Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-163/2026 30.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-103/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişməklə məhkəmədən, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün cavabdehlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından artıq işlədiyi iş saatları üçün ödənilməmiş əmək haqqının əmək müqaviləsinə əsasən müəyyən edilmiş iş saatları üçün hesablanmış əmək haqqının iki qatından az olmamaqla hesablanıb ona ödənilməsi vəzifəsinin; ona çatacaq son haqq hesabın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin; əmək kitabçasında müvafiq qeydlər aprılmaqla ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-103/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsindən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-103/2025 nömrəli qətnaməsindən İddiaçı və maraqlı şəxs X1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4928/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(001)-103/2025 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4928/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli 2(103)-4928/2025 nömrəli qərardad ləğv edilərək mülki işin apellyasiya baxışından çıxarılması, X3 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-103/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən X1 nümayəndəsi, Vəkil2 tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti verilməsi üçün qərardad təqdim edildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 3 gün vaxt verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin vəkili Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və ona əlavə edilmiş “buraxılmış müddətin üzrlü hesab edilməsinə” dair ərizə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4928/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-103/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin vəkili Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-103/2025 saylı qətnaməsindən X1 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-103/2025 saylı qətnaməsindən X3 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatət və ona əlavə edilmiş apellyasiya şikayəti geri qaytarılmış, X2 vəsatəti və apellyasiya şikayətini gücləndirilmiş elektron imza ilə imzalamaqla və səlahiyyətini təsdiq edən etibarnamə əlavə etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-103/2025 saylı qətnaməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş prosessual müddətinin bərpasına dair vəsatət və ona əlavə edilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(3-6)-163/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(001)-103/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2026-cı il tarixli 2(001)-103/2025 saylı məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin nümayəndəsi və vəkili X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-103/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-103/2025 saylı mülki işinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. İddiaçı öz növbəsində vəsatət və etirazlarla məhkəməyə müraciət edərək mülki işin birinci instansiya məhkəməsinə qaytarılmamasını, onun apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 362. Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, tərəflərin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 103/2025 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətlərinə ayrı-ayrılıqda baxılması mümkün olmadığından, cavabdehin təkrar ümumi qaydada verdiyi apellyasiya şikayətinin mümkünlüyünü ilkin olaraq yoxlamaq birinci instansiya məhkəməsinin vəzifəsi olduğundan, iddiaçının mülki işin birinci instansiya məhkəməsinə qaytarılmamasına dair etiraz və vəsatətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2(3-6)-163/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilərək, mülki iş apellyasiya baxışından çıxarılaraq, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2026-cı il tarixli 2(3-6)-163/2026 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin nümayəndəsi və vəkili X5 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-163/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-163/2026
30.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver