Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-79/2026 04.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(054)-671/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin 8(054)-107/2025 nömrəli, 24 sentyabr 2025ci il tarixli qərardadına əsasən müəyyən edilmiş 0,69 misli həddində indeksasiya məbləğinin azaldılaraq 0,25 misli həddində müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 oktyabr 2013-cü il tarixdə Oğuz rayon Filfilli kənd İcra Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Sevinc Yavər qızı ilə ailə qurmuşdur. Onunla rəsmi nikahda olduqları müddətdə 23 iyun 2015-ci il təvəllüdlü X11 adlı bir uşaqları olmuşdur. Uşaq hazırda da Cavabdeh himayəsindədir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-377/2017 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuş, boşanmadan sonra qızı Ayselin yetkinlik yaşma çatana kimi saxlanması üçün ondan hər ay qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında, lakin hər ay 80 manat sabit pul məbləğindən az olmamaqla alimentin Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 2(054)- 377/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ona qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, müraciətində qeyd edərək bildirmişdir ki, 2025- ci ildə minimum əmək haqqı artaraq 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında minimum əmək haqqı 116 manat məbləğində olarkən, yəni 2017-ci ildə himayəsində saxlanılmış uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün həray 80. manat, yəni həmin il üçün minimum əmək haqqının 0,69 misli həddində təyin edimişdi 2025-ci ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə görə qızı Ayselin saxlanması üçün 2017-ci ildə müəyyən edilən aliment məbləğinin indeksasiya edilməklə 400 x 0,69 = 276 manat həddində müəyyən edilməlidir. Cavabdeh ərizəsi Oğuz Rayon Məhkəməsinin 8(054)-107/2025 nömrəli qərardadı ilə təmin edilərək xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054)-377/2017 saylı qətnaməsi ilə ondan Cavabdeh xeyrinə hər ay 80 (səksən) manat sabit pul məbləğindən az olmamaqla tutulmalı olan hissəsi sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində indeksasiya olunmuşdur. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci-ci il tarixdən başlanılmışdır. Hazırki indeksasiya nəticəsində onun ödəməli olduğu aliment məbləği 2.5 dəfə artmışdır. Özü işləmir və qazanc yeri yoxdur. 0,69 misli həddində indeksasiya onun maddi imkanlarına uyğun olmamaqla ailə vəziyyətinə ciddi təsir göstərəcək. Belə ki, o, Günay Rəfail qızı ilə ikinci dəfə rəsmi nikahla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2019-cu il tarixdə X9 adlı bir övladı doğulmuşdur. Eyni zamanda, hazırda arvadı Günay Məcidova ikinci uşağa 6 aylıq hamilədir. Oğuz Rayon Məhkəməsinin 8(054)-107/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərardadına əsasən aşağıdakı əsaslara görə narazıyam: 1. "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci ildə uşaqlar üçün yaşayış minimumu 136 manat müəyyən edilmişdir. Həmin tarixdə mənə təyin edilmiş aliment məbləği 80 manat olmuşdur. Bu isə 2017-ci ildə uşaqlar üçün yaşayış minimumuna nisbətdə 0,58% demək idi. 2. Hazırda xx.xx.2017-ci il tarixli 2 (054)- 377/2017 nömrəli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağır vəziyyətə salmışdır. Ödəməli olduğu alimentin miqdarının ölkə üzrə ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində indeksasiya olunması barədə qətnamə qəbul edilməsini istəyir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, aliment məbləği indeksasiya olunduqdan sonra məbləğ hədsiz yüksəlmişdir. O, hazırda hər ay həmin məbləği ödəmək iqtidarında deyildir. Belə ki, o, işsizdir və 2-ci qrup əlil olduğuna görə ona təyin edilmiş pensiya ilə dolanır. Eyni zamanda, o yenidən ailə qurmuş və həmin evliliyindən də 1 övladı olmuş, 1 övladı da dünyaya gələcəkdir. Belə olan halda o, ailəsinin maddi ehtiyaclarını ödəyə bilmir. O, cavabdehlə birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cəmi 100 manat aliment ödəyə bilər. Qeyd etdiklərinə əsasən aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, hazırda işsizdir və aldığı alimentlə uşağın maddi ehtiyaclarını qarşılamağa çalışır. Aliment məbləğinin azaldılması uşaqların normal yaşayış şəraitinə mənfi təsir göstərəcəkdir. Ona görə də alimentin miqdarının azaldılmasına etiraz edir. O, alimentin heç olmasa 246 manat müəyyən edilməsini istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Oğuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(054)-671/2025 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) iddianın tələbinin qismən təmin olunması, İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində indeksasiya olunmuş sabit pul məbləğindən az olmamaqla tutulmalı olan alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində müəyyən edilməsi, alimentin bu qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. 6.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaq əvvəl olduğu kimi hazırda da cavabdehin yanında yaşayır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-377/2017 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-107/2025 saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində indeksasiya olunmuşdur.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Hazırda iddiaçı cavabdehlə birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində alimentin azadılaraq 0,25 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi hazırki aliment məbləğinin kifayət qədər yüksək olmasına, yenidən nikah münasibətlərinə daxil olmaqla həmin münasibətdən övladının dünyaya gəlməsinə, beləliklə ailəsinin maddi ehtiyaclarını ödəyə bilməməyinə istinad edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, uşağın maddi ehtiyaclarını yalnız aliment ödənişi sayəsində ödədiyini bildirmişdir.
