Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1183/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 barət tərkibdə, iddiaçı İddiaçı Bakirzadə oğlunun cavabdeh X5 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı X2 cavabdeh X5 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən cavabdehin Ağdam rayonunda qeydiyyatda olduğu müəyyən edilmişdir; iddiaçı tərəfindən cavabdehin Binəqədi rayonunda qeydiyyatda olmasını təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Həmin qərardaddan iddiaçı X2 şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Ağdam rayonundan məcburi köçkündür və o, ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır və hazırda Bakı şəhərində yaşayır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaqları da cavabdehin yanındadır. Bu baxımdan həm prosessual qənaət prinsipi, həm də gələcəkdə cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etmək baxımından iddia tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması məqsədə uyğundur. Iddiaçının cavabdeh X5 qarşı uşaqlarla unsiyyət hüququnun müəyyən edilməsinə dair iddia ərizəsinə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış və qətnamə qəbul edilmişdir. Beləliklə, hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin məktubundan göründüyü kimi, cavabdeh X5 hal-hazırda ünvan 3 ünvanında qeydiyyatdadır/yaşayır. X5 himayəsində olan övladları ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü Ağalarov Yusif Arzu oğlu ünvan 4 ünvanında yerləşən “Evrika” liseyində təhsil alırlar. Nəzərə alınmalıdır ki, Ağdam rayonu işğaldan azad olunsa da, cavabdehin orada məskunlaşmasının təmin edilməməsi, o cümlədən onun məcburi köçkün kimi qeydiyyatının ləğv olunmaması, ona dəlalət edir ki, onun yaşayış (rəsmi qeydə alındığı) yeri Bakı şəhəri Binəqədi rayonu hesab edilir. Beləliklə, mübahisəyə Ağdam Rayon Məhkəməsində baxılması yalnız cavabdehin Binəqədi rayonu ərazisi üzrə qeydiyyatı ləğv olunaraq Ağdam rayonunda daimi ünvanda qeydiyyata alınması ilə mümkün ola bilər. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və iddiaçınn cavabdeh X5 qarşı “alimentin miqdarının azaldılmasına dair” iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Belə ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Kollegiya hazırkı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı cavabdehə ödədiyi alimentin məbləğinin azaldılmasını tələb edir, “AZEMIS” X14 əldə edilmiş məlumata əsasən də cavabdeh X5 ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək halların (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti) hazırkı işdə mövcud olması müəyyən edilmir. Cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisinə aid olmadığından mülki işə həmin məhkəmədə baxılması prosessual qanunvericiliyin yuxarıda qeyd edilən qaydalara ziddir. Belə ki, mülki prosessual qanunvericiliyin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan başqa “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il № *-2/2016 Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia MPM-in 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Iddiaçı İddiaçı Bakirzadə oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-1183/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1183/2026
02.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver