Məhkəmə qərarları › İş №2(3-6)-1787/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1787/2026

30.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1787/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “alimentin miqdarının azaldılması”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulmalı olan hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılaraq, hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş ##.##.2016-cı il təvəllüdlü X2 cavabdehin himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə alimentin ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 manat) 1,18 misli həddində (472 manat) indeksasiya olunması qərara alınmışdır. Sözügedən qərardadla razı deyil. Belə ki, bir uşağa real olmayan məbləğdə aliment təyin edilmişdir. Alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması onun maddi durumuna və ailə vəziyyətinə ciddi təsir edir. Bundan başqa, ikinci ailəsinin olduğunu nəzərə alaraq qərardadda göstərilən aliment məbləğinin tərəfindən ödənilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.

3. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia ərizəsi qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin azaldılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Cavabdeh tərəfindən aliment ödənişləri tam və vaxtında həyata keçirilməmiş, nəticədə borc yaranmışdır. Buna baxmayaraq, rayon məhkəməsi tərəfindən iş üzrə faktiki hallar tam və obyektiv araşdırılmamış və işə düzgün hüquqi qiymət verilməmişdir. Təqdim edilmiş sübutlar (tibbi sənədlər və digər sənədlər) iş üzrə əhəmiyyət kəsb etməsinə baxmayaraq rayon məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə işin faktiki halları düzgün müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, alimentin ödənilməsindən boyun qaçırmır, hər ay əmək haqqından aliment tutulur, cavabdehlə olan nikahından bir övladı var, nikah pozulduqdan sonra o da, cavabdeh də yenidən ailə həyatı qurublar, onun da, cavabdehin də ikinci nikahdan bir övladı doğulmuşdur. “xxxx” MMC-də fəhlə kimi işləyir, 500 manat maaş alır. Buna görə də 472 manat aliment ödəməsi mümkün deyil.

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və Məhkəməyə ərizə ilə müraciət edərək, səhhətindəki problemlərə görə məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, video-konfrans vasitəsilə məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir.Həmin vəsatət təmin edilməmişdir.

8. Texniki problemlərə görə video-konfrans vasitəsilə cavabdehin iştirakını təmin etmək mümkün olmadığından, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan: 10.

11. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən, həmin məhkəmənin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən, borclu İddiaçı şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilməmişdir.

13. AZ-T №****** seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.2016cı il təvəllüdlü X2 valideynləri İddiaçı və X1r.

14. AZ-II №****** seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X5 ##.##.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

15. AZ-IV №****** seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.2024-cü il təvəllüdlü X3 valideynləri İddiaçı və X4r.

16. ƏƏSMN-nin X13 Sistemi iş yerindən arayışdan görünür ki, iddiaçı İddiaçı “xxxx” MMC-də sifariş sayım operatoru işləyir və əmək haqqı 499 manatdır.

17. Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MSB/*-****-***** nömrəli, ##/##.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair, 10 manat poçt xidmətləri xərci ödəmişdir.

18. Sabunçu rayon Icra şöbəsinin Cavabdeh ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, alimentin indeksasiyası ilə bağlı qərardad icra olunması üçün ##.##.2025-ci ildə şöbəyə daxil olmuş və qanuna uyğun tədbirlər görülmüşdür. Sabunçu Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı üzrə 2436 manat aliment ödənişi olunub, aliment borcu iyun ayı daxil omaqla, 2756 manat təşkil edir.

19. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından müəyyən olur ki, İddiaçı hərəkətlərində AR Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

20. Həmin qərardan tələbkar Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

21. Maddə 22.2.2. Məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir.

22. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar;

23. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

24. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur;

25. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər;

26. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

27. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

28. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

29. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

30. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

31. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

32. “Uşaq hüquqları bəyannaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

34. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun ## #### 2016-cı il tarixli 8-* №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir.

35. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il ** nömrəli qərarı

36. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

42. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

43. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 376.2. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

47. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

49. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

51. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

54. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Hazırkı işin mübahisəsiz hallarından müəyyən edilir ki, tərəflər nikaha daxil olmuş, onların birgə nikahlarından ##.##.2016-cı il təvəllüdlü bir övladları doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, İddiaçı ##.##.2018-ci il tarixdən başlayaraq, ## #### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində akiment alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən İddiaçı tutulan alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək, əmək haqqının 499 manat olduğunu, əlavə gəlirlərinin olmadığını bildirərək alimentin minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.

56. Rayon məhkəməsində iddia tələbi qismən təmin edilmiş, aliment məbləği 260 manat, yəni 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,65 misili (260 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) : (bölünsün) 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0,65) həddində müəyyən edilmişdir.

57. Iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir.

58. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, iddiaçının aliment ödənişlərini tam və vaxtında həyata keçirmədiyini, nəticədə borc yaranmasını rayon məhkəməsinin nəzərə almamasını mübahisələndirmişdir.

59. Məhkəmə cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının rəsmi 499 manat əmək haqqı aldığı halda minimum əmək haqqının 1,18 misli həddində olmaqla, aylıq 472 manat müəyyən edilmiş alimenti tam və vaxtında ödəyə bilməməsi də aliment məbləğinin iddiaçının maddi vəziyyətinə - gəlirinə mütənasib olmadığını göstərir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

61. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

62. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

63. Belə olan halda Məhkəmə hesab edir ki, rayon məhkəməsi düzgün nəticəyə gələrək uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq, minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment müəyyənləşdirmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin icrasının real olması baxımından müəyyən edilən məbləğ ağlabatan olmaqla, uşağın minimum təminat hüququna da uyğundur.

64. Bundan başqa, iddiaçı barəsində inzibati xətaya dair aparılmış icraat zamanı da onun aliment borcunun ödəməkdən qərəzli olaraq yayınmadığı, bunun maddi imkansızlığı ilə əlaqəli olduğu müəyyən olunmuşdur.

65. Odur ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilə və faktlar nöqteyi-nəzərindən, mahiyyət etibarı ilə düzgün olan rayon məhkəməsinin qətnaməsinin ləğvinə səbəb ola bilməz.

66. MPM-in 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

67. Göstərilənlərə əsasən, Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

69. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

71. Hazırkı qətnamənin mübahisələndirilən hissəsinin (472–260 =212) bir il ərzində məcmusu üzrə (212 x 12 =2544 manat) iddianın qiyməti beş min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

72. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.

73. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onların apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar