Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1058/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ödənilən alimentin 35%-nin açılmış hesaba köçürülməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2018- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İddiaçı hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
2. Iddiaçı məhkəmə qətnaməsi ilə tutulan alimentin 35%-nin uşaqların adına açılmış hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Iş üzrə qəbul olunmuş məhkəmə aktları
3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 üçün ödədiyi hər uşaq üçün 272 manat alimentin 35%-nin onların adına açılmış hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək cavabdeh Cavabdeh ilə aralarında ##.##.2015-ci il tarixli * saylı Bakı Asan Xidmət qeydiyyat şöbəsinin AA****** saylı qeydə alınmış nikahın pozulması və övladları ##.##.2016 cı il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 iddiaçının himayəsinə verilməsinə dair qətnamə qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/** saylı iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların ondan alınaraq analarının yanında qalmaları, ondan hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi, alimentin tutulmasının əvvəlinin uşaqların icra qaydasında anaya verildiyi tarixdən hesablanması, məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manat hissəsinin İddiaçı, 30 (otuz) manat hissəsinin isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Iddiaçı tərəfindən həmin məhkəmə qətnaməsindən apellyasiya məhkəməsinə şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi aliment tutulması hissəsində dəyişdirilmiş, ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı alimentin məbləğinin bir hissəsinin bank hesabına köçürülməsinin uşağın mənafeyinə xidmət etdiyini əsaslandıra bilməmiş, bunu sadəcə olaraq gələcəkdə uşaqların təhsil almaları ilə bağlı yarana biləcək əlavə xərclərinə görə etdiyini qeyd etməklə kifayətlənmişdir.
7. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsi eyni qaydada əsaslandırılmışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
10. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir.
14. Işin halları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2018- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İddiaçı hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
15. Iddiaçı məhkəmə qətnaməsi ilə tutulan alimentin 35%-nin onların adına açılmış hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
19. Şərh olunanlardan göründüyü kimi iddiaçının məhkəmə qətnaməsi ilə tutulan alimentin 35 faizinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə tələbi qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı olmaqla Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin müddəalarına uyğun olaraq borclunun ərizəsi əsasında icra icraatı qaydasında baxılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməldir.
21. Mülki Prosessual Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
22. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək hazırkı iş üzrə icraata xitam verilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏRARA ALDI:
Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə tutulan alimentin 35%-nin açılmış hesaba köçürülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Iddiaçıya izah edilsin ki, alimentin tutulmasına dair qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə işə baxmış məhkəməyə icra icraatı qaydasında müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Nigar Nəbizadə Məhəmməd Rüstəmli