Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1148/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabeh “xxxx” MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «maddi və mənəvi zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı və nümayəndəsi və vəkili vəkil2, cavabdeh "xxxx" MMC-nin və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi və vəkili Quliyeva-X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: "xxxx" MMC-nin klinikasında burun deformasiyasının cərrahi üsulla aradan qaldırılması üçün İddiaçı üzərində renoplastika əməliyyatının həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən icra olunmasına razılıq verib.
2. “xxxx” MMC ilə X1 arasında bağlanmış Pullu tibbi xidmətlərin göstərilməsi haqqında ##.##.2022-ci il tarixli müqaviləyə əsasən bu müqavilə əsasında klinika pasiyentə və yaxud onun tapşırığı ilə himayəsində olana pullu müalicəvi-diaqnostik tibbi yardım göstərilməsi öhdəliyinin öz üzərinə götürməsi haqqında müqavilə bağlanılmışdır. Bu müqavilənin 3-cü bəndinə əsasən pasiyent göstərilən tibbi xidmətlərin haqqını klinikanın tarifləri üzrə Azərbaycan Respublikasının milli valyutasında (AZN) hesablaşma anına tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən nəğd və ya köçürmə yolu ilə ödənilir.
3. Ambulator, stasionar xəstənin tibbi kitabçasından çıxarışda müəyyən edilib ki, X3 ##.##.2022-ci il tarixdə daxil olub, ##.##.2022-ci il tarixdə çıxıb. Tam diaqnozu (əsas xəstəlik, yanaşı gedən ağırlaşmalar) xarici burun deformasiyası, burun çəpəri əyriliyi, hipertrofik rinitdir. Xəstəyə ümumi narkoz altında rinoplastika əməliyyatı aparılmış, qanaxma yoxdur, buruna silikon tamponlar qoyulmuş, 1 həftədən sonra tampon çıxarılacaq, 1 ay ərzində aktiv hərəkət olmaz. Müalicə həkimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs.
4. Lor cərrah doktor Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli izahatda göstərilib ki, “xəstə X3 ##.##.2022ci ildə onun müaynəsinə müraciət etmişdir. Apardığı kliniki-lobarator instium müayinələr nəticəsində xəstəyə xarici burun deformasiyası və burun çəpəri əyriliyi, hipertrofik rinit diaqnozu qoymuş və xəstəyə həmin tarixdə X9 Rinoseptoplasiya əməliyyatını icra etmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. ##.##.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə ambulator müalicəyə göndərilmişdir. 1 həftə sonra təkrar müayinə aparılmışdır. Burundan internal splint və gips sarğı çıxarılmışdır. Əməliyyat sahəsində pataloji dəyişiklik müşahidə edilməmiş və endoskopik müayinənin köməyi ilə burun daxili təftiş aparılmış və patalogiya müşahidə edilməmişdir. Xəstədən əməliyyat şikayəti bildirilməmişdir. 1 ay sonra müayinə aparılmış, pataloji vəziyyət qeyd edilməmiş, tənəffüs sərbəst olmuş, xəstənin heç bir şikayəti olmamışdır. Növbəti müayinə 6 ay sonra təyin edilmiş, lakin xəstə müayinəyə gəlməmişdir. 2023-cü ilin sentyabr ayında təkrar müayinə üçün müraciət etmiş və burnun xarici görünüşünün qeyri-təbii olmasından şikayət etmişdir. Təkrar müayinədə şikayətlərin əsassız olduğu qeyd edilmişdir. Xəstə təkid edərək cərrahi müdaxilə etməsinə ehtiyac olduğunu bildirmişdir. Xəstəyə bu cərrahi müdaxilənin lazımsız olduğu və bu müdaxilənin lazımsız olduğu və bu müdaxilənin xəstənin sağlamlığına zərər verməsi barədə məlumatlandırılmışdır. Xəstənin davamlı təkidi əsasında xəstənin qeyd etdiyi nöqtələrdə təhlil formada, lokal anesteziya altında Əngsum.. burun çıxıntısının bayır səhifəsi üzərində yonulma proseduru icra edilmişdir. Prosedur fəsadsız keçmişdir. Xəstənin burun dərisinin qalın olması, spesifik dəyişiklikləri nəzərə alaraq ola biləcək dəyişiklər barədə məlumat verilmişdir. Aparılacaq bütün prosedur X14 uyğundur. Xəstənin şikayəti əsassızdır. Əlavə olaraq qeyd etmək istəyir ki, xəstənin uzun müddət konfakt və təkrari müayinələr zamanı xəstə disbalans, qərarsızlıq, qeyri-adekvatlıq və isterik hallara meyillilik əlamətləri müşahidə edilmişdir. Bunun xəstənin hər iki bilək nahiyəsində aparılmış kəsilmiş yara (özü tərəfindən) çapıqların izləri psixoloji problem şübhəsini gücləndirir.
5. Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda göstərilib ki, “xxxx” özəl tibb müəssisəsində İddiaçı göstərilmiş tibbi xidmətlə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığı müraciətinə baxılmışdır. Qeyd olunmuşdur ki, tərəflərindən araşdırma apararkən aidiyyəti üzrə həkim otorinolarinqoloq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müvafiq izahat götürülmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs öz izahatında İddiaçı ##.##.2022-ci il tarixində klinikaya müraciət etdiyini, aparılmış müayinələrdən sonra xəstəyə “Xarici burun deformasiyası” və “Burun çəpəri əyriliyi”, “Hipertrofik Rinit” diaqnozunun qoyulduğunu və həmin tarixdə “X9 Rinoseptoplastika” əməliyyatını icra etdiyini, əməliyyatdan sonrakı dövrün fəsadsız keçdiyini, ##.##.2022-ci il tarixində xəstənin kafi vəaziyyətdə ambulator müalicəyə göndərildiyini qeyd etmişdir. 1 (bir) həftə sonra təkrari müayinənin aparıldığını, burundan “İnternal Splint " və gips sarğısını çıxardığını, əməliyyat sahəsində patoloji dəyişikliyin müşahidə edilmədiyini və endoskopik müayinənin köməkliyi ilə burun daxili təftiş aparıldığını, patologiyanın aşkarlanmadığını və xəstənin əməliyyat şikayətinin olmadığını vurğulamışdır. Eləcə də həkim otorinolarinqoloq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs pasiyentdə bir ay sonra növbəti kontrol müayinə zamanı, patoloji vəziyyətin qeyd edilmədiyini, tənəffüsün sərbəst olmasını, xəstənin heç bir şikayətinin olmadığını, növbəti müayinənin 6 (altı) ay sonra keçiriləcəyini, lakin pasiyentin müayinəyə gəlmədiyini, 2023-cü ilin sentyabr ayında təkrari müayinəyə gələrək, burnunun xarici görünüşünün qeyri-təbii olmasından şikayətləndiyini öz izahatında bildirmişdir. Müraciətində qeyd olunan faktların eyni zamanda mülki məsələ olduğunu, sağlamlığında yaranmış problemlərin məhkəmə - tibb ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyi və dəymiş ziyanın ödənilməsi məsələsinin Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, təsdiqedici sənədlərlə birlikdə məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilir.
6. Binəqədi rayon prokurorluğunun ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməlində hər hansı cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, həmçinin İddiaçı Əmrah qızına sağlamlığına vurulmuş zərərin ödənilməsi məqsədilə Azərbaycan Respublikası MM-in 1117-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi, toplanmış materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkib əlamətləri olduğundan inzibati xəta barədə iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, komisyon məhkəmə-tibbi ekspertizasının rəylərindən və toplanmış materialdan da görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən icra edilmiş cərrahiyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Burun estetik cəhətdən qənaətbəxş olmamışdır və təkrar əməliyyata ehtiyac vardır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı(3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs göstərməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 3000(üç min) manatın, gələcəkdə çəkiləcək xərcə görə 10000(on min) manatın, mənəvi zərərə görə 50000(əlli min) manatın cavabdeh "xxxx" MMC (VÖEN **********) özəl tibb müəssisəsindən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
8. İddiada göstərilib ki, İddiaçı ##.##.2022-ci il tarixdə "xxxx" MMC (VÖEN **********) özəl tibb müəssisəsində həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Rinosptoplastika əməliyyatı edilmişdir. Bir gün sonra yəni, ##.##.2022-ci il tarixdə evə buraxılmışdır. Lakin əməliyyatı başdansovdu və səhlənkarlıqla icra etdiyindən hazırda səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, o, əvvəlcədən qan azlığından əziyyət çəkmişdir. İndi bilmişdir ki, bu əməliyyat ona əks göstəriş imiş, lakin bu hal tibb müəssisəndə ümumiyyətlə araşdırılmamışdır. Bundan əlavə, burnunun xarici görünüşündə az hissəsində düzəliş edilməli olduğu halda burun sümüyündə kəsiklər aparıldığından və əməliyyat lazımi qaydada icra edilmədiyindən burun sümüyü sonradan yanaq sümüklərinə tərəf əyilərək həm estetik həm də sağlamlığına ciddi zərər vermişdir. Belə ki, gecələr yata bilmir, göz qapaqları yarıaçıq qaldığından gözlərində acışma və quruluq əmələ gəlmiş və ən dəhşətlisi nəfəs alma çətinləşmişdir. Bu vəziyyəti tibb müəssisəsinə bildirdikdə tibb müəssisəsi həkimin üzərinə atır. Həkim isə bir dəfə guya etdiyi əməliyyata düzəliş