Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3375/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri; mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2025-ci il tarixli, 2(103)-3457/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 09 saylı arayışa əsasən İddiaçı Bakı şəhəri, General Şıxlinski küçəsi 40 saylı evin 103 saylı mənzilində qeydiyyatdadır. Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş İ-JQ seriyalı, 263185 saylı “Övladlığa götürmə haqqında şəhadətnamədən” görünür ki, cavabdehin bacısı X5 xx.xx.1983-cü il təvəllüdlü iddiaçını övladlığa götürmüşdür.
2. Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 177145 saylı orderdən görünür ki, mübahisəli mənzil cavabdehin və cavabdehin bacıs ı Solmaz Canqirovanın atası, yəni iddiaçının babası X3 verilmişdir. Mənzilə köçən şəxslərin siyahısında Xıdır Cahangirovun özünün, onun arvadı Fərasət Cahangirovanın, onların övladları Solmaz Canqirovanın və cavabdehin adı qeyd olunmuşduir.
3. Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Qeydiyyat vəsiqəsindən” görünür ki, mübahisəli mənzil Xıdır Canqirovun mülkiyyətində olmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 276992 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Xıdır Canqirov xx.xx.2008-ci il tarixdə ölmüşdür.
5. Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 425899 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçının anası Solmaz Canqirova xx.xx.2022-ci il tarixdə ölmüşdür.
6. Bakı Şəhəri 40 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş Xıdır Cahangirovdan miras qalmış mübahisəli mənzilin 1/2 hissəsi vərəsəlik qaydasında mərhumun vərəsəsi (övladı) olan cavabdehin mülkiyyətinə keçmiş, mənzilin qalan 1/2 hissəsi isə digər vərəsənin payı kimi açıq saxlanılmışdır.
7. İddiaçı mübahisəli mənzildə uşaqlıqdan yaşamış, mənzilin 1/2 hissəsi vərəsəlik qaydasında cavabdehin adına keçdikdən sonra məcburiyyət qarşısında qalaraq mənzildən çıxmış və bundan sonra mənzilə cavabdeh tərəfindən buraxılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evdə yerləşən 103 saylı mənzilə köçürülməyi, mənzilin giriş qapısına və otaqlardakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı, anası X5 ilə birlikdə babası X3 məxsus olan və yuxarıda qeyd edilən mənzildə yaşamışdır. Babası xx.xx.2008-ci il tarixdə vəfat etdikdən sonra da, onlar həmin mənzildə yaşamışlar. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmiş və iddiaçı bundan sonra da mənzildə yaşamaqda davam etmişdir. İddi açı həmin mənzildə ümumilikdə 35 ildən artıq müddət ərzində yaşamışdır. Buna baxmayaraq iddiaçının dayısı olan cavabdeh iddiaçını həmin mənzildən qanunsuz olaraq qeydiyyatdan çıxarmaq istəyir və bu səbəbdən iddiaçını döyərək mənzildən qovmuşdur. İddiaçı cavabdehin onun dayısı olmasını nəzərə alaraq cavabdeh tərəfindən dəfələrlə döyülməsi barədə polis orqanlarına şikayət etməmişdir. İddiaçıya məxsus əşyalar hazırda da mübahisəli mənzildə olsa da, cavabdeh iddiaçını mənzilə buraxmır.
10. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək göstərmişdir ki, hazırkı iş üzrə iddiaçı onun mərhum bacısı X1 övladı deyil, X4 övladıdır. Solmaz iddiaçının xalasıdır və iddiaçını övladlığa götürmüşdür. İddiaçının onunla eyni mənzildə yaşaması mümkün deyildir
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsini n (hakim Samirə Eyvazova) xx.xx.2025-ci il tarixli, 2(011)-809/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi və İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və mənzilin giriş qapısına və otaqlardakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələrin aradan qaldırılması qət olunmuşdur.
12. Məhkəmə 1983-cü ildə anadan olmuş iddiaçının uşaqlıqdan həmin mənzildə yaşamasını, mənzildən istifadə hüququna cavabdehin zor tətbiq etməklə mane olması hallarını da nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının həm mülkiyyətə gözlənti hüququ, həm də 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsinə əsasən həmin mənzilə istifadə hüququ mövcuddur.
13. Məhkəmə göstərmişdir ki, iddiaçın ın mənzildən getməsi iradəsindən kənar hadisəyə görə baş vermiş və iddiaçı altı aydan qısa bir müddətdə məsələni məhkəmədə mübahisələndirmişdir.
14. Mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ (mülkiyyətə gözlənti hüququ) üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh tərəfin izahatından da görünür ki, o iddiaçının gələcəkdə mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr törədə bilər. Belə ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunaraq mülkiyyətindən istifadə etmək hüququ təmin olunmalı, mənzilə köçürülməli və mənzilin giriş qapısına və otaqdakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaş ına qoyulan maneələrin aradan qaldırılmalıdır.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməli və mənzilin giriş qapısına və otaqlardakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələrin aradan qaldırılmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 157.4, 215.4, 228.2, 1159.1, 1160-cı maddələrinə, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzr ə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş ə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı, mübahisəli mənzildən başqa yaşayış yerinin olmamasını bildirsə də, iddiaçının doğma anası Nəsibə Adışovanın mülkiyyətində 2 ev var. 1953-cü il təvəllüdlü cavabdeh İİ qrup əlildir, onun səhhətində ciddi problemlər var. İddiaçı isə mənzildə caduluqla məşğul olur, gecələr şamlar yandırır, qışqırır, əcaib səslər salır. İddiaçının bu kimi hərəkətləri cavabdehin səhhətinə mənfi təsir göstərir. Bu səbəbdən iddiaçı ilə cavabdehin arasında mübahisələr olmuş və cavabdeh polis orqanlarına şikayət etmişdir. Bundan sonra isə iddiaçı mənzilə bir daha gəlməmişdir. İddiaçının mən zildə formal qeydiyyatda qalması cavabdehin özünün mülkiyyətində olan mənzilindən sərbəst istifadəsini və mənzil üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Mənzilin mülkiyyətçisi olan cavabdeh, mənzildə formal qeydiyyatda olan iddiaçının və digər qohumlarının mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı İnzibatı Məhkəməsinə müraciət etmiş və həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Buna görə də cavabdeh hazırkı işə baxmış Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək hazırkı işin icraatının həmin inzibati iş üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə minənədək dayandırılmasını xahiş etsə də, rayon məhkəməsi işin icraatını dayandırmamışdır. İddiaçı heç vaxt cavabdehin ailə üzvü olmamışdır. Onların arasında etibarlı ailə münasibətləri mövcud deyildir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Məmməd Məmmədov (məruzəçi və sədrlik edən), Fuad Talışinski və Azad İmanov) 24 iyun 2025-ci il tarixli, 2(103)-3457/2025 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2025ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı mübahisəli mənzildə uşaqlıqdan yaşamış, mənzilin 1/2 hissəsi vərəsəlik qaydasında cavabdehin adına keçdikdən sonra məcburiyyət qarşısında qalaraq mənzildən çıxmış və bundan sonra mənzilə cavabdeh tərəfindən buraxılmamışdır.
21. İş üzrə iddiaçı mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnu hələ mənzil onun babası Xıdır Canqirovun icarəsində və sonradan mülkiyyətində olan vaxt qazanmışdır. Mənzilin mülkiyyətçisi olan Xıdır Canqirovun xx.xx.2008-ci il tarixdə vəfat etməsindən sonra onun övladı Solmaz Canqirovanın mənzildə yaşamaqda davam etməsi o deməkdir ki, o, atasından miras qalmış mənzili miras əmlak kimi faktiki qəbul etmişdir.
22. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli mənzili miras əmlak kimi faktiki qəbul etmiş və bundan sonra, yəni 08.02.22-ci il tarixdə ölmüş Solmaz Canqirovanın vərəsəsidir, baxmayaraq ki, o Solmaz Cangirova tərəfindən övladlığa götürülmüşdür. İddiaçı açıq saxlanılmış payın mülkiyyətçisi sayılır.
23. İşə baxmış birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd edilən bütün dəlillər, o cümlədən cavabdehin mənzildə qeydiyyatda olan iddiaçının və digər qohumlarının mənzildən qeydiyyatdan çıxarılması barədə məhkəməyə müraciət etməsi iddiaçının mübahisəli mənzilə köçürülməsinin qarşısını ala bilməz. Rayon məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur.
24. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 157.4, 215.4, 228.2, 1159.1 və 1160-cı maddələrinə, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv o lunması, iddianın rədd edilməsi və ya yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin İddiaçı mülkiyyətçi Tofiq Cahanqirovun ailə üzvü fikiri əsassızdır və qanunsuzdur. Bu yanlış qanunsuz və əsassız fikir məhkəməni qanunsuz və əsassız olan qərarın çıxarılmasına gətirmişdir. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarını pozmuşdur. Digər tərəfdən, İddiaçı Cavabdeh bacısı olan Solmazın bacısı qızı deyil. O Cavabdeh digər bacısı olan Nəsibənin qızıdır. Masiyev İsaxan heç vaxt Solmazın əri olmamışdır. O Nəsibənin əri olaraq Masiyev soyadı ilə vəfat etmişdir. İddiaçı İsaxan Masiyevə dair guya onun soyadı Cangirov olması kimi təqdim etmişdir. Bu isə saxtakarlıqdır. Bu hallar məhkəmələr tər əfindən yoxlanmamışdır. Ona görə Röyalə Cangirova əsassız olaraq məhkəmələr tərəfindən Cavabdeh ailə üzvü kimi qəbul olunmuşdur. Bu isə qanunsuzluqdur.
27. Digər tərəfdən məhkəmə 87 saylı MKİS-in arayışda qeyd olunan məlumata əsaslanaraq İddiaçının mənzilində yaşaması barədə nəticə çıxarmışdır. Bu isə səhvdir. Çünki MKİS-in arayışında qeyd olunur ki, İddiaçı MKİS-nə gələrək kommunal xərclərinin ödəyir. İddiaçı sözləri ilə həmin arayış tərtib olunmuşdur. Hətta mülkiyyətçi Tofiq Cahanqirovun öz mənzilində yaşayıb-yaşamaması barədə məlumat verilmir. Bu da İddiaçı sözlərindən məlumat məhkəməni maraqlandırmadı. Buna görə də müvafiq hüquqi qiymət verilmədi. Yanlış nəticə məhkəməni yanlış və qanunsuz qərarın çıxarılmasına gətirmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlər i edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
34. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, a rvad (ər), valideynlər (övladlığa götürənlər).
35. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
36. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
37. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
38. Maddə 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götü rülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
39. Maddə
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İ hissə - İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
40. İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
41. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
54. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmasına dair qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli mənzildə uşaqlıqdan yaşamış, mənzildə yaşayış sahə sindən istifadə hüququn hələ mənzil onun babası Xıdır Canqirovun icarəsində və sonradan mülkiyyətində olan vaxt əldə etmişdir. Mənzilin mülkiyyətçisi olan Xıdır Canqirovun xx.xx.2008-ci il tarixdə vəfat etməsindən sonra onun övladı Solmaz Canqirova mənzildə yaşamaqda davam etməklə atasından miras qalmış mənzili miras əmlak kimi faktiki qəbul etmiş, Solmaz Canqirova 08.02.22-ci il tarixdə öləndən sonra isə iddiaçı mübahisəli mənzili miras əmlak kimi faktiki qəbul etmiş, cavabdeh mənzilin ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alandan sonra İddiaçı açıq saxlanılmış miras əmlak olan mənzilin ½ hissədə payın mülkiyyətçisi sayılır. Bu baxımdan iddiaçının mənzildə yaşayış sahəsindən istifadə hüququ vardır.
55. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkə məsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, cavabdehin mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmamasının müəyyən edilməsinin mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməsini diqqətdən qaçırmışdır.
56. İşdən görünür ki, mübahisəli mənzil X3 və onun ailə üzvlərinə dövlət tərəfindən verilmiş, 03 may 2004-cü il tarixdə Xıdır Cahangirovun ayrıca mülkiyyəti kimi qeydiyyata alınmışdır. Xıdır Cahangirov 01 aprel 2008-ci ildə öləndən sonra miras əmlak kimi birinci növbədə vərəsələri olan övladları, Cavabdeh və iddiaçının anası Solmaz Canqirovaya qalmışdır. Solmaz Canqirova 08 fevral 2022-ci ildə öləndən sonra isə İddiaçı mirası qəbul etmişdir. Bundan sonra mənzilə dair 20 dekabr 2021-ci il tarixdə miras qoyan X2 adına daşınmaz əmlakı dövlət r eyestrindən çıxarış verilmiş, 27 fevral 2023-cü il tarixdə miras əmlakın ikidə bir hissəsinə vərəsə Cavabdeh adına Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin işdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” görə (i.v.121) mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evdə yerləşən 103 saylı mənzil 27 mart 2023-cü il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
57. İşə axan apellyasiya məhkəməsi qeyd olunan Çıxarışı, mənzilin tam olaraq Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını, bu halın işin düzgün həlli üçün əhəmiyyət kəsb etməsini nəzərə almamışdır.
58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə q anuni və əsaslı hesab oluna bilməz, ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
59. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməl i, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3457/2025 nömrəli iş üzrə 24 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.