Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1529/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iddiaçı İddiaçı 2müddətin bərpa edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün iddiaçı İddiaçı 2müddətin bərpa edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı 4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çəkisi 50 qram, briliyant qaşların çəkisi 12 karat, əyarı 750 olan briliyant qaşlı qızıl materialdan hazırlanmış komplekt dəstin və ya onun dəyəri olan 7.500 manatın, çəkisi 5 qram briliyant qaşlarının çəkisi 0,6 karat, əyarı 750 olan təkqaş qızıl nişan üzüyünün və ya onun dəyəri olan 1.500 manatın, çəkisi 10 qram, üzərindəki briliyant qaşların çəkisi 2 karat, əyarı 750 olan rəngli dördlü qızıl üzüyün və ya onun dəyəri olan 1.700 manatın, Rusiya istehsalı nazik qızıl boyunbağının və ya onun dəyəri olan 100 manatın, istismar müddəti iki il olan Tissot markalı qızıl materialdan hazırlanmış saatın və ya onun dəyəri olan 800 manatın cavabdeh Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 124,80 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh “Tissot” markalı saat, olmadıqda dəyəri 500 manat, Türkiyə istehsalı qızıl dəst (sırğa, boyunbağı, qolbaq), olmadıqda dəyəri 2000 manat, “Zen” markalı tək briliyant qaşlı üzük, olmadıqda dəyəri 680 manat (400 x 1.70 USD), 4 qaşlı sadə üzük, olmadıqda dəyəri 300 manat, Rusiya istehsalı nazik qızıl sep, olmadıqda dəyəri 100 manat pulun alınaraq iddiaçı İddiaçı 4na verilməsi qət edilmişdir.
3. Qətnamə ## ###### 2025-ci il tarixdə işdə iştirak edən şəxslərin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.
4. Həmin qətnamədən iddiaçı İddiaçı 1 ## ###### 2025-ci il tarixində apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilməsini və ona qaytarılmalı olan qızılzinət əşyalarının mövcud olmadığı halda, onların qiymətinin “xxxx” MMC-nin UNI/A-**- ***/** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilən dəyərdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(005)- ***/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı 1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
6. Həmin qərardaddan ## ###### 2026-cı il tarixində iddiaçı İddiaçı 1 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı İddiaçı 1 ## ###### 2026-cı il tarixində məhkəməyə ərizə təqdim edərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
8. Hazırda iddiaçı İddiaçı 4 apellyasiya şikayəti ilə birlikdə müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin üzrlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi iddiaçı Gülnar Rzayevanın elektron kabinetinə ## ###### 2025-ci il tarixində yerləşdirilmişdir. Lakin iddiaçı qətnamədən apellyasiya şikayətini qanunla nəzərdə tutulan 1 ay ərzində deyil, həmin müddətdən 2 gün sonra, yəni ## ###### 2025-ci il tarixində məhkəməyə təqdim etmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı 2müddətin bərpası barədə ərizəsi təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı 4 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, bərpa edilməsi qərara alınmışdır.
11. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçı İddiaçı 2elektron kabinetinə ## ###### 2025-ci il tarixində yerləşdirilmişdir. Iddiaçı tərəfindən ## ###### 2025-ci il tarixində verilmiş apellyasiya şikayəti ## ###### 2026-cı il tarixli qərardad ilə geri qaytarılmış, qərardad elektron kabinetə ## ###### 2026-cı il tarixində yerləşdirilmiş, bundan sonra iddiaçı həmin qərardaddan ## ###### 2026-cı il tarixində şikayət vermiş, daha sonra ## ###### 2026-cı il tarixində ərizə təqdim edərək, həmin şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Həmin tarixdə iddiaçı yenidən apellyasiya şikayəti ilə birlikdə prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə nəzərə almışdır ki, iddiaçı apellyasiya şikayətini ilk dəfə bir gün gecikdirməklə təqdim etmişdir, lakin apellyasiya şikayəti qanunvericilklə müəyyən edilmiş formada verilmədiyindən geri qaytarılmışdır. Həmçinin, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən iş hər bir halda araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Belə olan halda, hər iki tərəfin təqdim etdiyi apellyasiya şikayətlərinin birlikdə araşdırılması və onlara mahiyyəti üzrə hüquqi qiymət verilməsi tərəflərin hüquqlarının təmin olunması və ədalətli məhkəmə araşdırması prinsipləri baxımından məqsədəuyğun hesab olunur. Iddiaçının prosessual hüquqlardan sui-istifadə etməsi və ya prosessual hərəkətləri qəsdən yubadması kimi hallar müəyyən edilmir. Məhkəmə hesab etmişdir ki, mövcud vəziyyətdə iddiaçı tərəfindən şikayət vermək hüququndan sui-istifadə etmə halı olmadığından ərizə təmin edilməlidir.
12. Həmin qərardaddan cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili vəkil1) şikayət verərək, qərardadın ləğv edilməsini və iddiaçı X2 “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra məhkəmə elektron informasiya sistemində yaradılmış tərəflərin və onların vəkili və nümayəndələrinin elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda qəbul edilir ki, ## ####### 2025-ci il tarixli qətnamə iddiaçı Gülnar Rzayevaya və onun vəkili və nümayəndəsinə rəsmi qaydada ## ###### 2025-ci il tarixində təqdim edilmişdir. Iddiaçı Gülnar Rzayeva və onun vəkili və nümayəndəsi qətnaməni rəsmi qaydada ## ###### 2025-ci il tarixində əldə etdiyindən, həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin axımı iddiaçı tərəfə münasibətdə ## ###### 2025-ci il tarixindən bitmişdir. Lakin iddiaçı, həmin 1 ay 2 gün müddət ərzində apellyasiya şikayəti verməmişdir. Iddiaçı 1 ay 2 gün keçdikdən sonra apellyasiya şikayətini elektron kabinetinə yerləşdirmişdir ki, bununla da prosessual müddəti buraxmışdır. Bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi ## ####### 2025-ci il taixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün 2 gün prosessual müddəti ötürmüş iddiaçı bunun hansı səbəbdən baş verməsinə ərizəsində aydınlıq gətirməmişdir. Əksinə iddiaçının ilk dəfə ##.##.2025-ci il tarixdə verdiyi apellyasiya şikayətinin qaytarılması barədə məhkəmənin qərardadından verilmiş şikayətdə bildirir ki, “məhkəmənin qətnaməsinin tərəflərə ünvanladığı müşayətedici məktub ## ###### 2025-ci il tarixində imzalanmış və mübahisələndirilən qətnamənin surəti məhz həmin tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Necə ola bilər ki, ## ###### 2025-ci il tarixində cavabdehə ünvanlanan məktub, ondan 3 gün əvvəl, yəni ## ###### 2025-ci il tarixində ona təqdim edilə bilər. Göründüyü kimi məhkəmə qeyd olunan prosessual müddətin başlanğıcını qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirildiyi vaxtdan deyil, onun imzalandığı vaxtdan hesablamaqla səhvə yol vermişdir”. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində peşəkar vəkillə təmsil olunan, özü də hüquq təhsilli olan iddiaçı Gülnar Rzayeva qətnamədən apelyasiya şikayətinin verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş 1 aylıq müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Iddiaçı bunu təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi heç bir üzürlü səbəb olmadan prosessual müddətin buraxılmasına göz yummuş və əsassız olaraq müddəti bərpa etmişdir. Müddəti bərpa edən məhkəmə qərardadında göstərmişdir ki, cavabdeh də apellyasiya şikayəti verdiyindən hər bir halda iş apelyasiya instansiyası məhkəməsinə göndəriləcəkdir. Ona görə də iddiaçının da apellyasiya şikayətinə baxılması ədalətli məhkəmə araşdırması prinsipləri baxımından məqsədəuyğundur. Bildirilir ki, qərardan şikayət vermək üçün müddətin əsassız bərpa edilməsi ədalətli məhkəmə araşdırması və hüquqi müəyyənlik prinsiplərinin pozulması deməkdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamədən cavabdeh tərəfindən də apellyasiya şikayəti verildiyindən iş hər bir halda araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Belə olan halda, hər iki tərəfin təqdim etdiyi apellyasiya şikayətlərinin birlikdə araşdırılması və onlara mahiyyəti üzrə hüquqi qiymət verilməsi tərəflərin hüquqlarının təmin olunması və ədalətli məhkəmə araşdırması prinsipləri baxımından məqsədəuyğun hesab olunur. Iddiaçının prosessual hüquqlardan sui-istifadə etməsi və ya prosessual hərəkətləri qəsdən yubadması kimi hallar müəyyən edilmir.
18. Işin halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən ## ###### 2025-ci il tarixində verilmiş apellyasiya şikayəti ## ###### 2026-cı il tarixli qərardad ilə geri qaytarılmış, qərardad elektron kabinetə ## ###### 2026-cı il tarixində yerləşdirilmiş, bundan sonra iddiaçı həmin qərardaddan ## ###### 2026-cı il tarixində şikayət vermiş, daha sonra ## ###### 2026-cı il tarixində ərizə təqdim edərək, həmin şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı 4 tərəfindən ilk dəfə verilmiş verilmiş apellyasiya şikayətinə münasibət məhz həmin qərardadla bildirilmişdir. Qeyd edilən səbəblərə görə apellyasiya şikayəti məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə geri qaytarıldıqdan sonra iddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət sonuncu tərəfindən ## ###### 2026-cı il tarixində verilmiş ərizə əsasında baxılmadan geri qaytarılmışdır.
19. Daha sonra, yenidən iddiaçı İddiaçı 4 tərəfindən yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir.
20. Birinci instasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətini ilk dəfə bir gün gecikdirməklə təqdim etmişdir, lakin apellyasiya şikayəti qanunvericilklə müəyyən edilmiş formada verilmədiyindən geri qaytarılmışdır, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən iş hər bir halda araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Belə olan halda, hər iki tərəfin təqdim etdiyi apellyasiya şikayətlərinin birlikdə araşdırılması və onlara mahiyyəti üzrə hüquqi qiymət verilməsi tərəflərin hüquqlarının təmin olunması və ədalətli məhkəmə araşdırması prinsipləri baxımından məqsədəuyğun hesab olunur.
21. Əsaslandırmadan göründüyü kimi birinci instansiya məhkəməsi apellyasiya şikayətinin müddət ötürülməklə verilməsi ilə razılaşır, üzrlü səbəbin mövcudluğu isə nə müddətin bərpası barədə ərizədən, nə də qərardadın məzmunundan görünmür, lakin məhkəmə məhz cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yuxarı instansiya məhkəməsinə göndərilməli olduğuna görə iddiaçının şikayətinin də göndərilməsini məqsədə müvafiq hesab edir.
22. Məhkəmə kollegiyası bununla razılaşmayaraq hesab edir ki, heç bir üzrlü səbəbin mövcud olmadığı halda qeyd olunan əsasla müddətin bərpa olunması əsaslı və qanuni hesab edilə bilməz.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2008-ci il tarixli Qərarında da vurğulanmışdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırkı situasiyada nəinki bu şərtlər mövcud deyildir, ümumiyyətlə ərizəçi tərəfindən bu istiqamətdə hər hansı bir əsaslandırma aparılmamışdır.
24. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv, şikayət təmin olunmalı, qətnamədən şikayətin verilməsi üçün müddətin ötürülməsi səbəbləri üzrlü hesab olunmayaraq müddətin bərpası barədə ərizə rədd edilməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunaraq qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə iddiaçı İddiaçı 2ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.