Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1029/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimentin miqdarının azaldılması”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların bu nikahlarından ## ###### 2009-cu il təvəllüdlü X5 və ## ###### 2013-cü il təvəllüdlü X6 adlı iki övladları dünyaya gəlmişdir.
2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, ##.##.2016-cı il tarixdən başlayaraq ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay bir uşağa görə 117 manat olmaqla, iki uşağa görə cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
3. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş, AZ-II seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X3 ##.##.2025-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2372 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəzərəliyev, arvada Nəzərəliyeva soyadı verilmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)- ***/**** saylı qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsinə dair tələbkar Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya edilərək, ## ###### 2025-ci il tarixdən başlayaraq ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X6 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində (117 manat : 105 manat = 1,1142 misli, yuvarlaşdırdıqda 1,114 misli) sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.
5. Cavabdeh Qaradağ RİHB Aparatının MKTİB-də mühasib işləyir, əmək haqqı 460 manat təşkil edir. İddiaçı “xxxx” X10 geniş ptofilli avtomobil sürücüsü işləyir, əmək haqqı 1100 manat təşkil edir
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X6 üçün tutulan alimentin miqdarının azaldılaraq, ondan cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (244 manat : 400 manat = 0,61 misli) sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə ## ###### 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahından ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X6 adlı 2 uşaq doğulmuşdur. Sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən nikahları pozulmuş və hər iki uşağın anasının yanında qalmaları qət olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, ##.##.2016-cı il tarixdən başlayaraq ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay bir uşağa görə 117 manat olmaqla, iki uşağa görə cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sonradan Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsi əsasında cavabdeh İddiaçı hər bir uşaq üçün 117 manat məbləğində tutulan aliment məbləğinin 2025-ci il üçün indeksasiyası barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməmişdir, qətnamə qanuni qüvvəsini almışdır və hal-hazırda icra mərhələsindədir. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladlarının saxlanılması üçün ondan tutulan alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Ərizəçinin məhkəmənin müəyyən etdiyi aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya olunmasını xahiş etməsinə baxmayaraq, məhkəmə aliment məbləğini artırmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X6 üçün ondan tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Müəyyən olunmuş aliment məbləği hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya tətbiq edilməklə (400 x 1,114 = 445,60 manat, cəmi 891,20 manat) onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Qeyd edir ki, o, kirayədə qalır, özünə məxsus yaşayış yeri yoxdur. Bundan əlavə, bir neçə kreditləri vardır ki, hər ay xeyli miqdarda kredit ödəyir. Məlumat üçün bildirir ki, onun rəsmi iş yerindən aylıq əmək haqqı 952 manatdan ibarətdir. Stabil aylıq əmək haqqı olan 952 - 891,60 = 60,40 manat məbləği çıxıldıqda, ona yalnız 60 manat pul qalır ki, həmin məbləğlə qətiyyən yaşamaq və ehtiyaclarını ödəməsi mümkün deyil. Qeyd edir ki, o, mediasiya təşkilatına alimentin miqdarının azaldılması üçün müraciət etmişdir. İlkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh gəlmədiyindən mediator tərəfindən ona ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Təyin olunmuş aliment məbləğini hər ay çətinliklə ödəsə də, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya olunması nəticəsində müəyyən edilmiş aliment məbləğinin ödənilməsi onun durumunu daha da çətin vəziyyətə salacaqdır. Bu səbəbdən, qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı azaldılaraq, İddiaçı İddiaçı qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (244 manat / 400 manat = 0,61) sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək haqqı ilə müqayisəli şəkildə təhlil etdikdə görünür ki, iddiaçının həqiqətən qeyd edilən məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillər isə şəxsin əlavə gəlirini sübuta yetirilməsi üçün əsas deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən şəkillərdəki avtokran iddiaçının mülkiyyətində deyildir. İş materillarından da göründüyü kimi iddiaçı geniş profilli avtomobil sürücüsü işləyir. Göstərilən şəkillərdə iddiaçının avtokranı idarə edərkən fotoşəkillərinin çəkilməsi onun əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirdiyini göstərir. Bu səbəbdən iddia təmin edilməli, alimentin məbləği iddiaçının gəlirlərinə uyğun olaraq, lakin uşaqların mənafeyi nəzərə alınaraq adekvat həddə qədər azaldılmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edeilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq iddiaçının tələbini təmin etmişdir. Məhkəmə öz qətnaməsində onun Qaradağ RİHB Aparatının MKTİB-də mühasib işlədiyini və əmək haqqının 460 manat təşkil etdiyini qeyd etsə də əslində onun əmək haqqı 390 manat təşkil edir. Həmçinin özü də tələbədir və ödənişli əsaslarla təhsil alır. İddiaçı illər ərzində yaşayış minimumunun qalxmasına baxmayaraq köhnə ödənişlə yəni hər uşağa 117 manat ödəniş etmişdir. Həmin vaxtlar iddiaçı yaşayış minimumunun yuxarı olmasına baxmayaraq özü könüllü olaraq alimentin məbləğini qaldırmamışdır. Yalnız məhkəmə qərarı olandan sonra ələyağa düşərək alimentin məbləğini azaltmağa çalışır. Məhkəmə alimentin azaldılması barədə qətnamə qəbul edərkən 2016-cı il tarixdə minumum əmək haqqı 105 manat olmaqla təyin edilmiş aliment minumum əmək haqqının 0,114 mislinin təşkil edirdi. Hazırda da həmin məbləğ indeksasiya edilərək hazırkı minumum əmək haqqının 1,114 misli məbləğində müəyyən edilməli idi. Alimentin məbləğinin azaldılması tamamilə əsassız və qanunsuzdur. Odur ki, məhkəmənin gəldiyi nəticə səhvdir.
b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, özü də tələbədir, ödənişli əsaslarla oxuyur, kurslara gedir. Məvacibi uşaqlara tam çatmır. 260 manatla razılaşa bilməz. Böyük uşağın avqust ayında 17 yaşı olacaqdır. 684 manatla razılaşar.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, ikinci dəfə ailə qurmuşdur, kirayədə yaşayır, çatdıra bilmir. 245 manat aliment ödəməyə razıdır. İkinci nikah münasibətlərindən uşağı yoxdur.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyasının
20. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
21. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
23. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
24. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
25. 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.
26. 101.2-ci maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi vəailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir.
27. 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcununşəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
28. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
29. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
30. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:
31. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
32. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
33. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
34. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarına görə
35. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (8.2).
36. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. (8.3)
37. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). (8.4-2)
38. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. (8.6)
39. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələləri nəzərə almalıdırlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
40. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “alimnetin miqdarı” hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.
43. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X6 adlı iki övladları doğulmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə ##.##.2009-cu il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X6 üçün ##.##.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə həmin aliment məbləği indeksasiya edilmiş, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində (117 manat : 105 manat = 1,1142 misli, yuvarlaşdırılmaqla 1,114 misli) aliment tutulması qərara alınmışdır.
44. Hazırda iddiaçı, alimentin məbləğinin azaldılması barədə tələb irəli sürərək göstərmişdir ki, məhkəmənin əvvəlki qətnaməsi ilə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində müəyyən edilmiş aliment onun ailə və maddi vəziyyətinə mənfi təsir göstərir və bu səbəbdən onun maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla əlaqədar iddiaçı ondan cavabdehin xeyrinə tutulmalı olan alimentin məbləğinin azaldılaraq hər ay hər uşağa görə minimum əmək haqqının 0,61 misli həddində müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh isə etirazında və hazırkı apellyasiya şikayətində göstərmişdir ki, alimentin məbləği məhkəmə tərəfindən müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı əhəmiyyətli dəyişiklik baş verməmiş, əksinə uşaqların təminat səviyyəsinin qotunması zəruridir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. İddiaçının istinad etdiyi hallara uyğun gələn iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
47. Beləliklə bu kateqoriyadan olan işlərə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun xeyrinə aliment tutulan şəxsin təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
48. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.
49. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsin alimenti ödəmək vəzifəsindən azad edə bilər.
50. Məhkəmə kollegiyası hesab edir ki, alimentin indeksasiyası nəticəsində onun məbləği artmış, bu isə iddiaçının maddi yükünün artmasına səbəb olmuşdur. Halbuki, iş materiallarına iddiaçının maddi vəziyyətində alimentin bu dərəcədə artırılmasını əsaslandıra biləcək hər hansı yaxşılaşmanın baş verdiyini təsdiq edə biləcək sübut əlavə edilməmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı sonradan ailə qurmuş və bu hal da onun ailə və maddi vəziyyətinə təsir göstərən mühüm amil kimi qiymətləndirilməlidir. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, iddiaçının ailə və maddi vəziyyəti nəzərə alınmalı və alimentin məbləğinin müəyyən edilməsi zamanı hüquqi əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirilməlidir.
51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri nəzərə almaqla Ailə Məcəlləsinin 112.1-ci maddəsini düzgün tətbiq etmiş və alimentin məbləğinin azaldılması üçün əsasların mövcud olduğu barədə haqlı nəticəyə gəlmişdir. Bununla belə, birinci instanisya məhkəməsi alimentin məbləğini müəyyən edərkən iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən uşaqların hazırkı yaşını, onların getdikcə artan tələbatlarını, alimentin azaldılmasının onların tam və hərtərəfli inkişafına (onların qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini və s. halları yetərincə nəzərə almamışdır. Məhkəmə kollegiyası alimentin məbləğinin müəyyən edilməsi zamanı həmin halların nəzərə alınmasının zəruri olduğu qənaətinə gəlir.
52. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
53. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
54. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” # ####### 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
55. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etsə də, alimentin məbləğini müəyyən edərkən nəzərə alınmalı olan halların tam və hərtərəfli qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, tərəflərin birgə uşaqlarının ananın himayəsində olması, uşaqların təminat səviyyəsinin mümkün qədər yüksək saxlanılması zərurəti, eləcə də qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu meyarları baxımından təyin edilmiş aliment məbləği kifayət qədər əsaslandırılmamış və nəticə etibarilə uşaqların mənafelərinin tam təmin olunmasına xidmət etməmişdir.
56. Qanunvericiliyin tələblərinə görə aliment institutunun əsas məqsədi ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, eləcə də uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin bu vəzifənin icrasına məcburi qaydada cəlb olunmasından ibarətdir. Bu baxımdan alimentin məbləği müəyyən edilərkən uşaqların mənafeləri üstün tutulmalı və valideynlərin maddi imkanları ilə uzlaşdırılmalıdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin minimum əmək haqqının 0,70 misli həddində müəyyən edilməsi həm uşaqların normal həyat şəraitinin təmin olunmasına, həm də iddiaçının üzərinə həddindən artıq maliyyə yükünün düşməməsinə xidmət edir və tərəflər arasında ədalətli balansın qorunmasını təmin edir. Həmin məbləğ uşaqların mənafelərinə uyğun olmaqla yanaşı, valideyinləri arasında nikah pozulmazdan mövcud olmuş təminat səviyyələri və onların cari gündəlik və artan tələbatlarının ödənilməsi baxımından kifayət qədər əsaslı hesab olunur. Belə yanaşma həm uşaqların üstün mənafeyi prinsipinə, həm də ədalət və mütənasiblik meyarlarına uyğun gəlir.
58. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın mübahisələndirilən hissədə qiyməti iddiaçıya münasibətdə (6.720-5.856) və cavabdehə münasibətdə (10.694,4 - 6.720) beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
59. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən - “alimentin miqdarı” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı ## ###### 2009-cu il təvəllüdlü X5 və ## ###### 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Leyla Əliyeva