Məhkəmə qərarları › İş №2(3-10)-832/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-832/2026

01.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-832/2026 01.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi və aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: xitam verilib, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi və aliment tələbinə dair iddiası üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan doğulmuş ##.##.2012-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən alimentin tutulub ödənilməsi və X2 atasının himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi və aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsini və mülki iddiaya mahiyyəti üzrə baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində artıq məhkəmə qətnaməsi çıxarıldığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırır ki, qanuni qüvvəyə minmiş Ağdaş Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2016-cı il tarixli qətnaməsinə əsasən Vüsalə Qəribova cəza çəkdiyi müddətdə onun himayəsində olmuş az yaşlı uşağı X2 atası İddiaçı himayəsində saxlanılması ilə bağlı mübahisə öz həllini tapmış, lakin iddiaçı məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş, az yaşlı uşağı X2 Rusiya Federasiyasına aparmışdır. Birlikdə 2025-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmədiyi üçün iddiaçı barəsində Azərbaycan Respublikası IXMin 528-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Ağdaş rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddiaçı uşağı hazırkı iş üzrə cavabdehə verməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının məhkəmə qətnaməsini icra etməməsinə yönəlmiş qərəzli hərəkələri, yəni uşağı öz yanında saxlaması qanunsuzdur və yeni əsas kimi qəbul edilə bilməz. Bununla belə iddiaçı hazırkı iş üzrə iddia ərizəsində heç bir yeni əsasa istinad etmədən aliment və uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi birgə nikahdan doğulmuş uşağın iddiaçının himayəsinə verilməsinin müəyyən edilməsi və aliment tələbi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilmişdir. Belə olan halda iddiaçının iddiası eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarının 7.8-ci maddəsinə əsasən məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 267, 269, 366, 397, 400, 402 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar