Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-2089/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Kazımov Elşәn Cәlәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Cәfәrov Namiq Şamil oğlu vә Şirinov İkram Sabir oğlundan ibarәt tәrkibdә, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı İvanovnanın şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı İvanovnanın cavabdehlәr cavabdeh4, cavabdeh3, cavabdeh2 vә “xxxx” MMC-yә qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia әrizәsi ilә Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә müraciәt edәrәk, sağlamlığa vә ailә başçısının ölümünә görә vurulmuş ziyana görә hәmin cavabdehlәrdәn müştәrәk qaydada 250.000(iki yüz әlli min) manat mәblәğindә mәnәvi zәrәrin tutulması barәdә qәtnamә çıxarılmasını xahiş edib. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә (hakim Qumru Əliyeva) iddiaçı İddiaçı İvanovnanın cavabdehlәr cavabdeh4, cavabdeh3, cavabdeh2 vә “xxxx” MMC-yә qarşı mənəvi zərərin ödənilməsi tәlәbinә dair iddia әrizәsi ona әlavә olunmuş sәnәdlәrlә birlikdә geri qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyәti mәhkәmәyә müraciәt etmәk hüququ iddiaçıya izah olunması qәrara alınıb. İddiaçı şikayәt verib qәrardadın lәğv edilәrәk işin Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә aid olduğunun tanınmasını vә iddia әrizәsinin icraata qәbul edilәrәk mahiyyәti üzrә baxılmasını xahiş edib göstәrir ki, verilmiş iddia sağlamlığa ağır zərər vurulması, həmçinin ailə başçısının ölümü ilə bağlıdır və cavabdehlərdən 250.000 (iki yüz əlli min) manat məbləğində zərərin birgə (solidar) qaydada tutulması tələb olunur. MPM-nin 36.6-cı maddəsinə əsasən, sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi və ya ailə başçısının ölümü ilə bağlı iddialar iddiaçının yaşayış yeri üzrə də verilə bilər. İddiaçı İddiaçı İvanovna Bakı şəhəri, Nizami rayonunda qeydiyyatda olmaqla orada yaşayır ki, bu da işin məhz Nizami Rayon Məhkəməsinə aid olduğunu birbaşa müəyyən edir. Buna baxmayaraq, məhkəmə qeyd olunan normanı tətbiq etməmiş, işin aidiyyətini yanlış müəyyən etmiş, nəticədə işə baxılmasının mümkünsüzlüyü barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadında hakim Qumru Əliyeva iddiaçının ona sağlamlıqla bağlı zərərin vurulması və ailə başçısı X1 ölümü ilə bağlı sənədləri təqdim etməməsinə istinad edir. Lakin iddiaçı iddia ərizəsi ilə birlikdə bütün təsdiqedici sənədləri məhkəməyə təqdim etmişdir: sağlamlığa ağır zərər vurulması faktı iddia ərizəsinin 6-16-cı səhifələrində, həyat yoldaşı X1 ölümü haqqında sənədlər isə əlavə olunmuş sənədlərin 17- 45-ci səhifələrində qeyd olunmuşdur. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün iş materialları ilә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılacağı barәdә mәhkәmә bildirişi göndәrilmiş vә onlarda olan bütün sübutların, elәcә dә şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmişdir. İddiaçı İddiaçı İvanovna iddia әrizәsinә әlavә etdiyi sәnәndlәri yenidәn tәqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, şikayәt tәmin edilmәmәlidir. Çünki birinci instansiya mәhkәmәsinin iddia әrizәsini geri qaytararkәn gәldiyi nәticә düzgün olmuşdur. İddiaçı isә birinci instansiya mәhkәmәsinin yekun qәnaәti ilә razılaşmayaraq qәrardaddan şikayәt vermişdir. Lakin iddia әrizәsinin qaytarılmasına sәbәb olan nöqsanı aradan qaldıraraq yenidәn iddia әrizәsi ilә aidiyyәti üzrә mәhkәmәyә müraciәt etmәk әvәzinә qәrardaddan şikayәt vermәsi әsaslı hesab edilә bilmәz. İddiaçı nail olmağa çalışdığı mәqsәd üçün düzgün vasitә (yol) seçmir. Mülki Prosessual Mәcәllәnin 152.1 vә 152.1.3-cü maddәsinin tәlәbinә әsasәn әgәr iş әrazi... aidiyyәti üzrә hәmin mәhkәmәdә baxılmalı deyildirsә hakim iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarır. İşdәn görünür ki, zәrәrin ödәnilmәsi tәlәbi ilә bağlıdır. Cavabdehlәrin qeydә alındığı yer vә hüquqi ünvanı Bakı şәhәri Nizami rayonuna aid deyil. Mülki Prosessual Mәcәllә isә iddiaçının әrazi aidiyyәti qaydalarını pozaraq iddia әrizәsi ilә istәdiyi mәhkәmәyә müraciәt etmәsinә yol vermir. Belә ki, Mülki Prosessual Mәcәllәnin 35.1-ci maddәsinә әsasәn iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. Hәmin Mәcәllәnin 35.2-ci maddәsinә әsasәn hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şәxsin törәmә müәssisәsinin fәaliyyәtindәn әmәlә gәlәn iddialar müәssisәnin ünvanının olduğu yerә görә verilir. Hәmin Mәcәllәnin 36.2-ci maddәsinә әsasәn rәsmi yaşayış yeri, olduğu yer vә ya hüquqi ünvanı müxtәlif olan bir neçә cavabdehә iddia cavabdehlәrdәn birinin rәsmi yaşayış yeri vә ya hüquqi ünvanı üzrә verilә bilәr. Hәmin Mәcәllәnin 40.1-ci maddәsinә әsasәn әrazi aidiyyәti qaydalarının pozulmasına yol verilmir. İddiaçı seçiminә görә aidiyyәt qaydasını müәyyәn edәn hallardan istifadә edә bilәr. Belә ki, Mülki Prosessual Mәcәllәnin 36.6-cı maddәsinә әsasәn, xәsarәt yetirmә vә ya sağlamlığın başqa şәkildә pozulması ilә, habelә ailәni dolandıranın ölümü ilә vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerә görә vә ya ziyan vurma yerinә görә verilә bilәr. Bu normada göstәrilәn vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerә görә vә ya ziyan vurma yerinә görә verilә bilәr. Ancaq ziyan vurduğu iddia olunan, cavabdeh kimi göstәrilәn şәxslәrin yaşadığı yerin, elәcә dә ziyan vurma yerinin Nizami Rayonu әrazisi olduğu tәsdiq olunmur. Başqa sözlә hazırkı işdәn belә bir hal müәyyәn edilmir. Yәni hәmin norma da mәhkәmәyә әrazi aidiyyәtinә әmәl edilmәmәsinә görә iddia әrizәsini geri qaytarmağa imkan verir. Düzdü, bu qәnaәt kimin üçünsә anlaşılmayan yaxud әdalәtsiz kimi görünә bilәr. Ancaq qanunun mәcburi(imperativ) tәlәbinә dә әmәl edilmәlidir. Əks halda әrazi aidiyyәti ilә bağlı mülki prosessual qanunvericiliyin tәlәblәri heçә enmiş olar. Mülki Prosessual Mәcәllәsinin 398.0 vә 398.0.1-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk hüququ vardır. Şәrh olunanlara әsasәn apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, şikayәtlәr tәmin edilmәmәli, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 398.0.1, 400-402-ci maddәlәrini rәhbәr tutaraq, apellyasiya instansiyası mәhkәmәsi q ə r a ra a l d ı: Şikayәt tәmin edilmәsin. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-6)-2089/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2089/2026
01.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver