Məhkəmə qərarları › İş №2(3-6)-1334/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1334/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1334/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsi, cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və ASC-nin nümayəndəsi X4rşı “pul və əmlak tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehlərdən biri olan cavabdeh3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. Cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Bankdan 7.000 manat, cavabdeh cavabdeh3 70.000 manat pulun və cavabdehlərdən 135 adda əşyaların (çılçıraq iki ədəd (böyük, balaca) - 500 manat, pərdə (tül) - 270 manat, pərdə (tül) - 220 manat, televizor - 800 manat, divan üstünün 4 ədəd balışları - 800 manat, jurnal masası - 100 manat, komod, bufet, televizor seti, stol, stul 6 nəfərlik – 4.000 manat, xalça (5 m x 3 m) - 400 manat, kompot qabı 3 ədəd - 850 manat, Quran qabı - 100 manat, dini söz hədiyyə (2 ədəd) hər biri 60 manat, cəmi 120 manat, nabat - 80 manat, 12 ədəd armudu stəkan - 52 manat, 12 ədəd büllur stəkan - 84 manat, 12 ədəd böyük nəlbəki, 12 ədəd armudu nəlbəki, 12 ədəd rozetka - 65 manat, 2 ədəd büllur qrafınka (qapaqlı) - 58 manat, 2 ədəd büllur qəndqabı-50 manat, 2 ədəd sadə qəndqabı - 20 manat, mürəbbə qabı 1 ədəd - 25 manat, limon qabı 3 ədəd - 30 manat, meyvə qabı 1 ədəd, 2 ədəddə konfet qabı (qapaqlı) - 150 manat, qrafin 1 ədəd - 30 manat, tort üçün vaza 1 ədəd - 20 manat, yemək dəsti: 24 ədəd qaşıq, 24 ədəd çəngəl, 12 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 6 ədəd limon qaşığı, 12 ədəd desert çəngəl, 1 ədəd kəf yığan qaşıq, 6 ədəd mürəbbə qaşığı - 60 manat, 4 ədəd böyük bulud, 3 ədəd orta bulud, 3 ədəd kiçik bulud, 12 ədəd uzun bulud, 12 ədəd kiçik kasa, 24 ədəd aş boşqabı, 24 ədəd orta boşqab, 24 ədəd kiçik boşqab, 6 ədəd zeytun boşqabı (dördkünc), 3 ədəd soyutma qabı (böyük) - 700 manat, 6 ədəd dolma qabı, 6 ədəd qara qabı, 6 ədəd duz qabı- 700 manat, 12 ədəd süfrə - 600 manat, 1 ədəd 3 dənəli ləpə qabı - 20 manat, 1 ədəd qara şirniyyat qabı - 20 manat, 1 ədəd ütü - 70 manat, balaca şamlar - 10 manat, çay dəsti “madonna” 6 nəfərlik - 600 manat, 1 ədəd meyvə qabı - 250 manat, 2 ədəd ləpə qabı - 200 manat, 2 ədəd şirniyyat qabı - 200 manat, 2 ədəd konfet qabı səbət - 150 manat, meyvə qabı, 2 ədəd, konfet qabı - 250 manat, 6 ədəd rəngli bakal - 60 manat, 1 ədəd tozsoran - 180 manat, paltar şukulka (?) - 35 manat, şpilka, şpilka vedrəsi - 10 manat, divar saatı - 80 manat, 1 ədəd çılçıraq (yataq otağı üçün) - 150 manat, pərdə (tül) gün keçirməz -220 manat, yataq örtüyü - 280 manat, xalça - 180 manat, paltar dolabı, trymo, taxt, 2 ədəd tumba, pufik – 4.000 manat, 5 ədəd böyük ölçülü ayı oyuncağı - 150 manat, 2-3 ədəd balaca ölçülü ayı oyuncağı - 30 manat, ətirlər - 200 manat, kremlər - 50 manat, kosmetika - 60 manat, fen 60 manat, daraqlar - 5 manat, bəzək əşyaları - 10 manat, suvenir - 5 manat, gecə paltarları, alt paltarları, ziyafətlər üçün portmanelər, gündəlik portmanelər, şəpiklər, namaz paltarı, cənəmaz (2 ədəd) - 700 manat, güzgü - 25 manat, ütü masası - 30 manat, uşaq yataq dəsti - 100 manat, yolka ağacı, oyuncaqları, işığı, uşağın paltarları, işığı, qutunun içində olan yeni paltarlar - 250 manat, paltar dolabının içində olan paltarlar, toy paltarları – 1.000 manat, dəridən hazırlanmış əl çantaları - 200 manat, palto - 220 manat, 1 ədəd balonka gödəkcə və 3 ədəd adı gödəkcə (70+50+50+50=) 220 manat, gündəlik paltarlar - 500 manat, gündəlik ayaqqabı, toy, yay və qış fəsillərinə aid ketlər və ayaqqabılar - 500 manat, rəsm fırçaları, şəkillər - 50 manat, dəsmallar - 150 manat, qətfələr - 200 manat, hamam xalatı - 50 manat, uşaq üçün hamam xalat dəsti - 40 manat, 6-7 ədəd pastel - 450 manat, corablar, kapron kalqotka, qış üçün kalqotkalar - 100 manat, şalvar və yubkalar - 100 manat, uşağın paltarları - 200 manat, uşağın ayaqqabıları - 100 manat, taxt döşəyi 1 ədəd - 300 manat, 1 ədəd tək nəfərlik döşək - 150 manat, taxt yorğanı - 200 manat, tək nəfərlik yorğan 2 ədəd - 300 manat, 6 ədəd balış - 600 manat, 2 ədəd ədyal (süd rəngli) - 140 manat, 1 ədəd qalın ədyal - 45 manat, 2 ədəd gündəlik ədyal – (90+90=) 180 manat, 2 ədəd sırıqlı ədyal (50+50=) 100 manat, 1 ədəd nazik xalça - 150 manat, uşaq ədyalı 1 ədəd - 20 manat, paltar üçün asılqanlar - 15 manat, mətbəxi üçün tül pərdə - 150 manat, mətbəx üçün çılçıraq - 80 manat, 1 ədəd reproduksiya (şəkil) - 150 manat, soyuducu – 1.300 manat, paltaryuyan maşın “LG” markalı - 750 manat, mətbəx masası 4 ədəd oturacaqla birlikdə 4 ədəd - 300 manat, ətçəkən maşın - 175 manat, meyvə şirəsi çəkən maşın - 165 manat, blender hissələri ilə birlikdə - 70 manat, xalça - 170 manat, mətbəx mebeli - 800 manat, qaz plitəsi - 120 manat, aspirator - 80 manat, moyka krantı - 30 manat, gündəlik yemək servisi (6 nəfərlik, qırmızı-qara rəngli) - 350 manat, qazanlar 2 dəst 280 manat və 180 manat, çüyün qazanlar (böyük balaca) - 150 manat, kapron qazanlar (böyük balaca) - 50 manat, yağ bidonu - 10 manat, tyorka (meyvə-tərəvəz rəndəsi), alma doğrayan, taxta qaşıqlar - 30 manat, şüşə qazan dəsti - 250 manat, bıçaq dəsti - 50 manat, çömçə dəsti - 35 manat, bıçaq dəsti - 30 manat, padnoslar (məcməyilər) 3 cür (50+5+20=) 75 manat, ədviyyat qabları - 30 manat, gündəlik istifadə edilən fincanlar - 25 manat, ərzaq qabları - 40 manat, tort qabı - 20 manat, gündəlik meyvə qabları - 25 manat, elektrik sobası - 350 manat, üstündə ərzaq doğramaq üçün taxtalar 3 cür - 25 manat, çay dəsmalları, qazan qapaqları, tək qazanlar - 250 manat, oxlov, yuxayayan, termos - 40 manat, paslanmayan qazan dəsti və qrafın, 2 cür vedrə, 2 cür tas, kasa, masqura, iynə-sap dəsti (qutuda) - 300 manat, dəhliz üçün iki cüt çılçıraq - 30 manat, dəhliz üçün xalça - 180 manat, 2 ədəd reproduksiya (şəkil) – (50+50=) 100 manat, şüşə silən, qaz silən, paraşoklar, sabunlar, şampunlar, lif, kisə, süpürgə, döşəməsilən, döşəmətaxtası, paltar setkası və sair - 250 manat, 18 ədəd bakallar sadə - 150 manat, uşaq beşiyi - 500 manat) və ya onların dəyəri kimi 39.881 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı, 2003-cü ildə qohumunun xahişi ilə biznesinə pul qoymaq üçün “Aznəqliyyat Bankdan” kredit götürmüş və özlərinə məxsus olan daşınmaz əmlakı – Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94-də yerləşən 14 “A” saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Sonra iddiaçının qohumu Banka pulu cavabdehdən xəbərsiz olaraq müəyyən intervallarla ödəmişdir. Bu zaman özünü Bankın əməkdaşı kimi təqdim edən cavabdeh cavabdeh3 iddiaçının mənzilinə baxış keçirmiş, gecikmə olduğu təqdirdə bu evi 85.000 dollar pul müqabilində satmağı iddiaçıya təklif etmiş, iddiaçı da, razılaşmışdır. Keçirilən hərraclardan iddiaçı xəbərsiz olmuş və son nəticədə mənzil kredit borcunun əvəzində Banka təhvil verilmişdir. Səbail Məhkəməsi işə baxan zaman iddiaçı “iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi haqqında” vəsatət vermiş, lakin vəsatət rədd olunmuş və hazırkı iş üzrə iddiaçı bir daha o prosesdə iştirak etməmişdir. Beləliklə proseslərdə iddiaçının və iddiaçının ailə üzvlərinin iştirakı və xəbərləri olmadan, onların həmin mənzilə qeydiyyatları ləğv olunmuşdur. İddiaçı və onun ailə üzvləri bu haqda məlumatı icra zamanı, mənzildən çıxarılma zamanı qəfil məlumat almış, hətta mənzilin 3 otağından öz əşyalarını çıxarmağa macal tapmamışlar. İddiaçının mənzili cavabdeh Bank və cavabdeh cavabdeh3 tərəfindən 6 qat ucuz qiymətə satılmışdır. İlk baxışdan borclu ilə kreditor arasında sadə əməliyyat aparılmışdır. Yəni borclu krediti ödəməmiş və nəticədə girov bankın balansına sonra isə öncədən qurulmuş sövdələşmə əməkdaşı cavabdeh3 mülkiyyətinə keçmişdir. Mənzilin özgəninkiləşdirilməsi nəticəsində iddiaçıya külli miqdarda maddi zərər vurulmuş, cavabdehlər onun hesabına əsassız olaraq varlanmışlar. O, mənzildən çıxarıldıqdan sonra ona məxsus çoxsaylı məişət əşyaları mənzildə qalmış, həmin əşyalar ona qaytarılmamış və nəticədə o, həmin əmlaklardan məhrum olmuşdur. Buna görə də, iddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehlərin iddia tələbinə münasibətləri haqqında məlumat

3. Cavabdeh cavabdeh3 iddia tələbinə qarşı verdiyi yazılı etirazda və Rayon Məhkəməsinə verdiyi şifahi izahatda bildirmişdir ki, iddia tələbi heç bir sübuta əsaslanmır. Əslində, o, həmin mənzili hərracdan deyil, hüquqi şəxsdən - Bankdan, alğı-satqı yolu ilə və tək payla 2007-ci ilin fevralında almış və hal-hazırda da mənzil onun mülkiyyətimdədir. Səbail Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində və Ali Məhkəməsinin ##.##.2009-cu il tarixli, *(***)-****/** nömrəli qərarında əks olunmuş hüquqi mövqedən də görünür ki, iddia əsassızıdır. İddia ərizəsində göstərilir ki, mənzildən məcburi çixarılma vaxtı, iddiaçıya aid ev əşyaları mənzildə qalmışdır və guya ki, çıxarmağa macal tapmamışlar. Bununla əlaqədar qeyd edilməlidir ki, mənzildən əşyalar çıxardılmış və cavabdeh Bankın nümayəndələrinin iştirakı ilə saxlanc yerinə daşınmışdır. Bununla əlaqədar, iddiaçı, ona qarşı iddia irəli sürmüş və Səbail Rayon Məhkəməsi *(***)-***/**** saylı, ##.##.2024cü il tarixli qətnamə ilə iddianı rədd etmiş, həmin qətnamə isə Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Eləcə də, onunla iddiaçı arasında dəfələrlə məhkəmə mübahisələri olmuş və qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının hazırkı iddiası da əsassızıdır. Bundan başqa, iddiaçı iddia müddətini də ötürmüşdür.

4. İş üzrə digər cavabdehlər iddia tələbinə qarşı yazılı etiraz verməmiş, məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri haqqında Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmamasını nəzərə almış Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından müəyyən edilir ki, cavabdeh cavabdeh3 ##.##.2007-ci il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən mənzili satıcı olan hazırkı iş üzrə cavabdeh Bankdan almışdır. İddiaçı ərizəsində qeyd edir ki, cavabdeh3 evi 85.000 dollar müqabilində satmağı ona təklif etmiş və onlar razılaşmışdırlar, daha sonra isə iddiaçıdan xəbərsiz hərrac keçirilmiş və əmlak satılmışdır və beləliklə, Rəşad onu aldatmışdır. Halbuki işdən görünür ki, “xxxx” ASC keçirilmiş hərracda əmlakı əldə etdikdən sonra iddiaçının mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və həmin tələb 2006-cı il tarixdə təmin edilmişdir. cavabdeh3 isə mənzili bankla iddiaçı arasında mənzillə bağlı məhkəmə mübahisələri bitdikdən sonra 2007-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə əldə etmişdir. Bundan sonra isə iddiaçı mənzillə bağlı keçirilmiş hərracı və ##.##.2007-ci il tarixli müqavilə alğı-satqı müqaviləsini mübahisələndirmiş və bu tələb də təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının ərizəsində əsas gətirdiyi dəlillərin heç biri məhkəmə iclasında sübuta yetirilməmişdir. Hazırki işdə isə cavabdehlərin iddiaçının hesabına əsassız olaraq varlanma faktı mövcud deyildir. İddia tələbinin “cavabdehlərdən 135 adda əşyaların və ya onların dəyəri kimi 39.881 manat pulun onun xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı İddiaçı hazırkı iş üzrə cavabdeh cavabdeh3 qarşı “135 adda əmlakların naturada və ya onların dəyəri olan 39.881 manat pulun cavabdehdən tutulması” barədə iddia tələbinə dair *(***)-***/**** saylı iş üzrə Səbail Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədə qeyd edilir ki, İddiaçı ailə üzvləri ilə birlikdə 15 ildən artıq müddətdə mübahisəli mənzildən çıxarıldığından, bu müddət ərzində əmlakların geri qaytarılması barədə tələb irəli sürmədiyindən, mənzildən çıxarıldıqdan sonra əmlakların həmin mənzildə qalması, hərracdan sonra əmlak üzərində mülkiyyət hüququ əldə etmiş bankın həmin mənzili hazırki cavabdehə satarkən əmlakların həmin mənzildə olmasını təsdiq edən sübutların mövcud olmamasını, eyni zamanda təyin edilmiş ekspertiza tədqiqatı zamanı da mübahisəli mənzildə həmin əmlakların mövcudluğu təsdiq olunmadığından, iddia edilən plastik pəncərələr isə mənzilin divarında quraşdırılmış vəziyyətdə olduğundan, cavabdeh tərəfindən mübahisəli mənzil alınarkən pəncərələrin quraşdırılmamış vəziyyətdə olması barədə sübutların mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Yəni iddiaçı tərəfindən onun mənzildən çıxarılması zamanı ona məxsus olan əmlakların akt əsasında cavabdehə saxlanc üçün təhvil verilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, mübahisələndirilən 135 adda əşyaların mövcudluğu və onların saxlanc üçün təhvil verilməsi iddiaçı tərəfindən bundan öncəki məhkəmə baxışı zamanı sübuta yetirilə bilməmişdir. Hazırki işdə də iddiaçı sözügedən əşyaların mövcudluğunu və cavabdehlər tərəfindən mənimsənildiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı iddia müddəti də ötürmüşdür. Buna görə də, tələb həmin hissədə həm də iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. Lakin tələbin “əşyaların və ya dəyərinin cavabdehlərdən tutulması” hissəsinə iddia müddəti şamil edilmədiyindən, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi tələbin qeyd olunan hissəsinə münasibətdə əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat

7. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və əsassız varlanmaya görə pul tələbinə azaltma edilməklə 30.000 manat vurulmuş zərərin cavabdeh cavabdeh3 alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli mənzilin qanunsuz özgəninkiləşdirilməsi nəticəsində iddiaçı ona məxsus pul vəsaitləri və çoxsaylı məişət əşyalarından məhrum olmuş, cavabdehlər isə onun hesabına əsassız varlanmışlar. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, iş üzrə səthi araşdırma aparmışdır. e) apellyasiya baxışının həddi barədə məlumat

9. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində Rayon Məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın qismən, yalnız cavabdeh cavabdeh3 münasibətdə və 30.000 manat məbləğində təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnaməni tam həcmdə və bütün cavabdehlərə münasibətdə mübahisələndirir.

10. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin həcminin azaldılmasını bildirsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbi baxımından bu mümkün deyil, çünki iş işin məhkəmədə baxılmağa hazırlanması mərhələsindən keçmiş və artıq apellyasiya baxışındadır. Belə olan halda iddia tələbinin həcminin azaldılmasını arzulayan iddiaçı iddia tələbindən yazılı surətdə qismən imtina edə bilərdi, lakin o iddiadan qismən imtina etməmiş və bu barədə Məhkəməyə yazılı ərizə verməmiş və ümumiyyətlə apellyasiya baxışı iclaslarına gəlməmişdir.

11. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı haqqında məlumat

12. Yuxarıda artıq qeyd edildiyi kimi, apellyator olan iddiaçı apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

13. Eyni halı iş üzrə cavabdehlər olan Səbail Rayon İcra Şöbəsi, cavabdeh1 ASC və cavabdeh1 ASC-nin nümayəndəsi Zülfiyyə Məmmədova barəsində də qeyd etmək olar.

14. Məhkəmə, bu qətnamənin 12 və 13-cü bəndində qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

15. İş üzrə cavabdehlərdən biri olan cavabdeh3 isə apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq Məhkəmənin diqqətinə çatdırdı ki, iddia ərizəsində qeyd edilən mənzili o hərracdan deyil, ##.##.2007-ci ildə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında hazırkı iş üzrə cavabdehlərdən biri olan Bankdan almışdır. Bankın adından həmin müqaviləni Bankın verdiyi etibarnamə əsasında nümayəndə - hazırkı cavabdehlərdən biri olan Zülfiyyə Məmmədova imzalamışdır. Hazırkı iş üzrə iddiaçının və iddiaçının ailə üzvlərinin mənzildən çıxarılmasında ümumiyyətlə iştirak etməmişdir. Mənzilin ipoteka predmeti olaraq boşaldılıb kreditor Banka verilməsi barədə qətnamənin icrasında icra məmuru (məmurları) və ola bilsin ki Bankın nümayəndəsi (nümayəndələri) iştirak etmişlər. Məsələ ondadır ki, o, mübahisəli mənzili aldıqdan sonra qonşu mənzilin – Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94 yerləşən 9 “A” saylı mənzilin sahibi X1 heç bir əsas olmadan ona qarşı qərəzli mövqe tutulmuş, ona qarşı özü və onun təkidi ilə iddiaçı, iddiaçının əri Bahadur Qəhrəmanov çoxsaylı müxtəlif və əsassız iddialar irəli sürməyə başlamışlar. İddiaçının əri Bahadur Qəhrəmanov iddiaçının adından ona qarşı oxşar iddia ilə təxminən 2 il bundan əvvəl Səbail Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia rədd edilmiş və Səbail Rayon Məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən o, apellyasiya şikayətinin təmin edilməməsini Məhkəmədən xahiş edir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı İddiaçı onunla “xxxx” Kommersiya Bankı arasında bağlanmış “Kredit müqaviləsi” əsasında Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirə, Banka olan kredit borcunu ödəyə bilməmişdir. Nəticədə Bank hazırkı iş üzrə iddiaçıya qarşı “kredit borcunun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsi həmin iddiaya dair *-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2003cü il tarixli qətnamə ilə Bankın iddiasının təmin edilməsini, kredit borcunun ödənilməsi məqsədi ilə hazırkı iş üzrə iddiaçıdan 12.834 ABŞ dolları məbləğində pulun Bankın xeyrinə tutulmasını, tutmanın iddiaçıya məxsus və ipoteka ilə Bankın xeyrinə yüklü edilmiş yuxarıda qeyd edilən mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan satılmasını və sair məsələləri qət etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, satılması üçün hərraca çıxarılmış və son nəticədə Bank tərəfindən əldə olunmuşdur. Bundan sonra iddiaçı və iddiaçının ailə üzvləri məcburi qaydada mənzildən çıxarılmışlar. Mənzil Bank tərəfindən hazırki iş üzrə cavabdeh cavabdeh3a satılmış, bununla bağlı onların arasında ##.##.2007-ci il tarixdə notarial qaydada “Alğı-satqı müqaviləsi” bağlanmışdır.

18. İddiaçı iddia ərizəsində bildirir ki, ipoteka predmeti olan mənzilə tələb yönələn vaxt cavabdeh cavabdeh3 mənzilə gələrək, özünü Bank əməkdaşı kimi təqdim edən cavabdeh cavabdeh3 iddiaçının mənzilinə baxış keçirmiş, kreditin qaytarılmasında gecikmə olduğu üçün mənzili 85.000 dollara satmağı ona təklif etmiş, o da, bu təklif ilə razılaşmışdır. Lakin cavabdeh3 vədinə əməl etməmiş və mənzil satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərraclardan isə o xəbərsiz olmuş və mənzil borcun ödənilməsi məqsədi ilə Banka təhvil verilmişdir. bank mənzili əldə etdikdən sonra o və onun ailə üzvləri icra məmurları tərəfindən məcburi qaydada mənzildən çıxarılmışlar. Lakin həmin vaxt ona məxsus adları iddia ərizəsində qeyd olunan 135 adda əşyalar sözügedən mənzildə qalmış, o, həmin əşyaları mənzildən çıxarda bilməmişdir. Mənzilin özgəninkiləşdirilməsi nəticəsində cavabdehlər ona külli miqdarda maddi zərər vurmuş, onun hesabına əsassız olaraq varlanmışlar. O, mənzildən qalmış əşyalardan qanunsuz olaraq məhrum olmuşdur.

19. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi halların mövcud olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə işə baxan məhkəmə tərəfindən əsaslı hesab edilərək, təmin edilə bilməz (MPM, maddələr 14.2. və 77.1.).

20. Əksinə, işdə olan çoxsaylı və qüvvəyə minmiş məhkəmə aktlarından, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *k-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2006-cı il tarixli, *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2009-cu il tarixli qərarları və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, mübahisəli mənzilin Bank tərəfindən cavabdeh3 satılması hüquqi əsaslara söykənmiş, həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməmiş, mənzilin əvvəlcə Bankın, sonradan isə cavabdeh3 mülkiyyətinə keçməsi nəticəsində iddiaçıya maddi zərər dəyməmiş, iddiaçıya məxsus və iddia ərizəsində sadalanan əşyalar mənzildə, yəni hazırkı iş üzrə cavabdehlərdə qalmamışdır.

21. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o halda baş verir ki, əldə edilmiş əmlaka haqq qazandıran qanuni və ya müqavilə əsası mövcud olmasın (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş (bax: bənd 20) və yuxarıda qeyd edilən hallarına yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsində ifadə edilmiş “əşyaların və ya onların dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə” hissəsi əsassızdır. Çünki iddiaçıya məxsus əşyaların cavabdehlərdə qalması və bununla da onların iddiaçıya münasibətdə əsassız varlanması halı təsdiq edilmir. Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.

23. Məhkəmə həmçinin bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).

24. Qeyd edilən bu maddi hüquq normalarının tələblərindən isə işin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarına (bax: bənd 20) yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsində ifadə edilmiş “vurulmuş maddi zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissəsi də əsassızdır. Çünki cavabdehlərin iddiaçıya maddi zərər vurmaları təsdiq edilmir. Rayon Məhkəməsi bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır. i) apellyasiya baxışının nəticəsi

25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar