Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2072/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Idrisov Tariel Məmməd oğluna qarşı iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Işin halları
1. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov rayon Məhkəməsinin *(***)-*/**** saylı ##.##.2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri qismən təmin edilməklə Idrisov Tariel Məmməd oğlundan vurulmuş maddi ziyana görə 1210 manat, mənəvi zərərə görə 3000 manat, ödənilmiş dövlət rüsumu 5 manat olmaqla cəmi 4215 manat tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarından görünür ki, Idrisov Tariel Məmməd oğlu İddiaçı ##.##.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində nalayiq ifadələrlə təhqir etmişdir. Bununla da idrisov Tariel Məmməd oğlu barəsində IXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə Idrisov Tariel Məmməd oğlu Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Idrisov Tariel Məmməd oğluna qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Idrisov Tariyel Məhəmməd oğlundan vurulmuş mənəvi zərərə görə 8500 (səkkiz min beş yüz) manat və dövlət rüsumu 105 (yüz beş) manat, ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pul tutularaq iddiaçı İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Idrisov Tariyel Məmməd oğlu 2009-cu ildən başlayaraq mütəmadi olaraq onu ictimai yerlərdə təhqir etməyə başlamışdır. Buna səbəb onun Bakı şəhəri Nərimanov rayonu X1 küçəsi 63 ev 2 ünvanda tikdirməyə başladığı binanın mövcud qanunvericiliyə zidd olaraq ara məsafəsi saxlamadan onun mülkiyyət hüquqlarını, sağlam ətraf mühitdə yaşama hüquqlarını kobud şəkildə pozması ilə müşaiyət etməsinə etiraz etməsi və onu davranışı ilə bağlı olaraq intizama dəvət etmədsi olmuşdur. Idrisov Tariyel qanuna zidd hərəkətləri dəfələrlə təkrarladığından və ona qarşı qaldırmış olduğu iddia Bakı Apellyasiya məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə qismən təmin edilərək cavabdeh Idrisov Tariyel məhəmməd oğlundan vurulmuş mənəvi zərər görə 3000 (üç) manat pul tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Idrisov Tariyel Məmməd oğlu ##.##.2024-cü il tarixdə təxminən saat 19:00 radələrində onu deyilməsi mümkün olmayan ifadələr işlədərək təhqir etmişdir. Tariyel Idrisovun demiş təhqir dolu ifadələrdən sonra kəskin əsəb, gərginlik nəticəsində çox ciddi mənəvi sarsıntı keçirmişdir. Bu hal onda iztirab, əziyyət, sarsıntı dolu hisslər yaşatmışdır ki, bu vəziyyəti günlərlə davam etmişdir. Cavabdeh Idrisov Tariyel Məmməd oğlunun qanunazidd hərəkətlərindən DIN-nin 102 xidməti vasitəsilə şikayət etmişdir ki, bunun nəticəsində araşdırma aparılaraq onun barəsində protokol tərtib edilərək Nərimanov rayon məhkəməsinə təqdim edilmişdir. Nərimanov rayon məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı Qərarı ilə Idrisov Tariyel Məhəmməd oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Idrisov Tariyel Məhəmməd oğlu ##.##.2024-cü il tarixdən hesablanaraq ##.##.2024-cü il istər DVD diskə olan əks etdirmə və Nərimanov rayon məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı Qərarı ilə sübut olunur. Bakı Apellyasiya məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)- ***/**** saylı Qətnaməsindən, Nərimanov rayon məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- ****/**** saylı Qərarından da görünür ki, cavabdeh Idrisov Tariyel Məmməd oğlu qanunazidd davranışlarını davam etdirir. Idrisov Tariyel Məhəmməd oğlu tez-tez onu təhqir etməsi vasitəsilə ona vurmuş olduğu mənəvi zərəri 8500 məbləğində dəyərləndirir.
5. Cavabdeh ##.##.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.ƏIiyev küçəsi, ** saylı evin * nömrəli mənzili cavabdeh T.Idrisovun xüsusi mülkiyyətində olmuşdur. Nərimanov rayon icra hakimiyyəti başçısının ## ### 2008-ci il tarixli, *** saylı sərəncamı ilə cavabdeh T.Idrisova həmin evin sökülərək yerində yeni binanın tikintisinə icazə verilmişdir. Iddiaçı İddiaçı heç bir əsas olmadan * saylı Bakı Inzibati-Iqtisadi məhkəməsində iddia qaldıraraq ## ### 2008-ci il tarixli, *** saylı sərəncamın etibarsız sayılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin ## ####### 2012-ci il tarixli qərrarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin IIK-nın ## ###### 2014-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia qismən, yəni ## ### 2008-ci il tarixli, *** saylı sərəncamın etibarsız sayılması hissəsində təmin edilmişdir. Ali Məhkəmənin IIK-nın # ###### 2014-cü il tarixli qərarı ilə T.Idrisovun kassasiya şikayəti təmin olunmayaraq aşağı məhkəmənin qərarı qüvvədə saxlanmışdır. Ali Məhkəmənin məlum qərarının mürəkkəbi qurumamış mənəvi sarsıntı keçirdiyini iddia edən hörmətli İddiaçı dərhal Nərimanov rayon məhkəməsində T.Idrisova qarşı növbəti iddia qaldıraraq T.Idrisovun evinin (tikilinin) sökülməsini tələb etmişdir. Ancaq T.Idrisovun şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edildiyindən həmin iş üzrə icraat dayandırılmışdır. Konstitusiya Məhkəmə Plenumu, apellyasiya və kassasiya məhkəmələrinin T.Idrisova münasibətdə yol verdiyi hüquq pozuntularını aradan qaldırmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarı ilə T.Idrisovun şikayəti təmin olunaraq Ali Məhkəmənin IIKnın # ###### 2014-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə zidd hesab edilərək qüvvədən düşmüş hesab edilmişdir. Prosessual qanunvericiliyin müvafiq müddəalarına əsasən, mübahisə apellyasiya məhkəməsində təkrar baxılmış və İddiaçı iddiası əsassız olduğu üçün rədd edilmişdir. Ancaq İddiaçı kifayətlənməmiş, əsassız iddialarını davam etdirmiş və kassasiya şikayəti vermişdir. Nəhayət, Ali Məhkəmədə verdiyi iddianın hansı dərəcədə əsassız olduğunu anlayaraq kassasiya şikayətindən imtina etmişdir. Bütün bu dövr ərzində T.Idrisov yeganə yaşayış yerinin inşasını apara bilməmişdir. Bunun yeganə səbəbi İddiaçı qaldırdığı əsassız iddia olmuşdur. Bu dövrdə, tikinti materiallarının bahalaşması və devalvasiyanın olduğunu diqqətə alsaq, İddiaçı davranışlarının T.Idrisova vurduğu zərərin miqdarının hədlərini təsəvvür etmək elə də çətin olmaz. Lakin iddiaçı İddiaçı özünü mehriban qonşu kimi qələmə versə də, müxtəlif inzibati orqanlara əsassız və anonim şikayətlər ünvanlanmağa başlamışdır. Məqsəd, qüvvəyə minmiş məhkəmə aktları ilə qanuniliyi təsdiqlənmiş T.Idrisova məxsus evin inşaatının tamamlanmasına süni maneələr yaratmaq olmuşdur. Bu azmış kimi, iddiaçı İddiaçı bu illər ərzində mütəmadi olaraq cavabdeh T.Idrisova məxsus evə zərər vurmağa da davam etmişdir. Məsələn, İddiaçı öz tərəfindən suları dəfələrlə T.Idrisova məxsus evin zirzəmisinə axıtmışdır (bu barədə Akt əlavə olunur). Bundan başqa, mənəvi iztirab çəkdiyini irəli sürən iddiaçı İddiaçı cavabdeh T.Idrisovun evdə olmamasını fürsət bilib ## ###### 2024-cü il tarixdə, saat 20:00-21:00 radələrində iki şəxsə pul verərək cavabdeh T.Idrisova məxsus evin bir hissəsini uçurmağa cəhd etmişdir. T.Idrisovun ailə üzvləri (arvadı Şəbinə Faşayeva və azyaşlı qızı Esmanur Idrisova) bundan qorxmuş, ciddi stress keçirmişlər. S.Faşayeva olanları mobil telefonla çəkmiş və bu barədə polisə məlumat vermişdir. Iddiaçı İddiaçı ona mənəvi zərər dəydiyini iddia edir. Məsələ ondadır ki, cavabdeh T.Idrisovun onu mütəmadi olaraq təhqir etdiyini irəli sürsə də, hadisənin detallarını, o cümlədən T.Idrisovun təhqiredici davranışlarının nədən ibarət olduğunu açıqlamır. Şübhəsiz, zərər çəkdiyinə dair sübutları da məhkəməyə təqdim edə bilmir. Bu da, təbiidir. Çünki iddiaçı İddiaçı hər hansı mənəvi zərər dəyməmişdir. İddiaçı bir məqsədi var: cavabdeh T.Idrisovu bezdirmək və cavabdehin evinin inşasına mane olmaq. Göründüyü kimi, T.Idrisov deyil, məhz iddiaçı İddiaçı mütəmadi olaraq T.Idrisov və onun ailə üzvlərinin hüquqlarına (şəxsi toxunulmazlıq, mülkiyyət hüququ vs.) qanunsuz müdaxilələr etmişdir. Qaldırdığı əsassız iddiaya görə T.Idrisov öz evinin inşasını vaxtında tamamlaya bilməmiş, ailə üzvləri ilə birlikdə uzun illər yarımçıq tikilidə yaşamağa məcbur olmuşdur. T.Idrisovun hər hansı şəxslə, o cümlədən İddiaçılə hər hansı problemi olmamış, məhz iddiaçı İddiaçı müxtəlif vasitələrlə T.Idrisovun evinin inşasına mane olmağa cəhd etmiş, buna nail ola bilmədikdə isə, özünü barışmış kimi göstərmiş, ancaq ədavət aparmağa davam etmişdir.”
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Idrisov Tariel Məmməd oğlundan şərəf və ləyaqətə vurulmuş zərərin əvəzi kimi 1000 (min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 105 (yüz beş) manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Idrisov Tariel Məmməd oğlundan 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BIK CTREAZ 22) ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1, 21.2, 23.4, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, “Insan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 10.1, 10.2-ci maddələrinə, Insan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərinə, Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il ## ######## tarixli Qərarına, “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli ** №-li qərarının 2.2.1, 2.2.7, 2.2.8, 2.2.9, 6.2, 6.3, 6.4, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 115, 119.1, 124, 216-220, 233.1, 358-360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
8. Qətnamədən cavabdeh Idrisov Tariel Məmməd oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.ƏIiyev küçəsi, ** saylı evin * nömrəli mənzili cavabdeh T. Idrisovun xüsusi mülkiyyətində olmuşdur. Nərimanov rayon icra hakimiyyəti başçısının ## ### 2008-ci il tarixli, *** saylı sərəncamı ilə cavabdeh T.Idrisova həmin evin sökülərək yerində yeni binanın tikintisinə icazə verilmişdir. Iddiaçı İddiaçı heç bir əsas olmadan * saylı Bakı Inzibati-Iqtisadi məhkəməsində iddia qaldıraraq ## ### 2008-ci il tarixli, *** saylı sərəncamın etibarsız sayılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin ## ####### 2012-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin IIK-nın ## ###### 2014-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia qismən, yəni ## ### 2008-ci il tarixli, *** saylı sərəncamın etibarsız sayılması hissəsində təmin edilmişdir. Ali Məhkəmənin IIK-nın # ###### 2014-cü il tarixli qərarı ilə T.Idrisovun kassasiya şikayəti təmin olunmayaraq aşağı məhkəmənin qərarı qüvvədə saxlanmışdır. Ali Məhkəmənin məlum qərarının mürəkkəbi qurumamış mənəvi sarsıntı keçirdiyini iddia edən hörmətli İddiaçı dərhal Nərimanov rayon məhkəməsində T.Idrisova qarşı növbəti iddia qaldıraraq T.Idrisovun evinin (tikilinin) sökülməsini tələb etmişdir. Ancaq T.Idrisovun şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edildiyindən həmin iş üzrə icraat dayandırılmışdır. Konstitusiya Məhkəmə Plenumu, apellyasiya və kassasiya məhkəmələrinin T.Idrisova münasibətdə yol verdiyi hüquq pozuntularını aradan qaldırmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarı iləT.Idrisovun şikayəti təmin olunaraq Ali Məhkəmənin IIK-nın # ###### 2014-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə zidd hesab edilərək qüvvədən düşmüş hesab edilmişdir. Prosessual qanunvericiliyin müvafiq müddəalarına əsasən, mübahisə apellyasiya məhkəməsində təkrar baxılmış və İddiaçı iddiası əsassız olduğu üçün rədd edilmişdir. Ancaq İddiaçı kifayətlənməmiş, əsassız iddialarını davam etdirmiş və kassasiya şikayəti vermişdir. Ali Məhkəmədə verdiyi iddianın hansı dərəcədə əsassız olduğunu anlayaraq kassasiya şikayətindən imtina etmişdir. Bütün bu dövr ərzində T.Idrisov yeganə yaşayış yerinin inşasını apara bilməmişdir. Bunun yeganə səbəbi İddiaçı qaldırdığı əsassız iddia olmuşdur. Bu dövrdə, tikinti materiallarının bahalaşması və devalvasiyanın olduğunu diqqətə alsaq, İddiaçı davranışlarının T.Idrisova vurduğu zərərin miqdarının hədlərini təsəvvür etmək elə də çətin olmaz. Lakin iddiaçı İddiaçı özünü mehriban qonşu kimi qələmə versə də, müxtəlif inzibati orqanlara əsassız və anonim şikayətlər ünvanlanmağa başlamışdır. Məqsəd, qüvvəyə minmiş məhkəmə aktları ilə qanuniliyi təsdiqlənmiş T.Idrisova məxsus evin inşaatının tamamlanmasına süni maneələr yaratmaq olmuşdur. Məsələn, iş materiallarında olan iddiaçı N. Quliyevin cənab Prezidentə ünvanladığı ##.##.2024-cü il tarixli ərizədən sitat: Inzibati həbsdən sonra bu şəxs tez-tez avtomobilimin üzərində nəm beton palçıqları atır, həyətimin giriş çıxışı təhlükə mənbəyinə çevirir, evimə qəsdlər edir. … Bu şəxsə Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsi verilməsi Azərbaycan vətəndaşlarının maraqlarına ziddir. Bu adam işləmir, lakin hardan əldə edilməsi bəlli olmayan maddi vəsaitlə həmin evi inşa etdirməsi şübhəlidir. 15 ildir mənə işgəncə verilir. … Tariyelə verilmiş müvəqqəti yaşama icazəsi ləğv edilərək deportasiya edilməlidir”. Bu azmış kimi, iddiaçı İddiaçı bu illər ərzində mütəmadi olaraq cavabdeh T.Idrisova məxsus evə zərər vurmağa da davam etmişdir. Məsələn, İddiaçı öz tərəfindən suları dəfələrlə T.Idrisova məxsus evin zirzəmisinə axıtmışdır. Mənəvi iztirab çəkdiyini irəli sürən iddiaçı İddiaçı cavabdeh T.Idrisovun evdə olmamasını fürsət bilib ## ###### 2024-cü il tarixdə, saat 20:00-21:00 radələrində iki şəxsə pul verərək cavabdeh T.Idrisova məxsus evin bir hissəsini uçurmağa cəhd etmişdir. T.Idrisovun ailə üzvləri (arvadı Şəbinə Faşayeva və azyaşlı qızı Esmanur Idrisova) bundan qorxmuş, ciddi stress keçirmişlər. S.Faşayeva olanları mobil telefonla çəkmiş və bu barədə polisə məlumat vermişdir. İddiaçı polisdə verdiyi izahatda cavabdeh T.Idrisova məxsus evin bir hissəsini uçurmaq məqsədilə iki şəxsə pul verdiyini etiraf etmişdir. CavabdehT.Idrisov iddiaçı İddiaçı məxsus əraziyə/torpağa müdaxilə etməmişdir. Əksinə, İddiaçı ümumi istifadədə olan yolu/torpaq sahəsini özbaşına zəbt etmişdir. Həmin sahə üzərində İddiaçı heç bir hüququ yoxdur. T.Idrisov özevinin divarının təmiri ilə məşğuldur. Məhkəmə MM m. 21.3-ün şərtlərini tətbiq edərək iddia tələbini rədd etməli olduğu halda, bunu etməmişdir. Halbuki Ali Məhkəmə Plenumu Şəxsiyyəthüquqlarının müdafiəsi haqqında ** nömrəli, ##.##.2025-ci il tarixli qərarında göstərmişdir ki, “7.14. Davranışlar – zərərçəkən şəxsin mənəvi zərərin yaranmasına səbəb olan hadisənin baş verməsinədək, hadisə zamanı, habelə hadisədən sonrakı dövrdə sərgilədiyi hərəkət və ya hərəkətsizliyidir. Məsələn, hüquqazidd əməlin törədilməsinə zərərçəkənin təhrikedici hərəkətlərinin səbəb olması, hadisənin baş verməsindən sonra zərərvuranla barışması və s.”. Göründüyü kimi, İddiaçı davranışı onun iddiasının rəddi üçün kifayət edirdi. Bu davranışlar, ən azı, aşağıdakılardan ibarət olmuşdur: 1. Iddiaçı N. Quliyevin 20 ilə yaxındır etdiyi qanunsuz hərəkətlərin cavabdeh T.Idrisov və ailə üzvlərinin həyatını cəhənnəmə çevirməsi iş materialları ilə təsdiq edilir ki, N. Quliyevin əsassız şikayətlərinə görə T.Idrisov öz yaşayış sahəsinin inşasını başa çatdıra bilməmişdir. Iş materiallarında T.Idrisov və ailə üzvlərinin (onların arasında azyaşlılar da vardır) hansı şərtlərdə yarımçıq tikili vəziyyətində olan otaqlarda tam şəraitsiz bir vəziyyətdə yaşadığını göstərən fotolar vardır. T.Idrisovun apardığı tikinti işlərinin qanuniliyinə hələ 2015-ci ildə Konstitusiya Məhkəməsi Plenumu səviyyəsində hüquqi qiymət verildikdən sonra İddiaçı öz kassasiya şikayətindən imtina etmişdir. T.Idrisov bununla da İddiaçı öz qanunsuz hərəkətlərindən əl çəkəcəyini düşünmüşdür, ancaq İddiaçı sadəcə görüntüdə T.Idrisova qarşı heç bir tələbinin olmadığını bildirmiş, lakin müxtəlif orqanlara qanunsuz və əsassız şikayətlər göndərməyə davam etmişdir. Göründüyü kimi, iddiaçı N. Quliyev bu illər ərzində T.Idrisov və ailə üzvlərinin normal şəkildə yaşamasına imkan verməmişdir. T.Idrisovun evinin inşasının 20 ilə yaxın uzanmasının yeganə baiskarı məhz N. Quliyevdir. Işdəki səs yazılarından aydın olduğu kimi, cavabdeh T.Idrisov iddiaçı İddiaçı qarşılaşdığı hər yerdə təhqir etməmişdir, əksinə, tərəflərin normal ünsiyyətləri olmuşdur. Başqa sözlə, cavabdeh T.Idrisovun iddiaçı İddiaçı gündəlik təhqir etmək kimi bir məqsədi və niyyəti olmamışdır. Hadisə baş verən gün T.Idrisov adəti üzrə öz evinin əyər-əskiyinin düzəldilməsi ilə məşğul olmuşdur. Iddiaçı İddiaçı də adəti üzrə T.Idrisova mane olmaq istəmiş, əvvəlcə T.Idrisovu ağır küçə söyüşləri ilə təhqir etmiş və T.Idrisovun özündən çıxdığını görən kimi tez T.Idrisova məxsus evin yanından uzaqlaşmışdır. İddiaçı cavabdeh T.Idrisovun evinin önündən keçən küçənin qarşısına keçərək nalayiq hərəkətlərinə davam etmiş və mobil telefonu ilə T.Idrisovun evini çəkməyə başlamışdır. T.Idrisov da İddiaçı nalayiq ifadələrinə və ona məxsus evi qanunsuz çəkməsinə qarşı adekvat etirazını bildirmişdir. Təbii ki, iddiaçı İddiaçı cavabdehi T.Idrisovu ağır küçə söyüşləri ilə təhqir etməsi faktı İddiaçı təqdim etdiyi videogörüntüdə öz əksini tapmayıb. Göründüyü kimi, İddiaçı məqsədli şəkildə T.Idrisovu təhrik edərək sonuncunun bəzi ifadələr işlətməsinə nail olmuşdur. İddiaçı təqdim etdiyi videogörüntüdən də anlaşıldığı kimi, hadisə zamanı T.Idrisov öz evində olmuşdur. İddiaçı isə, T.Idrisovu ağır küçə söyüşləri ilə təhqir (təhrik) etdikdən sonra evin qarşısına keçib oradan öz mobil telefonu ilə çəkiliş aparmışdır. Iddia ərizəsində və məhkəmədəki izahatlarında şərəf və ləyaqətdən, inancdan və mədəniyyətdən, iddiaçı İddiaçı sözləri deyil, məhz davranışları da məhkəmə tərəfindən diqqətə alınmalı idi. Belə ki, İddiaçı cavabdeh T.Idrisov barəsində 8 sutkalıq həbs barədə qərarın icra edildiyini, yəni ev sahibinin evdə olmadığını fürsət bilərək 2 nəfər fəhlə tutmuş və ## ###### 2024-cü il tarixdə, saat 20:00-21:00 radələrində T.Idrisova məxsus evin çöl divarında qurulmuş iskələləri balta ilə sökdürməyə çalışmışdır. T.Idrisovun arvadı S.Paşayevanın 102 xidmətinə zəngindən sonra fəhlələr qorxaraq həmin ərazidən uzaqlaşmışlar. Göründüyü kimi, İddiaçı tək məqsədi var: T.Idrisova öz evinin inşasını tamamlamasına mane olmaq. T.Idrisovu tutdurmaqdakı məqsədi də elə bu olmuşdur. Yeri gəlmişkən, T.Idrisov iddiaçı İddiaçı məxsus əraziyə/torpağa müdaxilə etməmişdir. Əksinə, İddiaçı ümumi istifadədə olan yolu/torpaq sahəsini özbaşına zəbt etmişdir. Həmin sahə üzərində İddiaçı heç bir hüququ yoxdur. T.Idrisov öz evinin divarının təmiri ilə məşğuldur.
10. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Idrisov Tarıyel Məmməd oğlu 2009-cu ildən başlayaraq mütəmadi olaraq onu ictimai yerlərdə təhqir etməyə başlamışdır. Buna səbəb onun Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 63, ev 2 ünvanda tikdirməyə başladığı binanın mövcud qanunvericiliyə zidd olaraq ara məsafəsi saxlamadan mülkiyyət hüquqlarını, sağlam ətraf mühitdə yaşama hüquqlarını kobud şəkildə pozması ilə müşayiət etməsinə etiraz etməsi və onu davranışı ilə bağlı olaraq intizama dəvət etməsiolmuşdur. Idrisov Tarıyel qanuna zidd hərəkətləri dəfələrlə təkrarladığından və ona qarşı qaldırmış olduğum iddia Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə qismən təmin edilərək, cavabdeh Idrisov Tarıyel Məhəmməd oğlundan vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat pul tutularaq ona ödənilməsini qət etmişdir. Idrisov Tarıyel Məmməd oğlu ##.##.2024-cü il tarixdə təxminən saat 19:00 radələrində ona qarşı şikayətdə qeyd edilməsi mümkün olmayan ifadələr işlədərək təhqir etmişdir. Tarıyel Idrisovun ona qarşı işlətdiyi təhqir dolu ifadələrdən sonra kəskin əsəb və gərginlik nəticəsində çox ciddi mənəvi sarsıntı keçirmişdir. Bu hal onda iztirab, əziyyət, sarsıntı dolu hisslər yaşatmışdır ki, bu vəziyyəti günlərlə davam etmişdir. Cavabdeh Idrisov Tarıyel Məmməd oğlunun qanunazidd hərəkətlərindən DIN-nin 102 xidmətinə şikayət etdikdən sonra Nərimanov rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə Idrisov Tarıyel Məhəmməd oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmiş və inzibati tənbeh növündə cəzasını çəkmişdir. Bu hal isə özlüyündə mənim iddia tələbinin əsaslı olmasını bir daha sübuta yetirir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi cavabdehlə uzun illər davam edən münaqişənin qarşısını almaq və cavabdehi cəzalandırmaq əvəzinə hüquqlarını pozaraq cüzi miqdarda məbləğlə iddianı təmin etmişdir. Bundan ilhamlanan cavabdeh əməllərinə davam edir və göründüyü kimi, əməllərindən geri qalmaq niyyəti yoxdur. Iş üzrə təqdim olunan əvvəlki məhkəmə aktlarından göründüyü kimi, daha əvvəllərdə də cavabdeh eyni əməli törətmiş və daha yuxarı məbləğdə cəza ilə ona dəyən zərərin ödənilməsinə dair məhkəmə aktları çıxarılmışdır. Apellyasiya şikayətimin araşdırılması və iddia tələbinin tam təmin olunması zəruridir. Cavabdehin törətmiş olduğu əməl istər DVD diskə olan əks etdirmə və Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 3(005)- ****/**** saylı Qərarı ilə sübut olunur. Xüsusilə qeyd edir ki, Idrisov Tarıyel Məhəmməd oğlu dəfələrlə onu ictimai yerlərdə təhqir etmiş və ölümlə hədələmişdir. Bununla bağlı olaraq Nərimanov rayon Məhkəməsinin hakimi xanım Səbinə Nuriyevanın sədirliyi ilə keçirilən məhkəmə iclasında, son hadisədən aylar qabaq onu təhqir və ölümlə hədələməsinə dair flaş kartı məhkəməyə təqdim etmişdir. Belə ki, sözügedən flaş kartda olan səs yazılarından da aydın olur ki, Idrisov Tarıyel Məhəmməd oğlu onu təhqir edir, "başını kəsəcəyini, 77 parçaya böləcəyi ilə hədələyir". Qeyd edilən bu təhqir və hədə dolu fakt 2009-cu ildən bu günə kimi onlarca dəfə təkrarlanıb. Hər dəfə təhqir olunub ölümlə hədələnən insan üçün bu halda xoş hal deyil və əsəb, stress, gərginlik və bu kimi hallar keçirdir ki, bunun nəticəsində dəhşətli mənəvi iztirablar və fiziki ağrılar keçirdir. Sözügedən vəziyyəti yaşamağın özü belə böyük bir faciədir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin dəymiş mənəvi ziyanının əvəzini belə az qiymətləndirməsi hesab edir ki, hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh Idrisov Tarıyel Məhəmməd oğlunun təhqir və hədə dolu hərəkətləri ilə bağlı olaraq iş üzrə təqdim olunan Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən də görünür ki, 2011-ci il tarixdə mənəvi zərər görə cavabdehdən 3.000 manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmiş, qərar qanuni qüvvəsini alaraq icra olunmuşdur. 2011-ci ildən bu günə 15 (on beş) il keçmiş və bu dövr ərzində Idrisov Tarıyel Məhəmməd oğlu təhqir xarakterli hədələrini nəinki azaltmış, tam tərsi daha da şiddətli hala gətirmişdir. Qeyd edir ki, cavabdehin qeyri-qanuni hərəkətləri 2009-cu ildən başlayıb 2011-ci ildə məhkəmə araşdırması zamanı bu hal ilə bağlı olaraq cavabdehdən 3.000 (üç min) manat mənəvi zərərə görə pul tutulmasını qət etmiş (iki il ərzində təhqir və hədələrlə bağlı), 2011-ci il tarixdən 2026-cı ilə kimi isə cavabdehin ona qarşı hücumlarının artması ardıcıllığında mənəvi zərər görə 1.000 (min) manat pul tutulmasının qət edilməsi törədilən əməl, onun keçirdiyi iztirab və cavabdehin islahı baxımından mütənasiblik təşkil etmir və müqayisə etdikdə çox cüzi məbləğ təşkil edir. Hesab edir ki, şikayəti üzrə qeyd olunan əsaslar yenidən araşdırılmaqla iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən, Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarından , tərəfindən təqdim edilmiş DVD disk və flaş kartda qeyd edilmiş video görüntü və səs yazısından da görünür ki, cavabdeh Idrisov Tarıyel Məmməd oğlu qanunazidd davranışlarını davam etdirir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
16. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
17. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır.
19. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“Insan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası
21. Maddə 10.1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
22. Maddə 10.2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
“Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli ** №-li qərarı:
23. 2.2.1. Insan ləyaqəti qorunur və ona hörmət edilir, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncə və əzaba, insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
24. 2.2.7. Şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir.
25. 2.2.8. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Işgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır.
26. 2.2.9. Şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən məlumatlardan fərqli olaraq, ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsini ehtiva edir.
27. 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər.
28. 6.3. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir.
29. 6.4. Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər.
30. 6.5. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən iddia tələbindən kənara çıxılmamalı, iddiaçı tərəfindən tətbiqi tələb edilən üsullar və həcm həddi aşılmamaq şərtilə qiymətləndirmə aparılmalıdır.
31. “Insan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Iddiaçı İddiaçı cavabdeh Idrisov Tariel Məmməd oğlu tərəfindən onun ünvanına şərəf və ləyaqətini alçaldan sözlər işlədilməsini bildirərək mənəvi zərərin ödənilməsini tələb edir.
43. Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. (Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il ## ######## tarixli Qərarı)
44. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli ** №-li qərarının 2.2.7-ci bəndinə əsasən şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir.
45. 2.2.8-ci bəndinə əsasən şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Işgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır.
46. 2.2.9-ci bəndinə əsasən şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən məlumatlardan fərqli olaraq, ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsini ehtiva edir.
47. 6.2-ci bəndinə əsasən Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər.
48. 6.3-ci bəndinə əsasən Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir.
49. 6.4-ci bəndinə əsasən Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər.
50. 6.5-ci bəndinə əsasən Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən iddia tələbindən kənara çıxılmamalı, iddiaçı tərəfindən tətbiqi tələb edilən üsullar və həcm həddi aşılmamaq şərtilə qiymətləndirmə aparılmalıdır.
51. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
52. Birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmiş “CD” disklərdə (2 ədəd) olan cavabdeh Idrisov Tariel Məmməd oğlu tərəfindən səsləndirilmiş səs-yazılarında iddiaçı İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr olub-olmaması aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmişdir.
53. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */**** №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş CDR diskdə qeydə alınmış “20240731191518” adlı səs faylında səsləndirilmiş, tədqiqi hissədə göstərilən söz və ifadələr İddiaçı şərəf və ləyaqətini alçaldan söz və ifadələr, məlumatlar hesab olunur. Linqvistik ekspertiza üzrə aparılmış tədqiat nəticəsində müəyyən olunur ki, təqdim edilən materiallarda invektiv leksikanın formalarından biri sayılan məişətdanışıq səviyyəsində işlənən invektiv ifadəiər söyüşlər istifadə edilmişdir. Həmin nitq materiallarında cəmiyyətdə qəbul olunmuş ümumi əxlaq normalarının pozulması ilə müşayiət olunan etik normalardan kənar, ictimai yerlərdə işlədilməsi və dilə gətirilməsi məqbul sayılmayan söz söz birləşməsi və ifadələr dilə gətirilmişdir. Təqdim olunan materialların ümumi məzmununda şərəf ləyaqəti alçaldan ifadələr mövcud olmaqla konkret sözlərdə oz əksini tapmışdır. Həmin ifadələr təhqiredici xarakterə malik olmaqla İddiaçı şərəf və ləyaqətini alçaldan söz və ifadələr hesab olunur. Belə sözlərin, söz birləşmələrinin və cümlələrin ifadə tərzi şəxsin birbaşa şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş, qeyri-etik və vulqar formada ifadə olunan söz və ifadələrdir.
54. Ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq rəyi mötəbər sübut kimi qəbul etmişdir.
55. Iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarından görünür ki, Idrisov Tariel Məmməd oğlu İddiaçı ##.##.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində nalayiq ifadələrlə təhqir etmiş, bununla da idrisov Tariel Məmməd oğlu barəsində IXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə Idrisov Tariel Məmməd oğlu Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir.
56. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şəxs şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mənəvi (qeyri-əmlak) zərər vurulduqda mənəvi zərərin kompensasiyası üsulu tətbiq edilir. Şərəf və ləyaqətə zərər vurulmasına görə, mülki qanunvericilik delikt məsuliyyətini nəzərdə tutur. Bu məsuliyyətin mahiyyəti ondan ibarətdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsiyyətə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
57. Istənilən şəxsin, o cümlədən iddiaçının barəsində şərəf və ləyaqəti alçaldan məlumatların yayılması hər bir halda həmin şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olur. Bunun əksi mümkün deyildir.
58. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh Idrisov Tariel Məmməd oğlu tərəfindən iddiaçı İddiaçı şərəfini və ləyaqətini alçaldan ifadələr səsləndirilməsi iş materialları ilə təsdiq edilir. Cavabdeh Idrisov Tariel Məmməd oğlu tərəfindən qeyd olunan ekspert rəyini təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırki iş üzrə i ddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərərvuran şəxsin təqsiri müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, yayılmış məlumatların xarakteri, yayılma dairəsi, bu məsələdə cavabdehin təqsiri, məhkəmə qərarı ilə barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edildiyi, cavabdehin əmlak vəziyyəti nəzərə alınaraq, qətnamə ilə mənəvi zərərin əvəzinin 1000 manat məbləğində tutulması real və ədalətli hesab olunur. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
60. Göründüyü kimi, apellyasiya şikayətlərində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
62. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Kollegiya hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərclərinin müəyyən edilməsində məhkəmənin mövqeyi əsaslıdır. Hazırkı halda isə apellasiya şikayətləri təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
65. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Idrisov Tariel Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən iddiaçı İddiaçı tərəfindən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.