etmək məqsədilə heç bir keyləşdirici vasitədən istifadə etmədən, əməliyyat otağından kənar yəni özünün xidməti otağında, qardaşının azyaşlı uşağının gözü qarşısında onun burun sümüklərində adları ona məlum olmayan alətlər vasitəsi ilə yenidən yonma həyata keçirmiş, itirdiyi qan və dəhşətli ağrı səbəbindən halı pisləşmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra, ona təkrar əməliyyata girməli olduğunu tövsiyə etmiş və buna görə ondan əlavə 7000 manat pul tələb edilmişdir. Əməliyyat üçün əvvəlcədən 3000 manat tərəfindən ödənilmişdir. Səhhətində yaratmış olduğu bu ağırlaşmalar nəticəsində əvvəlki əmək qabiliyyətini və iş yerini itirmişdir. Yenidən əməliyyat edilmək və sağlamlığına qovuşmaq üçün isə tələb edilən 7000 manatı ödəmək imkanı və həmin həkimin bu əməliyyatı uğurla yerinə yetirə biləcəyinə inamı yoxdur. Öhdəsində azyaşlı və təkbaşına böyütdüyü qızı var. Baş verəcək hər hansı bədbəxtlik nəticəsində balası kimsəsiz qala bilər. Belə ki, səhhəti günbəgün pisləşir və insanların arasına çıxmaqdan da artıq çəkinir. Psixologiyası da pozulmaqdadır. Belə ki, yanından keçən hər kəsin təkrar-təkrar dönüb ona baxması, bəzilərinin hətta yaxınlaşıb “bağışlayın, burnunuza nə olub?” sualını verməsindən artıq bezərək intihar həddinə gəlib çatmışdır. Bununla bağlı etdiyi şikayət üzrə cavabdehlər barəsində cinayət işinin başlanılması rədd edilsə də onların əməlində inzibati xəta olduğundan barələrində qərar qəbul edilməsi üçün aidiyyəti orqanlara göndərilmişdir. Ekspertizanın gəldiyi qənaət də bundan ibarət olmuşdur ki, əməliyyat düzgün icra edilməmişdir və təkrar əməliyyat edilməlidir. Beləliklə, cavabdeh tərəfindən onun sağlamlığına vurulmuş xəsarət nəticəsində iddiaçı hazırda sağlamlığını itirmişdir. İddiaçının düşdüyü vəziyyət onun mənəvi zərər çəkməsi nəticəsinə gəlmək üçün kifayətdir. Çünki hazırki vəziyyətdə iddiaçının hətta küçədə gedərkən insanların yaxınlaşıb ondan burnunuza nə olub sualını verməsi, gözlərinin açıq qalıb, quruması, nəfəs ala bilməməsi və hər dəfə güzgüyə baxarkən ciddi iztirab keçirməsi, bu sarsıntının mənfi psixi reaksiyaya səbəb olmaqla ona mənəvi əzab verməsi şübhəsizdir və belə halların başqa dəlillərlə sübuta ehtiyacı yoxdur. Bundan əlavə, sağlamlığının bərpa edilməsi üçün yenidən maddi vəsait xərcləməlidir, işləməməlidir. Odur ki, iddiaçı, ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) ilkin iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMCdən tibb müəssisəsinə ödənilmiş 1400 (bir min dörd yüz) manat və mənəvi zərərin əvəzi qismində 5000 (beş min) manat tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 84.00 (səksən dörd) manat vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə “Xarici və daxili burun deformasiyası” diaqnozu ilə iş üzrə cavabdeh olan “xxxx” MMCdə klinikaya daxil olmuş və aralarında olan razılaşmaya əsasən klinikanın cərrahiyyə şöbəsində İddiaçı burnunda “Dorsal qoruyucu rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat - cavabdeh MMC-nin işçisi həkim cərrah, hazırki iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən icra edilmişdir. Bu hal işin mübahisəsiz halından ibarətdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının nəticələrinə əsasən İddiaçı ilkin cərrahiyyə əməliyyatından sonra onun burun dorsumunda (arxasında) genişliyin, burunun lateral sümüklərinin aralı olduğu, intranazal müayinə zamanı isə burun bitişmələri və hipertrofik rinitin olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar ona təkrar cərrahiyə əməliyyatının aparılmasına ehtiyacı vardır. Aşkar edilmiş fəsadlar “Dorsal qoruyucu rinoplastika” cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən qüsurlu icrası ilə əlaqələndirilmişdir. İddiaçı icra edilmiş əməliyyata görə cavabdehə 3000 manat məbləğində pul ödədiyini bildirsədə, məhkəməyə təqdim edilmiş qəbzə əsasən əməliyyat üçün iddiaçı tərəfindən cavabdehə 1400 manat məbləğində pul ödənilmişdir. Məhkəmə, iddia tələbinin cavabdeh tərəfindən iddiaçının burnunda cərrahiyyə əməliyyatın düzgün aparılmaması, əməliyyatın qüsurlu icra edilməsi halları ilə əsaslandırılmasını nəzərə alaraq hesab edib ki, bu halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə keçirilmiş ekspert tədqiqatlarına müraciət olunmalıdır. Bu zaman, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə bir neçə dəfə məhkəmə tibbi ekspertiza təqdiqatı aparılmış və hər bir ekspertiza tədqiqatı digərindən fərqlənməməklə iddiaçının ilkin cərrahiyyə əməliyyatından sonra onun burun dorsumunda (arxasında) genişliyin, burunun lateral sümüklərinin aralı olması, intranazal müayinə zamanı isə burun bitişmələri və hipertrofik rinitin olması müəyyən edilməklə ona təkrar cərrahiyə əməliyyatının aparılmasına ehtiyacının olması və aşkar edilmiş fəsadların “Dorsal qoruyucu rinoplastika” cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən qüsurlu icrası ilə əlaqələndirilməsi ilə nəticəyə gəlinmişdir. Cavabdeh tərəf iş üzrə aparılmış ekspertiza tədqiqatlarına etiraz edərək əsassız olduqlarını vurğulasa da, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. X5 iddiaçıya edilmiş KT müayinəsinə əsaslanaraq ekspert rəyləri ilə göstərilmiş nəticələri əsassız hesab etmişdir. Məhkəmə, X5 iddiaçıya edilmiş KT müayinəsini isə iş üzrə bir neçə dəfə aparılmış və birbirindən fərqlənməyən nəticə ilə nəticələnən ekspertiza tədqiqatları ilə müqayisədə iddiaçının burnunda aparılmış cərrahiyyə əməliyyatının düzgün qaydada icra edilməsinin müəyyən olunması üçün sübut kimi qəbul edilməsini əsaslı hesab etməmişdir. Həmçinin məhkəmə, məhkəmə iclasında dindirilmiş ekspertin çıxışı ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının sifətinə vizual müşahidə zamanı onun burun və burun ətrafı nahiyyələrində cərrahi əməliyyatdan sonra üz cizgilərində qüsurların yarandığı görsənir. Bundan başqa iş materiallarında olan iddiaçının burnunda cərrahiyyə əməliyyatı aparan cərrah, iş üzrə üçüncü şəxsin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatından görünür ki, əməliyyatdan bir il sonra iddiaçının müayinəsi zamanı onun təkidi ilə lokal anesteziya altında burun çıxıntısının bayır səhifəsi üzərində yonulma proseduru icra etmişdir. Halbuki, məhkəmə iclasında ikinci dəfə cərrahiyyə əməliyyat aparmadığını bildirmişdir. Bu hal ona dəlalət edir ki, cərrah həkim iddiaçının burnunda aparılmış əməliyyatın qüsurlu olmasını görsədə bunu qəbul etmir. Göstərilənlərə əsasən, araşdırma zamanı iş üzrə verilmiş ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmir və bu rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İş üzrə verilmiş ekspertiza rəylərinə əsasən isə iddiaçının burnunda aparılmış cərrahiyə əməliyyatı qüsurlu icra edilmiş və təkrar cərrahiyə əməliyyatının aparılmasına ehtiyac vardır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı, əməliyyata görə cavabdehə ödədiyi pulu geri tələb etməkdə haqlıdır. İddiaçı, cavabdehə cərrahiyyə əməliyyatına görə 3000 manat məbləğində pul ödədiyini iddia etsə də bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından isə müəyyən olunmuşdur ki, bunun üçün iddiaçı tərəfindən cavabdehə 1400 manat məbləğində pul ödənilmişdir. Ona görə də, cərrahiyyə əməliyyatına görə ödənilmiş 1400 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin vurulmuş ziyanla bağlı gələcəkdə çəkiləcək xərclə bağlı maddi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddianın bu hissəsinin hazırki halda təmin edilməsi mümkün deyil. Belə ki, iş üzrə iddiaçının burnunda aparılmış cərrahiyyə əməliyyatından sonra yaranmış qüsurların bərpası məqsədilə təkrar cərrahiyyə əməliyyata ehtiyacın olması müəyyən edilsə də, bu əməliyyata görə çəkilən xərc gələcəkdə baş verə biləcək haldan ibarətdir. Eyni zamanda hazırki halda isə bu əməliyyata görə dəqiq və mötəbər məbləğin müəyyən edilməsi mümkün olmadığından və bu əməliyyat üçün məhz müvafiq məbləğdə pulun tələb edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından, hazırki halda iş üzrə ədalətli qərar qəbul edilməsi mümkün deyil və bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir. Bu hissədə məhkəmə eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, hazırki qətnamə gələcəkdə çəkilmiş xərclərin cavabdehdən tutulması ilə bağlı tələb irəli sürülməsini istisna etmir. İddia tələbinin mənəvi zərərə görə cavabdehdən 50000 manat məbləğində mənəvi zərərin tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən 5000 manat məbləğində iddiaçının xeyrinə mənəvi ziyan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» # ###### 2008-ci il tarixli * nömrəli Qərarının 2-ci bəndində «Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.» X4 əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir. O, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, «Artiko İtaliyaya qarşı» işdə tənhalıq və kimsəsizlik hisslərinə, «Younq, James və X10rşı» işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə, Pelipenko Rusiyaya qarşı iş üzrə, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə qərarlarında mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. Həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» # ###### 2008-ci il tarixli * nömrəli Qərarının 10-cu bəndində Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Cavabdeh klinika tərəfindən düzgün əməliyyatın aparılmaması nəticəsində iddiaçının sifətində baş vermiş qüsurlara görə stress və həyacan keçirməsi, bu qüsurlara görə həm mənəvi iztirab və sarsıntıların keçirməsi, həm də nəfəs alma prosesində çətinliklərin yaranmasına görə fiziki əzabın çəkməsi ağlabatan və qəbul edilməli olan hallardandır. Göstərilən hallara əsasən, iş üzrə cavabdehə yönəlmiş mənəvi ziyan tələbi əsaslıdır və bu ziyana görə cavabdehdən tərəfindən iddiaçıya kompensasiya ödənilməlidir. Məhkəmə mənəvi zərərin məbləği ilə bağlı isə qeyd edib ki, iddiaçının mənəvi zərərin kompensasiyası kimi 50000 manat vəsait tələb etməsini ağlabatan və ədalətli hesab etmir. Məhkəmənin qənaətinə görə 5000 manat vurulmuş mənəvi zərərin ədalətli kompensasiyası hesab edilə bilər. Məhkəmə kompensasiya məbləğini müəyyən edərkən əməliyyatın baş vermə vaxtından keçən müddət ərzində iddiaçının qadın olaraq xarici görkəmi ilə bağlı, o cümlədən səhhətində olan narahatçılığı ilə bağlı keçirdiyi mənəvi iztirabı və sarsıntını, eyni zamanda cavabdehin klinika olaraq ödəmək imkanı kimi amilləri nəzərə almışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı İddiaçı və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti verib.
12. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil2) da apellyasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş edib göstərir ki, iddiaçı iddia ərizəsinin əsasını təşkil edən bütün halları təqdim etdiyi yazılı sənədlərlə sübut etmişdir. Buna etiraz edən cavabdeh əksini sübut edə bilməmişdir. Məhkəmə isə qəbul etmiş olduğu qətnaməni kifayət qədər əsaslandırmış olsa da, düzgün hüquqi mövqe sərgiləyə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmasının nəticəsində qəbul edilməmişdir. İddiaçının iddia ərizəsi və təqdim edilmiş sübutlar, eləcə də cavabdehin izahatları, müətəxəssis rəyləri iddianın tam təmin edilməsi üçün əsas olsa da, məhkəmə bunlara hüquqi qiymət verməmiş, müəyyən edilən hallar əsasında qərar qəbul etməmiş, əsaslandırılmamış qətnamə qəbul etmişdir.
13. 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (nümayəndəsi və vəkili Quliyeva-X2) apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv, iddianın isə bütünlüklə təmin edilməməsini xahiş edib göstərir ki, Məhkəmə sorğusuna X5 MMC-nin ##.##.2025-ci il tarixli, * nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı ##.##.2025-ci il tarixində X5 otorinolarinqoloq Pərviz Aslanov tərəfindən müayinə olunmuş, kompüter tomoqrafiyası (KT) müayinəsindən keçmişdir. KT müayinəsinin nəticəsinə əsasən müayinə sahəsində olan sümüklərə aid patalogiya aşkar edilməmişdir. Məhkəmə tərəfindən sözügedən KT müayinəsinə əhəmiyyət verilməsə də, göründüyü kimi, ekspert rəylərində göstərilən hallar KT müayinəsi ilə təkzib edilmişdir. Bununla bir daha sübuta yetirilir ki, təkrar əməliyyatın aparılmasına zərurət yoxdur. Ona görə də hər hansı bir maddi və mənəvi ziyanın vurulmasından söhbət gedə bilməz. Eyni zamanda məhkəmə tərəfindən mənəvi təzminatın miqdarı müəyyən edilərkən aşağıda qeyd edilən qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan əlavə tərəfin ünvanladığı təkrar komisyon məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə vəsatət hakim tərəfindən təmin edilməmişdir. Nəticədə məhkəmə tərəfindən qərəzli araşdırma aparılmışdır,mötəbərliyi mövcud olmayan ekspert rəylərini təkzib edən KT müayinəsi mövcud olduğu halda heç bir əhəmiyyət verilməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında iddiaçı İddiaçı və nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin təmin edilməyən hissədə ləğv və iddianın tam təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi və vəkili Quliyeva X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin təmin edilən hissəsində ləğv və iddianın bütünlüklə təmin edilməməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
17. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanun:
Maddə51.Peşə vəzifələrininlazımisəviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Maddə 58. Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir.Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.
18. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002ci il tarixli qərarına əsasən,..mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
19. “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 №li, ## ###### 2025-ci il tarixli Qərarı:
Bənd 4.3. Beləliklə, hüquqazidd müdaxilənin formasından asılı olmayaraq, şəxsiyyət hüquqları pozulan hər bir şəxs məhkəmə müdafiəsindən istifadə edə bilər. Bənd 4.4.Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqları pozulmuş şəxslər məhkəmə qaydasında bu hüquqların müdafiəsi və (və ya) onların pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər irəli sürə bilərlər. Bənd 4.5. Şəxsiyyət hüquqlarının müdafiəsi üzrə tələblər bu qərarın 6.1-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir. Bənd 4.6. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər isə bu qərarın 6.2-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir. Bənd 4.7. Şəxsiyyət hüquqlarının müdafiəsi və zərərin kompensasiyası tələblərinə baxılarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərinin xarakteri aydınlaşdırılmalı və buna uyğun tələbin hüquqi əsası müəyyən edilməlidir. Bənd 4.8. Şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri bu hüquqları təsbit edən maddi hüquq normalarının, habelə müqavilə öhdəliklərinin pozulmasından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri müstəqil şəkildə qaldırıldığı halda, yalnız pozulmuş hüququn müdafiəsi məqsədini daşıdığından, zərərin kompensasiyası tələblərindən fərqli olaraq, həmin tələblərin hüquqi əsası kimi mülki hüquq pozuntusu (delikt) çıxış etməyəcəkdir. Bənd 4.66. Tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Standartlar sübutlu təbabət prinsiplərinə əsaslanan milli və beynəlxalq klinik rəhbərliklərin və protokolların tövsiyələrinə, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş standart əməliyyat prosedurlarına əsaslanır. Bənd 4.67. İstinad edilən Qanunun məzmunu baxımından dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmək, tibbi müdaxilənin tibbi əsaslara uyğun tərzdə, ixtisaslı və yetərli təcrübəyə malik həkim tərəfindən həyata keçirilməsini təmin etmək vəzifəsi ilə yanaşı, pasiyent hüquqlarının təmin olunmamasına görə də məsuliyyət daşıyırlar. Bənd 4.68. Tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyasına dair tələblərin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsi, Mülki Məcəllənin 1112-ci maddəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, habelə bu sahəyə aid digər normativ-hüquqi aktlar təşkil edir. Bənd 4.69. Mülki Məcəllənin 1112-ci maddəsində yalnız müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyası nəzərdə tutulsa da, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbləri baxımından növləri bu qərarın 4.66-cı bəndində göstərilən tibbi yardımın həyata keçirilməsindən irəli gələn, habelə pasiyentə münasibətdə bu qərarın 4.67-ci bəndində göstərilən təminatların qanunazidd şəkildə pozulması da şəxsə zərərin vurulmasının əsasını təşkil edəcəkdir. Bənd 4.70. Mülki Məcəllənin 1112-ci maddəsində şəxsin sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən personalın da bu pozuntulara görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunanlar, habelə tibb müəssisələrinin eyni zamanda personalla işçi-işəgötürən münasibətlərində olması nəzərə alınaraq, tibbi xidmətlə bağlı vurulmuş zərərin kompensasiyasına dair iddialara Mülki Məcəllənin 1099cu maddəsinin də tələbləri gözlənilməklə baxılmalıdır. Bənd 4.71. Bu baxımdan dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq tibb müəssisəsinə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülə bilər. Qeyd edilməlidir ki, pasiyentə vurulmuş zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, onun pozuntuya yol vermiş işçisinə qarşı bu qərarın 4.89-cu bəndində göstərilmiş qaydada Əmək Məcəlləsi ilə müəyyən edilən reqres tələb hüququ yaranacaqdır. Bənd 4.72. Bu qərarın 4.63-ci bəndində göstərilən, habelə növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64 bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, habelə Mülki Məcəllənin 39-cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi ilə əhatə olunan hüquqlarının pozulması ilə bağlı olduqda isə tələbinin maddi hüquqi əsasını həmçinin istinad edilən bu norma da təşkil edəcəkdir. Bənd 4.73. Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olubolmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. Bənd 4.74. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Bənd 4.75. Şəxsin tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxaran keyfiyyətsiz tibbi yardımın göstərilməsi ilə əlaqədar onların həyat və sağlamlıqlarına vurulan zərərə görə mənəvi zərərin kompensasiyası tələbini şəxsin özü və ya yaxınları irəli sürə bilərlər. Şəxsin yaxınları o zaman tələb irəli sürə bilərlər ki, xəstəyə edilmiş keyfiyyətsiz müalicə tədbirləri onun özünün şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olsun. Bu vəziyyətdə mənəvi zərər keyfiyyətsiz müalicəyə görə yaxının itirilməsi ilə əlaqədar keçirilmiş sarsıntılar nəticəsində yarana, xəstənin ağır vəziyyətinin düzgün qiymətləndirilməməsi ilə əlaqədar həyəcan keçirməsində və digər formada ifadə oluna bilər. Bənd 4.76. Nəticəsinə təminat verilən tibbi fəaliyyətin müqavilə şərtlərinə cavab verməməsindən (məsələn, burnun estetik əməliyyatında gözlənilən nəticənin əldə olunmaması) doğan mənəvi zərər tələbləri isə yalnız şəxsin özü tərəfindən irəli sürülə bilər. Bənd 5.1. Mənəvi zərər - fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Bənd 5.2. Mənəvi sarsıntı - şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). Bənd 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Bənd 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
Bənd 5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Bənd 5.10. Hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər (məsələn, yol nəqliyyat hadisəsi nəticəsində ayağından zədə almış şəxsin mənəvi zərər tələbi təmin edildikdən sonra ayağının amputasiya olunması). Bənd 5.11. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. Bənd 6.1. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.). Bənd 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları - maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər. Bənd 6.3. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir. Bənd 6.5. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən iddia tələbindən kənara çıxılmamalı, iddiaçı tərəfindən tətbiqi tələb edilən üsullar və həcm həddi aşılmamaq şərtilə qiymətləndirmə aparılmalıdır. Bənd 6.6. Nəzərə alınmalıdır ki, bu kateqoriya işlər üzrə iddiaların predmetini hər biri müstəqil olmaqla, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası təşkil edir. Bu baxımdan həmin tələblər birlikdə və ayrı-ayrılıqda irəli sürülə bilər və onlardan birinin qaldırılması sonradan digəri üzrə tələb imkanını istisna etmir. Məhkəmələr Mülki Prosessual Məcəllənin 153.2.2 və 261.0.2-ci maddələrinin tətbiqinin müzakirəsi zamanı bu halları nəzərə almalıdırlar. Bənd 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Bənd 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Bənd 7.3. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Bənd 7.4. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Bənd 7.5. Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. Bənd 7.6. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. Bənd 7.7. Mənəvi təzminatın ödənilməsi barədə öhdəlik icra edilmədikdə, hüququ pozulmuş şəxs Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Apellyasiya şikayətlrinin nəticə hissəsindən, eləcə də, şikayətlərin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün iddiaçının şikayətinin obyektini qətnamənin iddianın təmin edilmədiyi hissəsi, 3-cü şəxsin şikayətinin obyektini isə qətnamənin iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. Təmin edildiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, təmin edlmədiyi hissədə isə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik 3-cü şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır, təmin edilmədiyi hissədə isə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik 3-cü şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
28. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
29. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
30. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Belə ki, iddiaçının şikayəti əsasında prokurorluq orqanında aparılmış cinayət təqibi zamanı komisyon məhkəmə tibb ekspertizası təyin edilərək rəy alınmışdır. Həmin rəydə iddiaçının üzərində aparılmış cərrahi əməliyyatın texniki cəhətdən düzgün yerinə yetirilmədiyi göstərilib.
31. Buna görə də, mülki hüquq pozuntusunun tərkibi yarandığından, cavabdeh "xxxx" MMC-nin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Birinci instansiya məhkəməsi də cavabdehin işçisi olan, apellyasiya şikayəti verən 3-cü şəxs tərəfindən cərrahi əməliyyat və müalicənin düzgün aparılmadığı və bunun da ekspert rəyləri ilə öz əksini tapdığı qənaətinə gələrək maddi və mənəvi ziyanla bağlı iddianı tibb müəssisəsinə münasibətdə qismən təmin etmişdir.
32. Cavabdeh tibb müəssisəsi apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürsə də, iddiaçının və 3-cü şəxs olan həkim cərrahın apellyasiya şikayəti üzrə qətnamə yoxlanılır.
33. Belə ki, iddiaçı təmin edilməyən hissədə qətnaməni mübahisələndirsə də iddiasının tam təmin edilməsi üçün faktiki və hüquqi əsas olmamışdır. Əvvəla ona görə ki, təmin edilməyən hissə üzrə tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməyib və bu halları sübut edə bilməyib. Ona görə də, təmin edilməyən hissələr üzrə məhkəməni qınamaqda haqlı olmayıb. Əksinə birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsi üzrə kifayət qədər ətraflı, qərəssiz və obyektiv hüquqi dəyərləndirmələr aparmaqla düzgün nəticəyə gələrək əsaslandırılmış qətnamə qəbul etmişdir.
34. Bununla yanaşı, 3-cü şəxs də təmin edilən hissədə qətnaməni mübahisələndirsə də iddianın təmin edilən hissəsi üzrə faktiki və hüquqi əsas olmuşdur. Əvvəla ona görə ki, təmin edilən hissə üzrə tələbin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim edib və sübut edilib. Ona görə də, 3-cü şəxs də təmin edilən hissələr üzrə məhkəməni qınamaqda haqlı deyil. Əksinə birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi üzrə kifayət qədər ətraflı, qərəssiz və obyektiv hüquqi dəyərləndirmələr aparmaqla düzgün nəticəyə gələrək bu hissədə əsaslandırılmış qətnamə qəbul edib.
35. Belə ki, 3-cü şəxs iddiaçının ##.##.2025-ci il tarixində X5 otorinolarinqoloq Pərviz Aslanov tərəfindən kompüter tomoqrafiyası (KT) müayinəsindən keçdiyini, müayinənin nəticəsinə əsasən müayinə sahəsində olan sümüklərə aid patalogiya aşkar edilmədiyini, məhkəmə tərəfindən sözügedən KT müayinəsinə əhəmiyyət verilmədiyini, ekspert rəylərində göstərilən hallar KT müayinəsi ilə təkzib edildiyini, bununla bir daha təkrar əməliyyatın aparılmasına zərurət olmadığının sübuta yetirildiyini göstərsə də, əvvəla, birinci instansiya məhkəməsi bu kompüter tomoqrafiyası (KT) müayinəsinə nəinki əhəmiyyət verib, əksinə bu müayinəni ekspert rəyləri ilə müqayisəli şəkildə təhlil edib, mötəbər sübut kimi qiymətləndirilməsini əsaslı hesab etməyib. Məhkəmə tərkibi də, bu qənaətlə razılaşır. Çünki həkim cərrahın iddiaçı üzərində cərrahi əməliyyatı qüsurlu icra etməsi həm cinayət təqibi üzrə aparılan araşdırma zamanı keçirilmiş tibbi ekspertiza, həm də hazırkı mülki iş üzrə keçirilmiş 3, ümumilikdə 4 ekspertiza rəyi ilə təsdiq olunub. Qeyd olunan rəylərin tərtib olunmasında sözügedən sahədə fəaliyyət göstərən ixtisaslaşmış həkim mütəxəssislərin rəylərindən də istifadə olunub. Bu cür vəziyyətdə 4 dəfə keçirilmş məhkəmə tibb ekspertizasının rəylərini mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar mövcud deyil. Ona görə də təkrarən, yəni 5ci dəfə komisyon məhkəmə-tibb ekspertizasının keçirilməsinə də hər hansı bir əsas, zərurət və lüzum yaranmayıb.
36. Bundan əlavə, «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 51-ci maddəsinin tələbinə görə peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkiminin qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı, 57-ci maddəsinin tələblərinə görə vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borclu olduğu, vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmədiyi də 3-cü şəxsin şikayətinin əsaslı olduğuna dəlalət etmir və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Başqa sözlə, sadalanan normalar da hazırki iddianın predmeti baxamından tibb müəssisəsini məsuliyyətdən azad etmir. 37.Bundan başqa, iddiaçı cavabdehdən 50000 (əlli min) manat mənəvi zərər tələb edib, məhkəmə bu hissədə iddianı qismən, yəni 5000(beş min) həddində təmin edb. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi sarsıntı və mənəvi iztirab keçirməsi təkzib olunmazdır. Çünki cavabdeh müəssisənin həkiminin qüsurlu tibbi müdaxiləsi nəticəsində iddiaçı mənəvi iztirab keçirmişdir. Əlbəttə ki, açıq-aşkar qüsurlu və uğursuz cərrahi müdaxilə nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə həm də fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin mümkün olduğunu da apellyasiya şikayətində açıqlamır. 3-cü şəxs də qət edilən mənəvi zərərin məbləğinin həddindən artıq yüksək olduğunu da hər hansı bir formada əsaslandırmayıb. Belə olan vəziyyətdə apellyasiya şikayətlərində göstərilən dəlillərin də mənəvi zərərlə bağlı iddia tələbinin tam həcmdə yaxud təmin edilən məbləğdən də az miqdarda təmin edilməsi üçün yetərli ola biləcək dəlillər kimi qiymətləndirilməsi mümkün olmalıdır.
38. Göründüyü kimi, cavabdeh Klinikanın cərrah həkiminin düzgün olmayan tibbi müdaxiləsi iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olmuşdur. Buna görə də, cavabdeh mənəvi zərərə görə də məsuliyyətdən azad edilməməli və o, iddiaçıya vurulmuş mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir.
39. Cavabdeh tibb müəssisəsi zərərin onun, o cümlədən işçisi olan həkimin təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Ancaq iş materialları, o cümlədən cinayət təqibi üzrə aparılan araşdırma zamanı keçirilmiş komisyon məhkəmə tibb ekspertizasının rəyi ilə iddiaçının üzərində aparılan cərrahi əməliyyat və digər tibbi müdaxilələr nəticəsində ona zərər vurulduğu açıq-aşkar təsdiq olunur və işin mübahisəsiz halına çevrilib. Buna görə də, birinci instansiya məhkəməsi tibb müəssisəsini təqsirli hesab etməkdə haqlı olmuşdur.
40. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi və mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutulması və iddiaçıya ödənilməsi də düzgün olmuşdur. Çünki qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh tibb müəssisəsi öz işçisi olan həkimin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
41. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.