Məhkəmə qərarları › İş №2(3-6)-1733/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1733/2026

02.06.2026 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1733/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakim Musayeva Cəmilə Ceyhun qızından sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızının cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, evə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı4 və iddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Sabir küçəsi **A saylı evə və torpağa dair alınmış çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsızlığı, çıxarışın ləğv edilməsi, həmin küçədə yerləşən ** saylı evə dair iddiaçı3 adına mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin ##.##.2025-ci il tarixli iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsindəki ** saylı ev qanuni əsaslarla əldə edilib. Belə ki, babası Məhərrəm Məmmədov bu evi cavabdeh2 əmisi - Məmədi adlı şəxsdən alıb. Alqı-satqı təxminən 46 il bundan əvvəl aparılıb, bu halı bütün qonşular, o cümlədən iddiaçının anası Svetlana, xalası Klara adlı şəxslər təsdiq edə bilərlər. Alınandan sonra həmin evdə əsaslı təmir aparılaraq sökülüb, tavan böyüdülüb, otaqlarının sayı artırılıb. Evin tikintisi 1972-ci ilə təsadüf edir. Faktiki 50 kv.m, tikinti altında olan sahəsi 42,1 kv.m-dir. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.2003-cü ildə yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat tərtib olunub, tikintinin sahibi anası X2 göstərilib. O, bu ünvanda, ** saylı evdə 1985-ci ildə anadan olub, buradan bağçaya, sonra *** saylı tam orta məktəbə, daha sonra hərbi xidmətə gedib. İndiyədək özü, ailəsi və azyaşlı uşaqları bu ünvanda yaşayırlar. Anası bu ünvana 1970-ci ildə gəlin gəlib, indiyədək bu ünvanda təsərrüfat aparır, yaşlı və xəstə qadındır. Bu ünvana dair bütün kommunal xidmətlərin haqqı, qaz, su elektrik enerji sərflyyatına görə ödəmələr indiyədək onların ailəsi tərəfindən ayrıca aparılıb və qanuni əsaslarla əldə etdikləri ** saylı evə 40 ildən çox müddətə mübahisəsiz və etirazsız sahiblik hüququnu həyata keçiriblər. 2019-cu ildə iş üzrə cavabdeh cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Sabir küçəsində yerləşən və onların sahibliyində olan ** saylı fərdi yaşayış evini də daxil etməklə həmin küçədəki **A saylı fərdi yaşayış evini və torpağı öz mülkiyyətinə keçirib və bu barədə çıxarış alıb. Daha sonra cavabdeh mülki hüquqlarından suiistifadə edərək onların yaşadıqları evdən çıxarılmağa dair məhkəmədə iddia qaldırıb, azyaşlı uşaqları və onlara aid olan əmlakla birlikdə bu ünvandan çıxarılmaqları qət edilib. Məhkəmə bu mübahisə üzrə münasibətləri tənzimləyərkən ədalətli qərar qəbul etməyib. Belə ki, ədalət qanunvericilik bazasına istinadən meydana çıxan hüquqi kateqoriyadır və məhkəmənin sözügedən qərarı sonradan tərəflər arasında mübahisəyə səbəb olub. İşdə Tİ və MQ idarəsinin verdiyi təsdiqedici sənəd mövcud olsa da, məhkəmə mübahisəli qətnaməsilə tərəflər arasındakı mübahisəni ədalətli həll etmək əvəzinə cavabdehləri qanunda təsbit edimiş mülkiyyətin iki komponentindən qanunsuz məhrum edib. Məhkəmə onların bu hüququnun qorunmasına təminat verməyib, əksinə azyaşlı uşaqları, yaşlı xəstə valideynləri əşyaları ilə qışda, soyuqda 50 il doğulub yaşadıqları evdən çıxarmaqla onları özünü öldürmək həddinə çatdırıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-930/2025 saylı ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar iddiaçı4 və iddiaçı3 birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İş materialları və “AZEMİS” vasitəsilə müəyyən edilmişdir ki: - İddiaçı cavabdeh2 cavabdehlər iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızına qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızının iddiaçı cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evindən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. - Həmin qətnamədən cavabdeh iddiaçı4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 İlqar qızının cavabdeh cavabdeh2 qarşı “çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, evə mülkiyyət hüququnun tanınması” tələbinə dair *(***)-****/**** nömrəli mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı cavabdeh2 cavabdehlər iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızına qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ərzəsi ilə bağlı *(***)-****/**** saylı iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bu Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi”nin yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan mübahisələrə mümkün olan qısa müddətlərdə baxılmasıprosessual qənaət prinsipi ilə uzlaşır. Beləliklə məhkəmə kollegiyası hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Belə olan halda hazırda icraatda olan iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızının cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, evə mülkiyyət hüququnun tanınması” tələbinə dair *(*-*)-****/**** saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi İkram Şirinovun icraatında iddiaçı cavabdeh2 cavabdehlər iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızına qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair *(***)-****/**** saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızının cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, evə mülkiyyət hüququnun tanınması” tələbinə dair *(*-*)-****/**** saylı mülki iş iddiaçı cavabdeh2 cavabdehlər iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 İlqar qızına qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair *(***)-****/**** saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Mülki işlərə 2(103)-3981/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar