Məhkəmə qərarları › İş №2(3-6)-161/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-161/2026

21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-161/2026 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş ümumi borc üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2536/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş ümumi borc üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X3 olan 300.000 (üç yüz min) ABŞ dolları borc məbləğinin 1/2 hissəsinin iddiaçının, 1/2 hissəsinin isə Cavabdeh xeyrinə bölünməsi və Cavabdeh 150.000 (yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2536/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 nömrəli qətnaməsi ilə X1 X2 xeyrinə tutulan 300.000 (üç yüz min) ABŞ dolları məbləğində borc pul üzərində İddiaçı və Cavabdeh hər birinin bərabər olmaqla 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməklə, X3 olan 300.000 (üç yüz min) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borc 1/2 (ikidə bir) hissədə, yəni 150.000 (yüz əlli min) ABŞ dolları İddiaçı, 1/2 (ikidə bir) hissədə, yəni 150.000 (yüz əlli min) ABŞ dolları Cavabdeh vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

3. Daha sonra, Cavabdeh buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2536/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa edərək, mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 2536/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2536/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən buraxılmış müddətin bərpası haqqında ərizə təmin edilməmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 2536/2025 nömrəli qərardadından iş üzrə Cavabdeh şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2536/2025 nömrəli xx.xx.2025-ciil tarixli qərardadını ləğv edib, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2536/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən verilmiş buraxılmış müddətin bərpası barədə ərizə təmin edilməklə, e-2(004)-2536/2025 saylı mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə yeni məhkəmə qərardadı qəbul edilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə əsasən, 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 2536/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2536/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 5940/2025 nömrəli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 2536/2025 nömrəli qərardadı ləğv edilmiş və mülki işin, Cavabdeh apellyasiya şikayəti ilə birlikdə verdiyi “prosessual müddətin bərpasına dair” ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2536/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2536/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən buraxılmış müddətin bərpası haqqında ərizə təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2536/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qeydə alındığı yerin ünvanına (ünvan 2əbərnaməsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə imza çəkməklə şəxsən qətnamənin surətini almışdır. Sözügedən qətnamə xx.xx.2025-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2025-ci il tarixdə icraya yönəldilmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsində iş üzrə icraat başlanılmış və həmin tarixdə də tələbin könüllü icrası haqqında bildiriş Cavabdeh göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 2(004)-2536/2025 nömrəli iş üzrə məhkəmə qətnaməsinin ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsi qəbzə imza etməklə təkrarən cavabdehə təqdim edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2536/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2536/2025 nömrəli qətnaməsinin Cavabdeh tərəfindən şəxsən alınmasına dair poçt xəbərnaməsindəki imzanın Cavabdeh məxsus olmadığı müəyyən edilsə də, iş materiallarına və cavabdehin izahatına əsasən müəyyən olunur ki, Cavabdeh məhkəmə prosesindən, qətnamədən və qətnamənin icraya yönəldilməsindən məlumatlı olmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəmə tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə sms bildirişlərin göndərildiyini, zəng vasitəsilə onunla əlaqə saxlanıldığını, lakin rayonda olduğundan iclaslarda iştirak edə bilmədiyini, həmçinin yayda icra şöbəsindən onunla əlaqə saxlanıldığını, icrada bir neçə işi olduğundan hansı icra işi ilə bağlı çağırıldığını bilmədiyini, xx.xx.2025-ci il tarixdə qətnamənin ona təqdim edilməsi barədə ərizə yazdığını, xx.xx.2025-ci il tarixdə qətnamənin ona təqdim edildiyini bildirmiş, bununla da məhkəmə icraatından məlumatlı olduğunu və onun hüquqi nəticələrini real olaraq bildiyini təsdiqləmişdir. Bu məlumatlılıq ona məhkəməyə müraciət etmək, hüquqlarını müdafiə etmək və lazım olan prosessual hərəkətləri vaxtında həyata keçirmək üçün kifayət qədər əsas verirdi. Göründüyü kimi, cavabdeh tərəfindən müddətin ötürülməsinin səbəbləri onun özünün davranışından irəli gəlmişdir. Belə gecikmə üzrlü hesab edilə bilməz.

Şikayətin dəlilləri:

10. Hazırda iş üzrə Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2536/2025 nömrəli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2536/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadını ləğv edib, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(004)-2536/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün onun tərəfindən verilmiş buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş e-2(004)-2536/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnamədən xəbəri olmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş həmin qətnamədən cavabdeh kimi apellyasiya şikayəti verə bilməyi üçün qətnamə cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi qaydada təqdim edilməmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi vasitəsilə məlumat əldə etmişdir. Bundan sonra cavabdeh Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayəti verə bilməyi üçün qətnamənin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iş materiallarında olan qəbzdən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin sözügedən qətnaməsi cavabdehin Bakı şəhəri Yasamal rayonunda olan qeydiyyat ünvanına xx.xx.2025-ci il tarixində göndərilib. Lakin cavabdeh uzun illərdir ki, həmin ünvanda yaşamır. Bundan əlavə, ünvana göndərilmə haqqında qəbzin surətindən də görünür ki, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixində göndərilmiş qətnamə xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən qəbul edilməyib. Belə ki, qeyd olunan qəbzdəki imza da cavabdehə məxsus deyil. Əlavə olaraq cavabdehin elektron məhkəmə portalı da mövcud deyil. Bu səbəbdən də, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2536/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən heç bir şəkildə məlumatı olmamışdır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2536/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən həmin qətnamə Yasamal rayon İcra Şöbəsinə icraya yönəldildikdən sonra məlumat əldə etmişdir. Bundan sonra cavabdeh ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin e-2(004)-2536/2025 nömrəli mülki iş üzrə xx.xx.2025 tarixli qətnaməsinin ona təqdim etməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Yasamal Rayon Məhkəməsinin e-2(004)-2536/2025 saylı mülki iş üzrə xx.xx.2025 tarixli qətnaməsi müvafiq qəbzlə (həmin qəbzin surəti iş materiallarındadır) iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixində rəsmi qaydada təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə cavabdeh tərəfindən verilmiş buraxılmış müddətin bərpası haqqında ərizəni təmin etməməklə qəbul etdiyi xx.xx.2025-ci il tarixli e-2(004)-2536/2025 nömrəli qərardadla cavabdehin rəsmi qaydada xx.xx.2025-ci il tarixində əldə etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2536/2025 tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququndan məhrum edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin qeydiyyatda olduğu ünvana xəbərnamə əlavə edilməklə, poçt vasitəsilə göndərilmiş və qətnamənin cavabdehin özü tərəfindən şəxsən imzalanmaqla əldə olunduğu bildirilmişdir. Halbuki, həmin xəbərnamədəki imza cavabdehə məxsus olmamışdır. Belə ki, tərəflər arasında nikah münasibətlərinə xitam verilmişdir və cavabdeh sadəcə sözügedən ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən qətnamənin şəxsən qəbul olunması mümkün deyil. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi barədə müvafiq icra şöbəsi vasitəsilə məlumatlı olduqdan sonra, məhkəməyə 2025-ci ilin sentyabr ayında ərizə ilə müraciət edərək, qətnamənin ona təqdim olunmasını xahiş etmiş və xx.xx.2025-ci il tarixdə tərəfindən apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsində xəbərnamədəki imzanın cavabdehə məxsus olub-olmadığını müəyyənləşdirmək üçün aparılan icraat çərçivəsində cavabdehin şəxsən iştirakı təmin olunmaqla, həmin imzanın cavabdehə məxsus olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmədən şikayətin təmin olunmasını xahiş edir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və iddiaçının nümayəndəsi məhkəməyə şifahi qaydada məlumat verərək, iclasın iddiaçının iştirakı olmadan keçirilməsini və şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.

15. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

16. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

17. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

18. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

19. Həmin Məcəllənin 135.4-ci maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

20. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

21. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

22. Həmin Məcəllənin 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

23. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

24. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2536/2025 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2536/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilməlidir.

26. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli e-2(004)-2536/2025 nömrəli qətnaməsinin surəti xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qeydə alındığı yerin ünvanına (ünvan 4t xəbərnaməsində Cavabdeh xx.xx.2025-ci il tarixdə imza çəkməklə şəxsən qətnamənin surətini alması kimi görünür.

27. Lakin sonradan məhkəmə araşdırması zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2536/2025 nömrəli qətnaməsinin Cavabdeh tərəfindən şəxsən alınmasına dair poçt xəbərnaməsindəki imzanın Cavabdeh məxsus olmadığı müəyyən edilmişdir.

28. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasına təqdim etdiyi Nəsimi rayon MKTB-nin 31 saylı MKİS tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, M- 33 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, 9-cu mkr., A.Məhərrəmov küçəsi 62 saylı evin, 113 nömrəli mənzilində 2019-cu ildən hal-hazıradək qeydiyyatsız yaşayır.

29. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2536/2025 nömrəli qətnaməsinin surətini xx.xx.2025-ci il tarixdə rəsmi qaydada almış və həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir.

30. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2536/2025 nömrəli qətnaməsinin surəti xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qeydə alındığı yerin ünvanına (ünvan 5bdeh həmin ünvanda faktiki yaşamadığından həmin qətnamə ona çatdırılmamış, sonradan icra mərhələsində cavabdeh həmin qətnamədən xəbər tutaraq qətnamənin ona verilməsi barədə məhkəməyə müraciət etmiş, qətnamənin surəti ona rəsmi qaydada xx.xx.2025-ci tarixdə verilmiş və o, qətnamənin surətini aldıqdan sonra, xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir.

31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2536/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddəti üzrlü səbəbdən ötürmüşdür.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(004)-2536/2025 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2536/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2536/2025 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(004)-2536/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar