Məhkəmə qərarları › İş №2(3-6)-1240/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1240/2026

31.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1240/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsinə dair cavabdeh Hacıyev Adil Hacı oğlunun ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Hacıyev Adil Hacı oğlu ailə üzvüləri ilə birlikdə iddiaçı Əliyev Oruc İsa oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, **** saylı bağ sahəsindən (yeni qaydalarla ünvan 1 29 ünvanından) çıxarılması və 100 manat dövlət rüsumu cavabdeh Hacıyev Adil Hacı oğlundan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh Hacıyev Adil Hacı oğlu yenidən ##.##.2025-ci il tarixində apellyasiya şikayəti və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair vəsatət verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılaraq ##.##.2025-ci il tarixli, e*(***)-****/**** saylı qətnaməsindən şikayət vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon İcra şöbəsi tərəfindən Hacıyev Adil Hacı oğlunun 070-323-12-78 mobil telefon nömrəsinə SMS göndərilmişdir. Həmin bildirişə əsasən, məlumatı olmuşdur ki, iddiaçı Əliyev Oruc İsa oğlunun cavabdeh Hacıyev Adil Hacı oğluna qarşı “bağ sahəsindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılaraq ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnamə çıxarılmışdır. Lakin məhkəmə iclaslarının yeri və vaxtı barədə, həmçinin məhkəmə sənədləri barədə Hacıyev Adil Hacı oğlunun mobil telefon nömrəsinə SMS göndərilməmişdir. Həmçinin poçt ünvanına məhkəmə bildirişləri göndərilməmişdir. Nəticədə məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən sözügedən qətnamə iştirakı olmadan qəbul edilmiş və hamin akt rəsmi qaydada poçt ünvanına göndərilməmişdir. Bundan sonra məhkəmə qətnaməsinin ona rəsmi qaydada təqdim edilməsi üçün məhkəməyə müraciət etmişdir. Sözügedən qətnamə ona ##.##.2025-ci İl tarixdə təqdim edilmişdir. Buraxılmış prosessual müddət bərpa edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət vermiş, şikayətini qərardadın qanunsuz və əsassız olması ilə əsaslandırmışdır. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hazırki iş üzrə materiallardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh Hacıyev Adil Hacı oğlunun elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti isə ##.##.2025-ci il tarixində verilmişdir. Hazırki işdə cavabdeh müddəti ötürməsini qətnamənin ona təqdim edilməməsi, qətnaməni məhkəməyə etdiyi müraciət əsasında ##.##.2025-ci il tarixində əldə etməsi ilə əsaslandırmışdır. Lakin yuxarıda qeyd edilən işin halından aydın olur ki, qətnamə ##.##.2025ci il tarixində cavabdehə rəsmi qaydada verilmişdir. Qeyd olunmalıdır ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi təqdirdə həmin şəxslərin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Bu da onu deməyə əsas verir ki, cavabdehin qətnaməni ##.##.2025-ci il tarixdə təkrar olaraq qəbul etməsi həmin məhkəmə sənədinin ##.##.2025-ci il tarixdə əldə edilməsi (ona çatdırılması) faktını qüvvədən salmır. Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar