Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1647/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri 9.700 manat məbləğində kredit vəsaitinin yarısının, kombinin dəyərinin yarısının, kredit vəsaiti hesabına fərdi yaşayış evinin təmirinə çəkilmiş məbləğin yarısının, öz adına olan kredit üzrə nikah pozulduqdan sonra ödədiyini bildirdiyi 800 manatın yarısının, 550 manat dəyərində kondisionerin yarısının, 50 manat dəyərində Wi-Fi aparatının və 80 manat dəyərində “Panasonic” markalı ev telefonunun qiymətlərinin yarısının, habelə cehiz əşyası olduğunu bildirdiyi və cavabdeh tərəfindən qırıldığını iddia etdiyi 180 manat dəyərində jurnal masasının tam qiymətinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ##.##.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından onların bir övladları doğulsa da, münasibətləri sonradan pozulmuş və iddiaçı nikahın pozulması, uşağın onun yanında saxlanılması və aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər nikaha daxil olduqları ##.##.2014-cü il tarixdən etibarən Pirallahı rayonu, 28-ci məhəllə, Yeni Sahədə yerləşən fərdi yaşayış evində yaşamışlar. Onun bildirdiyinə görə, nikah dövründə həmin fərdi yaşayış evində təmir işləri aparılmış, evə istilik sistemi çəkilmiş, kombi və radiatorlar alınmış, habelə kanalizasiya xətti çəkilmiş, daş hasar artırılmış, həyətdə yarımtikili və digər tikili inşa edilmişdir. İddiaçı həmin işlərə çəkilmiş xərclərin tərəflərin birgə qazancı hesabına ödənildiyini bildirmişdir. 2019-cu ilin yay aylarında 12.000 manat məbləğində kredit götürülmüş, həmin kreditin bir hissəsi cavabdehin əvvəlki borcunun ödənilməsinə, qalan hissəsi isə fərdi yaşayış evinin təmirinə, kombi üçün radiatorların sayının artırılmasına, daş hasarın artırılmasına, kanalizasiya xəttinin çəkilməsinə, həyətdə yarımtikilinin və digər tikilinin inşasına, habelə evin ayrı-ayrı hissələrinin yenidən təmirinə sərf edilmişdir. Bundan başqa, iddiaçı nikah dövründə 550 manata alınmış “LG” markalı kondisionerin, 50 manata alınmış modem (Wi-Fi) aparatının və 80 manata alınmış “Panasonic” markalı ev telefonunun cavabdehin yaşadığı evdə qaldığını, həmçinin onun adına “xxxx” ASC-dən götürülmüş kredit üzrə nikah münasibətlərinə xitam verildikdən sonra ödəniş etdiyini bildirərək həmin məbləğlərin müvafiq hissələrinin cavabdehdən tutulmasını tələb etmişdir. Əmlak barədə iş üzrə tərəflər razılığa gələ bilmədikləri üçün iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat
3. İddiaçı işin baxılmasında iştirak edərək, Rayon Məhkəməsinə iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və iddianın rədd edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, onun iddiasına əsasən onunla iddiaçının arasında əmlak bölgüsünə dair mülki işə Lənkəran Rayon Məhkəməsi tərəfindən baxılmış və məsələ öz həllini tapmışdır. Həmin işə baxılan zaman onlar ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişlər ki, aralarında başqa əmlakla bağlı mübahisə qalmamışdır. Bunu nəzərə almış Lənkəran Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi qətnamə ilə onların əmlaklarını onların arasında bölmüşdür. Buna görə də hazırkı iddia əsassız hesab edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosesdə tərəflərin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etmək vəzifəsi onların üzərinə düşür. İddiaçı 9.700 manat məbləğində götürüldüyünü bildirdiyi kreditin yarısının, kombinin qiymətinin yarısının, kredit vəsaiti hesabına fərdi yaşayış evinin təmirinə çəkilmiş məbləğin yarısının, öz adına olan kredit üzrə nikah pozulduqdan sonra ödədiyini bildirdiyi 800 manatın yarısının, 550 manat dəyərində kondisionerin yarısının, 50 manat dəyərində Wi-Fi aparatının və 80 manat dəyərində “Panasonic” markalı ev telefonunun qiymətlərinin yarısının, habelə 180 manat dəyərində jurnal masasının tam qiymətinin cavabdehdən tutulmasını tələb etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddianı etiraf etməmişdir. Buna görə iddia tələbi sübuta yetməməsi əsası ilə təmin edilməməlidir. d) apellyasiya şikayətləri haqqında məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı şikayətində tərəflərin birgə nikah dövründə yaşadıqları fərdi yaşayış evində təmir işlərinin aparıldığını, evə kombi və istilik sisteminin çəkildiyini, həmin işlərə vəsait sərf edildiyini, habelə tərəflərin nikah dövründə götürülmüş kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına və evin təmirinə istifadə olunduğunu bildirmişdir. Onun mövqeyinə görə, həmin xərclərin tərəflərin birgə nikah münasibətləri dövründə çəkilməsi nəzərə alınmaqla, onların müvafiq hissəsinin cavabdehdən tutulması barədə tələbi əsaslı olmuşdur. Apellyasiya şikayətində həmçinin iddiaçının adına olan kredit üzrə nikah münasibətlərinə xitam verildikdən sonra ödəniş etdiyi, habelə nikah dövründə əldə olunduğunu bildirdiyi kondisioner, Wi-Fi aparatı və “Panasonic” markalı ev telefonunun cavabdehin yaşadığı evdə qaldığı, jurnal masasının isə onun cehiz əşyası olduğu və cavabdeh tərəfindən yararsız hala salındığı göstərilmişdir. İddiaçı hesab etmişdir ki, Rayon Məhkəməsi bu halları və onların təsdiqi kimi təqdim olunmuş materialları düzgün qiymətləndirməmişdir. İddiaçı şikayətində bundan əvvəl tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı məhkəmə mübahisəsinin olduğunu da göstərərək, həmin iş çərçivəsində tərəflərin əmlak və kredit münasibətləri ilə bağlı halların araşdırıldığını bildirmiş və hazırkı mübahisəyə baxılarkən həmin halların da nəzərə alınmalı olduğunu irəli sürmüşdür.Lakin Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclaslarında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları haqqında məlumat
10. İddiaçı apelyasiya baxışı iclaslarında iştirak edərək, apelyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. Cavabdeh apellyasiya baxışı iclaslarında iştirak edərək, apelyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənələrdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh ##.##.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların ##.##.2015-ci il təvəllüdlü 1 övladları var. Nikahdan uşağın olmasına baxmayaraq onların münasibətləri sonradan pozulmuş, onlar ayrılmışlar. Nikah, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaq hazırkı iş üzrə iddiaçının yanında saxlanılmışdır.
14. İş materiallarından həmçinin müəyyən edilir ki, tərəflər arasında əvvəllər də birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, hazırkı iş üzrə cavabdeh Cavabdeh hazırkı iş üzrə iddiaçı İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak” tələbinə dair mülki işə baxılmışdır. Həmin iş üzrə Cavabdeh ilkin olaraq birgə nikah dövründə əldə edildiyini bildirdiyi əşyaların qaytarılmasını və ya onların dəyərinin yarısının, avtomobilin dəyərinin yarısının, kredit borcunun və digər borc məbləğinin müvafiq hissəsinin İddiaçı (Orucovadan) tutulmasını tələb etmişdir. Həmin mülki iş üzrə Cavabdeh sonradan iddia tələbini dəqiqləşdirərək tərəflərin birgə nikah dövründə əldə edilmiş əşyalarla bağlı razılığa gəldiklərini və buna görə həmin əşyaları artıq tələb etmədiyini bildirmiş, tələbini avtomobilin satışından əldə edilmiş 12.000 manatın yarısı olan 6.000 manat, bank qarşısında qalan kredit borcunun yarısı olan 13.070,92 manat və qohumundan aldığını bildirdiyi 5.000 manat borcun yarısı olan 2.500 manatla məhdudlaşdırmışdır. Lənkəran Rayon Məhkəməsinin həmin qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Kia Morning” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 12.000 manatın 1/2 hissəsi olan 6.000 manat Günel Orucovadan alınaraq Cavabdeh verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
15. Hazırkı mübahisə baxımından həmin əvvəlki məhkəmə işinin materiallarından o da müəyyən edilir ki, Günel Orucova həmin iş üzrə təqdim etdiyi etirazında tərəflərin yaşadıqları fərdi yaşayış evinin nikah dövründə təmir olunduğunu, qonaq otağı, giriş zalı, mətbəx, hamam otağı və üç yataq otağında təmir işləri aparıldığını, kombi və kanalizasiya sisteminin qurulduğunu, daş hasarın artırıldığını və həyətdə yarımtikili inşa edildiyini bildirmişdir. O, həmçinin 12.000 manat məbləğində kreditin həmin evin təmir olunmasına və müəyyən əşyaların alınmasına sərf edildiyini irəli sürmüşdür.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
17. Həmin Məcəllənin 32.1, 32.2.2 və 32.3-cü maddələrinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların ümumi birgə mülkiyyətinə daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Bu normaların məzmunu əvvəlki iş üzrə qətnamədə də tətbiq edilmişdir.
18. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
19. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, */**** nömrəli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə edilmiş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması üçün yetərlidir və əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu hal sübuta yetirildikdə həmin şəxs birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə edir və əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını sübut etmək vəzifəsi daşımır. Bununla belə, həmin prezumpsiya əksi sübut edilə bilən ehtimal olduğundan, onun əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən edilmiş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).
21. Göstərilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının tələb etdiyi ayrıayrı pul məbləğlərinin və əşyaların tərəflərin birgə nikah münasibətləri ilə əlaqəsinin, onların əldə edilməsinə və ya yaxşılaşdırılmasına vəsait sərf edilməsinin, habelə həmin əsaslarla cavabdehdən konkret məbləğdə pul tutulmasını şərtləndirən halların iş üzrə mötəbər və kifayət qədər sübutlarla təsdiq edilib-edilmədiyi müəyyən edilməlidir.
22. Məhkəmə ilk növbədə iddiaçının 9.700 manat kredit vəsaitinin yarısının və həmin kredit hesabına fərdi yaşayış evinin təmirinə çəkildiyini bildirdiyi məbləğin yarısının cavabdehdən tutulması barədə tələbinə münasibətdə qeyd edir ki, iddiaçının həmin kredit vəsaitinin evin təmirinə sərf edilməsi barədə mövqeyi hazırkı işdən əvvəl tərəflər arasında baxılmış mülki işdə də irəli sürülmüşdür. Belə ki, Lənkəran Rayon Məhkəməsində baxılmış iş üzrə iddiaçı hazırkı işdəki mövqeyinə uyğun olaraq Cavabdeh tərəfindən götürülmüş 12.000 manat kreditin bir hissəsinin əvvəlki borca tutulduğunu, qalan vəsaitin isə evin təmirinə sərf edildiyini bildirmişdir.
23. Bununla belə, Məhkəmə qeyd edir ki, iddiaçının əvvəlki mülki işdə və hazırkı işdə kredit vəsaitinin evin təmirinə sərf edildiyini bildirməsi özlüyündə həmin vəsaitin konkret olaraq hansı həcmdə evin təmirinə sərf edildiyini və hazırkı iddia üzrə tələb olunan məbləğin cavabdehdən tutulması üçün zəruri olan bütün faktiki halları təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz. Hazırkı iş üzrə iddiaçı 9.700 manat məbləğində kredit vəsaitinin yarısının, eləcə də evin təmirinə sərf edildiyini bildirdiyi məbləğin yarısının cavabdehdən tutulmasını tələb etsə də, Rayon Məhkəməsi həmin halları təsdiq edən sübutların təqdim edilmədiyini müəyyən etmişdir.
24. Eyni zamanda, əvvəlki, yəni Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş mülki işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh bank qarşısında qalan kredit öhdəliyinin yarısının Günel Orucovaya aid edilərək ondan tutulması barədə tələbi təmin edilməmişdir. Həmin məhkəmə bu nəticəyə gələrkən Ali Məhkəmə Plenumunun ##.##.2024-cü il tarixli, */**** nömrəli Qərarının 6.39-cu bəndində ifadə edilmiş hüquqi mövqeyə istinad etməklə, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor qarşısında icra edilməmiş öhdəliyinin digər ərdən (arvaddan) alınaraq ona verilməsi üçün qanuni və müqavilə əsasının olmadığını qeyd etmişdir.
25. Odur ki, iddiaçının kredit vəsaitinin mövcudluğuna və həmin vəsaitin ailə ehtiyaclarına sərf edildiyinə dair izahatları, digər mötəbər sübutlarla birlikdə cavabdehdən məhz tələb edilən məbləğin tutulmasının faktiki və hüquqi əsaslarını təsdiq etmədiyi halda, həmin tələb yalnız tərəfin izahatına əsaslanmaqla təmin edilə bilməz. Bu baxımdan Rayon Məhkəməsinin iddiaçının qeyd edilən tələbləri sübuta yetirmədiyi barədə nəticəsini əsassız hesab etmək üçün apellyasiya şikayətində irəli sürülmüş dəlillər kifayət etmir.
26. İddiaçının kombinin dəyərinin yarısının cavabdehdən tutulması barədə tələbinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçı həm hazırkı işdə, həm də tərəflər arasında əvvəllər baxılmış mülki işdə kombi və istilik sisteminin tərəflərin birgə nikahı dövründə yaşadıqları fərdi yaşayış evində quraşdırıldığını bildirmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsində baxılmış iş üzrə verdiyi etirazında Günel Orucova tərəflərin nikah dövründə yaşadıqları evdə kombi sisteminin qurulduğunu və evin təmir edildiyini göstərmişdir.
27. Bununla belə, həmin izahat kombinin əldə edilməsinə çəkilmiş konkret xərcin məbləğini, onun kim tərəfindən və hansı vəsait hesabına əldə edildiyini, habelə hazırkı mübahisə üzrə cavabdehdən tutulması tələb edilən məbləği müəyyən etməyə imkan vermir. Hazırkı iş üzrə iddiaçı kombinin qiymətinin yarısının cavabdehdən tutulmasını tələb etsə də, Rayon Məhkəməsi həmin tələbin əsasını təşkil edən halları təsdiq edən sübutların təqdim edilmədiyini müəyyən etmişdir. Buna görə də yalnız kombinin tərəflərin nikah dövründə yaşadıqları evdə quraşdırıldığı barədə iddiaçının izahatının mövcudluğu cavabdehdən onun dəyərinin yarısının tutulması üçün özlüyündə kifayət etmir.
28. İddiaçının öz adına olan kredit üzrə nikah pozulduqdan sonra ödədiyini bildirdiyi 800 manatın yarısının cavabdehdən tutulması barədə tələbinə gəldikdə, Məhkəmə qeyd edir ki, həmin tələbin təmin edilməsi üçün yalnız kredit öhdəliyinin nikah dövründə yaranmasının deyil, həm də kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf edilməsinin, nikah münasibətlərinə xitam verildikdən sonra iddiaçı tərəfindən həmin öhdəlik üzrə faktiki ödəniş aparılmasının və tələb edilən məbləğin həcminin iş üzrə sübutlarla müəyyən edilməsi zəruridir.
29. Lakin Rayon Məhkəməsi iddiaçının nikah pozulduqdan sonra 800 manat məbləğində kredit ödənişi etməsi və həmin məbləğin yarısının cavabdehə aid edilməsini şərtləndirən halları təsdiq edən sübutları təqdim edə bilmədiyini müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlilləri də Rayon Məhkəməsinin həmin nəticəsinin düzgünlüyünü şübhə altına alan və cavabdehdən konkret pul məbləğinin tutulmasına əsas verən mötəbər sübutların mövcudluğunu təsdiq etmir.
30. İddiaçının 550 manat dəyərində “LG” markalı kondisionerin, 50 manat dəyərində Wi-Fi aparatının və 80 manat dəyərində “Panasonic” markalı ev telefonunun qiymətlərinin yarısının cavabdehdən tutulması barədə tələblərinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçı həmin əşyaların nikah dövründə əldə edildiyini və hazırda cavabdehin yaşadığı evdə qaldığını bildirmişdir. İddiaçı ilkin iddia ərizəsində də kondisionerin 550 manata, modemin 50 manata və “Panasonic” markalı ev telefonunun 80 manata alındığını göstərmişdir.
31. Lakin iddiaçının həmin əşyaların nikah dövründə əldə edilməsi, onların hazırda cavabdehin sahibliyində qalması və iddia ərizəsində göstərilən dəyərə malik olması barədə izahatları müvafiq tələblərin təmin edilməsi üçün əhəmiyyətli hallara dair tərəfin mövqeyini ifadə etsə də, Rayon Məhkəməsi bu halların onları təsdiq edən sübutlarla əsaslandırılmadığını müəyyən etmişdir. Cavabdeh də iddia tələbini etiraf etməmişdir. Belə olan halda həmin əşyaların mövcudluğu, əldə edilmə vaxtı, hazırda kimdə olması və onların dəyəri mötəbər sübutlarla müəyyən edilmədən yalnız iddiaçının göstərdiyi qiymətlər əsasında cavabdehdən pul tutulması üçün kifayət qədər faktiki əsas mövcud deyildir.
32. İddiaçının 180 manat dəyərində jurnal masasının tam qiymətinin cavabdehdən tutulması barədə tələbinə gəldikdə, iddiaçı həmin masanın onun cehiz əşyası olduğunu və cavabdeh tərəfindən qırıldığını bildirmişdir. Hazırkı iş üzrə təqdim etdiyi ərizədə də iddiaçı 180 manatlıq jurnal masasının cavabdeh tərəfindən qırıldığını, həmin əşyanın onun cehizi olduğunu əsas gətirərək tam dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir.
33. Məhkəmə qeyd edir ki, jurnal masasının iddiaçının ayrıca mülkiyyətində olan cehiz əşyası olması barədə tələbin təmin edilməsi üçün əşyanın iddiaçıya məxsus olması, onun cavabdehin hərəkətləri nəticəsində məhv edilməsi və ya yararsız hala düşməsi, habelə tələb edilən zərərin məbləği müəyyən edilməlidir. Rayon Məhkəməsi isə iddiaçının həmin halları təsdiq edən sübutları təqdim edə bilmədiyini müəyyən etmişdir.
34. Bundan başqa, tərəflər arasında əvvəllər Lənkəran Rayon Məhkəməsində baxılmış əmlak mübahisəsində Cavabdeh birgə nikah dövründə əldə edildiyini bildirdiyi bir sıra əşyaların qaytarılmasını və ya onların dəyərinin yarısının tutulmasını tələb etmiş, lakin sonradan tərəflərin həmin əşyalarla bağlı razılığa gəldiklərini bildirərək əşyalarla bağlı tələbini davam etdirməmişdir. Bu hal özlüyündə hazırkı jurnal masası ilə bağlı tələbin həllini müəyyən etməsə də, tərəflər arasında daşınar əşyalarla bağlı əvvəlki mübahisənin mövcudluğunu göstərir və hazırkı tələb üzrə jurnal masasının iddiaçının ayrıca əmlakı olması, onun cavabdeh tərəfindən məhv edilməsi və dəyərinin 180 manat təşkil etməsi ayrıca sübuta yetirilməli olan hallar olaraq qalır.
35. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətində onun təqdim etdiyi sübutların Rayon Məhkəməsi tərəfindən düzgün araşdırılmaması və qiymətləndirilməməsi barədə irəli sürdüyü dəlillər qətnamənin ləğv edilməsinə əsas vermir. İş materialları iddiaçının tələb etdiyi ayrı-ayrı pul məbləğlərinin cavabdehdən tutulması üçün zəruri olan faktiki halların məcmusunu təsdiq etmir. MPM-in 77.1-ci maddəsinə əsasən isə həmin halların sübut edilməsi onlara öz tələblərinin əsası kimi istinad edən iddiaçının üzərinə düşür.
36. Digər tərəfdən qeyd edilməlidir ki, hazırkı işə baxılan zaman Məhkəmə tərəfindən Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı mülki işin materialları tədqiq edilmiş və müəyyən edilmişdir ki, hazırkı və həmin iş üzrə tərəf olmuş Cavabdeh və Günel Orucova ##.##.2025-ci il tarixli birgə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, bildirmişlər ki, həmin iş üzrə mübahisəli əmlaklardan savayı onların başqa əmlaklarla bağlı tələbləri yoxdur.
37. Beləliklə göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi
38. Odur ki, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş, tərəflərin istinad etdikləri halları və iş materiallarında olan sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirərək iddia tələbinin təmin edilməməsi barədə əsaslı, qanuni və işin hallarına uyğun nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünü şübhə altına almır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Şikayətin dəlilləri əsassızıdır və formal mülahizə xarakteri daşıyır.
39. Buna görə də göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.