşdırılmamış və ekspertiza olunmamış bir dəlilə əsasən qətnamə çıxarmışdır ki, bu da MPM-in tələblərinə ziddir. Təqdim olunmayan səs yazısının nə məzmunu, nə də aidiyyəti məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmənin mövcud olmayan və ya təqdim olunmayan bir sübuta əsaslanaraq qərar verməsi, qətnamənin əsasız olduğunu göstərir. Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdiyi sübutları obyektiv qiymətləndirməkdir. Məhkəmə iddiaçının 'səs yazısı var' bəyanatını fakt olmasa da fakt kimi qəbul edir, onun (cavabdehin) əvvəlki işdəki ifadələrini isə bu işə aidiyyəti olmasa da daxil edir və ona əsaslanır. Iddiaçı sübutu təqdim etməyib, məhkəmə isə tələb etməyib. Bu, faktların tam araşdırılmadığını və sübutetmə yükünün pozulduğunu sübut edir. Birinci instansiya məhkəməsi qətnaməni çıxararkən iddiaçının tərəfindən məhkəməyə təqdim edilməmiş, məzmunu məlum olmayan, ekspertizadan keçirilməyən və hüquqi qüvvəsi təsdiqlənməyən bir 'səs yazısı' iddiasına əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə, iddiaçı öz iddiasını sübut etməli olduğu halda, məhkəmə heç bir maddi sübut olmadan şifahi mülahizələrə əsasən qətnamə çıxarmışdır ki, bu da qətnamənin ləğv edilməsi üçün ciddi prosessual əsasdır. Birinci instansiya məhkəməsi iddiaçıdan sübut tələb etməyərək iddianı təmin etdi. Əsaslandığı isə onun digər işdəki fikirləri idi. Halbuki o fikirlər başqa zamanda və şəraitdə başqa şərtlər daxilində deyilmişdi. Bu sübutun təqdim edilməməsi, qarşı tərəfin iddiasının faktiki əsassızlığını ortaya qoyur. Yuxarıdakılara əsasən Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır.

8. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı tərəfindən etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60.1-ci maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə əsasən Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 573.1-ci maddəsinə görə Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 646.1-ci maddəsinə görə Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Cavabdeh Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsinin faktiki hissəsindən müəyyən olunur ki, həmin iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “Evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evin cavabdehin vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddiasında cavabdehə sözü gedən mənzilə görə 6000 manat borclu olduğunu və pulu geri qaytarmağa hazır olduğunu bildirir və eyni zamanda sözü gedən qətnamənin qət etdim hissəsində İddiaçı ödədiyi pulla əlaqədar olaraq mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Məhkəmə evin təmirinə çəkilmiş 3000 manat pul tələbinə dair hissədə isə bildirmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı təmirə çəkilmiş xərcləri tələb etsədə lakin mənzilin əvvəlki vəziyyəti ilə sonrakı vəziyyəti arasında olan fərqi, görülmüş təmir işlərinin konkret siyahısını və çəkilmiş xərcə dair heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar