Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1233/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) müqavilənin ləğv edilməsi tələbinə dair ilkin, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə (açar sözlər: müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi ilə, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) müqavilənin ləğv edilməsi tələbinə dair ilkin, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## ###### 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı İddiaçı ünvan 1 saylı ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evini və 0,0331 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə öz hissəsini alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı Cavabdeh isə qeyd olunan daşınmaz əmlakın əvəzində 30000 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür.
2. ## ###### 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh X-*** saylı, ##.##.2024-cü il tarixli məktuba əsasən alqı-satqı müqaviləsi üzrə 30000 manat pul məbləğini 410400G944602463279 CIF kodlu hesaba köçürmək üçün Bakı şəhəri ** saylı Notariat ofisinə köçürmüşdür.
3. ünvan 1 saylı ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evi və 0,0331 ha torpaq sahəsi ## ###### 2024-cü il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh arasında Bakı şəhəri ** saylı Notariat Ofisində ## ###### 2024-cü il tarixdə bağlanmış alqı - satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi. Ev 133 mənzilə dair Bakı şəhəri. ** saylı Notariat ofisində (xüsusi notarius X1) AN-1 №*******, ## ###### 2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən alıcı Cavabdeh ona ünvan 1 ünvanda yerləşən, sahəsi 70.4 kv.m olan fərdi yaşayış evini və 0,0331 ha torpaq sahəsini almağa görə ona 30000 manat pul məbləğini ödəməli, o, isə öz növbəsində qeyd olunan əmlakı cavabdehə təhvil verməli idi. Lakin cavabdeh Cavabdeh onu aldadaraq qeyd olunan məbləğdən ona cəmi 14000 manat ödəmiş, qalan 16000 manatını ödəməmişdir. O, dəfələrlə pulun ödənilməsini cavabdehə təklif etmişdir, hətta qanunvericiliyin tələblərinə uyğun olaraq, onun yaşadığı Saatlı rayonu, Seyidova kəndinə təklif (Pretenziya) məktubuda poçt vasitəsi ilə göndərmişdir. O isə bu məsələnin həllinin müqavilənin 16-cı bəndində qeyd olunduğu kimi "Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir.
6. Iddiaçı sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh Cavabdeh arasında Bakı şəhəri ** saylı Notariat Ofisində AN-1, № ******* reyestr nömrəli, ## ###### 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Xidməti və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evindən və 0,0331 ha torpaq sahəsindən İddiaçı çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı mənə qarşı mülkiyyətində olmuş ünvan 1 saylı ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evini və 0,0331 ha torpaq sahəsinin Bakı şəhəri ** saylı Notariat ofisində AN-1” №*******, ## ###### 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Iddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər arasında notarial qaydada rəsmiləşdirilmiş Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsi bağlansa da guya fərdi yaşayış evi və torpaq sahəsinə görə razılaşdırılan 30000 manat pul vəsaitinin cəmi 14000 manatı ona ödənilmiş, yerdə qalan 16000 manat isə ona ödənilməmişdir. İddiaçı qaldırdığı iddia tələbi qanunsuz və əsassızdır. Eyni zamanda ilkin iddiaya İddiaçı mülkiyyətimdə olan ünvan 1 saylı ünvanda yerləşən 70,04kv.m olan fərdi yaşayış evindən və 0,0331 ha torpaq sahəsindən çıxarılması barədə qarşılıqlı iddia ərizəsi verir. Tərəflər arasında razılaşma və qanuni olaraq notarial qaydada rəsmiləşdirilmiş alqı - satqı müqaviləsindən sonra Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən ona ##.##.2024-cü il qeydiyyat tarixli Çıxarış verilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, İddiaçı ünvan 1 saylı ünvanda yerləşən 70,04 kv.m olan fərdi yaşayış evindən və 0,0331 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
10. Qətnamənin əsaslarına görə, müqavilə üzrə satıcı İddiaçı alıcı olan Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin əhəmiyyətli dərəcə pozulmasını (müqaviləsi üzrə verilməli olan 16 min manat pulun verilməməsini) rəhbər tutmaqla müqavilənin ləğv edilməsini tələb etmişdir. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2-ci maddəsi). Azərbaycan Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq kreditor və borclu arasında öhdəlik münasibətlər üzrə mübahisələrdə sübutetmə yükünə əsasən kreditor sübutetmə yükü öhdəliyin mövcud olmasını sübut etməklə yekunlaşır və öhdəliyin icra olunmasını sübut etmək yükü isə borclunun üzərinə düşür. Həmin bu sübutetmə qaydası Mülki Məcəllənin 433.3-cu maddəsindən irəli gəlir. Həmin maddəyə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ## ###### 2024-cü il tarixli, TT****************** nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən şərtləşdirilmiş pul məbləği tam olaraq ödənilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmiş olmasına görə Mülki Məcəllənin 528.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə xitam verilmişdir və ilkin iddia üzrə iddiaçının qaldırdığı iddianın qanuni əsası mövcud deyildir. Ona görə də iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia rədd edilməlidir. Yaşayış sahəsindən istifadə hüququ olmayan cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə onun iradəsinə zidd olaraq yaşaması və istifadə etməsi iddiaçının həmin mənzil üzərində olan mülkiyyət hüququn pozulmasına gətirib çıxarmaqdadır. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əşyanı geri tələb edə bilər (vindikasiya iddiası). Vindikasiya iddiasının təmin edilməsi üçün məhkəmə təcrübəsində aşağıdakı dispozisiya şərtləri nəzərdə tutulmuşdur ki, həmin tələblərin hər birinin mövcudluğu vindikasiya iddiasının təmin edilməsi üçün əsasdır, əgər həmin şərtlərdən biri olmadıqda isə iddia tələbi rədd edilməlidir: 1) Əşyanın mülkiyyətçisi iddiaçı olmalıdır; 2) Əşya cavabdehin sahibliyində olmalıdır; 3) Cavabdehin sahibliyi qanunsuz olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən qeyd etmişdir ki, işin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir (iş materiallarında olan çıxarışdan məlum olur). Mübahisəli mənzil isə cavabdehin sahibliyində olmaqla, həmin sahiblik qanunsuzdur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 140, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4, 324.1, 324.2, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 421.3, 423.1, 423.2, 433.3, 528.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, yeni ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətin dəlillərinə görə, məhkəmə işin hallarına lazımi əhəmiyyət verməyərək ədalətsiz qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq) əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşmasıilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Lakin məhkəmə qanuna deyil, iddiaçının mülahizəsinə əsasən onun qarşılıqlı iddiasını geri qaytarmışdır. Məhkəmə düzgün araşdırma aparmamış, çəkişmə prinsipini pozmuş və onun iddiaçı olaraq iştirakını təmin etməmişdir. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu həqiqətə uyğun deyildir, çünki o, məhkəmədə iştirak etmədiyi vaxtlarda səhhətində olan problemlərlə, cərrahi əməliyyat keçirməyi ilə əlaqədar məhkəməyə rəsmi teleqram göndərmişdir. Məhkəmə iclaslarının təxirə salınmaları barədə nə iddiaçının ünvanına bildiriş göndərilməmiş, nə də onun istifadəsində olan mobil telefon nömrəmə “SMS” göndərilməmişdir. Ona görə də o, sonuncu dəfə məhkəmə baxışında iştirak edə bilməmişdir. O, iş üzrə iddiaçıdır, ona qarşı ədalətsizlik olunub, mülkü əlindən alınıb, o, əgər üzürlü səbəb olmadan niyə məhkəmədə iştirak etməsin? Açıq-aydın görünür ki, məhkəmə iddiaçının iştirakını təmin etməməklə onun hüquqlarını pozmuş, ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmənin qanunsuz qətnaməsi ləğv olunmalı, yeni ədalətli qətnamə qəbul edilməklə iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. Məhkəmə cavabdehin nümayəndəsi Vəkil verdiyi həqiqətə uyğun olmayan ifadələrinə əsaslanaraq, iddiaçının iddiasını təmin etməmiş, onun iştirakını məhkəmədə təmin etməmiş, təqdim etdiyi hüquqmüəyyənedici sənədlərə əhəmiyyət belə verməmişdir. Qeyd edir ki, bu iş üzrə iddiaçının məhkəməyə təqdim olunmalı sübut-dəlilləri var və əsaslıdır. Məhkəmənin də borcu idi ki, onun məhkəmədə iştirakını təmin etsin, təqdim olunan sənədlərə ciddi yanaşsın, əsl həqiqətin üzə çıxarılmasına nail olsun. Ailəsində maddi çətinliyi yarandığına görə cavabdeh Cavabdeh ilə aralarında şərtlə alqı-satqı müqaviləsi imzalanmışdır ki, “evin pulu mənə tam ödənildikdən sonra sən həmin mənzilə dair öz adına çıxarış almaq üçün müraciət edə bilərsən”. Lakin cavabdeh burada da iddiaçının etibarından sui-istifadə edərək, alqı-satqı müqaviləsi imzalandıqdan 5 gün sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ********** nömrəli, ##.##.2024-cüil tarixli çıxarışın əldə olunmasına nail olmuşdur. Adətən ƏMDX-dən çıxarış 10 iş günü müddətində verilir, lakin cavabdeh 5 gün ərzində çıxarış almışdır. Belə olan halda məhkəmə təqdim olunmuş sənədlərin qanuni olduğunu sübut etmək üçün müvafiq ekspertiza təyin etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz təqdim etmiş, etiraz qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Iddiaçı İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
16. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 528.1. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması tələb edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Birinci instansiya məhkəməsi aşağıdakı əsaslarla ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi qənaətinə gəlmişdir: - ## ###### 2024-cü il tarixli, TT****************** nömrəli qəbzdən görünür ki, cavabdeh Cavabdeh tərəfindən şərtləşdirilmiş pul məbləği tam olaraq ödənilmiş, öhdəlik lazımınca icra edilmiş olmasına görə Mülki Məcəllənin 528.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə xitam verilmişdir və ilkin iddia üzrə iddiaçının qaldırdığı iddianın qanuni əsası mövcud deyildir. - çıxarışa əsasən torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququ yoxdur. Mübahisəli mənzil isə cavabdehin sahibliyində olmaqla, həmin sahiblik qanunsuzdur.
23. Apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.
24. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmama ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bütün məhkəmə iclasları barədə bildirişlər apellytorun elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.
25. Həmçinin, işin halları ilə müəyyən olunur ki, qəbzə əsasən 30000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən tam ödənilmiş, 29074 manat məbləğində pul vəsaitini İddiaçı ## ###### 2024-cü il tarixli qəbzi imzalayaraq qəbul etmiş, sonuncu ## #### 2024-cü il tarixədək mənzili təhvil verməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən notariusun depozit hesabına 30000 manat məbləğində pul vəsaiti köçürüldüyü halda İddiaçı tərəfindən həmin məbləğin 14000 manat məbləğində hissəsini götürməsi, 16000 manat məbləğində hissəsinin ödənilməməsi ilə bağlı dəlillər əsassızdır və inandırıcı deyildir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.