Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1028/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İsrəfil oğluna qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İsrəfil oğluna qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İsrəfil oğluna qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İsrəfil oğlundan ## #### 2022ci il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 üçün hər ay bir uşağa görə 246 manat olmaqla, iki uşaq üçün 492 manat sabit pul məbləğində aliment tutulması, əlavə olaraq ##.##.2024-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi uşağa qulluq üçün cavabdeh Cavabdeh İsrəfil oğlundan hər ay bir uşağa görə 100 manat aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh Cavabdeh İsrəfil oğlu ilə nikahı rəsmiləşməmişdir. Qeyri rəsmi nikahdan 2 uşağı doğulmuşdur. ## #### 2022-ci il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2. Cavabdehlə aralarında olan narazılığın səbəbi cavabdehin uşaqları ilə maraqlanmaması olmuşdur. Bu səbəbdən də, ayrılmışlar. Hazırda uşaqları üçün aliment tələb edir. Cavabdeh 1 ildir ki, ayrı yaşayır. Cavabdeh fərdi təsərrüfatla məşğul olmaqla 5000 xırda baş buynuzlu qoyun sürüsü vardır. Hazırda o və uşaqlar atasının himayəsində yaşamaqla cavabdeh könüllü olaraq heç bir maddi yardım göstərmir. Atası 1-ci qrup əlil olmaqla onları pensiyası ilə saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, məcbur qalıb uşaqları üçün aliment tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbinin qismən təmin edilməsi, ## #### 2022-ci il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ##.##.2025-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq cavabdeh Cavabdeh İsrəfil oğlundan iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması, ##.##.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh İsrəfil oğlundan iddiaçı İddiaçı xeyrinə 50 manat alimentin tutulması qərara alınmışdır.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilib. Belə olan halda məhkəmə 2025-ci il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını, iddiaçının 246 manat məbləğində sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin müddəalarına görə ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini təsbit edən 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmçinin, məhkəmə iddia tələbinin 100 manat məbləğində uşağın 3 yaşına kimi saxlanılması tələbinə dair hissədə Ailə Məcəlləsinin 84.2.2-ci maddəsini əsas götürərək, məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə bildirmişdir ki, ##.##.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən 50 manat məbləğində aliment tutulmalıdır.
5. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və II hissələrinə, 34-cü maddəsinin III və IV hissələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.2, 86-cı maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” # ####### 2012ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 100.2, 217.4-cü maddələri və 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Cavabdeh İsrəfil oğlu qətnamədən apellyasiya şikayəti verərək, *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilərək, ## #### 2022-ci il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ##.##.2025-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq, ondan iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmasının qət edilməsini, qalan hissələrdə iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o ayda hər bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində - yəni hər uşaq üçün 248 manat aliment ödəyə bilməz. Belə ki, o heç bir yerdə işləmir, ancaq orta təhsili vardır. Başqa şəxslərin qoyunlarını saxlamaqla çobanlıq edir. İddiaçının iddia ərizəsində guya onun fərdi təsərrüfatla məşğul olmaqla, 5000 baş xırda buynuzlu qoyun sürüsünün olmasını göstərməsi yalandır. Hakim qərar çıxararkən iddiaçının heç nə ilə sübut olunmayan bu fikrinə əsaslanmış, onun faktiki maddi durumu barədə məhkəmədə bildirdiklərini nəzərə almamış, faktiki maddi durumunu aydınlaşdırmağa cəhd belə göstərməmişdir. Onlar məhkəmədə bildirdilər ki, o hal-hazırda yeni ailə qurub, həyat yoldaşı hamilədir. Bunları təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, hakim bu barədə vəsatətlərini rədd edərək, tez-tələsik qərar çıxarmışdır. Bu da özüözlüyündə ədalətsiz məhkəmə qərarının çıxarılmasına səbəb olmuşdur. Bu halda o hər uşaq üçün ayda 200 manat olmaqla, ayda cəmi 400 manat – yəni ayda hər uşaq üçün 2025ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,50 misli həddində sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmə alimentin məbləğini müəyyən edərkən aliment ödəməli şəxsin maddi durumunu, onun faktiki ödəniş qabiliyyətini nəzərə almalıdır. Hal-hazırda onun üzərinə ayda 498 manat aliment ödənilməsi vəzifəsinin qoyulması əvvəlcədən onun bu məbləği ödəyə bilməyəcəyini bilməklə, gələcəkdə onun qanun qarşısında məsuliyyət daşımaqla, özündən asılı olmayan səbəblərdən süni şəkildə cinayət məsuliyyətinə cəlb olunmağına gətirib çıxara bilər. Bu isə, nəticə etibarı ilə nə onun uşaqlarına, nə də ki, uşaqların himayəsində qaldığı İddiaçı xeyirli bir iş olmaz. Bugünkü gündə daşıya bilməyəcəyi yükün onun üzərinə qoyulması gələcəkdə uşaqlarının ümumiyyətlə, alimentsiz qalması ilə nəticələnə bilər ki, bu da uşaqlarının saxlanılmasında və maddi durumunda kəskin çatışmazlıqlar yarada bilər. Ona belə gəlir ki, göstərdikləri ilə iddiaçı da razılaşmalıdır və onun gələcəkdə aliment ödəyə bilməyinin təmin olunması üçün ayda 400 manat aliment ödəməyinə razılıq verməlidir. ##.##.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün ondan iddiaçı İddiaçı xeyrinə 50 manat aliment tutulması da əsaslı deyil. Yuxarıda göstərdiyi səbəblərdən bu məbləğin də ödənilməsi onun maddi imkanları xaricindədir. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Yəni uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı uşaqların saxlanılması üçün bütün yükü onun üzərinə qoymağa çalışmamallı, özü də işləyib, uşaqların saxlanılmasında pay sahibi olmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. İddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment tutulmasını və əlavə aylıq 50 manat ödənişin ödənilməsi hissəsində iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
11. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və cavabdehin nümayəndəsi və vəkili EMİS vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, digər iş üzrə məhkəmə iclasında iştirakı zəruri olduğundan, məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
- 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; - 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.
14. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilib.
15. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** saylı qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
-10.1. Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları aşağıdakılardır: 10.1.1. uşaqların mənafelərinin üstünlüyünün qanunda təsbit edilməklə tanınması; 10.1.2. uşaqların müdafiəsinin və onlara qayğının ilk növbədə təmin edilməsi; -10.2. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır; -55.3. Uşaqlar barəsində icraatın onların üstün mənafeləri nəzərə alınmaqla həyata keçirilməsinə dövlət təminat verir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən alimentin miqdarının müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materiallarına əlavə olunmuş AZ-IV seriyalı, ****** saylı doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.2022-ci il təvəllüdlü X1 anası İddiaçı, atası Cavabdeh İsrəfil oğludur.
22. AZ-V seriyalı ****** saylı doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.2024-cü il təvəllüdlü X2 anası İddiaçı, atası Cavabdeh İsrəfil oğludur.
23. AZ-İ seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, Cavabdeh İsrəfil oğlu İddiaçı dünyaya gəlmiş ##.##.2022-ci il təvəllüdlü X1 atası hesab edilmişdir.
24. AZ-İ seriyalı ****** nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, Cavabdeh İsrəfil oğlu İddiaçı dünyaya gəlmiş ##.##.2024-cü il təvəllüdlü X2 atası hesab edilmişdir.
25. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı aralarında olan ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir.
26. İddiaçı hazırkı iddia tələbində tərəflərin birgə nikahından olan iki uşaq üçün 492 manat sabit pul məbləğində aliment tutulması, əlavə olaraq ##.##.2024-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi uşağa qulluq üçün xərcin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
27. Cavabdeh Cavabdeh İsrəfil oğlunun apellyasiya şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, heç bir yerdə işləmədiyi və qoyun saxlamaqla məşğul olduğu üçün onun tələb edilən alimentin ödənilməsinə imkanı yoxdur.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilə münasibət bildirərək ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşaqlar barəsində icraatın onların üstün mənafeləri nəzərə alınmaqla həyata keçirilməsinə dövlət təminat verir.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh İsrəfil oğlunun maddi vəziyyətinin çətin olması, heç bir yerdə işləməməsi ona üstünlük hüququ vermir və bu səbəbdən uşaqlara daha az miqdarda aliment verməli olduğu barədə dəlili əsassızdır.
30. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, uşaqlara qanunda nəzərdə tutulduğundan daha az miqdarda alimentin tutulması yolverilməzdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** saylı qərarının 8.4- 1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilib.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş - hər uşağa görə hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin sabit pul məbləğində alimentin 0,62 misli həddi - indeksasiya olunmalı aliment məbləğinin minimal həddindədir və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna ən yaxın məbləğdir. Buna görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və iddiaçın apellyasiya şikayətində qeyd etdiyi dəlili əsassız hesab edir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh İsrəfil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e*(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov