Məhkəmə qərarları › İş №2(3-6)-1982/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1982/2026

08.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1982/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və yetkinlik yaşına çatmayan X3 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.ünvan 1 ünvanında yerləşən * saylı mənzildən və əlavə edilmiş tikililərdən çıxarılmaları, həmin mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 57.600 manat maddi zərər, 3000 manat mənəvi zərər, 1000 manat vəkil xidmət haqqı olmaqla, cəmi 61.600 manat məbləğində pul vəsaitinin və 275 (272+3) manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh2, X1 və yetkinlik yaşına çatmayan X3 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.ünvan 1 ünvanında yerləşən * saylı mənzildən və əlavə tikililərdən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.B.ünvan 1 ünvanında yerləşən * saylı mənzilin boşaldılaraq, iddiaçı X8 təhvil verilməsi, 100 manat dövlət rüsumu və 1000 manat hüquqi yardımın göstərilməsinə görə vəkil xidmət haqqı cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bununla yanaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 (nümayəndəsi və vəkili vəkil1) ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 (nümayəndəsi və vəkili vəkil1) tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. (forma və məzmun tələblərinə əməl edilməməsi və lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməməsi səbəbindən)

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh3 (nümayəndəsi və vəkili vəkil1) tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş şikayətə baxılması məqsədilə mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, MPM-nin 269.1-ci maddəsinə əsasən, cavabdeh cavabdeh3 (nümayəndəsi və vəkili vəkil1) tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026cı il tarixli qərardadından verilmiş şikayətə ilkin olaraq baxılması qərardadı qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh3 (nümayəndəsi və vəkili vəkil1) tərəfindən verilmiş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Rəşid Səmədov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar