Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1273/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin Respublika Təcili və X6 Mərkəzi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ##.##.2025-ci il ildən ##.##.2025-ci ilədək əmək haqqı aşağıdakı kimi olmuşdur: 2025 sentyabr 950,80 manat, 2025 oktyabr 946,26 manat və 2025 dekabr 893,09 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh xeyrinə ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə məhkəmə ərizəni təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Kamran oğlundan alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 1,18 mislinə indeksasiya edilməsi haqqında qərar verilmişdir. Azərbaycan Respublikasında 2018-ci ildə ölkə üzrə minumum əmək haqqı 130 manat olmuşdur. Qətnamə ilə hər ay 154 manat yəni ölkə üzrə minumum əmək haqqının 1,18 misli məbləğində aliment müəyyən edilmişdir. Hazırda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 1,18 misli 472 manatdır. O, təcili yardım sektorunda işləyir və əmək haqqı 900 manata bərabərdir. Ona görə hər ay bir uşaq üçün 472 manat ödəmək onun üçün olduqca çətindir. 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqı 400 manat, uşaqlar üçün yaşayış minimumu isə 246 manatdır. 246 manat 400 manat 0,61 mislini təşkil edir. Əvvəlcə mediasiya təşkilatına müraciət edilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddianın qismən təmin edilməsi, ## ######## 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində müəyyən edilməsi qət alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, 2018-ci ildə uşağın saxlanılması üçün 154 manat məbləğdə aliment tutulmuşdur. Aliment indeksasiya edildikdən sonra isə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (hazırkı halda 400 manat) 1,18 misli həddində aliment öhdəliyi iddiaçının üzərində qalmışdır. Bu məbləğ isə hazırkı halda 472 manat edir ki, bu da tərəflərin aliment tutulan zaman mövcud olmuş maddi vəziyyətində uyğun deyil.
7. Məhkəmə hesab etmişdir ki, aliment məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində müəyyən edilməlidir. İddiaçının qeyd etdiyi kimi – minimum əmək haqqının 0,61 misli həddində alimentin müəyyən edilməsi isə aliment məbləğində kəskin azalma ilə nəticələnib, uşağın təminat səviyyəsinə mənfi təsir edə bilər. Odur ki, ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində müəyyən edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 78.3, 100.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” ##.##.2024-cü il tarixli Sərəncamına, Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı bu günə qədər uşağının saxlanılması üçün 154 manat aliment ödəmişdir. Lakin Nəsimi rayon məhkəməsinin qərardadı ilə məbləğ kəskin artaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilmişdir. Nəticədə aylıq aliment 472 manat olmuşdur. Hazırki qətnamə ilə isə yenə heç bir əsas olmadan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində indeksasiya edilmişdir, yəni aylıq 300 manat. Bununla da məhkəmə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini pozmuşdur. Hazırki halda iddiaçının maddi vəziyyətində bir yaxşılaşma baş verməmişdir. Məhkəmə alimentin miqdarını dəyişərkən sadəcə uşaqlar üçün yaşayış minimumunu nəzərə almalı olduğu halda Ailə Məcəlləsinin 112.1-ci maddəsini pozaraq aylıq 300 manat aliment müəyyən etmişdir. Həmçinin, iddiaçının bu məbləği ödəyəcək maddi imkanı yoxdur. Belə ki, aylıq gəliri 900 manatdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
14. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında ## ###### 2024-cü il tarixli Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə qismən – iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, uşaqlar üçün yaşayış minimumu 2025-ci il üçün 245 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır.
29. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahdan tərəflərin ## ######## 2010-cu il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaq ananın yanında saxlanılmış, uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən Cavabdeh ərizəsi təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2018ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Hazırda isə iddiaçı tutulan aliment məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş edir.
30. Birinci instansiya məhkəməsi haqlı olaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etmiş və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almaqla onun ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində müəyyən etmişdir.
31. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçı “Respublika Təcili və X6 mərkəzi” publik hüquqi şəxsində sanitar vəzifəsində işləməklə, 1039,2 manat əmək haqqı alır. Cavabdeh isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləməklə 841,14 manat əmək haqqı alır.
32. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq üçün alimentin məbləğinin yüksək olması, hazırda maddi vəziyyətinin aşağı olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşağın saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, o cümlədən aliment öhdəliyindən azad etmir.
33. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
34. İş materiallarından da göründüyü kimi, iddiaçının aylıq gəliri cavabdehin gəlirlərindən daha artıqdır. Hazırki halda əsas məqsəd uşağın maddi tələbatını maksimum səviyyədə saxlanılmasından ibarətdir ki, hazırki halda da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin həddini kollegiya ağlabatan hesab edir.
35. Kollegiya xüsusi ilə uşağın yaşını nəzərə alaraq hazırkı vaxtda xərclərinin daha yüksək olduğunu qeyd edir.
36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
37. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.