Məhkəmə qərarları › İş №2(3-6)-1494/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1494/2026

14.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1494/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: müəyyən edilmiş alimentin miqdarının azaldılması Hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "müəyyən edilmiş alimentin miqdarının azaldılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) birgə nikahından ##.##.2013-cü il tarixdə X3 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2016-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında ##.##.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş ##.##.2013-cü il təvəllüdlü X3 Cavabdeh yanında saxlanılmış, İddiaçı Cavabdeh xeyrinə ##.##.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2016-cı il tarixindən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı tutulan 120 manat məbləğində alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.14 misli həddində indeksasiya olunmuşdur. İddiaçı rəsmi əmək müqaviləsi üzrə "xxxx" MMC-də bədən tərbiyəsi və idman üzrə təlimatçımetodist vəzifəsində çalışır və əmək haqqı 1000 manat təşkil edir. Cavabdehin hazırda rəsmi əmək münasibətlərində olması müəyyən edilmir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2025-ci il tarixli qəradadı ilə ##.##.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq, bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ondan ##.##.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulduqdan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qəradadı ilə həmin qətnamə ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya olunmuş, övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,14 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. İndeksasiya olunmuş alimentin məbləği həddindən yüksək məbləğdir, onu ödəmək imkanında deyildir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, İddiaçı ##.##.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, dəyişdirilmiş alimentin tutulmasının bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət olunmuşdur. (hakim: X4)

5. Məhkəmə iddiaya münasibətdə qeyd etmişdir ki, ailə qanunvericiliyinin müddəaları təyin olunmuş aliment miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. Mövcud iş üzrə qiymətləndirmə apararkən diqqət yetirilməli olan əsas faktor iddiaçının və uşağın maddi vəziyyyətidir. İddiaçıdan övladının saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,14 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Lakin hazırda iddiaçının əmək haqqı aşağı olduğundan və indeksasiya olunmuş aliment məbləği onun maliyyə imkanlarını aşdığından, həmin məbləğdə aliment ödəmək iqtidarında deyildir. Bu isə öz növbəsində məhkəmə qərardadının icrasını çətinləşdirir və uşağın mənafeyinə ziddir. Halbuki, iddiaçının nəzərdə tutduğu hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment miqdarı uşağın saxlanılması üçün minimum dolanacaq xərclərini qarşılayaraq, həm uşağın maddi ehtiyaclarını ödəyir, həm də iddiaçının öz yaşayışının təmininə şərait yaratmaqla məhkəmə aktının icrasını mümkün edir.

6. Məhkəmə həmçinin, qeyd etmişdir ki, dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78-ci, 112-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119.1-ci, 217.4-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini tamamilə əsassız və qanunsuz hesab edir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının 4-cü bəndindən görünür ki, həmin işin icraatında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onun əmək haqqı 470 manat təşkil edir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən görünür ki, İddiaçı “xxxx” MMC-də “Bədən tərbiyəsi və idman üzrə təlimatçımetodist” vəzifəsində işləyir və əmək haqqı 1.000 manat təşkil edir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” ##.##.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir. İddiaçının azalmasını tələb etdiyi alimentin müəyyən edildiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından sonra keçən vaxt ərzində iddiaçının əmək haqqı nəinki azalmamış, hətta artaraq 470 manatdan 1000 manatadək yüksəlmişdir. Bundan başqa, iddiaçının hazırki əmək haqqı 400 manat minimum əmək haqqından 2.5 dəfə, yaşayış minimumundan isə 3 dəfədən çoxdur. İş materiallarında alimentin azaldılması üçün digər hər hansı sübut yoxdur. Beləliklə, qətnamə tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. O, nə iddia barədə xəbəri olmamış, nə də ki, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Belə ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, Azərbaycan Respublikasında qeydiyyat ünvanı yoxdur, bu vəkilə verilmiş etibarnamədə öz əksini tapmışdır. 10 ildən çoxdur ki, Azərbaycan Respublikası ilə əlaqəsi yoxdur. İddiaçının isə onun Rusiya Federasiyasındakı ünvanı barədə məlumatı var, iddia ərizəsində də onun Rusiya Federasiyasının vətəndaşı olması və Azərbaycan Respublikasında qeydiyyat ünvanı barədə məlumat olmaması qeyd edilir. Bunlara baxmayaraq, məhkəmə onu lazımi qaydada məlumatlandırmayaraq, məhkəmə iclasları barədə xəbər verməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); 8.4-3-cü bəndinə əsasə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPMin 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir; 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası hazırki mövqeyi ilə bağlı bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmə əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.

24. Tərəflərin ailə vəziyyətinin dəyişməsi dedikdə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi, maddi vəziyyətinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər.

25. Hazırda iddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimentin ödənilməsindən imtina etmir. Sadəcə olaraq aliment məbləği kimi indeksasiya edilmiş məbləğin yüksək olduğunu bildirir. Öz mövqeyini tutulan alimentin aylıq qazancına nisbətdə həddindən artıq yüksək olması ilə əsaslandırır. Cavabdeh isə buna etiraz edərək, alimentin məbləğinin indeksasiya edilərkən iddiaçının əmək haqqı məbləğinin 470 manat, hazırda isə 1.000 manat olduğunu, onun əmək haqqı məbləği artdığından alimentin indeksasiya edilmiş məbləğinin dəyişdirilməməsini xahiş etmişdir.

26. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçı hazırda "xxxx" MMC-də bədən tərbiyəsi və idman üzrə təlimatçı-metodist vəzifəsində çalışır və əmək haqqı 1.000 manat təşkil edir. Cavabdehin isə hazırda rəsmi əmək münasibətlərində olması müəyyən edilmir.

27. Bununla belə, cavabdehin hər hansı rəsmi gəlirə malik olmaması, iddiaçının isə 1.000 manat məbləğində əmək haqqı alması, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi baxımından məhkəmə tərəfindən 2016-cı ildə müəyyən edilmiş alimentin (120 manat) artırılma şəklində dəyişdirilməsini birmənalı olaraq şərtləndirir.

28. Lakin nəzərə alınmalıdır ki, müəyyən edilmiş aliment məbləği iddiaçının maddi vəziyyətinin dəyişməsinin nəticəsi olaraq artırılmamış, Ailə Məcəlləsinin bu sahəni tənzimləyən müddəalarına və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarına uyğun olaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.14 misli həddində indeksasiya olunmuşdur. Bunun nəticəsi olaraq iddiaçı hazırda hər ay (2026-cı il üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləği olan 400 manat x 1,14 = 456) 456 manat sabit pul məbləğində aliment ödəməlidir. Bu hal uşağın mənafeyinə tam uyğun olsa da, aylıq gəlirləri baxımından iddiaçını çətin maddi vəziyyətə salır və bu səbəbdən onun əmlak mənafelərinə uyğun hesab edilə bilməz. Belə ki, mənafelər arasında mütənasiblik olmalı və uşağı saxlamaq vəzifəsi iddiaçının əmlak mənafelərinə ciddi xələl gəlməsi ilə nəticələnməlidir.

29. Hər bir halda, məbləğ etibarı ilə indeksasiya nəticəsində alimentin miqdarı 4 dəfə artmış, lakin onun maddi vəziyyətində bu məbləğin saxlanılmasını mümkün edən dəyişiklik (artım) olmamışdır. İddiaçının aylıq əmək haqqının 470 manatdan 1.000 manata yüksəlməsi də bunu mümkün edən hal kimi qiymətləndirilə bilməz və onun üzərində məhz indeksasiya nəticəsində yaranmış miqdarda alimentin ödənilməsi vəzifəsini saxlamaq üçün əsas yaratmır. Bununla bağlı o hal da nəzərə alınmalıdır ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 forması: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Mübahisəyə birinci forma üzrə yanaşıldığı və belə olan halda, iddiaçının əmək haqqı nəzərə alındığı təqdirdə ailə qanunvericiliyinin tələbləri baxımından bir uşağın saxlanılması üçün ondan hər ay tutulan alimentin məbləği (1.000 / 4 = 250) 250 manat təşkil etmiş olacaqdır ki, bu məbləğ də 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən (246 manat) cuzi fərqlənir və indeksasiya nəticəsində yaranmış alimentin miqdarının əsassız və lüzumsuz olaraq yüksək olduğunu təsdiq edir.

30. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən iddiaçının hazırki ailə və maddi vəziyyətini nəzərə alıb, eyni zamanda 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini diqqət mərkəzində saxlayıb, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya qaydasında müəyyən edilmiş miqdarı dəyişdirilməli və sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (246 : 400 =0.615 həddi yuvarlaq şəkildə və iddia tələbinə uyğun) 0,62 misli həddində müəyyən edilməli, məhz bu həddə sabit pul məbləğində aliment, hər ay iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.

31. Bu miqdar hesabına həm uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş, həm də 2016-cı ildən sonra uşağın təminatının səviyyəsi 2 dəfə artmış olur. Belə ki, tərəflər arasında bağlanmış nikah 2016-cı ildə pozulmuş və həmin vaxtdan uşağın saxlanılması üçün hər ay 120 manat aliment tutulur. Bu baxımdan həmin vaxtdan etibarən təminat səviyyəsinin göstəricisi qismində onun valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminat səviyyəsi deyil, hər ay ödənilən 120 manat aliment hesabına formalaşmış təminat səviyyəsi əsas götürülür.

32. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hazırki iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, iddia ərizəsinin 2025-ci ildə məhkəməyə təqdim olunmasını, 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqının 400 manat, uşaqlar üçün yaşayış minimumunun isə 246 manat olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıdan hər aya görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul mələğində aliment tutulması ədalətli və ağlabatandır. Hazırki iş üzrə aliment miqdarının azaldılması həyata keçirildiyindən bu məbləğdə aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulmalıdır. Nəticə etibarı ilə birinci instansiya məhkəməsi düzgün mövqedən çıxış etmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilib iddianın rədd edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

34. Hazırkı iş üzrə alimentin mübahisələndirilən hissəsində iddianın qiyməti (456-246 = 210 x 12 ay) məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar