Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1033/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə qızının, Cavabdeh Cavabdeh Tarıverdi qızının iştirakı ilə, İddiaçı İddiaçı Şamil oğlunun cavabdeh Cavabdeh Tarıverdi qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Tarıverdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(001)-****/**** saylı qətnamə ilə ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh Tarıverdi qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(001)- ****/**** saylı qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Şamil oğlundan Cavabdeh Tarıverdi qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində, yəni 400 x 0.89 = 356 manat məbləğində indeksasiya edilmişdir. Hazırda iddiaçı həmin məbləğin müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilərək azaldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Şamil oğlu cavabdeh Cavabdeh Tarıverdi qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilmiş aliment miqdarının azaldılaraq ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən ##.##.2012-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanılması üçün ondan, yəni İddiaçı Şamil oğlundan hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh Tarıverdi qızına ödənilməsi qət edilmişdir. Cavabdeh Tarıverdi qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan, yəni İddiaçı Şamil oğlundan hər ay tutulan sabit pul məbləğində alimentin indeksasiya edilərək İddiaçı Şamil oğlundan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə tələbkarın ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı Şamil oğlundan ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunması qərara almışdır. Onun ailə və maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişiklik olmuşdur və hazırda təyin edilmiş minimum əmək haqqının 0.89 misli həddindəki aliment miqdarını 356 manat məbləğini ödəmək iqtidarında deyildir. Belə ki, o, yenidən ailə həyatı qurmuşdur və himayəsində yetkinlik yaşına çatmayan üç övladı vardır. Cavabdehlə aralarındakı nikah xitam olunduqdan sonra o, ## ###### 2020-ci il tarixdə Nümayəndə qızı ilə nikaha daxil olmuş və bu nikahdan onların üç övladları – ## ######## 2020-ci il təvəllüdlü X4, ## ###### 2023-cü il təvəllüdlü X8 və ## ### 2025-ci il təvəllüdlü X6 anadan olmuşdur. Göründüyü kimi, o, artıq X3 minimum əmək haqqının 0.89 misli həddindəki aliment miqdarını ödəməkdən əlavə, həm də himayəsində olan yetkinlik yaşına çatmamış üç övladının da sosial-maddi ehtiyaclarını qarşılamalıdır. Onun hazırda maddi vəziyyəti sabit deyildir və öz ailəsinin maddi ehtiyaclarını qarşılayacaq qədər gəliri yoxdur. O, nəinki indeksassiya olunmuş aliment ödənişini X3 ödəyə bilmir, o, heç hazırkı maddi vəziyyətinə görə öz ailəsinin maddi-sosial rifahını təmin etməkdə belə çətinlik çəkir. Belə ki, onun hazırda hər hansı bir gəlir mənbəyi və iş yeri yoxdur və fürsət tapa bildikcə günəmuzd işlərlə məşğul olaraq ailəsinin sadəcə gündəlik maddi tələbatlarını qarşılamağa çalışır. Göründüyü kimi, onun ailə və maddi vəziyyətində əsaslı dəyişikliklər olmuşdur və bu dəyişikliklər hazırda X3 üçün təyin edilmiş aliment miqdarının azaldılmasını zəruri edir. Əks halda, bir tərəfdən X3 maddi vəziyyəti düşünüldüyü halda, digər tərəfdən onun digər üç övladlarının maddi və sosial rifahının təmin olunması qeyri-mümkün hal alır. Buna görə də ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqını, onun sabit gəlirinin olmamasını və himayəsində yetkinlik yaşına çatmayan 3 övladının sosial rifahını nəzərə alaraq, hesab edir ki, ondan tutulan alimentin miqdarı azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 mislində müəyyən olunmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(001)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı Şamil oğlundan Cavabdeh Tarıverdi qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində (400 x 0.65 = 260 manat) sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının indeksasiya edilərək müəyyən edilmiş aliment məbləğinin ödənilməsi üçün kifayət qədər qazanca malik olmadığı iş materialları ilə təsdiq olunduğundan, eyni zamanda himayəsində üç azyaşlı övladı olduğundan, müəyyən olunmuş alimentin məbləğinin azaldılması (dəyişdirilməsi) üçün kifayət qədər əsaslar mövcud olduğundan, həmçinin tərəflərin hazırki (real) maddi imkanları nəzərə alınmalıdır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qanunsuz və əsassız qətnamənin ləğv edilməsi və iddiaçının iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarı.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016cı il tarixli Qərarı.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. . Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, qanunverici heç də aliment təyin olunarkən uşaqlar üçün yaşayış minimumu həddində alimentin tutulmalı olmasını nəzərdə tutmamışdır və minimum həddən yuxarı alıment tutulması barədə heç bir qadağanedici norma yoxdur. Məhkəmə Kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı ## ###### 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hazırki iddia tələbi, müəyyən olunmuş alimentin miqdarının azaldılmasından ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin faktiki hallarından görünür ki, ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin hər ay hər uşaq üçün məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunan zaman artıq iddiaçı yeni ailə həyatı qurmuş və hazırda həmin nikahdan üç ovladı var. Yuxarda istinad edilən qanunvericilikdə qeyd edilir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Göründüyü kimi alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. İş materiallarından həmçinin müəyyən olunur ki, İddiaçı Şamil oğlu ilə X1 arasında bağlanmış əmək müqaviləsi əsasında “menecer, mağaza” vəzifəsində işləyir və 400 manat məbləğində əmək haqqı alır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunmuş alimentin məbləği həddən artıq yüksəkdir və ödənilməsi iddiaçının imkanı xaricindədir. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının 356 manat məbləğində müəyyən olunmuş alimenti ödəyə bilməməsi alimentin məbləğinin azaldılması üçün heç bir əsas verməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin istinad edilən halları alimentin məbləğinin müəyyən olunduğu vaxt tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının indeksasiya edilərək müəyyən edilmiş aliment məbləğinin ödənilməsi üçün kifayət qədər qazanca malik olmadığı iş materialları ilə təsdiq olunduğundan, eyni zamanda himayəsində üç azyaşlı övladı olduğundan, müəyyən olunmuş alimentin məbləğinin azaldılması (dəyişdirilməsi) üçün kifayət qədər əsaslar mövcud olduğundan, həmçinin tərəflərin hazırki (real) maddi imkanları nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(001)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı Şamil oğlundan Cavabdeh Tarıverdi qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində (400 x 0.65 = 260 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh Tarıverdi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.