8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X11 adlı bir uşağı dünyaya gəlmişdir. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan dünyaya gəlmiş uşaq Cavabdeh himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment müəyyən edilmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra məhkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq minimum əmək haqqının 0,69 misli həddində, yəni 2025-ci il üçün 276 manat müəyyən edilmiş, bununla da, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ əvvəlki aliment məbləğinə münasibətdə üç dəfədən çox artmışdır ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşağının, həm də digər ailə üzvlərinin maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir.
9. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü, eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olması, bundan əlavə iddiaçının yenidən nikaha daxil olması və həmin evliliyindən azyaşlı övladının da dünyaya gəlməsi nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır.
10. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçının cavabdehə ödəməli olduğu, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində indeksasiya olunmuş sabit pul məbləğindən az olmamaqla tutulmalı olan alimentin məbləğinin miqdarı azaldılaraq 180 manat məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində tutulmasının müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 112.1,-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.13 və 8.14-cü bəndlərinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında 2-ci qrup əlil olduğunu, 2-ci qrup əlil kimi 220 manat sosial müavinət aldığını, xx.xx.1997-ci il tarixdən Şəki Rayonlararası Psixatriya Xəstəxanasında yüngül əqligerilik diaqnozu ilə dispanser müşahidəsində olduğunu, səhhətilə bağlı hərbi xidmətə aparılmadığını, hərbi xidmətə çağırılan zaman müayinə zamanı onun oliqofreniyanın orta dərəcəli debillik səviyyəsində emosional iradi pozğunluqla diaqnozu ilə xəstə olduğunun müəyyən edildiyini, həmin əsasla hərbi xidmətə yararsız hesab edilmiş olduğunu, iş qabiliyyətim olmadığını, heç yerdə işləmədiyini, hər hansı qazancı olmadığını, Cavabdeh boşanandan sonra 16 noyabr 2018-ci il tarixdə Oğuz Rayon İHB-nın Xaçmaz İƏD üzrə Nümayəndəliyində rəsmi nikah qeyd etdirməlkə X8 adlı başqa bir qadınla ailə qurduğunu, Günay Məcidova ilə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2025-ci iltəvəllüdlü X12 adlı 2 uşağı olduğunu, hazırda o, arvadı və 2 uşağı da valideynlərinin maddi yardımı hesabına yaşadıqlarını, Cavabdeh bu günədək alimenti də yaşlı atası X1 həyata keçirdiyini bildirmişdir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi ərizəsini qismən təmin edilərək ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. O, aliment ödəməkdən qaçmır. İmkan daxilində Cavabdeh da aliment ödəmək zərurəti olduğunu düşünür. Amma onun 100 manatdan yuxarı məbləğdə aliment ödəmək imkanı yoxdur. Həmin məbləği də o, deyil valideynlərinin maddi yardımı hesabına ödəyəcəyəkdir. Məhkəmə hazırkı qətnaməni qəbul edərkən qeyd edilən xüsusatları nəzərə almamışdır.
14. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-671/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(054)-671/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
20. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
21. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
22.“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı: Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
23. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
29. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Apellyator Oğuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli 2(054)- 671/2025 nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pozulmuş və Oğuz Rayon Məhkəməsinin 27 iyun 2017ci il tarixli, 2(054)-377/2017 saylı qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuş, azyaşlı uşaq anasının yanında saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında, lakin hər ay 80 manat sabit pul məbləğindən az olmamaqla alimentin Cavabdeh verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-107/2025 nömrəli qərardadına əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilmiş alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.69 misli həddində indeksasiya edilmişdir. İddiaçı 16 noyabr 2018-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuş, sonuncunun ikinci evlilikdən 31 oktyabr 2019-cu il tarixdə Vüsalə və 22 dekabr 2025-ci il tarixdə Rəvan adlı uşaqları doğulmuşdur. İddiaçı Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)- 107/2025 nömrəli qərardadına əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.69 misli həddində müəyyən edilmiş alimenti ödəmək itidarında olmadığını əsas gətirərək həmin alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən isə iddia qəbul edilməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2-ci qrup əlil kimi 220 manat sosial müavinət alması, xx.xx.1997-ci il tarixdən Şəki Rayonlararası Psixatriya Xəstəxanasında yüngül əqligerilik diaqnozu ilə dispanser müşahidəsində olması, iş qabiliyyətinin olmaması və heç yerdə işləməməsi, hər hansı qazancının olmaması, Cavabdeh boşanandan sonra başqa bir qadınla ailə qurması, Günay Məcidova ilə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2025-ci iltəvəllüdlü X12 adlı 2 uşağının olması, onun 100 manatdan yuxarı məbləğdə aliment ödəmək imkanının olmamasına dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
36. Belə ki, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin valideynin sonradan bağladığı nikah və həmin nikahdan doğulan uşaqların mövcudluğu əvvəlki nikahdan olan uşaqların maddi təminat səviyyəsinin azaldılmasına əsas vermir.
37. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
38. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə hüquqi qiymət verilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq onun saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Kollegiya qeyd edir ki, 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilməsinə baxmayaraq, Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbi baxımından valideynlərin öz uşaqları barəsində bərabər vəzifə daşımaları nəzərə alınaraq, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbi baxımından sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması ilə yanaşı tərəflərin maddi və ailə vəziyyətləri də nəzərə alınmalıdır.
41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin mübahisələndirilən hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi və dəyişdirilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(054)- 671/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2(054)-671/2025 nömrəli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.