Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2012/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin bölünməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Əliyeva Fatma Mehralı qızının iştirakı ilə, Işin halları
1. Iş materiallarında olan * saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ##.##.2019-cu ildə verilmiş AZ-II seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Əliyeva Fatma Mehralı qızı arasında ##.##.2019-cu ildə *** saylı akt qeydi ilə nikahlarını bağlamışlar. Nikahdan sonra ərə Məmmədov arvada Məmmədova soyadı verimişdir.
2. Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/*/****-***** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün müəyyən olunmuş 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
3. “xxxx” QSC-nin ****** nömrəli məktubundan görünür ki, Cavabdeh adına AZ**ACAB********************* nömrəli hesabın açılma tarixi ##.##.2023-cü il, bağlanma tarixi ##.##.2024-cü il, AZ**ACAB******************** nömrəli hesabın açılma tarixi ##.##.2023-cü il bağlanma tarixi ##.##.2025-ci ildir.
4. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh ##.##.2023-cü ildə AZ**ACAB********************* nömrəli hesaba 2300 manat vəsait qoymuş, ##.##.2024-cü ildə hesabdan 2531,70 manat məxaric etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh adına olan Bank of Bakıı ASC-də olan depozit hesabdakı vəsaitin 1/2 hissəsinə iddiaçı İddiaçı pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən məxaric edilmiş 2531 manat pul vəsaitin yarısı olan 1265.5 manat pul vəsaitinin və “xxxx" ASC-dən məxaric edilmiş 20320 manat manat pul vəsaitinin yarısı olan 10160 manat pul vəsaitinin cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə * saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində ## ###### 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan bir övladı ## #### 2023-cü il təvəllüdlü X1 doğulmuşdur. Cavabdehlə aralarında olan nikah məhkəmənin e- *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda tələbi nikah dövründə cavabdehin adına xxxx ASC-də mövcud olan depozit hesabına 2023-cü ilin sentyabr ayında 23300 manat vəsait qoymuşlar. Aylıq gəlir faizi 12 faiz olmuşdur. Həmin tarixdən etibarən aylıq faizi yalnız o götürmüşdür. Təxminən ayda 230 manat vəsait götürüb. Bu vəsaitin uşağın zəruri məsrəfləri üçün xərcləndiyinə görə heç bir tələbi olmayıb. Hazırda isə bank hesabında olan vəsaitin aralarında bərabər şəkildə bölünməsini istəyir. Ötən müddət ərzində ayrı yaşamışlar. Vəsaiti bank hesabında çıxara bilər, məlumatlar bank sirri təşkil etdiyi üçün məlumat ala bilmir. Əmlak tələbinə dair iddiaçı tərəfindən Bakı * saylı Mediasiya Təşkilatına müraciət edilmiş və iddiaçıya Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/*/****-***** saylı, ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də iddia ərizəsi ilə müraciət etməyi zəruri hesab edir.
8. Iddia tələbinə əlavə onunla əsaslandırılmışdır ki, sonradan məhkəmənin göndərdiyi sorğu əsasında müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh xxxx QSC-də müddətli əmanət hesabına ##.##.2023-cü ildə 2300 manat əmanət qoyulub və müddətli əmanət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Əmanətin faiz dərəcəsi 10.7% olmuşdur, müddəti 12 ay olmuşdur. Faizin ödənilmə qaydası müddətib sonu olmuşdur. ##.##.2024-cü il tarixində cavabdeh Cavabdeh tərəfindən hesabdan məxaric edilib. Pul məbləği üzərinə 231 manat faiz əlavə olunub. Həmin vəsaiti əldə etdikdən sonra ona xəbər verməmişdir, onun razılığı olmamışdır. xxxx ASC-nin Sabunçu rayon Məhkəməsinə göndərdiyi HD-****/** nömrəli ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ##.##.2022-ci ildə depozit hesaba 10160 manat mədaxil edilmiş, ##.##.2023-cii il tarixində Cavabdeh tərəfindən faizlərlə birlikdə 11,111 manat məxaric edilmişdir. ##.##.2022-ci il tarixli *****-***** nömrəli bank əmanəti müqaviləsinə əsasən 10160 manat əmanət qoyulmuşdur, müddət 12 ay təşkil edir, illik faiz 10 faiz olmuşdur. ##.##.2023-cü ildə *****-***** nömrəli bank əmanəti müqaviləsinə əsasən prolonqasiya edilmişdir. Üzərinə 9000 manat əlavə edilmişdir. Həmin vəsait 1 il tamamında 2024-cü ildə cavabdeh təkbaşına məxaric etmişdir. Qeyd etmişdir ki onun razılığı və məlumatı olmamışdır. Pul vəsaiti məxaric edilərkən 10 faiz ödənişi də təkbaşına almışdır, debet üzrə cəmi məbləğ 20320 manat təşkil edir. Onun tərəfindən ##.##.2022-ci ildə xxxx QSCnə 4000 manat depozit qoyulmuşdur. Həmin vəsaiti də 2023-cü ildə xxxx ASC-də cavabdeh Fatma Mehralıyevanın adına əmanət hesabına mədaxil edilən pul vəsaitinin üzərinə əlavə etmişlər, cəmi 19000 manat olmuşdu. Qeyd olunanlara əsasən, "xxxx" QSC-dən məxaric edilmiş 2531 manat pul vəsaitin yarısı olan 1265.5 manat pul vəsaitinin və “xxxx" ASC-dən məxaric edilmiş 20320 manat manat pul vəsaitinin yarısı olan 10160 manat pul vəsaitinin cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehlə nikaha daxil olduqdan sonra, uşağın olduğu vaxtadək, olduqdan sonra, ondan sonra da davam edən hansı xəstəlklərdən indi də əziyyətlər çəkdiyini cavabdeh yaxşı bilir, onunla birgə nikahdan bir nəfər xəstə, çöx körpə, yetkinlik yaşına çatmamış onun da uşağı olan, hələ də onunla birgə nikahda olan, həmin uşağın olduğu vaxtdan indiyə kimi hansı maddi çətinliklərlə onun himayəsində saxlandığnı gözəl bilən, ona o uşağın doğulduğu vaxtdan indiyə kimi heç bir maddi və mənəvi yardım etməyən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən himayəsində saxladığı uşaq üçün ödəməli olduğu, lakin indiyə kimi onlardan qəsdən bir qəpik belə ödəməmiş, uşaqla heç bir formada maraqlanmayan, onunla görüşməyən, valideylik borcunu və ya vəzifəsini qəsdən, bir gün də belə yerinə yetirməyən, bunlara görə nəinki mülki, cinayət məsuliyyəti daşımalı olan, iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, guya onunla birgə nikah dövründə hər iki tərəfin əldə edərək 2023-cü ilin sentyabr ayında onun adına olmaqla, xxxx ASC-də yerləşdirdikləri, aylıq saxlanc faizi 12 faiz olmaqla, 23.300 manat pulu həmin bankdan çıxararaq öz şəxsi ehtiyacları üçün sərf etmiş və ya özü üçün özündə saxlamışdır. Əslində isə, əvvəla, hörmətli məhkəmənin nəzərinə çatdırmışdır ki, bankda saxlanılan pullar çoxsaylı şahidlərin də qeyd etdiklərimi təsdiq edə bilərlər və hazırkı etirazına əlavə etdiyi müvafiq bank sənədlərinə əsasən də sübut edə bilər ki, iddia tələbində həmin məbləğ həqiqi rəqəmlərdən ibarət deyil, yəni qəsdən və qanunsuz olaraq şişirdilərək o qədər göstərilmişdir. Həmin pullar 19000 manat olmuşdur. Həmin bankda saxlanılmış və sonradan onun tərəfindən götürülmüş 19000 manat, hər ikisinin pullarından ibarət olsa da, ən çox şəxsən ona məxsus pullardan, iddiaçı daimi olmayan, fasilələrlə fəhləlik etməklə qazanc əldə etməklə məşğul olmuş, o, isə müəllimə olduğu üçün, əsasən həmin ərəfədə onun maaşlarından, xeyli miqdarda analıq məzuliyyəti və yay məzuliyyəti pullarından, o cümlədən başqalarından borc aldığı pullardan və iddiaçının qazanclarından yaranmış pulların cəmindən ibarət olmuşdur və o, onların bir hissəsini, pozulmamasına bu yaxınlara kimi ümid etdiyi bu birgə nikah dövründə, birgə ailənin və uşağın sağlamlığı xətrinə öz müalicələri və uşağın müəaliçələri üçün sərf etsə də, o pullardan qalanlarını öz şəxsi mənafeyi üçün alıb sərf etməmiş, özündə də saxlamamış və heç kimə də verməmişdir. Yəni birgə nikah dövründə əldə edilmiş birgə toplanmış həmin pulların, demək olar ki hamısını, baxmayaraq ki, uşağın doğulduğu vaxtdan indiyə kimi, fasiləsiz olaraq, onun valideynləri ilə yaşayır, onların da maddi vəziyyəti zəif olduğuna görə, elə həmin birgə nikah dövründə, ailənin, onunla uşağın müalicələrinə, həkimlərə, dərmanlara, borclarının ödənilməsinə, gündəlik qidalanmağa, geyimə, davamlı olaraq elə indilərdə də uşağın pamperslərinə, müxtəlif yuyucu, gəzinti, taksi və marşrut avtobuslarında yol haqqlarına, xərcləmişdir. Həmin pullardan hazırda onda cəmi 5.300 manat qalmışdır ki, onları da, maaşı tələbatından çox az olduğuna, başqa yerdən onlara kömək olmadığına görə, bundan sonrakı, bayaq sadaladığı uşağa xatir özünün və uşağın müalicəsi ilə dolanışığı üçün sərf etmək niyyətindədir. Əgər birgə nikahdan olan uşağın yalnız onun himayəsində saxlandığını yaxşı bilən iddiaçının, bu qədər əsaslı əsaslandırmalarından sonra, həmin qalıq pullara, sadə tərzdə desək, “uşağın boğazından kəsib”, vicdanı qəbul etməklə ehtiyacı və iddiası varsa və ya hörmətli ədalət məhkəməsi bunu vacib bilərsə, həmin pulların bölünməsinə etiraz etmir. Ona görə də məhkəmədən xahiş edir ki, işi tam, ədalətlə və qanuni yolla araşdırsın, yuxarıda qeyd etdiklərinə xüsusi diqqət edib, onları nəzərə alaraq, göstərilən və məhkəmədə əldə edilmiş digər qanuni səbəblərə əsasən, iddiaçının əsassız iddia tələbinin təmin olunmaması barədə ədalətli və qanuni qətnamə çıxarılsın.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" QSCdən məxaric edilmiş 2500 manat pul vəsaitin yarısı olan 1250 manat pul vəsaitinin və “xxxx" ASC-dən məxaric edilmiş 20320 manat pul vəsaitinin yarısı olan 10160 manat pul vəsaitinin cəmi 11410 (on bir min dört yüz on) manat pulun cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, 36.1, 36.3, 37-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir, qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Ona görə də məhkəmə qətnaməsi əsassız olduğuna görə ləğv edilməli, iddia tələbi təmin olunmamalıdır. Cavabdeh iddiaya qarşı etirazında da bildirmişdir ki, iddianı əsaslı hesab etmir, bu səbəbdən də iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bununla belə məhkəmə iddia tələbini təmin edərkən Ailə Məcəlləsində və Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakınınbölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, */**** saylı Qərarında müddəalarına diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024cü il tarixli, */**** saylı Qərarında göstərilmişdir: 5.13. Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. 6.25. Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi). 6.27. Məhkəmələr nəzərə almalıdırlar ki, ərarvadınəmlakının qeyri-bərabər bölünməsinə imkan verən uşaqların mənafeləri sırasına əsasən uşaqların sağlamlıq vəziyyətindən doğan, xüsusi qabiliyyətlərinin həyata keçirilməsinə təsir edən və ya qanunvericiliyə əsasən çoxuşaqlı ailələr üçün verilən sosial təminatlardan istifadə edən ailələrdə uşaqların həyat şəraitinin, məişət rejiminin, sosial-iqtisadi mühitin qorunub saxlanması zərurəti kimi müstəsna hallar aid edilir. 6.32. Məhkəmələr ər-arvadın ümumi əmlakınınbölünməsi zamanı onlardan birinin üzrsüz səbəbdən gəlir əldə etməməsi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi hallarına, ailə qanunvericiliyinin istinad olunan məqsədlərindən çıxış edərək, hüquqi qiymət verməlidir. Mülki işin faktiki hallarından məlumdur ki, tərəflər 2023-cü ilin iyun ayından faktiki olaraq ayrı yaşamaqla birgə təsərrüfat aparmamışlar. Həmin vaxtda uşağın doğulması ilə əlaqədar dövlət tərəfindən süd pulu deyilən pul cavabdehə ödənilmiş, eyni zamanda uşağın saxlanılması və yedizdirilməsi üçün, həmçinin sağlamlığında yaranmış problemlə bağlı müəyyən xərclər çəkmişdir. Hansı ki həmin vaxtda iddiaçı ümumiyyətlə uşağı ilə maraqlanmamış, onun saxlanılması üçün hər hansı bir formada xərc çəkməmişdir. Cavabdeh etirazında bu məsələləri qeyd etmişdir. Hətta göstərmişdir ki, pulu bankdan çıxararkən uşağın saxlanılması üçün tələb olunan xərcləri qarşılamaq üçün bacısından aldığı 2500 manat borcunu da həmin pulla ödəmişdir. Təbii ki, uşağın saxlanılması hər bir valideynin borcudur. Lakin faktiki olaraq ayrı yaşadıqları üçün həmin xərclər cavabdeh tərəfindən təmin edilmişdir. Lakin məhkəmə iş üzrə nəticəyə gələrkən bu xüsusatı nəzərə almamışdır. Belə ki, uşaq X1 barəsində olan ##.##.2023-cü il tarixli müayinə protokolunun nəticə hissəsindən görünür: normal exosonoqrafik gürüntü. Exostruktur dəyişiklik yoxdur. Bütün göstəricilər ayına uyğundur. Sağ böyrəkdə KLS də 4,37 mm, sol böyrəkdə 4 mm genişlənmə qeyd olunur. Yenə ##.##.2024-cü il tatixli müayinə protokolunda görə: Müayinə zamanı güclü meteorizm izləndi. Çöküntülü sidik kisəsi. Bu mayinələrin nəticəsi olaraq sünnət olunması həkimlər tərəfindən qadağan edilmişdir. Həmin problem davam edir. Bundan başqa, Məmmədov Yusif barədə olan tibbi sənədlərdən görünür ki, ##.##.2025- ci il tarixli hər iki pəncəsinin eduino valgus deformasiyası, anadangəlmə əyripəncəlik aşkar edilir. Qeyd edilən həkim sənədləri ilə əlaqədar Y.Məmmədova mütəmadi müalicələr almışdır. Reseptlər də təqdim edilir. Onu da qeyd edir ki, uşaq ayağında yaranan problemlə əlaqədar həkim müayinələrindən keçmiş, ona tibbi yardımlar göstərilmiş və yaranmış problemlə bağlı uşaq anası tərəfindən xüsusi ayaqqabılarla da təmin edilmişdir. Bütün bunların hamısı təbii ki, xərc tələb edir. Bu xərclər atası tərəfindən qarşılanmamışdır. Bundan başqa, Ailə Məcəlləsinin 37.2-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumu qərarında bu maddi hüquq normasına geniş izah vermişdir. Lakin işə baxan məhkəmə qətnamədə bu maddi hüquq normasına istinad etsə də, onun tələblərinə əməl etməmişdir. Hesab edir ki, məhkəmə əmlak bölgüsü iddiası üzrə nəticəyə gələrkən uşağın və uşağın anasının diqqətəlayiq mənafeyini nəzərə alınmalı və paylar bərabər bölünməməli (2\3 qadın, 1\3 kişi) idi. Lakin məhkəmə bu nüanslara diqqət yetirməmişdir. Işə baxan məhkəmə işin hallarını tam araşdırmamış, təqdim edilmiş sübutlara obyektiv hüquqi qiymət verməmişdir. Məhkəmə işin faktiki hallarına deyil, iddiaçının formal mülahizələrinə əsaslanaraq qətnamə qəbul etmiş və hesab edir ki, gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Eyni zamanda cavabdehin arqumentlərinə əhəmiyyət verməmiş, araşdırmamış və buna görə də obyektiv qərar qəbul etməmişdir. Məhkəmə mülki iş üzrə nəticəyə gələrkən məhkəmə təcrübəsini formalaşdıran sözügedən Plenum qərarının tələblərinə əməl etməmişdir. Məhkəmə nəticəyə gələrkən bu maddənin tələblərindən irəli gələn və müvafiq Ali Məhkəmənin Plenumunun qərarında təsvir edilən müddəaları nəzərə almamışdır. Məhkəmə qətnamədə bu maddi hüquq normasını göstərsə də, maddi hüquq normasının tələblərini nəzərə almamışdır. Məhkəmə təqdim etdiyi dəlillərə əhəmiyyət verməmiş, qətnamədə bu dəlillərə münasibət bildirməmişdir. Qətnamədə təqdim edilməmiş, sübut olunmamış və məhkəmədə araşdırılmamış xüsusatlara istinad etmişdir. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarılması ilə nəticələnmişdir. Məhkəmə prosessual hüquq normasının tələblərini pozmuşdur. Məhkəmə baxışında verilmiş iddia tələbi həcmini artırılması barədə ərizəsini qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən cavabdeh Əliyeva Fatma Mehralı qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
17. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
18. 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir.
19. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
20. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
21. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
22. 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23. 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
35. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
36. Kollegiya birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
37. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
38. Cavabdeh apellyasiya şikayətində uşağın səhhəti ilə əlaqədar müalicə xərclərini qarşıladığını, uşağın və onun diqqətəlayiq mənafeyinin nəzərə alınaraq payların bərabər bölünməməsini (2/3 cavabdeh, 1/3 iddiaçı) xahiş etmişdir.
39. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh tərəfindən birgə nikah dövründə 19000 manat məbləğində pul vəsaiti 2023-cü ilin oktyabr ayında gəlir əldə etmək məqsədi ilə xxxx ASC-də cavabdəhə məxsus depozit hesabına 12 ay müddətinə qoyulmuşdur. Cavabdeh 2024-cü ilin oktyabr ayında pul vəsaitini özü götürmüş və həmin pul vəsaitindən iddiaçıya hər hansı bir məbləğ verməmişdir. Bundan başqa iddiaçı banka qoyulmuş 19000 manat pulun üzərinə bir il ərzində 1320 manat faiz məbləği gəlmiş olduğunu bildirmiş, cavabdeh isə bu halı təsdiq edərək hər ay kartına 130-140 manat faiz məbləği gəldiyini və həmin pulu uşağa xərclədiyini bildirmişdir. Bununla yanaşı, tərəflərin birgə nikah dövründə birgə gəlir hesabına əldə edilmiş 2300 manat pul vəsaiti xxxx QSC-də depozit hesabına qoyulmuşdur. Cavabdeh bankdan 2500 manat götürdüyünü bildirmiş, lakin götürdüyü vəsaitdən iddiaçıya hər hansı bir məbləğ qaytarmamışdır.
40. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən-cavabdehin etiraf etdiyi hissədə təmin edilməli, 2500 manat pul vəsitinin yarı hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Həmçinin müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh 19000 manat pul məbləğinin 14400 manat hissəsinin iddiaçı ilə onun birgə gəliri hesabına əldə edildiyini, 4600 manat hissəsinin yalnız cavabdehin özünə məxsus olduğunu-övladının doğumu ilə əlaqədar ona edilmiş sosial yardım olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
42. Kollegiya qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən xxxx ASC-də cavabdeh Cavabdeh hesabına qoyulmuş 19000 manat pul və ona hesablanmış faiz məbləği olan 1320 manat tərəflərin birgə nikah dövründə birgə gəlirləri hesabına əldə edilmiş əmlak hesab edildiyindən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh 20320 manat pul vəsitinin yarı hissəsi tutularaq iddiaçıya ödənilməlidir.
43. Həmçinin, tərəflərin birgə nikah dövründə birgə gəlir hesabına əldə edilmiş 2300 manat pul vəsaiti xxxx QSC depozit hesabına qoyulmuş, cavabdeh bankdan 2500 manat götürdüyünü bildirmiş, lakin götürdüyü vəsaitdən iddiaçıya hər hansı bir məbləğ qaytarmamışdır. Bu hissədə də məhkəmə iddia tələbini cavabdehin etiraf etdiyi hissədə təmin etməklə, yəni 2500 manat pul vəsaitinin yarı hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlməklə düzgün mövqe göstərmişdir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
45. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
46. Beləliklə, kollegiya şikayətin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsaslı hesab edilmir. Cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
48. Kollegiya hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.