Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1149/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Məmmədov İlkin Nazim oğlunun cavabdeh Cavabdeh qarşı “aliment miqdarının azaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Məmmədov İlkin Nazim oğlu cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərardadı ilə təmin edilmiş yetkinlik yaşına çatmayan ##.##.2015-ci il təvəllüdlü Məmmədova Gülay İlkin qızının saxlanması üçün Məmmədov İlkin Nazim oğlundan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment hissəsində dəyişdirilərək azadılması, ##.##.2015-ci il təvəllüdlü Məmmədova Gülay İlkin qızının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ##.##.2015-ci il təvəllüdlü Məmmədova Gülay İlkin qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən ##.##.2015-ci il təvəllüdlü Məmmədova Gülay İlkin qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Məmmədov İlkin Nazim oğlundan cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh Cavabdeh ## ###### 2026-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026cı qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda həmin qərardaddan cavabdeh şikayət vermiş, məhkəmənin ## ###### 2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh ##.##.2026-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayəti araşdıraraq hesab etmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra və müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədən verildiyindən şikayət geri qaytarılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və şikayət onları verən şəxsə qaytarılır. Məcəllənin 363.1.3cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. MPM-nin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ## ###### 2026-cı il tarixdə cavabdehin “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti isə ## ###### 2026-cı il tarixdə, yəni müddət ötürüldükdən sonra verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş və müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Bundan əlavə apellyasiya şikayəti verilərkən cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İddia tələbi qiymətləndirilən iddia olmaqla (alimentin azaldılması tələbi), iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qanunvericiliklə müəyyən olunmuş qaydada 25 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, dövlət rüsumu ödənilməmişdir. Kollegiya apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1149/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1149/2026
31.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver